Azərbaycanın UNESCO-da daha iki uğuru
Bu dəfə
“Miniatür sənəti”nin və “Nar bayramı”, ənənəvi
nar festivalı və mədəniyyətinin
uğuruna sevindik
Zülfiyyə Eldarqızı:“Vətən müharibəsində
qazandığımız qələbənin
ardınca bu iki mühüm hadisənin də baş verməsi bizim mədəniyyətimizin,
tarixi-mədəni irsimizin
qələbəsidir”.
“Hər iki hadisə çox mühümdür
və bunu çağdaş mədəniyyət,
sənət tariximiz üçün çox qiymətli hadisə sayıram”.
14-19 dekabr tarixində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası
Komitənin 15-ci iclasının
16 dekabr tarixli bölümündə Türkiyə,
Azərbaycan, İran və Özbəkistanın
birgə hazırladığı
“Miniatür sənəti”
nominasiya sənədi
müzakirə olunub və bu mədəni
elementin UNESCO-nun Bəşəriyyətin
qeyri-maddi mədəni
irsi üzrə Reprezentativ Siyahısına
daxil edilməsi haqqında qərar qəbul olunub. Həmin iclasda Azərbaycan Respublikasının təqdim
etdiyi “Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” adlı
nominasiya sənədi
də UNESCO-nun Bəşəriyyətin
qeyri-maddi mədəni
irsi üzrə Reprezentativ Siyahısına
daxil edilməsi haqqında qərar qəbul olunub. Ölkəmiz üçün
mühüm əhəmiyyət
kəsb edən belə bir qərarın
qəbul olunması Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevanın dəstəyi,
Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyi
və Xarici İşlər Nazirliyi,
UNESCO yanında Azərbaycan
Respublikasının Daimi
Nümayəndəliyi və
UNESCO üzrə Azərbaycan
Respublikası Milli Komissiyasının birgə
fəaliyyəti nəticəsində
mümkün olub.
Bu iki yenilik ölkəmizin mədəni
sərvətinin artmasında
hansı rolu oynayacaq?
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızı
bizimlə söbətində
bildirdi ki, Azərbaycan UNESCO-ya 1992-ci
ildə üzv qəbul edilsə də, bu təşkilatla
ölkəmiz arasında
formalaşan səmərəli
əməkdaşlığın inkişafında Heydər
Əliyev Fondunun rəhbəri, UNESCO-nun Azərbaycandakı
xoşməramlı səfiri,
ölkəmizin Birinci
vitse-prezidenti Mehriban Əliyeva böyük rol oynayıb. Miniatür sənətinin Azərbaycan
mədəniyyətində olduğu kimi Şərq mədəniyyətində
də xüsusi rolu olduğunu deyən Z.Eldarqızının
sözlərinə görə,
bu sənət Şərqdə məşhur
olub. Böyük Azərbaycan miniatürçüsü
Soltan Məhəmmədin
böyük dəst-xətt
yaratdığını qeyd
edən sənətşünasın
bildirdiyinə görə,
XVI əsrdə Təbriz
miniatür məktəbini
yaradıb. Bu günə kimi də Azərbaycanda miniatür sənətinin
populyar olduğunu deyən Z.Eldarqızı hesab edir ki,
“Miniatür sənəti”
UNESCO-ya daxil olması Azərbaycan dövlətinin böyük
qələbəsidir. “Nar bayramı, ənənəvi
nar festivalı və mədəniyyəti”nin
də UNESCO-nun Bəşəriyyətin
qeyri-maddi mədəni
irsi üzrə Reprezentativ Siyahısına
daxil edilməsinin mühüm hadisə olduğunu deyən ekspert hesab edir
ki, bu zəngin
Azərbaycan mədəniyyətinin
dünyadakı yerini,
mövqeyini göstərir:”Hər iki hadisə
çox mühümdür
və bunu çağdaş mədəniyyət,
sənət tariximiz üçün çox qiymətli hadisə sayıram. Mehriban xanımın rəhbərliyi,
təşəbbüsü və qayğısı ilə indiyə qədər Azərbaycanın
bir sıra maddi və qeyri-maddi
irs nümunələri
ayrı-ayrı nominasiyalar
üzrə UNESCO-ya daxil edilib. Azərbaycan
tərəfindən “Miniatür
sənəti”nin və “Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti”nin UNESCO-ya
daxil edilməsi Azərbaycan mədəniyyətinin,
tarixinin, adət-ənənələrinin,
ənənəvi bayramlarının
zənginliyini, bəşəriyyət
üçün gərəkliliyini,
vacibliyini göstərir.
Vətən müharibəsində qazandığımız qələbənin
ardınca bu iki mühüm hadisənin də baş verməsi bizim mədəniyyətimizin,
tarixi-mədəni irsimizin
qələbəsidir. Hesab edirəm ki, bu həm də
mədəniyyətimizə, musiqimizə, mətbəximizə,
hətta bayramlarımıza
belə iddia edən düşmənlərimizə
də layiqli cavabdır. Azərbaycan hər tərəfli
zəngin ölkədir
və mədəni sərvətlərimizin, maddi-mədəni
irsimiz də bu zənginliyi daha da parlaqlaşdırır.
Əlbəttə, Azərbaycanın mədəniyyət incilərinin,
mədəni dəyərlərinin
UNESCO-ya daxil edilməsində Mehriban Əliyevanın əməyi
danılmazdır və
biz bunu hər zaman qeyd etməliyik.
Ortada Mehriban Əliyevanın iradəsi olmasa biz indiyə kimi bu qədər maddi və qeyri-maddi
sərvətimizi UNESCO-ya
ardıcıl olaraq daxil edə bilməzdik. Ölkələr var ki, illərdir
gözləyir verdiyi sənədlərin UNESCO-da
təsdiqlənəcəyini gözləyir, amma biz son illər bir-birinin ardınca bir sıra maddi və qeyri maddi
irs sərvətimizi bu təşkilata daxil edərək onun ümumbəşəri
səviyyədə mühafizəsinə
və təbliğinə
nail olmuşuq”.
Z.Eldarqızının fikrincə, bu iki yeni mühüm
hadisə işğaldan
azad edilən torpaqlarımızdakı abidələrin
də UNESCO-ya daxil ediləcəyini deməyə əsas verir. O, qeyd etdi ki, qələbə qələbə gətirir.
Bundan sonra beynəlxalq miqyasda daha çox
qələbələrə imza atacağıq.
Aytəkin KƏRİMLİ
Mövqe.- 2020.- 18 dekabr.
S.9