Çində yayılan virus qlobal iqtisadiyyatı daha çox təhdid edir

 

Pərviz Heydərov: “Çində tələbin istehsalın azalması qlobal ticarəti zəiflədəcək

 

Çində yayılan yeni koronavirusun dünya iqtisadiyyatına təsiri ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Ortaq fikir ondan ibarətdir ki, Çin iqtisadiyyatı bu epidemiyadan zərər görəcək. Amma bundan dünya iqtisadiyyatının da eyni dərəcədə zərər görüb-görməyəcəyi sual altındadır.

Beynəlxalq Valyuta Fondu (BVF) hesab edir ki, Çində yayılan yeni koronavirusun dünya iqtisadiyyatına təsiri barədə fikir söyləmək hələ tezdir. BVF-nin sözçüsü Cerri Rays bildirib ki, biz əsasən tələbata birbaşa təsiri təsbit etmişik: “Çinlilər evlərindən çıxmırlar. Əsasən qızğın turizm mövsümü, satış mövsümü demək olar, heç oldu. Tələbata gəlincə, istehsalat dayandırılıb, iqtisadi çətinliklər baş verib, işçilər evdə qalıblar”. O vurğulayıb ki, təsirin miqyası barədə hazırda fikir söyləmək çətindir: "Çin belə bir vəziyyətdə iqtisadiyyatını işlək saxlamaq üçün kifayət qədər imkanlara malik olsa da, xəstəlik nəticəsində həm Çində, həm başqa ölkələrdə səhm bazarları ziyan görüb, nəqliyyatdakı məhdudiyyətlər isə ölkə boyu iqtisadi fəaliyyətlərə mənfi təsir göstərə bilər".

Beynəlxalq kredit agentliyi “Moody’s” Reytinq Agentliyi isə düşünür ki, Çin iqtisadiyyatının üzləşdiyi çətinlik dünya iqtisadiyyatı üçün böyük risk yaradır. Reytinq agentliyi virusla bağlı yaranacaq böhranın 2008-ci ilin maliyyə bohranından daha ağır ola biləcəyini güman edir. Qurum bu ehtimalı onunla əsaslandırır ki, 2008-ci ildəki maliyyə böhranından fərqli olaraq virusla mübarizəyə məsul qurumların - ictimai səhiyyə iqtisadi siyasət qurumlarının imkanları dəhşətli pandemiyaya çevrilə biləcək fəlakətin qarşısını almağa yetməyə bilər.

İqtisadçı-ekspert Pərviz Heydərov da düşünür ki, Çində yaranan arzuedilməz vəziyyət dünya iqtisadiyyatı üçün müəyyən risk yaradır. Onun fikrincə, əgər virus epidemiyası daha uzun müddət davam edərsə başqa ölkələrdə ağır nəticələr verərsə, o zaman qlobal iqtisadiyyat ciddi zərərlə, böhranla üzləşə bilər.

Ekspert qeyd etdi ki, hazırda virusun qlobal iqtisadiyyata mənfi təsiri onun Çin iqtisadiyyatına mənfi təsirindən qaynaqlanır. P.Heydərov dedi ki, Çin iqtisadiyyatı ciddi zərərlə üzləşərsə, bundan dünya iqtisadiyyatının digər hissəsinin zərər görməsi qaçınılmaz olacaq: “Çünki Çin iqtisadiyyatı ABŞ-dan sonra dünyanın ikinci ən böyük iqtisadiyyatıdır. Çin, dünya iqtisadiyyatı üçün istehsal mənbəyi, fabrik rolunu oynayır. Çin həmçinin, dünyada ən böyük istehlakçı ölkə sayılır. Qlobal iqtisadiyyatda bu gün mühərrik rolunda ABŞ iqtisadiyyatı çıxış edirsə, Çin iqtisadiyyatıötürücü qutuhesab olunur.

Çində ticarətin, turizmin, nəqliyyatın ciddi itkilərlə üzşləşməsi müşahidə edilir. Virusun yayılmasına görə Çinə gələn turistlərin sayında 30 faiz azalma qeydə alınıb. Bununla bərabər dünya bazarlarında Çin məhsullarının satış həcmində azalma gözlənilir. Nəticədə Çin istehsalı dalana dirənə bilər. Bu isə dünya bazarlarında neftin qiymətinə təsir göstərəcək. Çin dünyada ən böyük neft idxalçısıdır. Əgər istehsal zəifləyərsə, neftin idxalında azalma baş verəcək”.

P.Heydərov söylədi ki, Çində tələbin istehsalın azalması qlobal ticarəti zəiflədəcək: “Virusun daha çox insana keçməməsi məqsədilə bir çox yerləri, o cümlədən istehsal müəssisələri fəaliyyətini müvəqqəti dayandırıb. İstehsalın dayanması eyni xarakterli digər sahələrdə olan istehsala mənfi təsir edəcək. Bu hal zəncirvari təsir yaradacaq. Mövcud vəziyyət Çində alış-verişi azaldacaq ki, bu, dünya iqtisadiyyatı üçün xarici bazarlarda sözügedən ökənin istehsalına məxsus malların satış həcminin enəcəyi gözləntisindən daha çox mənfi təsir nəticələr doğuracaq. Bu isə o deməkdir ki, sonuncu Çində əgər istehsalın azalması ilə nəticələnəcəksə, birinci bilavasitə xarici, yəni bu ölkədən kənarda olan istehsalçıların fəaliyyətini zəiflədəcək.

Çünki Çin bir çox dəbdəbəli mallar, məşhur brend istehsalçılar üçün möhtəşəm bir bazar sayılır. Çin əhalisinin bu cür istehlak mallarına marağının azalması elə indidən “Burberry Group”, “Christian Dior”, “Gucci”, “Kering”, LVMH, “Moncler Hermes”, “Richemontkimi şirkətlərin səhmlərinin 2,5-4,8 faiz aralığında ucuzlaşması ilə nəticələnib”.

P.Heydərov hesab edir ki, dünya iqtisadiyyatı üçün əsas risklərdən biri maliyyə bazarlarından qaynaqlana bilər. O dedi ki, hazırda sadəcə Çində deyil, həm ABŞ, Avropa digər fond birjalarında indekslərin düşməsi müşahidə edilir: “Məsələ bundadır ki, adıçəkilən virus daha çox insanları əhatə etməyə başladıqca, Asiya, Avropa digər regionların əsas fond indekslərində, eləcə , xammal aktivləri üzrə bazarlarda mənfi dinamika özünü tədricən daha çox büruzə verir. Bu isə təhlükəli tendensiyadır. Məsələn, üç ay idi ki, 60 ABŞ dollarından yüksək yaxud ən azı göstərilən rəqəm həddində qiymət nümayiş etdirən Brent markalı neft ICE (London) birjasında mart ayında qəbul üçün birdən-birə 3 faiz səviyyəsində eniş edərək 56 dollara düşüb. Bu, keçən ilin oktyabr ayından sonra ən aşağı göstəricidir”.

Ekspert düşünür ki, Çində baş verənlərin Azərbaycana mənfi təsiri özünü neftin ucuzlaşmasından sonra göstərəcək: “Azərbaycan, neqativ təsiri neftin qiymətinin enməsindən hiss edəcək. Artıq Brent neftinin qiyməti 56 dollara düşüb. Uzun müddət idi ki, Brent neftinin qiyməti 60 dollardan aşağı düşmürdü. Neftin qiyməti bizim üçün önəmlidir. İqtisadiyyatda stabilliyin yaranmasında, iqtisadi aktivliyin artmasında neft qiymətlərinin qane edilən səviyyədə olması önəmlidir. Əgər virusun yayılması prosesi qarşıdakı aylarında da davam edərsə, neft daha çox ucuzlaşdıra bilər”.

 

 

Vasif CƏFƏROV

Mövqe.- 2020.- 4 fevral. S. 3.