Yoxlamaların azaldılması biznes mühitini
liberallaşdırır
Son illər sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması ölkədə biznes mühitinin daha da liberallaşmasına müsbət təsirini göstərib. "Bizə çalışmalıyıq elə bir şərait yaradaq ki, hər bir istedadlı insan, biznesə meyli, həvəsi olan hər bir insan bizneslə məşğul ola bilsin, məmur təzyiqindən, müdaxiləsindən azad olsun. Sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilsin. Bəzi hallarda dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri imkan vermirlər, xüsusilə bölgələrdə. Əgər indi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar, qanını sorurlar. Belə adamlara qarşı çox ciddi tədbirlər görüləcəkdir", - deyən Azərbaycan Prezident İlham Əliyevin qətiyyətli mövqeyi son illərdə sahibkarların qanuni mənafelərinin qorunması, onların fəaliyyətinə müdaxilələrin qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsini təmin edib.
Xatırlatmaq lazımdır ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli və 2011-ci il 15 fevral tarixli fərmanlarına uyğun olaraq yaradılmış və 1 may 2011-ci il tarixindən fəaliyyətə başlamış "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri"ndə qeydə alınmaqla həyata keçirilir. Reyestrin fəaliyyəti sahibkarlıq sahəsində yoxlamaların aparılması ilə əlaqədar sahibkarların hüquqlarının müdafiəsinə, sui-istifadə hallarının qarşısının alınmasına və bu sahədə şəffaflığın artırılmasına xidmət edir. Sahibkarlar "www.yoxlama.gov.az" saytına sərbəst şəkildə daxil olmaqla, qeydiyyatdan keçə, şəxsi VÖEN-ni və qeydiyyatdan keçdikdən sonra əldə etdiyi şifrəni daxil etməklə özü barəsində təyin edilmiş plan üzrə yoxlamalar haqqında əvvəlcədən məlumat əldə edə bilərlər. Vergi orqanları tərəfindən aparılan operativ nəzarət tədbirləri istisna olmaqla, plandankənar yoxlamalar haqqında məlumatla isə sahibkarlar həmin yoxlamanın keçirilməsinə ən geci 1 gün qalmış tanış ola bilərlər.
Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid qaydalarının müəyyən edilməsi və yoxlamaların aparılması zamanı sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınması məqsədilə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu 2013-cü il 2 iyul tarixində qəbul edilib və 2014-cü il martın 1-dən qüvvəyə minib.
Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.Yoxlayıcı orqan səlahiyyətlərinə aid məsələlər üzrə sahibkara yazılı və şifahi şəkildə izahatlar verməyə, habelə qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına dair metodiki köməklik göstərməyə borcludur. Qanunda yoxlamaların plan üzrə və plandankənar formalarda aparılması nəzərdə tutulub.
Plan üzrə yoxlama həmin sahibkarlıq subyektinin maksimum son üç ildən artıq olmayan fəaliyyət dövrünü əhatə edə bilər. Plandankənar yoxlama isə yalnız həmin yoxlamanın keçirilməsinə əsas yaradan məsələləri əhatə etməlidir. Plan üzrə yoxlamanın müddəti iri sahibkarlara münasibətdə 10 iş günündən, orta və kiçik
sahibkarlara münasibətdə isə 5 iş günündən, plandankənar yoxlamanın müddəti isə iri sahibkarlara münasibətdə 5 iş günündən, orta və kiçik sahibkarlara münasibətdə isə 3 iş günündən artıq olmamalıdır.
Qanuna əsasən, yoxlama zamanı yalnız yoxlama suallarının siyahısına daxil edilmiş məcburi tələblərin icra vəziyyəti yoxlanılır. Yoxlama zamanı yoxlama suallarının siyahısına daxil edilməyən tələblərin pozulması faktı aşkar olunduğu halda həmin fakt üzrə məsuliyyət tədbiri tətbiq oluna bilməz.
Plandankənar yoxlamalar aşağıdakı
hallarda aparılır:
1) sonuncu yoxlama
nəticəsində aşkar
edilmiş pozuntuların
və ya onların nəticələrinin
müəyyən edilmiş
müddət ərzində
aradan qaldırılmasına
dair sahibkar tərəfindən yoxlayıcı
orqana məlumat verilmədikdə və ya verilmiş məlumatın yanlış
olduğu müəyyən
edildikdə;
2) sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı
tədbirlərin tətbiqi
(təkrar tətbiqi) barədə qərarın
icra vəziyyəti yoxlanıldıqda;
3) insanların həyat və ya sağlamlığına,
ətraf mühitə
və dövlətin əmlak maraqlarına birbaşa təhlükənin
olması və ya bu barədə
yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar)
daxil olduqda, habelə kütləvi informasiya vasitələrində
məlumatlar yayıldıqda;
4) sahibkar plandankənar
yoxlamanın aparılması
barədə yoxlayıcı
orqana müraciət etdikdə.
Qanuna əsasən,
yoxlama başlamazdan əvvəl yoxlayıcı
xidməti vəsiqəsini,
yoxlamanın aparılması
haqqında qərarın
surətini və yoxlamanın vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı
sahibkara təqdim etməli, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq
və vəzifələri
haqqında məlumat verməlidir.
Həmin sənədlər və məlumatlar sahibkara təqdim edilmədikdə
və ya yoxlamanın aparılması
haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda
göstərilən yoxlama
müddətlərinə riayət
edilmədikdə, sahibkar
yoxlayıcını yoxlamaya
buraxmaqdan imtina edə bilər. Sahibkarlardan yoxlamalarla
bağlı yuxarıda
qeyd olunan tələblər pozulduqda
İqtisadiyyat Nazirliyinin
"195-2" Çağrı Mərkəzinə və ya elektron poçt
ünvanına (office@economy.gov.az), eləcə də yoxlama aparan orqana müraciət etmələri tövsiyə
olunur.
Xatırladaq ki, Milli Məclisdə qəbul olunmuş "Sahibkarlıq
sahəsində aparılan
yoxlamaların tənzimlənməsi
və sahibkarların maraqlarının müdafiəsi
haqqında" qanun ölkədə iş adamlarının fəaliyyəti
üçün geniş
imkanlar açıb. Qanun sahibkarlıq subyektlərində
aparılan yoxlamaların
vahid qaydalarını
müəyyən edir.
Məqsəd sahibkarlıq subyektlərində
çoxsaylı yoxlamaları
azaltmaq, qanunsuz müdaxilələri aradan
qaldırmaqdır. Yeni qanuna
əsasən, bir sahibkarın bir neçə qurum tərəfindən yoxlanmasının
qarşısını almaq
üçün vahid
məlumat reyestri yaradılıb.
Qanun sahibkarların
fəaliyyətinə qanunsuz
müdaxilə hallarının
qarşısının alınmasına,
bu məqsədlə qanunvericiliyin təkmilləşdirilməsinə,
habelə institusional-təşkilati
tədbirlərin həyata
keçirilməsinə hesablanıb. Sənəd
dövlət başçısının
2010-cu il aprelin 13-də imzaladığı
"Sahibkarlıq sahəsində
aparılan yoxlamaların
nizama salınması və istehlakçıların
hüquqlarının qorunmasının
təmin edilməsinə
dair bəzi tədbirlər haqqında"
fərmanda əksini tapmış məqsədlərin
reallaşdırılması baxımından da yeni imkanlar açıb.
Xatırladaq ki, həmin fərman əsasında 2011-ci li mayın 1-də
"Sahibkarlıq sahəsində
aparılan yoxlamaların
vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə" təsdiq
edilib və bu sənəddən irəli gələn vəzifələrin icrası
Ədliyyə Nazirliyinə
həvalə olunub.
Sahibkarlıq sahəsində aparılan
yoxlamaların vahid reyestrinin yaradılması
bu sahədə dövlət nəzarəti
mexanizmlərinin təkmilləşdirilməsinə,
yoxlamaların tənzimlənməsi
vasitəsilə sahibkarların
hüquqlarının qorunmasına,
sui-istifadə hallarının
qarşısının alınmasına
xidmət edir. Bununla da
sahibkarların və istehlakçıların hüquqlarının
müdafiəsi məqsədilə
yoxlama prosedurunda əsaslı yeniliklər təsbit olunub. İlk növbədə, yoxlamaların
yalnız müvafiq reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilməsinin
mümkünlüyü vacib
şərt kimi qarşıya qoyulub.
Əsasnaməyə görə, hər hansı yoxlamanın aparılması üçün
onun reyestrdə qeydiyyata alınması məcburidir. Bu müddəa
yoxlamaların keçirilməsi
ilə bağlı yeni tənzimləmə mexanizminin əsas xəttini təşkil edərək dövlətin
sahibkarların mənafelərinin
qorunmasına verdiyi əhəmiyyətin təzahürüdür.
Əsasnamədə bütün yoxlama
növləri (araşdırma,
müayinə, monitorinq,
müşahidə, təftiş,
nəzarət, xronometraj,
reyd, baxış və s.) dəqiq sadalanıb və adından asılı olmayaraq, onların hamısının reyestrdə
qeydiyyata alınmasının
təmini vəzifəsi
yoxlayıcı orqanların
üzərinə qoyulub.
Ədliyyə Nazirliyi sahibkarlıq sahəsində aparılan
yoxlamalar barədə
hər üç aydan bir Azərbaycan
Respublikasının Prezidentinə
və Nazirlər Kabinetinə məlumat verir. Bu məlumatlara keçirilmiş yoxlamaların
predmeti və əsasları, yoxlayıcı
orqanlar, yoxlanılan sahibkarlıq subyektləri,
yoxlamaların nəticələri,
qəbul olunmuş qərarlar, yol verilən pozuntular, görülmüş tədbirlər,
təhlillər, statistik
və digər göstəricilər daxil
edilir. Digər mühüm yenilik
bundan ibarətdir ki, Əsasnamə ilə sahibkarlıq subyektlərinə yoxlamalara
münasibət bildirmək
imkanı yaradılıb.
Belə ki, reyestrə yoxlayıcı orqanların
təqdim etdiyi məlumatlarla yanaşı,
sahibkarlıq subyektlərinin
yoxlama barədə qeydləri, müraciətləri,
şikayəti və digər məsələlər
də daxil edilir. Aşkarlığın təmin olunması
məqsədilə yoxlamalar
barədə məlumatlar
www.yoxlama.gov.az internet şəbəkəsində
yerləşdirilir. Yoxlayıcı orqanlar və sahibkarlıq fəaliyyəti
subyektləri yalnız
özlərinə aid yoxlamalarla
bağlı məlumat
bazasına daxil edilən informasiyalardan istifadə edə bilərlər.
Samir Mustafayev
Mövqe.- 2020.- 4
fevral. S. 10.