Ekoloji
tarazlığın qorunması sosial və iqtisadi perspektivi
gücləndirir
Azərbaycanda
təbiətin qorunması və
sağlamlaşdırılması prosesi dövlətin strateji
planlarına daxildir
Ekoloji
vəziyyətin sağlamlaşdırılmasının əhəmiyyəti
bizim dövrün ən aktual məsələlərindəndir.
Çünki, atmosferin təmizliyi bilavasitə insanın
sağlamlıq kodeksinin ümdə məsələsidir.
Sağlam bədən, sağlam ruh gündəlik iş ahənginin
yüksəlməsi, mənəvi aləmin zənginliyi
üçün əsas stimuldur. Azərbaycan dövləti
sosial mahiyyətlidir. Əhalinin sağlamlığı
hökumətin diqqət mərkəzindədir.
Sağlamlığın rəhni isə düzgün
qidalanmaqla yanaşı təmiz hava ilə nəfəs
almadadır. Ekoloji tarazlıq atmosferin təmizlənməsini
və təbii sərvətlərin artmasını təmin
edir.
Son
16 ildə Azərbaycan təbiətinin qorunması və
inkişaf sahəsində ciddi işçlər
görülüb. Xüsusilə, yaşıllığın
genişlənməsi üzrə çox böyük
miqyaslı layihələr həyata keçirilib. Yaşıl
zonalar genişlənib, yeni meşə zolaqları
salınıb, suvarma sistemləri qurulmaqla sənye əhəmiyyətli
ağacların əkilməsi prosesi sürətləndirilib.
Regionların
inkişafına dair dördüncü Dövlət
Proqramının yerinə yetirilməsinə həsr olunan
konfransda Prezident İlham Əliyev deyib: “Ağacəkmə
prosesi davam etdiriləcək. Keçən il Nəsiminin 650
illiyi ilə bağlı bir gündə 650 min ağac əkildi.
Son illərdə isə əkilən ağacların sayı bəlkə
də 10-20 milyonu ötüb. Bu, çox müsbət
haldır. Xüsusilə təbiəti ağacla o qədər
də zəngin olmayan bölgələrdə bu proses geniş
vüsət alıbdır və almalıdır. Bununla paralel
olaraq, çirklənmiş yerlərin təmizlənməsi,
torpaqların rekultivasiyası prosesi davam etdirilir. Abşeron
yarımadasında bu işlər aparılır,
aparılacaqdır. Bizim mövcud göllərin təmizlənməsi
prosesi daha geniş vüsət almalıdır. Biz hələlik
yalnız Böyükşor gölünün bir hissəsini təmizləmişik.
Bu da çox böyük layihədir. İndi digər hissənin
və həmçinin digər göllərin təmizlənməsi
gündəlikdədir”.
Dövblət
başçısının tapşırığı və
diqqəti əlaqədar təşkilatları hərəkətə
gətirib və daha böyük səyllə ekoloji
sağlamlaşdırma işlərini davam etdirirlər.
Bu
günlərdə Ekologiya və Təbii Sərvətlər
nazirinin müavini Firdovsi Əliyev mətbuata
açıqlamasında deyib ki, yaşıllaşdırma
işlərinin aparılmasında cəmiyyətin Ekologiya və
Təbii Sərvətlər Nazirliyinə dəstək
olmasına, insanların yaşıllaşdırmada fəallıq
göstərmələridə çox maraqlıdırlar: “Vətəndaşlar
özləri də yaşıllaşdırmaq istədikləri
ərazilərin adlarını nazirliyə açıqlaya,
yeni ərazilərin yaşıllaşdırılması təşəbbüsü
ilə çıxış edə bilərlər”.
Bununla
əlaqədar ETSN-nin sosial şəbəkələrdəki
səhifələrində rəy sorğuları keçirməyə
başlayıb. Sakinlər yaşıllaşdırmaq istədikləri
ərazilərin adlarını bu sorğularda
açıqlasalar, onda nazirlik vətəndaşlarla
birlikdə həmin ərazilərin
yaşıllaşdırılmasını həyata keçirəcəklər.
Ancaq təkcə yaşıllaşdırma işlərinin
aparılması ilə iş bitmir. Əkilən ağaclarda
bitiş faizinin yüksək olması üçün ağaclar mühafizə edilməli,
yaşıllığa qənim kəsilənlərə
qarşı ictimaiyyət tərəfindən qınaq
olmalıdır. Qazanılmış təcrübə göstərir
ki, bu işin mühümlüyünü dərk edən vətəndaşlar özləri
bu məsələdə fəal olmağa
çalışırlar.
Təkcə
2019-cu ilin yaz və payız ağacəkmə mövsümlərində
ölkənin meşə və qeyri-meşə sahələrində
ümumilikdə 2 milyona yaxın ağac əkilib. Əkilən
tinglər ETSN-nin tinglik təsərrüfatlarında
yetişdirilib. Bunların sırasında sənaye sahələrinin
inkişafına xidmət edən meşə və bağlar
da var. Məsələn, baramaçılığın
inkişafına yardım göstərmək məqsədilə
ötən il təsərrüfatlara 700 min tut tingi
paylanılıb. Bu proses hər il davam etdirilir. Ağac
emalı sənayesində əhəmiyyətli xammal olan bitkilərdən
ibarət meşə zolaqlarının salınması da
ekoloji tarazlığın qorunmasına və emal sənayesinin
inkişafına kömək edir.
Prezident
İlham Əliyev 2020-ci ili “Könüllülər ili” elan
edib. Bununla əlaqədar könüllülərin dəstəyi ilə ağac əkilməsi
genişlənir. Peşəsindən, uşaq və
böyük olmasından asılı olmayaraq, hər bir kəsə
sağlam ətraf mühit lazımdır. Azərbaycanın
seçdiyi yol siyasi və mə\nəvi sağlamlıq amillərinə
bağlı olduğu üçün ekoloji sağlam təbiət
bu yolun uğurunu təmin edir.
N.NOVRUZ
Mövqe.- 2020.- 6
fevral. S. 14.