Azərbaycana artan maraq turizm
sənayesini genişləndirir
Ölkəmizə
gələn turistlərin sayı ildən-ilə artır
Ötən il Azərbaycana 3 milyon nəfərə yaxın turist gəlib. Ölkəmizə maraq göstərən
turistlərin sayında
da artım müşahidə olunur.
Turizm potensialının tam realizə
edilməsi məqsədilə
həyata keçirilən
tədbirlər öz
nəticəsini verir.
Azərbaycana maraq göstərən
turistlərin sayı ildən-ilə artır.
Bu prosesdə müsbət meyillərdən
biri regionlarda turizmin inkişafıdır.
Çünki turistlərin böyük
hissəsi artıq Azərbaycanın bölgələrinə
gedir. Bütün lazımi şəraitlər
yaradıldıqca, turizm
sənayesinin potensialı
da özünü göstərir. Cəmiyyətimizdə
təhlükəsizlik, sabitlik
davam etdikcə, müasir
infrastruktur formalaşdıqca
bu sahənin inkişaf sürəti də artır. Beynəlxalq aeroportlar, müasir yollar, beynəlxalq dəmir yolları, rahat otellər, təbiətin yaşıl
qoynuna səyahətlər,
kurortlar, yay-qış
xizək, dəniz kurortları, müalicəvi
turizm əcnəbilərin
Azərbaycana səfərlərini
stimullaşdırır. Lakin bu sahədə
potensial o qədər
genişdir ki, hələ nə qədər görüləcək
işlər var. Bu il də bu sahənin inlkişafı istiqamətində
ciddi tədbirlər baş tutacaq. Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı
ilə aprel ayında ilk dəfə keçiriləcək turizm
tədbirinə Yaxın
Şərq və Avropa ölkələri, Rusiya, Qazaxıstan, Ukrayna, Hindistan, Pakistan, Yaponiya və Koreya kimi ölkələr
daxil olmaqla dünyanın 50 ölkəsindən
1000-dən çox iştirakçının
qatılacağı gözlənilir.
Bakı Konqres Mərkəzində
keçiriləcək tədbir
ölkənin turizm imkanlarının tanıdılması
üçün mühüm
platforma rolunu oynayacaq. Tədbirin təşkilində məqsəd turizm sahəsində fəaliyyət
göstərən yerli
şirkətlərlə xarici
turizm şirkətləri
arasında tərəfdaşlıq
münasibətlərinin və
əməkdaşlıq imkanlarının
yaradılmasına şərait
yaratmaq, qarşılıqlı
münasibətlərin inkişafına
təkan verməkdir.
Tədbirdə B2B (Biznesdən biznesə)
görüşlər və
seminarlar keçiriləcək,
şirkətlərə öz
xidmətlərinin təqdimatını
keçirmək üçün
imkan yaradılacaq.
Bu günlərdə isə Dövlət Turizm Agentliyi (DTA) və Azərbaycan Turizm Bürosunun (ATB) təşkilatçılığı
ilə ölkəni təmsil edən turizm şirkətləri Hindistanın Mumbay şəhərində keçirilən
"OTM Mumbai 2020" sərgisində iştirak edib. Sərgi çərçivəsində yerli və beynəlxalq
turizm şirkətləri
ilə B2B (Biznesdən-biznesə)
formatlı görüşlər
keçirilib, əməkdaşlıq
imkanları qiymətləndirilib,
həmçinin Azərbaycanın
təklif etdiyi müxtəlif turizm imkanları müzakirə
olunub.
ATB-nin baş icraçı
direktoru Florian Zenqstşmid qeyd edib ki, Hindistan
Azərbaycan üçün
böyük potensiallı
prioritet bazardır və "OTM Mumbai 2020" sərgisi
Azərbaycanın turizm
potensialının tanıdılması
üçün əlverişli
platformalardan biridir:
"2020-ci ildə korporativ,
toy və digər turizm növləri üzrə daha çox səyahətçinin
cəlb edilməsini, həmçinin haykinq və ornitoloji turizm kimi yeni
turizm məhsullarının
təklif olunmasını
planlaşdırırıq. Asanlaşdırılmış viza proseduru,
iki ölkə arasında mədəni və tarixi əlaqələri nəzərə
alaraq 2020-ci ildə daha çox hindistanlı turisti qarşılamaq niyyətindəyik".
"OTM
Mumbai" hər il keçirilən
B2B formatlı turizm ticarət sərgisidir və turizm sənayesinin dünya üzrə aparıcı nümayəndələrini bir
yerə toplayır. 2019-cu ildə sərgidə
55 ölkədən mindən
çox turizm şirkəti təmsil olunub və 15 mindən artıq ziyarətçi sərgiyə
qatılıb. Məlumat
üçün qeyd edək ki, 2019-cu ildə Azərbaycana səfər edən Hindistan vətəndaşlarının
sayı 65 min nəfər
təşkil edib ki, bu da
2018-ci illə müqayisədə
66,8% artım deməkdir.
Bu tədbirlərin keçirilməsi
və xarici sərgilərdə iştirak
ölkəmizə gələn
turistlərin sayının
ildən-ilə artması
ilə bağlı zəruriyyətdən doğur. Çünki, turistlərin sayının
artması ölkədəki
mehmanxanalar şəbəkəsinin
genişlənməsi vacibdir.
Bu sıraya səfərdaşları
da əlavə etsək, onda yataq yerlərinin sayı ilə ümumi ölkəyə gələnlərin sayı
arasında mütənasibliyin
yaranması çox vacibdir. Hazırda Azərbaycanda 596 mehmanxana müəssisəsi
qeydiyyatdan keçib.
Mehmanxanalarda eyni vaxtda 46,7 min nəfərin
yerləşə biləcəyi
22,2 min nömrə var. Bakının
mehmanxana nömrələrinin
xüsusi çəkisi
ölkənin mehmanxanalarının
nömrə fondunun
46%-dən çoxunu təşkil edir.
Bu il Azərbaycanda, daha doğrusu, paytaxtımızda böyük idman bayramları keçiriləcək. Azərbaycan futbol üzrə Avropa çempionatının final mərhələsinin qrup oyunları çərçivəsində 3 oyuna, eləcə də 1/4 final oyununa ev sahibliyi edəcək. Məlumdur ki, bu cür beynəlxalq tədbirlər turizmin inkişafında mühüm rol oynayaraq Azərbaycanın tanıdılmasına, ölkəmizə xarici turistlərin cəlb edilməsinə mühüm töhfələr verir. İyun və iyul aylarında keçiriləcək bu yarışları izləmək üçün dünyanın müxtəlif ölkələrindən azarkeşlər Azərbaycana üz tutacaq. Məhz həmin günlər Bakı yalnız futbol həvəskarlarının deyil, bütün dünyanın diqqət mərkəzində olacaq.
Bu aydındır. Ancaq məsələ burasındadır ki, turizm sənayesində çalışanlar qazanc yollarına elmi yox, fürsətçilik mövqeyindən yanaşırlar. Məsələn, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev ölkənin turizm ictimaiyyətinə müraciətində təəssüf hissi ilə qeyd edir ki, ötən il Bakıda keçirilən UEFA Avropa Liqasının final oyununda ölkəmizin imicinə xələl gətirmək üçün bəzi xarici media orqanlarında yanlış məlumatlar yayıldı. Belə məlumatların yayılmasında yerli otellərin sahiblərinin tamahkarlığı ucbatından bəzi hotel, hostel və digər yerləşmə və qalma yerlərində süni qiymət artımının, oyunlardan xeyli əvvəl bron edilmiş yerlərin ləvğ edilərək oyunlar ərəfəsində daha yüksək qiymətlə satışa çıxarılmasının baş verməsi az rol oynamadı.
Güman edirik ki, müvafiq təşkilatlar bu istiqamətdə maarifşilik işinin və biznes qaydalarının təbliği üçün ciddi iş aparacaq və turizm sənayesində mədəni və savadlı davranış qaydalarının formalaşmasını gücləndirəcəklər.
N.NOVRUZ
Mövqe.- 2020.- 8
fevral. S. 6.