İqtisadi
tərəqqi və yüksəliş mərhələsi
Son
illər Azərbaycan iqtisadiyyatı təkcə sürətli
inkişafla deyil, eyni zamanda yeni keyfiyyət parametrləri ilə
özünü təsdiqləyib. Azərbaycanı Cənubi
Qafqaz regionunda öz sözü və mövqeyi olan, səmərəli
iqtisadi təşəbbüslərin müəllifi kimi
tanınan dövlətə çevirən Prezident İlham
Əliyevin 2003-cü ildən yürütdüyü siyasət
dövlət başçısının xalqın, dövlətin
gələcək inkişafı ilə bağlı aydın
baxışlara malik olduğunu göstərir.
Respublikamızda
son 16 ildə həyata keçirilən iqtisadi siyasətin əsasən
sosialyönümlü mahiyyət daşıması da bir
sıra reallıqlarla şərtlənərək cəmiyyətin
sosial sifarişini əks etdirir. Aztəminatlı vətəndaşların
sosial müdafiəsi, istehsalçı və
istehlakçının maraqlarının
uzlaşdırılması, bir sözlə, sosial-liberalizm xətti
cənab İlham Əliyevin prezidentlik dövrünü səciyyələndirən
prioritet istiqamətlərdən biri kimi diqqəti çəkir.
Azərbaycanda yeni mülkiyyət formalarının
yaranması, sahibkarlığın sürətli
inkişafı, bazar münasibətləri şəraitində
qiymətlərin optimallaşdırılması əhalinin
sosial baxımdan nisbətən zəif təbəqəsinin
maraqlarını inkar etmir. Hər bir islahatın bu təbəqənin
maraqlarına vura biləcəyi cüzi ziyan belə təxirəsalınmaz
sosial müdafiə tədbirləri hesabına kompensasiya
edilir.
Hökumətin
ötən illərdə həyata keçirdiyi bir çox
layihələr məhz sosial mahiyyət kəsb edib. Dəniz səviyyəsindən
3000 min metrədək hündürlükdə yerləşən
Qubanın Xınalıq kəndinə yolun, sovetlər
dövründən mavi yanacaq üzü görməyən
Lerik və Yardımlıya qaz kəmərlərinin çəkilməsi,
eləcə də Naxçıvanın davamlı olaraq
elektrik enerjisi və qazla təmin olunması, Bakıya
Oğuz-Qəbələ zonasından su kəmərinin çəkilməsi,
rayonlarda yeni təhsil, səhiyyə, mədəniyyət,
olimpiya-idman komplekslərinin tikintisi, qaçqın düşərgələrinin
ləğvi - bütün bunlar Azərbaycan vətəndaşlarının
firavan, rahat yaşamasına xidmət edən qlobal investisiya
layihələrinin çox süzi qismidir.
Ötən illərdə ölkədə
uğurla həyata keçirilən siyasət
eyni zamanda Azərbaycan üçün
taleyüklü bir sıra layihələrin gerçəkləşməsini, respublikanın bütövlükdə
Cənubi Qafqaz regionunda lokomotiv dövlətə çevrilməsini
təmin edib. Yeni neft
strategiyasının tərkib
hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istifadəyə
verilməsi nəticəsində
Azərbaycan Avropanın
enerji təhlükəsizliyinin
başlıca təminatçısına
çevrilib, ölkəmizin
dünya üçün
önəmi daha da artırıb. Bakı-Tbilisi-Qars dəmiryolunun istifadəyə
verilməsi, «Əsrin
müqaviləsi»nin yenilənməsi,
eləcə də Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq"
yataqlarının və
"Günəşli" yatağının dərinlikdə
yerləşən hissəsinin
birgə işlənməsi
və neft hasilatının pay bölgüsü
haqqında düzəliş
edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması bu baxımdan beynəlxalq əhəmiyyətli hadisə
kimi qarşılanır.
Dövlət başçısının son illərdə imzaladığı
"Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf
Konsepsiyası və
"Milli iqtisadiyyatın
əsas sektorları üzrə strateji yol xəritəsi" kimi konseptual əhəmiyyətli sənədlər
deməyə əsas verir ki, cənab
İlham Əliyev Azərbaycanın uzunmuddətli
inkişaf strategiyasının
dərin elmi proqnozlar əsasında işlənib hazırlanmasına
çalışır. İqtisadi İslahatların
Təhlili və Kommunikasiya Mərkəzinin,
Maliyyə Sabitliyi və Turizm şuralarının yaradılması
iqtisadi islahatların dərin elmi əsaslarla aparılması
niyyətinin əyani təzahürüdür.
Bütün bunların nəticəsi olaraq Azərbaycan dünyanın ən nüfuzlu təşkilatlarından
olan Dünya İqtisadi Forumunun açıqladığı "2019-2020 Qlobal Rəqabətlilik Hesabatı”nda daha iki pillə yüksələrək 137 ölkə
arasında 35-ci yerdə
qərarlaşıb. Ümumilikdə, ölkəmiz "Qlobal rəqabət qabiliyyəti"
hesabatları üzrə
2005-ci ildəki 69-cu yerdən
34 pillə irəliləyərək
35-ci yerə yüksəlib,
2009-cu ildən indiyədək
MDB-də liderliyini qoruyub saxlayıb. Bundan əlavə, respublikamız 190 ölkənin
biznes mühitini qiymətləndirən növbəti
"Doing Business 2018" hesabatında 8 pillə irəliləyərək
57-ci mövqeyə yüksəlib,
ötən il ərzində davam etdirilən uğurlu islahatların nəticəsi
olaraq 6 göstərici
üzrə mövqeyini
yaxşılaşdırıb. "Doing
Business 2018” hesabatında Azərbaycan
"Kiçik investorların
maraqlarının qorunması”
göstəricisi üzrə
22 pillə irəliləyərək
10-cu pilləyə, "Əmlakın
qeydiyyatı” göstəricisi
üzrə 1 pillə
irəliləyərək 21-ci pilləyə, "Vergilərin
ödənişi” göstəricisi
üzrə 5 pillə
irəliləyərək 35-ci pilləyə yüksəlib.
Ümumilikdə, qeyri-neft sektorunda yaradılan əlavə dəyər 2003-cü illə
müqayisədə 10 dəfədən
çox artıb, qeyri-neft sektorunun ümumi daxili məhsulda payı 70 faizə çatıb. Bundan əlavə, Azərbaycanın
valyuta ehtiyatlarının
ötən il 51 milyard dollar səviyyəsinə
yüksəlməsi, ixracın
idxalı 4 milyard manat üstələməsi
də makroiqtisadi sabitliyin və manatın məzənnəsinin
qorunub saxlanılması
baxımından uğurlu
göstəricilərdir.
Xarici ticarətdə
müsbət saldonun təmin edilməsi, şübhəsiz, ixrac sahibkarlığının dəstəklənməsi
tədbirləri də
ilə sıx şəkildə bağlıdır. Ölkə
başçısının 1 mart
2016-cı il tarixli «Qeyri-neft məhsullarının ixracının
təşviqi ilə bağlı əlavə tədbirlər haqqında»
fərmanı da sahibkarlığa dəstək
istiqamətində mühüm
addım olmuş, bununla ixrac məhsullarına
ixrac təşviqinin maliyyələşdirilməsi və
geriödəmə dəstəklərinin
verilməsi mexanizmi yaradılıb. Sənəd 2016-2020-ci illərdə Azərbaycan Respublikasında
istehsal olunan qeyri-neft məhsullarının
ixracının təşviqi
istiqamətində əlavə
tədbirlərin həyata
keçirilməsi məqsədini
ön plana çəkib. Fərmana əsasən,
qeyri-neft məhsullarının
ixracı ilə məşğul olan şəxslərə dövlət
büdcəsinin vəsaiti
hesabına ixrac təşviqi ödənilir.
Şübhəsiz, ixracın idxalı üstələməsi son iki
ildə həyata keçrilən qaninverici və institusional islahatların uğurlu nəticəsidir. Ümumilikdə,
ölkə başçısının
3 fevral 2016-cı il tarixli "Azərbaycan Respublikasının mərkəzi
və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şuralarının yaradılması
haqqında", 20 aprel
2016-cı il tarixli
"İnvestisiyanın həyata
keçirildiyi iqtisadi
fəaliyyət sahələri,
investisiya layihəsinin
həcmi ilə bağlı minimal məbləğ
və həyata keçiriləcəyi inzibati
ərazi vahidləri"nin
təsdiq edilməsi haqqında", 19 may 2016-cı il tarixli "Dövlət əmlakının
özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi
sahəsində əlavə
tədbirlər haqqında"
və "Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi
haqqında" fərmanları,
habelə 2016-cı il
21 may tarixli fərmanla
təsdiq edilmiş
"Malların və
nəqliyyat vasitələrinin
gömrük sərhədindən
keçirilməsi üçün
"Yaşıl dəhliz"
və digər buraxılış sistemlərindən
istifadə Qaydaları»,
21 aprel 2016-cı il tarixli Azərbaycan Respublikasında "Sahibkarlar
Günü"nün təsis
edilməsi haqqında"
sərəncamı sahibkarlığın
inkişafına ciddi təkan verən sənədlər kimi yüksək dəyərləndirilməlidir.
Bu və digər sənədlər əsasında
sahibkarlıq fəaliyyəti
üçün lisenziya
və icazələrin
sayının və ödənilən rüsumların
məbləğlərinin dəfələrlə
azaldılması; icazələrin
verilməsi prosedurlarının
sadələşdirilməsi, o cümlədən bu sahədə elektron portalın yaradılması;
sahibkarların hüquqlarının
qorunması məqsədilə
Apellyasiya Şuralarının
yaradılması; ölkə
ərazisindən tranzit
yüklərin daşınmasında
"bir pəncərə"
prinsipinin tətbiq olunması; ölkədə
investisiyaların təşviqinin
artırılması məqsədilə
vergi və gömrük güzəştlərinin
verilməsi; idxal-ixrac
əməliyyatları zamanı
gömrük prosedurlarının
sadələşdirilməsi məqsədilə elektron
gömrük xidmətlərinin
daha da genişləndirilməsi;
dövlət satınalmalarında
təkmilləşdirmələrin aparılması; dövlət
orqanlarında sahibkarların
müraciətlərinin birbaşa
cavablandırılmasını həyata keçirən, məlumatlandırma və
məsləhət xidmətləri
göstərən çağrı
mərkəzlərinin yaradılması
həyata keçirilib.
Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 6 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında kiçik
və orta sahibkarlıq səviyyəsində
istehlak mallarının
istehsalına dair Strateji Yol Xəritəsi"
də ölkəmizdə
sahibkarlıq və biznes mühitinin yaxşılaşdırılması üçün yaxşı
imkanlar açıb. Sahibkarlığın inkişafı məqsədilə
həyata keçiriləcək
kompleks tədbirlər
sistemini özündə
ehtiva edən sənəddə islahatların
konkret istiqamətləri
və hədəfləri
əksini tapıb.
Samir Mustafayev
Mövqe.- 2020.- 8
fevral. S. 11.