Azərbaycan xalçalarına dünyada tələb artır

 

Tural Səfərov: ““Azərbaycan xalçalarının keyfiyyəti, naxış elementlərinin zənginliyi dünyada onlara daha çox tələbatın yaranmasına səbəb olub”

 

Azərbaycan xalçalarına dünyada çox böyük tələbat var.  Bunu fevralın 12-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Kürdəmir filialının açılışında iştirak edən Prezident İlham Əliyev müəssisənin kollektivi ilə görüşündə deyib.

 

Dövlət başçısı əməkçi kollektivi xalça fabrikinin açılışı münasibətilə təbrik edibonlara uğurlar arzulayıb: “Şadam ki, Kürdəmir rayonunda da xalça fabriki açılır. Son vaxtlar bu istiqamətdə çox böyük işlər görülür. Planımızda 32 fabrikin açılışıdır, onlardan 11-i artıq fəaliyyətdədir. Biribu gün Kürdəmir rayonunda rəsmən açılır. Mənə verilən məlumata görə, burada qadınlar üçün 100-ə yaxın yeri yaradılıb. Bu, çox müsbət haldır. Bir tərəfdən, vətəndaşları yerləri ilə təmin edirik, xüsusilə qadınları. Digər tərəfdən, bizim qədim sənətimiz, xalçaçılıq sənəti inkişaf edəcək. Sizbu sənəti yaşadırsınız və öz təcrübənizi, biliklərinizi gənc nəsil ilə bölüşürsünüz. Beləliklə, həm özünüz üçün yeni imkanlar əldə edirsiniz, eyni zamanda, ölkəmizin gələcək uğurlu inkişafı istiqamətində də mühüm töhfə verirsiniz. Çünki xalçaçılıq həm qədim sənətimizdir, həm də xalça ixracyönümlü məhsuldur. İndi bizim əsas vəzifəmiz qeyri-neft sektorunun ixracının artırılmasıdır”.

Dövlət başçısı dünyada Azərbaycan xalçalarına çox böyük tələbatın olduğunu deyib: “Ölkəmizə gələn xarici qonaqlar xalçalarla çox maraqlanırlar. Nəzərə alsaq ki, keçən il ölkəmizə 3 milyon 170 min xarici qonaq gəlib və bu il daha da artacaq, ona görə bizim xalçalarımıza tələbat çoxalacaq. Sizin işiniz daha da çox olacaq. Burada yaxşı əməkhaqqı ilə təmin olunursunuz, şəraiti gözəldir. Son dövrdə “Azərxalça”nın xətti ilə açılmış fabriklərdə demək olar ki, işçilərin hamısı razıdır.

Xalça fabriklərinin yaradılması xüsusi əhəmiyyət daşıyır. Çünki sizqeyd etdiyiniz kimi, biz demək olar ki, bu sənəti bölgələrdə itirirdik. Bölgələrdə ancaq evlərdə köhnədən qalan dəzgahlar var idi. Toxucular fərdi qaydada işləyirdilər. Sifarişlər də demək olar ki, yox idi, xalçanı toxuyub sata bilmirdilər. Siz yaxşı bilirsiniz ki, xalçanı toxumaq üçün ləvazimat, vasitələr, maddi imkan lazımdır.

İndi bunlar olmayanda necə toxusunlar? Sonra toxuyub hara satsınlar? Ona görə bizim xalçaçılıq sənətimiz demək olar ki, yalnız Bakı şəhərində qalmışdı. Ancaq bizim hər bir bölgəmizdə özünəməxsus xalçaçılıq məktəbi var. Ona görə ölkə üzrə 32 fabrikin yaradılmasının məqsədi bu idi ki, bölgələrdə bu sənət yaşasın, qadınlar cəlb olunsun, gözəl şərait yaradılsın, yaxşı pul qazansınlar, vətəndaşlara dövlətə xeyir gətirsin. Biz buna da nail oluruq. Əminəm ki, burada toxunan bütün xalçalar ən yüksək qiymətə layiq olacaq siz bu sənəti bu fabriklər vasitəsilə gənclərə ötürəcəksiniz. Mən görürəm, sizin aranızda gənc qızlar da var, onlar da təcrübə toplayacaq, sonra uşaqlar cəlb olunacaq. Beləliklə, qədim xalçaçılıq sənətimiz daim yaşayacaq".

AzərxalçaAçıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tural Səfərov bildirdi ki, Azərbaycan xalçasının keyfiyyət göstəriciləri naxış elementlərinin bol olması dünyada onlara ciddi tələbatın yaranmasına gətirib çıxarıb: “Azərbaycan tarixən xalçaçılıq mərkəzidir. Ölkəmizdə hər zaman keyfiyyətli xalçalar toxunub. Azərbaycan xalçalarının keyfiyyəti, həm naxış elementlərinin zənginliyi dünyada onlara daha çox tələbatın yaranmasına səbəb olub.

Digər tərəfdən, Azərbaycan xalçasına dünyada marağın artmasında aparılan təbliğatın da mühüm rolu olub. Uzun illər Avropa ölkələrinə, ABŞ-a Azərbaycandan xalçalar daşınıb.  Nəticədə xalçalarımız nüfuz qazanıb. Yəni Azərbaycan xalçası dünyada brend məhsul olaraq məşhurlaşıb. Ölkədə xalçaçılığın inkişafını nəzərdə tutan 2018-2022-ci illəri əhatə edən dövlət proqramı qəbul edilib. Bu proqramda xalçalarımızın Azərbaycan brendi kimi dünyaya ixracı qarşıya qoyulan əsass məqsədlərdəndir. Prosesdə artıq ciddi nəticələr əldə olunub gələcəkdə bu fəaliyyət daha da genişlənəcək. Hazırda bu istiqamətdə 21 filialımız fəaliyyət göstərir ki, onun da sayını 32-yə qaldırmaq nəzərdə tutulub. Sumqayıt Kimya-Sənaye Parkında böyük yunəyrici boyaq fabrikinin tikintisi başa çatma üzrədir. Yun boyaq bitkilərinin tədarükü üzrə Bərdə, Sabirabad, Şabran, Qobustan Naxçıvan şəhəri olmaqla 5 regional mərkəz yaradılıb. 2019-cu ilin mayında bu günə qədər 300 ton yun tədarük etmişik.

Tezliklə xalça müəssisələrində öz xammalımız əsasında xalçalar toxunacaq. Hazır xalçaların emalı müəssisəsinin yaradılması da planlaşdırılıb. Dünya bazarında emaldan keçməyən, yəni yuyulmayan, dartılmayan, ütülənməyən hazır xalçanı almırlar. Belədə ümal müəssisəsinin tikintisi ilə Azərbaycan xalçasına dünya bazarında tələbat daha da artacaq. Bu fonda xalça ixracı ilə Azərbaycana kifayət qədər vəsait daxil olacaq. Bütün bu prosesin başa çatması fonunda 5 mindən çox insan həmin sahədə işlə təmin olunacaq Azərxalçarentabelli müəssisəyə çevriləcək”.

 

R. SOLTANOV

Mövqe.- 2020.- 14 fevral. S. 7.