Şimal-Cənub dəmir yol xətti modernləşdirilir
Azərbaycan bu xəttin modernləşdirilməsində
öz üzərinə
düşən işləri
layiqincə yerinə yetirir
2020-ci ildə Azərbaycan
və regional layihələr
üçün böyük
əhəmiyyət kəsb
edən Bakı-Yalama dəmir yolu xəttinin yenidən qurulmasına başlanılacaq. Bu yolun uzunluğu 198,3 kilometrdir. Bakıdan başlanan dəmir
yol xətti Xaçmaz rayonunun ərazisində yerləşən
Yalama məntəqəsinə
qədər uzanır.
Burada dəmir yol xətti Rusiyanın dəmir yol şəbəkəsinə qoşulur.
Bu xəttin böyük
regional əhəmiyyəti var. Onun yenidən qurulması şimaldan cənuba və əks istiqamətdə yüklərin, o cümlədən
tranzit yüklərinin
daşınmasını yaxşılaşdıracaq. Bakı-Yalama xətti böyük
regional nəqliyyat layihəsi
hesab edilən Şimal-Cənub nəqliyyat
dəhlizinin bir hissəsidir. Bu dəhlizlə böyük
həcmdə yüklərin
daşınması gözləntilərini
nəzərə alaraq,
Azərbaycan hökuməti
Bakı-Yalama və Bakı-Astara (İran sərhədi) dəmir yollarının yenidən
qurulmasını həyata
keçirməyi qərara
alıb.
Bakı-Yalama xəttinin modernlərşdirilməsi
Asiya İnkişaf Bankının ayırdığı
kredit vəsaiti hesabına həyata keçiriləcək. Asiya İnkişaf
Bankı dəmir yolu sısteminin inkişafı proqramının
reallaşdırılması üçün Azərbaycana
400 milyon dollar məbləğində
kredit ayırır.
Kredit vəsaitləri hesabına
“Azərbaycan Dəmir
Yolları” QSC-nin idarəetmə sisteminin gücləndirilməsinə yönəlmiş
tədbirlərin həyata
keçirilməsi, cəmiyyətin
maliyyə effektivliyinin
artırılması, yeni
korporativ strukturunun yaradılması, eləcə
də Bakıdan Rusiya sərhədinə qədər dəmir yolu infrastrukturunun modernləşdirilməsi nəzərdə
tutulur. Bu vəsaitin bir hissəsi Bakı-Yalama üçün xərclənəcək.
Hazırda Azərbaycanda olan dəmir yol infrastrukturu şimaldan cənuba və əks istiqamətdə yüklərin və sərnişinlərin daşınmasına
imkan verir. Amma xəttin
köhnə olması
onun vasitəsilə daha çox və intensiv daşımalar zamanı müəyyən risklər
yarada bilər. Həmin risklərin əvvəlcədən
aradan qaldırılması
vacib olduğundan Azərbaycan xaricdən cəlb etdiyi əlverişli kreditlə
Bakı-Yalama xəttini
yenidən quracaq.
Qeyd edək ki, 2000-ci ilin 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanan hökumətlərarası
Saziş əsasında
"Şimal-Cənub" Nəqliyyat
Dəhlizinin təməli
qoyulub. Layihəyə əsasən həmin
dəhliz üzrə mərkəzi xətt ölkəmizdən keçməlidir.
Bu isə o deməkdir
ki, gələcəkdə
hər iki istiqamətdə böyük
miqdarda yüklər daşınacaq və bu yüklərin daşınması üçün
mövcud xətlərin
tələblərə cavab
verməsi vacibdir.
Bu baxımdan Yalama xəttinin yenilənməsi böyük
əhəmiyyətə sahibdir.
Azərbaycan "Şimal-Cənub" Nəqliyyat
Dəhlizi ilə bağlı Sazişə
2005-ci ildə qoşulub. Ümumilikdə 13 ölkə sözügedən
Sazişi ratifikasiya edib. Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma
müddətini azaltmaqdır.
Hazırkı marşrut üzrə
çatdırılma vaxtı
6 həftədən artıqdır,
"Şimal-Cənub" vasitəsilə
isə 3 həftə olması gözlənilir.
Azərbaycan “Şimal-Cənub” Beynəlxalq
Nəqliyyat Dəhlizi
layihəsinin tam hazır
olması üçün
üzərinə düşənləri
layiqincə edib. “Şimal-Cənub” Beynəlxalq
Nəqliyyat Dəhlizinin
Azərbaycan Respublikasının
ərazisindən keçən
hissəsində işlərin
sürətləndirilməsi haqqında" Azərbaycan
Prezidenti 7 dekabr 2015-ci
il tarixli Sərəncam imzalayıb.
Bu sərəncama uyğun
olaraq Azərbaycan tərəfindən Astara stansiyasından İranın
dövlət sərhədinə
qədər birxətli
8,3 km dəmir yolu çəkilib və Astara çayı üzərindəki
dəmir yolu körpüsü tikilib. Astaraçay üzərində
dəmir yol körpüsündən İran
ərazisində tikilən
yük terminalına qədər 1,4 km yol çəkilib. Eyni zamanda Astarada (İran) 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması
üçün terminalların
inşası davam edir. 2018-ci ilin
mart ayında Astara-Astara
dəmir yolunun birləşdirilməsi layihəsinin
ilk fazası və yük terminalı istismara verilib və eyni zamanda
taxıl terminalının
təməli qoyulub.
2019-cu ilin martında
“Şimal-Cənub” Beynəlxalq
Nəqliyyat Dəhlizinin
əsas hissəsini təşkil edən Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun Qəzvin-Rəşt hissəsinin
açılışı olub. Yaxın gələcəkdə Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti də tikilib istifadəyə veriləcək.
Dəhliz
çərçivəsində Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə
birləşdirilməsi üçün
yeganə iş İranla bağlıdır.
İran ərazisində Rəşt-Astara
(167 km) sahəsində dəmir
yolu tikilməlidir.
Dəhliz çərçivəsində
bütün infrastruktur
layihələri tamamlandıqdan
sonra İran ərazisindən keçməklə
Bakıdan Naxçıvan
Muxtar Respublikasına dəmir yolu ilə birbaşa daşımaların təşkili
mümkün olacaq.
Dəhlizlə ilkin olaraq il ərzində
5 milyon ton yükün
daşınması, gələcəkdə
isə 10 milyon tona qədər artırılması planlaşdırılır.
Hazırda İran tərəfdən
Avropaya əsasən neft və neft
məhsulları, mineral gübrələr,
sement, kimyəvi məhsullar və s., İran istiqamətində
isə taxıl məhsulları və meşə materialları daşınır.
Vasif CƏFƏROV
Mövqe.- 2020.- 7
fevral. S. 6.