Sənaye sahəsində ixrac potensialı güclənir
Son illər Azərbaycanın
iqtisadi dayanıqlılıq
nümayiş etdirməsi
ilk növbədə, ölkədə
sahibkarlar sinfinin formalaşması və hazırkı inkişaf səviyyəsi ilə izah olunmalıdır. Son 16 ildə
sahibkarlığın inkişafı
istiqamətində dövlət
səviyyəsində bir
sıra siyasi, təşkilati, hüquqi və iqtisadi tədbirlərin görülməsi,
sahibkarlıq fəaliyyəti
üçün daha əlverişli mühitin yaradılması məqsədilə
əsaslı islahatların
aparılması Azərbaycanda
həyata keçirilən
sosial-iqtisadi inkişaf
strategiyasının tələblərindən
irəli gəlmişdir.
Sahibkarların hüquqlarının müdafiəsi zərurətini
diqqətə çəkən
Prezident İlham Əliyev demişdir: "Yerlərdə sahibkarlara
tam şərait yaradılmalıdır.
Mən dəfələrlə bu barədə fikirlərimi
bildirmişəm. Yerli icra
orqanları bu şəraiti yaratmalıdırlar.
Yerli icra orqanlarının rəhbərlərinin fəaliyyətini
ilk növbədə o bölgələrdə,
o rayonlarda iqtisadi inkişafın templəri
müəyyən edəcəkdir.
Çünki indi əsas
vəzifə hər bir rayonun sosial-iqtisadi
inkişafıdır. Yeni iş yerləri,
yeni istehsal sahələri, ixracyönümlü
istehsal sahələri
yaradılmalıdır. Hər bir
rayonda sənaye zonaları yaradılacaq".
Sənayenin inkişafı üçün
ölkədə müvafiq
qanunverici bazanın formalaşdırılması da
diqqət mərkəzində
saxlanılır. Hələ
2009-cu il 14 aprel tarixli «Xüsusi iqtisadi zonalar haqqında» Qanun ölkədə sənayeləşmə prosesinin
sürətlənməsinə yeni təkan vermişdir. Dünya təcrübəsi göstərir ki, iqtisadiyyata, qeyri-neft sektorunun inkişafına xarici kapital axınını, habelə
beynəlxalq inteqrasiyanı
sürətləndirmək baxımından xüsusi iqtisadi zonaların yaradılması zəruridir.
Bu cür iqtisadi
zonalar xüsusi əlverişli hüquqi rejimə malik müstəqil ərazi təsərrüfat kompleksi
olmaqla yanaşı, ölkədə beynəlxalq
iqtisadi əlaqələr
sisteminə açılan
səmərəli dəhlizdir.
Bu dəhliz vasitəsilə
ölkə iqtisadiyyatına,
qeyri-neft sektorunun inkişafına xarici kapital, qabaqcıl texnalogiya, mütərəqqi
idarəetmə üsulları
cəlb edilir.
Hökumət sənayenin inkişafını
stimullaşdıracaq tədbirləri
də diqqət mərkəzində saxlamışdır. Orta və uzunmüddətli perspektivdə texnoparkların
inkişafını stimullaşdırmaq
üçün ölkənin
vergi qanunvericiliyində
sənaye və texnologiyalar parklarında çalışan fiziki və hüquqi şəxslərə, eləcə
də parkların idarəedici təşkilat
və operatorlarına
gəlir, mənfəət,
ƏDV, əmlak və
torpaq vergiləri üzrə 7 illik vergi güzəştləri
nəzərdə tutulmuşdur.
2013-cü il yanvarın 1-dən qüvvəyə
minmiş Vergi Məcəlləsinə texnoparklarla
bağlı edilmiş
əlavə və dəyişikliklər iqtisadiyyatın
inkişafına müsbət
təsir göstərməklə,
bu sahəyə investorların cəlb olunmasına, yüksək
texnologiyalar əsasında
rəqabətqabiliyyətli, elmtutumlu sənaye məhsullarının istehsalına,
yeni iş yerlərinin açılmasına
imkan verir.
Müasir texnologiyaların və qabaqcıl təcrübənin
tətbiqi nəticəsində
son illər ölkədə
sənayeləşmə templəri
yüksəlmiş, metallurgiya,
maşınqayırma, kimya,
inşaat materiallarının
istehsalı, qida və digər ənənəvi sənaye
sahələri genişlənmişdir. Bərk Məişət
Tullantılarının Yandırılması
Zavodu ölkədə
ekoloji vəziyyətin
yaxşılaşdırılmasına və ətraf mühitə mənfi təsirlərin azaldılmasına
xidmət etməklə
yanaşı, həm də tullantıları enerjiyə çevirir.
Azərbaycan üçün ənənəvi olmayan bu zavod istehsalat
gücünə görə
Şərqi Avropada və MDB məkanında ən iri bu
tipli müəssisədir
və Avropa Birliyinin ətraf mühitin mühafizəsi
sahəsində ən
sərt normativlərinə
tam cavab verir.
Son illər sənaye və texnologiyalar parklarının, sənaye
məhəllələrinin yaradılması istiqamətində
ciddi addımlar atılmış, kimya, təkrar emal, gəmiqayırma, yüksək
texnologiyalar, yüngül
sənaye, əczaçılıq
sahələrində ixtisaslaşmış
sənaye və texnologiyalar parkları - Sumqayıt Kimya Sənaye, Balaxanı, Qaradağ, Mingəçevir,
Pirallahı sənaye parkları, 3 Yüksək
Texnologiyalar Parkı yaradılmışdır. Müasir tələblərə
cavab verən və rəqabətqabiliyyətli
istehsal infrastrukturuna malik bu sənaye
parkları ölkə
iqtisadiyyatının tarazlı
inkişafının təmin
edilməsi, innovativ idarəetmə və qabaqcıl texnologiyaların
tətbiqi, yeni istehsal sahələrinin yaradılması və məşğulluğun təmin
olunmasında əhəmiyyətli
rol oynayır.
Təkrar emal sənayesinin inkişafında əhəmiyyətli
olan Balaxanı Sənaye Parkında işlənmiş mühərrik
yağlarının, tullantı
plastik butulkaların
(PET) və plastik materialların, kağız-karton
məmulatların, süngər
tullantılarının təkrar
emalı sahəsində
5 rezident fəaliyyət
göstərir. Bu rezidentlər tərəfindən parka ümumilikdə
23 milyon manat investisiya yatırılıb,
400-ə yaxın daimi
iş yeri yaradılıb. Sənaye parklarına əlavə
rezidentlərin cəlb
olunması istiqamətindfə
işlər davam etdirilir.
Gəmiqayırma sahəsində ixtisaslaşmış
Qaradağ Sənaye Parkında fəaliyyət
göstərən Bakı
Gəmiqayırma Zavodunda
yüksək yükgötürmə
qabiliyyətinə malik
tanker, dəniz təchizat
gəmisi və digər təyinatlı gəmilər istehsal olunur. Artıq zavodda onlarla
gəmi tikilərək
istifadəyə verilmiş,
gəmi təmiri işləri həyata keçirilmişdir.
Regionlarda kiçik və orta sahibkarlığın
genişləndirilməsi, yerli
ehtiyatlardan səmərəli
istifadə etməklə
sənaye sahələrinin
inkişaf etdirilməsi,
sahibkarlar arasında kooperasiya əlaqələrinin
gücləndirilməsi, məşğulluqda
sənayenin xüsusi çəkisinin artırılması
baxımından sənaye
məhəllələrinin yaradılması xüsusi
önəm kəsb edir. Azərbaycanda ilk sənaye məhəlləsi
olan Neftçala Sənaye Məhəlləsi
Azərbaycan Respublikası
Prezidentinin iştirakı
ilə 2016-ci sentyabrın
24-də istifadəyə verilmışdır.
Sənaye Məhəlləsində
avtomobil, balıq yemi, plastik məmulatlar,
suvarma sistemləri, polietilen suvarma boruları, kağız stəkanlar və hazır içkilər istehsalı, modul tipli məktəb binalarının quraşdırılması,
balıq emalı və konservləşdirilməsi
ilə məşğul
olan 9 müəssisə
və 1 sahibkarlıq emalatxanası fəaliyyət
göstərir.
Sənayeləşmə siyasətinə uyğun olaraq ölkədə qeyri-neft sektorunun davamlı inkişafının
təmin edilməsi, sənaye müəssisələrinin
təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun
artırılması məqsədilə
2019-cu ildə də işlər davam etdirilmişdir. Ötən il Pirallahı
Sənaye Parkında illik istehsal gücü 150 milyon ədəd birdəfəlik
şpris olan “Diamed Co” zavodunun 16 may
2019-cu il tarixində açılışı olmuşdur.
Hesabat dövründə
Balaxanı Sənaye Parkının ərazisinin
genişləndirilməsi məqsədi
ilə tədbirlər
davam etdirilmiş, sənaye parkında rezidentlərin sayı 17-ə
çatmışdır. Sumqayıt
Kimya Sənaye Parkında da işlər davam etdirilmiş, 16 yanvar
2019-cu il tarixində Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə sənaye parkının ərazisində inşa olunmuş SOCAR-ın Karbamid Zavodu istifadəyə verilmişdir.
Zavod ildə 435 milyon kubmetr təbii qaz həcmindən xammal kimi istifadə
etməklə 650-660 min ton karbamid
məhsulu istehsal etmək gücündədir.
18 fevral 2019-cu il tarixində isə dövlət başçısının iştirakı
ilə “SOCAR Polymer” MMC-nin
yüksək sıxlıqlı
polietilen istehsalı zavodu istismara verilmişdir. Bununla da Sumqayıt
Kimya Sənaye Parkında fəaliyyət
göstərən müəssisələrin
sayı 13-ə çatmışdır.
Eyni zamanda, 2019-cu ilin ötən dövrü ərzində Sumqayıt Kimya Sənaye Parkının ərazisində
“SumPlast” MMC-nin kisə və torba istehsalı, “AzerFloat” QSC-
nin şüşə
istehsalı, “Azərxalça”
ASC-nin iplik və yun istehsalı
müəssisələrinin tikintisi işləri davam etdirilmiş və sözügedən müəssisələrin cari
ildə istifadəyə
verilməsi nəzərdə
tutulur. Bununla yanaşı hesabat
dövründə “Azerbaijan Fibro Cement”
MMC-nin müasir tipli dam örtükləri
və fasad üçün düz lövhələr olan fəaliyyətinin təşkili
istiqamətində də
işlər davam etdirilmişdir. Hacıqabul Sənaye
Məhəlləsində tikinti
işləri başa çatdırılmış və
istismara hazırlıq
işləri aparılır.
Sənaye Məhəlləsində
7 layihənin icrası
nəticəsində 900-dən çox yeni iş yerinin yaradılması nəzərdə
tutulur.
Sabirabad Sənaye Məhəlləsində
sahibkarlıq fəaliyyətinin
həyata keçirilməsi
üçün zəruri
infrastruktur layihələrinin
tikintisi davam etdirilir. Sahibkarlar tərəfindən
böyük maraq göstərilən Sabirabad
Sənaye Məhəlləsinə
iştirakçı kimi
qeydiyyatdan keçmək
üçün daxil
olan müraciətlərin
qiymətləndirilməsi nəticəsində
yaradılacaq iş yerlərinin sayı 250-dən
çox olan 5 investisiya layihəsi barədə qərar qəbul edilmişdir. Bununla yanaşı Mingəçevir
Sənaye Parkı, Neftçala və Masallı sənaye məhəllələrində rezidentlər
tərəfindən istehsal
fəaliyyəti davam etdirilmişdir.
Hesabat dövründə respublikanın
regionlarında ənənəvi
xalq üsulu ilə xalça toxuculuğu şəbəkəsinin
genişləndirilməsi prosesi
də davam etdirilmiş, 7 may 2019-cu il tarixində dövlət başçısının
iştirakı ilə
“Azərxalça” ASC-nin
Qobustan filialının
və Qobustan regional yun və boyaq
bitkilərinin tədarükü
məntəqəsinin açılışı
həyata keçirilmişdir.
Bununla yanaşı, respublikada xalça istehsalının
xammal bazasının təşkili məqsədilə
Naxçıvan şəhərində,
Bərdə, Sabirabad və Şabran rayonlarında da regional yun və boyaq
bitkilərinin tədarükü
məntəqələri yaradılmışdır.
Qeyri-neft
sektorunun prioritet sahələrindən olan aqrar sektorun inkişafı istiqamətində
də əhəmiyyətli
işlər görülmüşdür.
Samir Mustafayev
Mövqe.- 2020.- 7
fevral. S. 11.