"ASAN
ödəniş" sistemi biznesin inkişafını sürətləndirir
Son
illər vergi inzibatçılığı sahəsində həyata
keçirilən islahatların Azərbaycanın beynəlxalq
səviyyədə müsbət imicinin formalaşmasına
mühüm təsiri olub. Xüsusilə də qeydiyyat sahəsində
də genişmiqyaslı islahatlar həyata keçirilməklə
uğurlu nəticələr əldə edilib.
"Doing-Business"
hesabatının «Biznesə başlama» göstəricisi
üzrə Azərbaycanda kommersiya hüquqi şəxslərin
qeydiyyatı üçün yerinə yetirilməli olan
prosedurların sayı 2, sərf edilən müddət 3
gün, tələb olunan məbləğ isə 72
manatdır.
Vergilər
xidnməti orqanları tərəfindən son illər biznes
mühitinin yaxşılaşdırılması istiqamətində
həyata keçirilən tədbirlər nəticəsində
biznesə başlama prosedurları əsaslı şəkildə
sadələşdirilib. Xüsusilə də 2011-2013-cü illərdə
elektron qeydiyyat üzrə aparılan islahatlar biznes qurmaq istəyən
sahibkarların işini xeyli asanlaşdırıb. 2011-ci il
iyulun 1-dən fərdi sahibkarların «e-qeydiyyat» sisteminə
başlanılıb və bu da sahibkarlıq fəaliyyətini
həyata keçirən fiziki şəxslərin vergi
orqanına getmədən internet vasitəsilə uçota
dayanmasına imkan verib. 2012-ci ilin fevral ayından isə Azərbaycan
Respublikasında yerli investisiyalı məhdud məsuliyyətli
cəmiyyətlərin də qeydiyyatı elektron üsulla
aparılmaqdadır. Kommersiya hüquqi şəxslərin
«e-qeydiyyat» sisteminin tətbiqi üçün ölkənin 4
qanunvericilik aktına dəyişikliklər edilib. Bu sistemin tətbiqi
hüquqi şəxsləri dövlət qeydiyyatı ərəfəsində
yerinə yetirilməli olan 3 məcburi prosedurdan keçmək
zərurətini tamamilə aradan qaldırıb və
qeydiyyatın aparılmasına sərf edilən müddət
azaldılıb. Bundan əlavə, hüquqi şəxslərə
«elektron imza»dan istifadə etməklə sənədlərini
qeydiyyat orqanına təqdim etmək imkanı yaradılıb.
Hesabatın
vergi orqanlarının işinə aid daha bir göstəricisi
olan «Vergilərin ödənilməsi» reytinqi üzrə
ölkəmiz ötənilki hesabatla müqayisədə bir
pillə irəliləyərək, 28-ci pillədə qərarlaşıb
və vergilərin ödənilməsinin asanlığına
görə MDB məkanında ilk yerlərdən birini tutur. Bu
metodologiyaya əsasən, orta ölçülü şirkətin
il ərzində ödəməli olduğu vergi və digər
ödəmələr, həmçinin onların inzibatçılıq
yükü müəyyən edilir. Vergi və ödəmələrə
müxtəlif mənbələrdən olan mənfəət
və gəlirlərə görə vergilər, o cümlədən
əmlak icarəsindən vergilər, dividend və kapital vergiləri,
maliyyə köçürmələrindən əldə
edilən gəlirdən vergilər, işəgötürənin
ödədiyi əmək vergiləri, sosial ayırmalar, əmlak,
avtomobil və yol vergiləri və s. aid edilir.
Dövlət
büdcəsinə vergilərin ödənilməsi və bəyannamələrin
təqdim edilməsi sahəsində vergi sistemində tətbiq
edilən yeniliklər əvvəlki illərin reytinq cədvəllərində
öz əksini tapıb və «Vergilərin ödənilməsi»
göstəricisinə görə ölkəmizin mövqeyi
xeyli yaxşılaşıb. Hesabatda ölkədə sosial
müdafiə ayırmaları üzrə hesabatların və
ödənişlərin elektron formada aparılması və digər sahələrdə əldə
edilmiş nailiyyətlər nəzərə alınıb. Artıq
Azərbaycanda məcburi dövlət sosial sığorta
haqlarının ödənişi və hesabat sisteminin
avtomatlaşdırılması tam başa
çatdırılıb ki, bunun da nəticəsində həmin
hesabatların hazırlanmasına və ödənişlərin
həyata keçirilməsinə sərf olunan vaxt 81 saat qiymətləndirilib.
Ümumilikdə isə digər yığımlar - sosial
müdafiə ayırmaları, mənfəət və əlavə
dəyər vergisi üzrə sərf olunan vaxt 195 saat müəyyənləşdirilib.
Qlobal
böhran şəraitində qeydiyyatdan keçən
sahubkarlıq subyektlərinin sayının artması ölkədə
əlverişli biznes mühitinin mövcudluğunu bir daha təsdiqləyir.
İqtisadiyyat
Nazirliyi yanında Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri
Mərkəzinin 2013-cü ildə fəaliyyətə
başlaması və «Asan imza»nın təqdim edilməsi
elektron qeydiyyat sahəsində təklif olunan xidmətlərin
çeşidinin və keyfiyyətinin müasir tələblərə
uyğunlaşdırılmasında mühüm rol oynayıb.
2012-ci ilin sonlarında Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi tərəfindən keçirilmiş
respublika müsabiqəsində «Ən yaxşı elektron
dövlət xidməti» nominasiyasında Vergilər Nazirliyinin
«Kommersiya hüquqi şəxslərin e-qeydiyyatı» layihəsi
qalib gəlib. Həyata keçirimiş islahatar ölkəmizin
beynəlxalq reytinq cədvəllərində biznesə
başlama və qeydiyyat üzrə mövqeyinin möhkəmlənməsinə
müsbət təsirini göstərib.
Biznes
mühitində daha bir xidmətin - yeni yaradılan kommersiya
hüquqi şəxs üçün seçilmiş adın
qeydiyyat orqanında bron edilməsi üzrə e-xidmətin
istifadəyə verilməsi də mühüm yeniliklərdən
biridir. Ümumiyyətlə, son illərdə bu sahədə
görülmüş işlər təkcə qeydiyyat
prosedurlarının təkmilləşdirilməsi məsələlərini
deyil, həmçinin biznes mühitinin
sağlamlaşdırılması, təsisçilərin və
kreditorların hüquqlarının müdafiəsi sahəsini
də əhatə etmişdir.
Bundan
əlavə, Beynəlxalq Maliyyə Korporasiyasının “Azərbaycanda
kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi
şəxslərin təsisçilərin qərarı ilə
könüllü ləğv edilməsi və bu sahədə
beynəlxalq təcrübə”yə dair tövsiyələri
nəzərə alınmaqla beynəlxalq təcrübə
daha ətraflı öyrənilib. Kommersiya hüquqi şəxslərin
könüllü ləğv edilməsi prosedurlarının təkmilləşdirilməsi
məqsədilə müvafiq normativ-hüquqi aktlarda –
Mülki Məcəllədə, İnzibati Xətalar Məcəlləsində
və «Hüquqi şəxslərin dövlət qeydiyyatı
və dövlət reyestri haqqında qanunda» dəyişikliklər
edilməsi barədə təkliflər hazırlanaraq hökumətə
təqdim edilib.
Həmin
layihələr əsasında Azərbaycan
Respublikasının Mülki və İnzibati Xətalar məcəllələrinə
və «Hüquqi şəxslərin dövlət qeydiyyatı
və dövlət reyestri haqqında Qanununa dəyişikliklər
edilməsi barədə» Azərbaycan Respublikasının
qanunları 2013-cü il 22 noyabr tarixdə Milli Məclisdə
qəbul edilib. Həmin dəyişikliklərlə əlaqədar
sahibkarlara daha bir xidmət - ləğvetmə qaydası və
müddətləri barədə məlumatın mətbuatda
yerləşdirilməsinin, həmin məlumatın qəzetdə
dərc edilməsi barədə məlumatlandırmanın
elektron qaydada aparılması üzrə e-xidmət təklif
edilir.
Qanunvericilikdə
aparılmış dəyişikliklərə uyğun olaraq
Vergilər Nazirliyinin 2014-cü il 11 fevral tarixli əmri ilə
«Dövlət vergi orqanlarında kommersiya qurumlarının
dövlət qeydiyyatının və vergi ödəyicilərinin
uçotunun ləğv edilməsi Qaydaları» yeni redaksiyada təsdiq
edilib. Yeni redaksiyada təsdiq edilən bu qaydaların tədris
edilməsi məqsədilə 2014-cü il fevralın 21-də
nazirliyin qeydiyyat orqanının işçiləri
üçün «Hüquqi şəxslərin dövlət qeydiyyatının
və vergi ödəyicilərinin uçotunun ləğv
edilməsi məsələləri» mövzusunda təlim
keçirilib. Qanunvericilikdəki dəyişikliklərlə əlaqədar
müvafiq texniki tapşırıq hazırlanıb aidiyyəti
üzrə təqdim olunub.
Hazırda
vergi ödəyiciləri qeydiyyat ilə bağlı ərizələrini
elektron şəkildə təqdim edə bilirlər. Bank idarələri
ilə vergi orqanları arasında elektron sənəd
mübadiləsinin təşkili sahibkarların marağına
xidmət etməklə hesabların açılması
prosedurunun əhəmiyyətli dərəcədə sadələşməsinə
və vergi ödəyicilərinin vaxta qənaət etmələrinə
şərait yaradıb. Bu səbəbdən də banklar və
digər kredit təşkilatları ilə vergi orqanları
arasında elektron sənəd mübadiləsinin
aparılmasına dair sazişə qoşulan bankların
sayı ilbəil artır.
Azərbaycan
Respublikası Prezidentinin 2014-cü il 11 fevral tarixli fərmanına
müvafiq olaraq «ASAN ödəniş» sisteminin
yaradılması təmin edilib. Fərmanda qeyd olunurdu ki,
inzibati cərimə növündə inzibati tənbeh tətbiq
edilməsi barədə qərarların elektron qaydada göndərilməsini
və inzibati cərimələrin, məhkəmə qərarlarının
icrası ilə əlaqədar ödənilməli olan vəsaitlərin
elektron qaydada (o cümlədən "ASAN imza" vasitəsilə)
ödənilməsini təmin edən çoxfunksiyalı
"ASAN ödəniş" sistemi yaradılsın. Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyi Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə
birlikdə "ASAN ödəniş" sisteminin təşkilini
və fəaliyyətini və ödənişlərin həmin
sistem vasitəsilə həyata keçirilməsini mərkəzi
icra hakimiyyəti orqanları ilə birlikdə təmin edib.
"ASAN
ödəniş" sistemi inzibati cərimə növündə
inzibati tənbeh tətbiq edilməsi barədə qərarların
və xüsusi texniki vasitələrin köməyi ilə
aşkar olunan yol hərəkəti qaydaları əleyhinə
olan inzibati xətaların törədilməsinin foto və ya
video görüntülərinin vətəndaşların
elektron ünvanlarına, mobil telefon nömrələrinə
elektron qaydada göndərilməsini; inzibati cərimə
növündə inzibati tənbeh tətbiq etmə haqqında
qərarın icra müddətinə nəzarət edilməsini
və müddətlərin bitməsi barədə məlumatlandırılmasını;
inzibati cərimələrin mobil telefon aparatları vasitəsilə
elektron qaydada ödənilməsini təmin edib.
Bütün
bunlar isə qeydiyyatla bağlı islahatların bundan sonra daha
da sürətlə aparılmasına və respublikamızda
biznes mühitinin daha da yaxşılaşdırılmasına
əminlik yaradır.
Samir Mustafayev
Mövqe.- 2020.- 22
fevral. S. 10.