Aqrar sahənin inkişafını sürətləndirən
vergi güzəştləri
Respublikamızda
həyata keçirilən vergi siyasəti təkcə büdcə
gəlirlərini təmin etməyi nəzərdə tutan
fiskal məqsədlərə deyil, həmçinin
sahibkarlığın inkişafını
stimullaşdırmaq, vergi ödəyicilərinin
hüquqlarının genişləndirilməsi kimi
mühüm vəzifələrə xidmət edir. Vergi qanunvericiliyində edilmiş dəyişikliklərin
böyük əksəriyyəti
vergi ödəyicilərinin
hüquq və mənafelərinin qorunması
ilə bağlıdır.
Vergi Məcəlləsində vergi
sistemi, vergitutmanın
ümumi əsasları,
vergilərin müəyyən
edilməsi, ödənilməsi
və yığılması
qaydaları, vergi ödəyiciləri və
dövlət vergi orqanlarının, habelə
vergi münasibətlərinin
digər iştirakçılarının
vergitutma məsələləri
ilə bağlı hüquq və vəzifələri,
vergi nəzarətinin
forma və metodları, vergi qanunvericiliyinin pozulmasına
görə məsuliyyət
və digər qaydalar təkmilləşdirilib.
Ümumiyyətlə, son illər
ölkəmizin iqtisadi
fəallığının artmasında həyata keçirilən vergi siyasəti, bu siyasətin əsas istiqamətlərindən biri
olan vergi yükünün azaldılması
mühüm rol oynayır. İqtisadi siyasətin əsas prioritetlərindən biri sahibkarlığı dəstəkləmək
və sahibkarlıq subyektlərinin
fəaliyyətini stimullaşdırmaq,
özəl istehsal sahələrinin inkişafı
üçün münbit
şərait yaratmaq, qeyri-neft sektorunun davamlı inkişafını
təmin etməkdən
ibarətdir. Bu məqsədlə davamlı
olaraq dövlət tərəfindən sahibkarlara
müxtəlif vasitələrlə
dəstək göstərilir,
onlara əlverişlı
fəaliyyət üçün
geniş imkanlar yaradılır. Bu tədbirlərin əsas istiqamətlərindən biri
sahibkarlıq sektoruna vergi güzəştlərinin
tətbiqi ilə bağlıdır.
Xatırladaq ki, "Kənd
təsərrüfatı məhsulları
istehsalçılarına müddətli
vergi güzəştlərinin
verilməsi haqqında"
Qanuna edilmiş müvafiq dəyişikliklərlə
kənd təsərrüfatı
məhsullarının istehsalı
ilə məşğul
olan (o cümlədən
sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər 2019-cü il
yanvarın 1-dən etibarən
daha 5 il müddətinə bir sıra vergiləri ödəməkdən azad
ediliblər.
Bu şəxslər
digər fəaliyyət
növləri ilə məşğul olduqda Azərbaycan Respublikası
Vergi Məcəlləsinin
müddəalarına uyğun
şəkildə həmin
fəaliyyət üzrə
vergiyə cəlb edilirlər. Bundan əlavə, kənd təsərrüfatı məhsullarının
istehsalı ilə məşğul olan (o cümlədən sənaye
üsulu ilə) fiziki və hüquqi şəxslər
muzdlu işlə əlaqədar ödəmə
mənbəyindən tutulan
vergini ödəməlidirlər.
Güzəştlər kənd təsərrüfatı
məhsullarının emalı
ilə məşğul
olan şəxslərə
aid olunmur. Başqa sözlə, həmin güzəştlər,
misal üçün,
süd məhsulları
və yem istehsalı, balıq, pendir, qurudulmuş meyvə, ət satışı ilə məşğul olan müəssisələrə şamil
edilmir. Statistika Komitəsinin təsnifatına
əsasən, süd kənd təsərrüfatı
məhsullarına, süd
məhsulları isə
emal sənayesi məhsullarına aid edilir.
Xatırlatmaq lazımdır ki,
"Kənd təsərrüfatı
məhsulları istehsalçılarına
müddətli vergi güzəştlərinin verilməsi
haqqında" Qanuna görə, 2001-ci il yanvarın 1-dən kənd
təsərrüfatı məhsullarının
istehsalı ilə məşğul olan (o cümlədən sənaye
üsulu
ilə) hüquqi şəxslər Vergi Məcəlləsi ilə
müəyyən edilmiş
hüquqi şəxslərin
mənfəət vergisini,
əlavə dəyər
vergisini, sadələşdirilmiş
sistem üzrə vergini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən, fiziki
şəxslər isə
əlavə dəyər vergisini və həmin fəaliyyət prosesində
istifadə olunan obyektlərdən əmlak
vergisini ödəməkdən
azaddırlar. Qanuna
2008-ci il noyabrın
25-də edilmiş sonuncu
dəyişikliyə əsasən,
həmin müddət
2014-cü il yanvarın
1-dək uzadılıb.
İqtisadçı ekspertlərin fikrincə, qanunun qəbulunda məqsəd kənd təsərrüfatı məhsullarının
istehsal maya dəyəri xərclərinin
və qiymətlərinin
aşağı salınmasına,
məhsul bolluğunun
yaradılmasına nail
olmaqdır. Hesablamalara
əsasən, 2003-2018-cü illərdə kənd təsərrüfatı istehsalçılarına
edilən vergi güzəştlərinin məbləği
3 milyard manatı ötüb. Kənd təsərrüfatı müəyyən
bir inkişaf səviyyəsinə çatanadək
bu güzəştlərin
tətbiqi məqbul sayılır. Güzəştlərin
növbəti dəfə
uzadılması kənd
təsərrüfatı məhsulları
istehsalının stimullaşdırılmasına
hesablanıb. Vergi güzəştləri kənd
təsərrüfatı sahəsində
iri fermer təsərrüfatlarının, kooperativlərin yaranmasından,
bu sahənin bəlli bir inkişaf mərhələsinə
çatmasından sonra
ləğv oluna bilər. Torpaqların şoranlaşması, meliorasiya
problemi, məhsuldarlığın
aşağı olması,
məhsulun satışında
yaranan problemlər və digər amillər nəzərə
alınaraq, kənd təsərrüfatı 2024-cü ilədək vergilərdən
azad edilib.
Əlbəttə, bu, vergitutma
bazasının genişləndirilməsi
nöqteyi-nəzərindən optimal addım sayılmasa da, hökumət kənd təsərrüfatı məhsullarının
istehsalının stimullaşdırılması,
habelə ərzaq təhlükəsizliyinin təmin
edilməsi zərurətini
nəzərə alaraq
müəyyən
zaman intervalında belə güzəştləri
məqbul sayır. Vergi güzəştlərinin
tətbiqində məqsəd
aqrar respublika kimi müsbət ənənələrə malik
Azərbaycanda kənd
təsərrüfatını qeyri-neft sektorunun aparıcı istiqamətlərindən
birinə çevirməkdir.
Vergi güzəştlərinin tətbiqi
zamanı ölkədə
kənd təsərrüfatının
inkişafı ilə
bağlı bəzi obyektiv problemlərin olduğu, iri fermer təsərrüfatlarının,
kooperativlərin sayının
azlığı, bu sahənin ümumi daxili məhsulda payının aşağı
olması və digər amillər də nəzərə alınır.
Vergi güzəştlərinin
mühüm nətisəsi
olaraq 2019-cu il sahibkarlıq mühitinin yaxşılaşması, yeni
müəssisələrin istifadəyə
verilməsi və digər əlamətdar iqtisadi hadisələrlə
yadda qalıb. Vergi güzəştləri son
illərdə sənaye
texnoparklarının inkişafına
daha çox təkan verib və texnoparklara yatırılan sərmayələrin
artım dinamikası,
eyni zamanda xarici investorların bu sahəyə marağı bunun əyani göstəricisi sayıla bilər. Qeyd edək ki, Vergi Məcəlləsinə
edilmiş dəyişikliklərə
əsasən, sənaye
texnoparklarının rezidentləri
olan fiziki şəxslər 2013-cü ildən
7 il müddətinə
əmlak və torpaq vergisini ödəməkdən azad
olunublar.
Texnoparklara tətbiq olunan
vergi rejimi xarici investorların
2013-cü ilin əvvəllərindən
başlayaraq Azərbaycana
marağını daha
da artırıb və ötən müddət ərzində
Cənubi Koreyanın,
Qazaxıstanın, Türkiyənin,
Rusiya, Ukrayna və digər ölkələrin nüfuzlu
iş adamları Sumqayıtdakı texnoparkda
olub, bu sahəyə investisiya qoymaq planlarını bildiriblər. Eyni zamanda, vergi güzəştləri sayəsində
texnoparkın istehsal dövriyyəsinin və yeni istehsal sahələrinin
artması üçün
münbit şərait
yaranıb. Hazırda Sumqayıt texnoprakında çalışan işçilərin
sayı 5 min nəfər təşkil edir və yaxın
5 ildə bu rəqəmin 10 minə çatdırılması nəzərdə
tutulur.
Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərə
əsasən, körpələr
evləri, körpələr
evi-uşaq bağcaları,
xüsusi uşaq bağçaları və
uşaq evləri 10 il müddətinə hüquqi şəxslərin
mənfəət vergisini
və sadələşdirilmiş
vergini ödəməkdən azad edilmişlər.
Bu güzəşt gələcəkdə ölkəmizdə
yeni uşaq bağçalarının, körpələr
evlərinin tikilib istifadəyə verilməsinə,
fəaliyyətinə stimul
verəcək.
Vergi güzəştləri ölkədə investisiya
fəallığının da artmasına səbəb olub və bunu 2019-cu ildə ölkəmizdə
iqtisadi artımın sürətlənməsi, milli
sahibkarlığın inkişafı
fonunda yerli özəl şirkətlər
tərəfindən investisiya
qoyuluşlarının həcminin
çoxalmasına əlverişli şərait yaradıb. Sərmayə portfelində daxili investisiyaların artımı
Azərbaycanın maliyyə-budcə
imkanlarının güclənməsi
ilə yanaşı, yerli iri şirkətlərin
kapital ehtiyatlarının
yaxşılaşdığını təsdiq edir, ölkə iqtisadiyyatında
aktivlik göstəricisini
şərtləndirir.
Beynəlxalq təcrübəyə əsasən,
investisiyaların artım
tempi bilavasitə vergi yükü ilə sıx bağlıdır. Belə
ki, vergi ödəyicisindən tutulan
vergilər onun məcmu gəlirinin 30-40 faizindən çox olduqda iqtisadi fəallığın səviyyəsi
aşağı düşür,
ölkəyə qoyulan
investisiyaların həcmi
azalır. Son beş il üzrə
vergi yükünün
səviyyəsinə diqqət
yetirsək, ölkəmizdə
bu göstəricinin
20 faiz həddini ötmədiyini görmək
mümkündür. Bu,
Şərqi Avropa, habelə MDB ölkələri
olan Rusiya, Ukrayna, Qazaxıstan, Belarus kimi dövlətlərdən
aşağıdır. Bu
faktor Azərbaycan iqtisadiyyatına sərmayələrin
həcminin artmasında
əsas vasitələrdən
biri hesab oluna bilər.
Həyata keçirilən
tədbirlər regionlarda
qeyri-neft sektorunun, sahibkarlığın inkişafına
təkan verib. Son 5 ilə nisbətən respublikanın
şəhər və
rayonları üzrə
vergi daxilolmalarının
40 faizdən çox artması da bunu göstərir.
Samir Mustafayev
Mövqe.- 2020.- 29 fevral.- S.10