Sənaye məhəllələri ölkənin ixrac potensialını gücləndirir

 

Son illər Azərbaycanın iqtisadi dayanıqlılıq nümayiş etdirməsi ilk növbədə, ölkədə sahibkarlar sinfinin formalaşması və hazırkı inkişaf səviyyəsi ilə izah olunmalıdır. Son 16 ildə sahibkarlığın inkişafı istiqamətində dövlət səviyyəsində bir sıra siyasi, təşkilati, hüquqiiqtisadi tədbirlərin görülməsi, sahibkarlıq fəaliyyəti üçün daha əlverişli mühitin yaradılması məqsədilə əsaslı islahatların aparılması Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının tələblərindən irəli gəlib.

Sahibkarların hüquqlarının müdafiəsi zərurətini diqqətə çəkən Prezident İlham Əliyev demişdir: "Yerlərdə sahibkarlara tam şərait yaradılmalıdır. Mən dəfələrlə bu barədə fikirlərimi bildirmişəm. Yerli icra orqanları bu şəraiti yaratmalıdırlar. Yerli icra orqanlarının rəhbərlərinin fəaliyyətini ilk növbədə o bölgələrdə, o rayonlarda iqtisadi inkişafın templəri müəyyən edəcəkdir. Çünki indi əsas vəzifə hər bir rayonun sosial-iqtisadi inkişafıdır. Yeni yerləri, yeni istehsal sahələri, ixracyönümlü istehsal sahələri yaradılmalıdır. Hər bir rayonda sənaye zonaları yaradılacaq".

Sənayenin inkişafı üçün ölkədə müvafiq qanunverici bazanın formalaşdırılması da diqqət mərkəzində saxlanılır. Hələ 2009-cu il 14 aprel tarixli «Xüsusi iqtisadi zonalar haqqında» Qanun ölkədə sənayeləşmə prosesinin sürətlənməsinə yeni təkan vermişdir. Dünya təcrübəsi göstərir ki, iqtisadiyyata, qeyri-neft sektorunun inkişafına xarici kapital axınını, habelə beynəlxalq inteqrasiyanı sürətləndirmək baxımından xüsusi iqtisadi zonaların yaradılması zəruridir. Bu cür iqtisadi zonalar xüsusi əlverişli hüquqi rejimə malik müstəqil ərazi təsərrüfat kompleksi olmaqla yanaşı, ölkədə beynəlxalq iqtisadi əlaqələr sisteminə açılan səmərəli dəhlizdir. Bu dəhliz vasitəsilə ölkə iqtisadiyyatına, qeyri-neft sektorunun inkişafına xarici kapital, qabaqcıl texnalogiya, mütərəqqi idarəetmə üsulları cəlb edilir.

Hökumət sənayenin inkişafını stimullaşdıracaq tədbirləri də diqqət mərkəzində saxlamışdır. Orta və uzunmüddətli perspektivdə texnoparkların inkişafını stimullaşdırmaq üçün ölkənin vergi qanunvericiliyində sənaye və texnologiyalar parklarında çalışan fizikihüquqi şəxslərə, eləcə də parkların idarəedici təşkilat və operatorlarına gəlir, mənfəət, ƏDV, əmlak və torpaq vergiləri üzrə 7 illik vergi güzəştləri nəzərdə tutulmuşdur. 2013-cü il yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsinə texnoparklarla bağlı edilmiş əlavə və dəyişikliklər iqtisadiyyatın inkişafına müsbət təsir göstərməklə, bu sahəyə investorların cəlb olunmasına, yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli, elmtutumlu sənaye məhsullarının istehsalına, yeni yerlərinin açılmasına imkan verir.

Müasir texnologiyaların və qabaqcıl təcrübənin tətbiqi nəticəsində son illər ölkədə sənayeləşmə templəri yüksəlmiş, metallurgiya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida və digər ənənəvi sənaye sahələri genişlənmişdir. Bərk Məişət Tullantılarının Yandırılması Zavodu ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılmasına və ətraf mühitə mənfi təsirlərin azaldılmasına xidmət etməklə yanaşı, həm də tullantıları enerjiyə çevirir. Azərbaycan üçün ənənəvi olmayan bu zavod istehsalat gücünə görə Şərqi Avropada və MDB məkanında ən iri bu tipli müəssisədir və Avropa Birliyinin ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərinə tam cavab verir.

Son illər sənaye və texnologiyalar parklarının, sənaye məhəllələrinin yaradılması istiqamətində ciddi addımlar atılmış, kimya, təkrar emal, gəmiqayırma, yüksək texnologiyalar, yüngül sənaye, əczaçılıq sahələrində ixtisaslaşmış sənaye və texnologiyalar parkları - Sumqayıt Kimya Sənaye, Balaxanı, Qaradağ, Mingəçevir, Pirallahı sənaye parkları, 3 Yüksək Texnologiyalar Parkı yaradılmışdır. Müasir tələblərə cavab verən və rəqabətqabiliyyətli istehsal infrastrukturuna malik bu sənaye parkları ölkə iqtisadiyyatının tarazlı inkişafının təmin edilməsi, innovativ idarəetmə və qabaqcıl texnologiyaların tətbiqi, yeni istehsal sahələrinin yaradılması və məşğulluğun təmin olunmasında əhəmiyyətli rol oynayır.

Təkrar emal sənayesinin inkişafında əhəmiyyətli olan Balaxanı Sənaye Parkında işlənmiş mühərrik yağlarının, tullantı plastik butulkaların (PET) və plastik materialların, kağız-karton məmulatların, süngər tullantılarının təkrar emalı sahəsində 5 rezident fəaliyyət göstərir. Bu rezidentlər tərəfindən parka ümumilikdə 23 milyon manat investisiya yatırılıb, 400-ə yaxın daimi yeri yaradılıb. Sənaye parklarına əlavə rezidentlərin cəlb olunması istiqamətindfə işlər davam etdirilir.

Gəmiqayırma sahəsində ixtisaslaşmış Qaradağ Sənaye Parkında fəaliyyət göstərən Bakı Gəmiqayırma Zavodunda yüksək yükgötürmə qabiliyyətinə malik tanker, dəniz təchizat gəmisi və digər təyinatlı gəmilər istehsal olunur. Artıq zavodda onlarla gəmi tikilərək istifadəyə verilib, gəmi təmiri işləri həyata keçirilib.

Regionlarda kiçikorta sahibkarlığın genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişaf etdirilməsi, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluqda sənayenin xüsusi çəkisinin artırılması baxımından sənaye məhəllələrinin yaradılması xüsusi önəm kəsb edir. Azərbaycanda ilk sənaye məhəlləsi olan Neftçala Sənaye Məhəlləsi Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə 2016-ci sentyabrın 24-də istifadəyə verilib. Sənaye Məhəlləsində avtomobil, balıq yemi, plastik məmulatlar, suvarma sistemləri, polietilen suvarma boruları, kağız stəkanlar və hazır içkilər istehsalı, modul tipli məktəb binalarının quraşdırılması, balıq emalı və konservləşdirilməsi ilə məşğul olan 9 müəssisə və 1 sahibkarlıq emalatxanası fəaliyyət göstərir.

Sənayeləşmə siyasətinə uyğun olaraq ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sənaye müəssisələrinin təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə 2019-cu ildə də işlər davam etdirilib. Ötən il Pirallahı Sənaye Parkında illik istehsal gücü 150 milyon ədəd birdəfəlik şpris olanDiamed Cozavodunun 16 may 2019-cu il tarixində açılışı olub.

Hesabat dövründə Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədi ilə tədbirlər davam etdirilmiş, sənaye parkında rezidentlərin sayı 17-ə çatıb. Sumqayıt Kimya Sənaye Parkında da işlər davam etdirilib, 16 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə sənaye parkının ərazisində inşa olunmuş SOCAR-ın Karbamid Zavodu istifadəyə verilib. Zavod ildə 435 milyon kubmetr təbii qaz həcmindən xammal kimi istifadə etməklə 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir. 18 fevral 2019-cu il tarixində isə dövlət başçısının iştirakı ilə “SOCAR PolymerMMC-nin yüksək sıxlıqlı polietilen istehsalı zavodu istismara verilmişdir. Bununla da Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən müəssisələrin sayı 13-ə çatıb.

Eyni zamanda, 2019-cu ilin ötən dövrü ərzində Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SumPlastMMC-nin kisə və torba istehsalı, “AzerFloatQSC-nin şüşə istehsalı, “Azərxalça” ASC-nin iplikyun istehsalı müəssisələrinin tikintisi işləri davam etdirilib və sözügedən müəssisələrin cari ildə istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı hesabat dövründə “Azerbaijan Fibro CementMMC-nin müasir tipli dam örtükləri və fasad üçün düz lövhələr olan fəaliyyətinin təşkili istiqamətində də işlər davam etdirilib. Hacıqabul Sənaye Məhəlləsində tikinti işləri başa çatdırılmış və istismara hazırlıq işləri aparılır. Sənaye Məhəlləsində 7 layihənin icrası nəticəsində 900-dən çox yeni yerinin yaradılması nəzərdə tutulur.

Sabirabad Sənaye Məhəlləsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktur layihələrinin tikintisi davam etdirilir. Sahibkarlar tərəfindən böyük maraq göstərilən Sabirabad Sənaye Məhəlləsinə iştirakçı kimi qeydiyyatdan keçmək üçün daxil olan müraciətlərin qiymətləndirilməsi nəticəsində yaradılacaq yerlərinin sayı 250-dən çox olan 5 investisiya layihəsi barədə qərar qəbul edilib. Bununla yanaşı Mingəçevir Sənaye Parkı, Neftçala və Masallı sənaye məhəllələrində rezidentlər tərəfindən istehsal fəaliyyəti davam etdirilib.

Hesabat dövründə respublikanın regionlarında ənənəvi xalq üsulu ilə xalça toxuculuğu şəbəkəsinin genişləndirilməsi prosesidavam etdirilib, 7 may 2019-cu il tarixində dövlət başçısının iştirakı ilə “Azərxalça” ASC-nin Qobustan filialının və Qobustan regional yunboyaq bitkilərinin tədarükü məntəqəsinin açılışı həyata keçirilib. Bununla yanaşı, respublikada xalça istehsalının xammal bazasının təşkili məqsədilə Naxçıvan şəhərində, Bərdə, SabirabadŞabran rayonlarında da regional yunboyaq bitkilərinin tədarükü məntəqələri yaradılıb. Qeyri-neft sektorunun prioritet sahələrindən olan aqrar sektorun inkişafı istiqamətində də əhəmiyyətli işlər görülüb.

 

S.Elmanoğlu

Mövqe.- 2020.- 5 iyun. S. 10