Azərbaycanda sosialyönümlü
iqtisadi inkişaf modeli formalaşıb
İnkişaf modelləri dövlətin
iqtisadiyyata müdaxiləsi
və ona məxsus mülkiyyətin
səviyyəsindən, əhalinin
sosial ehtiyaclarının
ödənilməsi vəziyyətindən,
habelə intizabi tənzimləyici mexanizmlərdən
asılı olaraq bir-birindən fərqləndirilir. Bu baxımdan müasir iqtisadi nəzəriyyələrdə
bazar iqtisadiyyatının
üç əsas növü – liberal (amerikan
modeli), sosial yönümlü və sosial-demokrat modelləri barədə geniş bəhs olunur.
Liberal modeldə xüsusi
mülkiyyət iqtisadiyyatda
üstün mövqeyə
malik olur, bazar subyektlərinin tam sərbəstliyinə imkan
verilir, dövlət tənzimlənməsi məhdud
səciyyə daşıyaraq
əsasən makroiqitsadi
prosesləri əhatə
edir. Dövlət özünü
əhalinin zəruri yaşayış problemlərinin
həllindən təcrid
etməklə, sosialyönümlü
investisiya layihələrinə
az diqqət
ayırır. Bazarın amerikan
modelində dövlət
mülkiyyətinin əsas
kapitaldakı, dövlət
büdcəsinin isə
ümumi daxili məhsuldakı payının
azlıq təşkil
etməsi də əsas xüsusiyyət kimi özünü göstərir.
Sosial yönümlü
iqtisadi model sosial ədalətin və sosial müdafiənin təmini, eləcə də iqtisadi-sosial həyatın humanistləşdirilməsi
məsələlərini önə
çəkir. Bu model radikal
bazar iqtisadiyyatı ilə mərkəzləşdirilmiş
planlı iqtisadiyyat arasında aralıq mövqe tutur. Sosial yönümlü bazar iqtisadiyyatı (alman modeli) bir tərəfdən
iqtisadi azadlığın,
digər tərəfdən
sosial dövlət ideyası ilə əlaqədar olan sosial müdafiə və sosial ədalət ideyalarının
vəhdətinə əsaslanır.
Bu modelin əsas
cəhəti onun güclü sosial siyasət sisteminə malik olmasıdır.
Bu siyasət əhalinin
gəlirləri arasında
mövcud fərqləri
minimuma endirmək məqsədilə dövlətin
həyata keçirdiyi
yenidən bölgüsü
prinsipini, sosial müdafiə və sosial sığorta sisteminin inkişaf etdirilməsini, minimum yaşayış
həddinə təminatın
mövcudluğunu, mənzil
təsərrüfatı sahəsinə
subsidiyaların ayrılmasını
və digər tədbirləri nəzərdə
tutur.
İnkişafın sosial-demokrat modelinin (İsveç modeli) səciyyəvi cəhəti
isə onun bünövrəsində sosial-demokrat
ideyalarının dayanmasıdır. Bu model, ilk növbədə,
sosial-iqtisadi siyasətin
xüsusiyyətləri, iş
qüvvəsi və əmək münasibətlərinin
tənzimlənməsi ilə
fərqlənir. Bazar iqtisadiyyatının
sosial-demokrat modeli bazar iqtisadiyyatına xas çatışmazlıqların
– mülkiyyətin və
gəlirlərin cəmiyyətin
kiçik bir hissəsinin əlində cəmləşməsinin aradan
qaldırılmasına şərait
yaradır. Bu model həm də əhalinin gəlirləri
arasındakı fərqlərin
azaldılmasını və
məşğulluğun səviyyəsinin
yüksəldilməsini təmin
edən güclü sosial siyasətin gerçəkləşdirilməsini nəzərdə tutur.
Sosial-demokrat modelində iqtisadiyyatın
dövlət tənzimlənməsi
sosial siyasət sahəsində birbaşa,
xüsusi istehsal sektorunda isə dolayı formada – yüksək vergilər vasitəsi ilə təmin edilir.
Bunlarla yanaşı, hazırda bir çox iqtisadçı alimlər
digər ölkələrin
– Yaponiyanın, Çinin,
Malaziyanın, Cənubi
Koreyanın və s. ölkələrin özünəməxsus
inkişaf modelinin formalaşdığını iddia
edirlər. Ümumiyyətlə,
hazırda dünyada
200-ə yaxın dövlət
olsa da, onların az
qisminin özünəməxsus
inkişaf modelindən
bəhs olunur. Milli inkişaf modeli ilə dünyada tanınan dövlətlər,
ilk növbədə, iqtisadiyyatlarının
bəzi səciyyəvi
xüsusiyyətləri – transmilli
xarakter daşıması,
yüksək özünütəminetmə
imkanları, ümumi daxili məhsulun artım dinamikası, iqtisadi-maliyyə sisteminin qlobal təhdidlərə çevik müqavimət əzmi ilə seçilirlər.
Müasir dünyada sosial-iqtisadi və mədəni hüquqlar əsas insan hüquqları sisteminə aid olmaqla, fərdin yaşayışının
sosial-iqtisadi şəraitinin
qorunması və normativ möhkəmləndirilməsi
məsələlərinə toxunur. Bəşər cəmiyyəti sivilizasiyanın
yüksək mərhələsinə
çatdıqca, cəmiyyətdə
formalaşmış mənəvi
dəyərləri qoruyub
saxlamaqla sosial müdafiəyə ehtiyacı
olan insanlara daha diqqətlə yanaşılır, həmin
insanların sosial tələbatının ödənilməsi
bir növ sosial dövlətin mənəvi göstəricisinə
çevrilir.
Qeyd edilənlər
kontekstində Azərbaycanda
həyata keçirilən
iqtisadi siyasətin sosialyönümlü mahiyyəti
bir tərəfdən
Azərbaycanda insan amilinə, insan hüquqları sisteminə
yüksək həssaslıq
nümunəsidirsə, digər
tərəfdən bazar
iqtisadiyyatı yolu ilə inkişaf edən bir sıra
qabaqcıl dünya dövlətlərinin təcrübəsinə
əsaslanır. Müasir dövrdə hər
bir inkişaf etmiş dövlət bazar münasibətlərinin
inkişafı, iqtisadi
sərbəstlik, azad sahibkarlıq və özəl mülkiyyətçilik
şəraitində sosial
hüquqların təminatı
sisteminə xüsusi diqqət yetirir. Vətəndaşların sosial və
iqtisadi təminat hüquqlarının reallaşdırılması
demokratik inkişaf yolu tutmuş bütün dövlətlər
üçün mühüm
vəzifələrdən sayılır.
Azərbaycan Respublikasının sosial
hüquqlara sadiqliyini Birləşmiş Millətlər
Təşkilatının 1966-cı il tarixli
«İqtisadi, sosial və mədəni hüquqlar haqqında Pakt»ını, «Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»ını
imzalamaqla təsdiqləmişdir.
«İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt»ın 2-ci
maddəsinin 1-ci bəndində
aydın şəkildə
qeyd olunmuşdur: «Bu Paktda iştirak edən hər bir dövlət fərdi, o cümlədən
beynəlxalq yardım
və əməkdaşlıq
qaydasında qanunvericilik
tədbirləri də
daxil olmaqla ehtiyatda olan maksimal miqdarda vəsaitlərdən istifadə
edərək, xüsusilə
iqtisadi və texniki sahələrdə tanınan hüquqların
bütün lazımi
üsullarla tədricən
tam həyata keçirilməsini
təmin etməlidir».
İstənilən cəmiyyətdə insanların
müəyyən kateqoriyası
mövcuddur ki, onlar özlərindən asılı olmayan obyektiv səbəblərdən
yaşamaq üçün
maddi vəsaitlər əldə etmək imkanından məhrum olmuşlar. Burada daha çox insanın fizioloji vəziyyəti əsas rol oynayır, ilk növbədə, hələ
fəaliyyət qabiliyyəti
formalaşmamış uşaqlar,
eləcə də bu imkanlarını itirmiş insanlar – əlillər, ahıllar, müharibə veteranları
və s. nəzərdə
tutulur. Azərbaycan dövləti müxtəlif
kateqoriyaları əhatə
edən vətəndaşların
sosial ehtiyaclarının
dolğun şəkildə
ödənilməsinə xidmət
edən iqtisadi siyasət həyata keçirir. İnsan amilinin
hərtərəfli yüksəlişinə
və firavanlığına
xidmət edən bu sosialyönümlü siyasətin mahiyyəti bundan ibarətdir ki, dövlət obyektiv səbəblərdən
çalışmaq və
zəhmətdən gəlir
əldə etmək,
(yaş, xəstəlik,
əlillik, ailə başçısını itirmə,
işsizlik və qanunla nəzərdə tutulmuş digər hallarda) həmçinin, uşaqların doğulması,
tərbiyəsi ilə
əlaqədar ailəyə
kömək etmək qabiliyyəti və imkanından məhrum olmuş vətəndaşlara
kifayət qədər
vəsait ayırmağa
təminat verir. Ölkənin malik olduğu
təbii resurslardan əldə olunan gəlirlər hər bir vətəndaşın
rifahı naminə ədalətlə bölüşdürülür,
insanlar bunu öz həyatlarında getdikcə daha qabarıq hiss edirlər.
İctimai-iqtisadi formasiya dəyişkənliyini
yaşayan bütün
postsosialist dövlətlərində
ictimaiyyətin baş
verən köklü dəyişikliklərə mənəvi-psixoloji
baxımdan adaptasiyası
özünü ciddi
problem kimi göstərir. Bu prizmadan keçmiş
SSRİ respublikalarında, o cümlədən Azərbaycanda
vətəndaşların sosial
problemlərinin xüsusi
diqqət mərkəzində
saxlanılması son dərəcə
vacibdir. Sərt bazar
qanunlarının diktə
etdiyi şərtlərin
vətəndaşların mənafeyinə
toxunmaması, istehsalçı
və istehlakçının
maraqlarının uzlaşdırılması
zərurəti bütün
dünyada eyni inkişaf kursu seçmiş dövlətləri
düşündürən mühüm məsələlərdəndir.
Azərbaycanda son illərdə bu sahədə formalaşmış
uğurlu təcrübə
analoji inkişaf yoluna yeni qədəm
qoymuş digər ölkələr üçün
də model rolunu oynaya bilər. Bu modelin unikallığı
ondan ibarətdir ki, respublikada yeni mülkiyyət formalarının yaranmasına,
sahibkarlığın daha
sürətli inkişafına
yönəlmiş kompleks
tədbirlər sistemi
əhalinin sosial baxımdan nisbətən zəif təbəqəsinin
maraqlarını inkar
etmir. Eyni zamanda müəyyən
zərurət qarşısında
həyata keçirilən
sərt islahatlar sosialyönümlü tədbirlərlə
kompensasiya edilir.
Ötən illərin reallıqları
bir daha təsdiqləyir ki, ölkənin iqtisadi inkişafından, neft strategiyasının və
sahibkarlığın inkişafının
uğurlu nəticələrindən
əldə edilən dividendlər bilavasitə insanların sosial problemlərinin həllinə,
vətəndaşların həyat
səviyyəsinin yaxşılaşmasına
yönəldilir. Son aylarda
minimum əməkhaqlarının, büdcə təşkilatlarında
çalışan ayrı-ayrı
vətəndaş kateqoriyalarının
məvaciblərinin, pensiya
və müavinətlərin
artırılması, sosial
müdafiə sisteminin
getdikcə təkmilləşdirilməsi
dövlətin vətəndaşlarına
olan diqqət və qayğısının
bariz təcəssümüdür.
Mövcud sosial müdafiə sisteminin bazar iqtisadiyyatı mühitinə
uyğunlaşdırılaraq keyfiyyətcə yenidən
qurulması, o cümlədən
pensiya sistemində beynəlxalq normalara və inkişaf etmiş ölkələrin
təcrübəsinə əsaslanan
islahatların aparılması
dövlətin sosialyönümlü
siyasətinin mühüm
istiqamətlərindən biri
kimi müəyyənləşdirilmişdir. Bütün bunlar
ölkədə insan
amilinin yüksəlişinə
xidmət edən islahatların vaxtında və yetərincə reallaşdırılmasına münbit
şərait yaratmışdır.
Pensiya və müavinətlərin
həcmində əsaslı
artımlarla yanaşı,
ölkənin pensiya təminatı sisteminin qanunvericilik əsaslarının
ən modern standartlar səviyyəsinə çatdırılması,
pensiya və müavinətlərin verilməsi
işinin avtomatlaşdırılması
son illərdə bu sahədə əldə edilmiş ciddi nailiyyətlərdəndir.
S.Elmanoğlu
Mövqe.- 2020.- 24
iyun. S. 10.