Özəl sektorda maaşların rəsmiləşdirilməsi təmin edilir

 

Məşğulluq siyasətinin mühüm istiqamətlərindən biri yeni yerlərinin yaradılmasını məhdudlaşdıran amillərin aradan qaldırılması məşğulluq səviyyəsinin artırılmasını stimullaşdıran şəraitin yaradılmasıdır. Bu baxımdan sahibkarlığın, əsasən kiçik orta sahibkarlığın inkişafına yönəlmiş tədbirlər xüsusi əhəmiyyət kəsb edir.

Ötən illərdə məşğulluq siyasətində əsas məqsəd əmək ehtiyatlarından daha dolğun istifadə etməklə əhalinin səmərəli məşğulluğunun təminatından ibarət olub. Bu məqsədə nail olmaq üçün sahibkarlığın, xüsusilə kiçik orta sahibkarlığın inkişafı üçün daha münbit şəraitin yaradılması; məşğulluğun səmərəli inkişafını təmin edən investisiya fəallığının dəstəklənməsi; işaxtaran işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, qeyri-formal əmək münasibətlərinin leqallaşdırılması istiqamətində tədbirlər həyata keçirilib.

Azərbaycan Prezident cənab İlham Əliyevin 9 oktyabr 2017-ci il tarixli sərəncamı ilə təsdiq olunmuşAzərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planıölkədə işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi bu sahədə dövlət orqanları arasında daha səmərəli koordinasiya olunmuş siyasətin həyata keçirilməsinə, qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına xidmət edir.

Ümumiyyətlə, Azərbaycanda regional inkişaf tərəqqiyə xidmət edən iqtisadi islahatların mühüm hədəflərindən biri məşğulluğun səviyyəsinin yüksəldilməsi, yeni yerlərinin açılması, əhalinin yüksək rifah halının təmin edilməsidir. Ölkədə biznes mühitinin liberallaşdırılması, sahibkarlığın inkişafı, vergi dərəcələrinin optimallaşdırılması, infrastrukturun müasirləşdirilməsi digər istiqamətlərdə həyata keçirilən tədbirlər məşğulluq strategiyasının uğurla reallaşdırılmasına imkan yaradıb.

Son 16 ildə qəbul olunmuş «2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması iqtisadi inkişaf üzrə Dövlət Proqramı», «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı», «Azərbaycan Respublikasının Məşğulluq (2006-2015-ci illər) Strategiyası», «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı», «2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması davamlı inkişaf Dövlət Proqramı», «Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı» digər sənədlər paxtaxt Bakıda bölgələrdə işsizliyin səviyyəsinin yüksəlməsi baxımından əhəmiyyətli olub.

Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramıəhalinin məşğulluğu sahəsində dövlət siyasətinin ardıcıllığını təmin edərəkAzərbaycan Respublikasının Məşğulluq Strategiyasının (2006-2015-ci illər) ikinci mərhələsinin reallaşdırılmasına yönəldilib. Proqramda işçi qüvvəsinə tələbatın stimullaşdırılması, səmərəli işgüzarlıq mühitinin formalaşdırılması, struktur islahatlarının dərinləşdirilməsi, investisiya fəallığının artırılması insan kapitalının yüksək inkişaf səviyyəsinin təmini məsələləri əksini

 tapıb. Ölkədə makroiqtisadi sabitlik sahəsində əldə olunmuş nailiyyətlərin möhkəmləndirilməsi; yerli sənaye məhsullarının dünya bazarında rəqabət qabiliyyətinin yüksəldilməsi; ədalətli rəqabət mühitinin formalaşdırılması inkişafı; təklif olunan işçi qüvvəsi ilə mövcud yerlərinin sayı arasında tarazlığı təmin edən şəraitin yaradılması; qeyri-formal məşğulluğun qarşısının alınması; işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin edilməsinə kömək edən xüsusi tədbirlərin həyata keçirilməsi; kiçik orta sahibkarlığın inkişafının, eləcə fərdi əmək fəaliyyəti ilə məşğul olanların iqtisadi həvəsləndirilməsi kimi mühüm tədbirlər Dövlət Proqramında mühüm hədəflər kimi diqqəti çəkib.

Hazırda əmək münasibətlərinin rəsmiləşdirilməməsi, işəgötürənlərlə işçi arasında əmək müqaviləsinin imzalanmaması respublikamızın sürətlə inkişaf edən əmək bazarının ən ağrılı, həlli vacib problemlərindən biridir. Azərbaycanın sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir çox özəl şirkətlərində - ticarət, xidmət sahələrində vergi sosial sığorta ödənişlərindən yayınmaq məqsədilə yerlərinin rəsmiləşdirilməməsi hallarına hələ təsadüf olunur.

Ölkə başçısının belə neqativ hallarla mübarizədə daha təsirli tədbirlərin görülməsi ilə bağlı verdiyi tapşırığın icrasını diqqət mərkəzində saxlayan aidiyyəti dövlət qurumları əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində sistemli aparır. “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”na əsasən, Nazirlər Kabinetində Əmək Münasibətlərinin Tənzimlənməsi Koordinasiyası Komissiyası yaradılıb bu istiqamətdə gərgin aparılır.

Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nda əks olunmuş tapşırıqların icrası məqsədilə yaradılmış komissiya ötən müddətdə ölkədə qeyri-rəsmi məşğulluğun qarşısının alınmasında, o cümlədən işəgötürənlər işləyənlər arasında münasibətlərdə müəyyən irəliləyişlər əldə edilib. Bu məqsədlə, qanunvericiliyin imkan verdiyi inzibati vasitələrlə yanaşı, maariflənləndirmə tədbirlərindən geniş iştifadə edilir. Əmək müqaviləsinin imzalanmasının zəruriliyi, işçilər üçün yaratdığı üstünlüklər, işçilərin pensiya təminatındakı rolu digər mühüm məqamlar insanlara geniş izah olunur.

Məqsəd yalnız ölkə iqtisadiyyatında şəffaflıq hesabatlılığı təmin etməkdən, vergidən yayınma hallarının qarşısını almaqdan ibarət deyildir. Bu həqiqət bir daha diqqətə çatdırılır ki, əmək münasibətlərinin rəsmiləşdirilməsi, eləcə əmək haqlarının düzgün göstərilməsi, ilk növbədə, gələcəyə etibarlı təminatın yaradılması deməkdir. Əmək münasibətlərinin vaxtında rəsmiləşdirilməməsi isə zaman keçdikdə, təkcə işçilərin deyil, bir sıra hallarda hətta işəgötürənlərin hüquqlarının pozulması ilə nəticələnir. Bu hüquqların müdafiəsinə yönəlmiş hüquqi prosedurlar isə heç həmişə müsbət yekunla nəticələnmir.

Artıq ictimaiyyət arasında ümumi fikir formalaşır ki, əmək müqavilələrinin bağlanmaması vergidən yayınmanın əsas səbəblərindən biridir bu, dövlət büdcəsinə daxilolmalara mənfi təsir göstərir. Qanunvericilik bazasında bu məsələ ilə bağlı edilmiş əlavə dəyişikliklərə əsasən, cəzalar da sərtləşdirilib. İşəgötürənlər tərəfindən fiziki şəxslərin əmək müqaviləsi bağlamadan hər hansı işə cəlb edilməsi qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə səbəb olur. İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə edilmiş dəyişikliklərə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) bağlamadan işəgötürənlər tərəfindən fiziki şəxsin hər hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb olunmasına görə vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək, hüquqi şəxslər 20 min manatdan 25 min manatadək cərimə edilir.

Vergi Məcəlləsinin 58.10-cu maddəsinə edilmiş dəyişikliyə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Cinayət Məcəlləsinə edilən dəyişikliklərə görə işçilərlə əmək müqaviləsi bağlamadan onları işə cəlb edənləri 7 min manatdan 10 min manatadək ya 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Bundan əlavə, 2019-cu ilin ötən dövründə minimum əməkhaqqının təqribən iki dəfəyə yaxın artırılmaqla 130 manatdan 250 manata çatdırılması barədə "maaşların ağardılması"nda mühüm rol oynayıb. Minimum əməkhaqqının artımının şamil olunduğu 350 min nəfər özəl sektorda, 600 minə yaxını isə dövlət sektorunda Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan işçilərdir. Yəni artıq sahibkar 250 manatdan az maaş yaza bilməz, çünki bu, ölkə üzrə minimum məbləğ təşkil edir.

 

Samir Mustafayev

Mövqe.- 2020.- 30 iyun. S. 11.