Sahibkarların hüquq və mənafeləri etibarlı qorunur

 

Son illər Azərbaycanda biznes mühitinin liberallaşdırılması, sahibkarlıq fəaliyyətinə süni maneələrin aradan qaldırılması istiqamətində atılan mühüm addımlar çərçivəsində maarifləndirmə, habelə məlumatlandırma tədbirlərinə geniş diqqət ayrılır. Məqsəd maarifləndirmə yolu sahibkarların hüquq və mənafelərinin qorunmasına daha etibarlı təminat mexanizmləri formalaşdırmaq, habelə dövlət qurumlarının onların fəaliyyəttinə əsassız müdaxiləsinin qarşısının almaqdır.

Bununla yanaşı, sahibkarların öz qanuni mənafelərinin qorumaları məqsədilə şikayət və müraciət imkanlarının genişləndirmələri də təmin edilir. Bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu mayın 6-da sahibkarlıq fəaliyyəti göstərən fizikihüquqi şəxslərin şikayətlərinə baxılmada şəffaflığın, obyektivliyinoperativliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədilə dövlətə məxsus olan hüquqi şəxslərdə apellyasiya şuralarının yaradılması ilə bağlı Fərman imzalayıb. Fərmana əsasən, “Dövlətə məxsus olan hüquqi şəxsin Apellyasiya Şurası haqqında Nümunəvi Əsasnamə” təsdiqlənib.

Nümunəvi Əsasnamənin “Ümumi müddəalar”ında dövlətə məxsus olan hüquqi şəxsin Apellyasiya Şurasının sahibkarlıq fəaliyyəti göstərən fizikihüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı dövlətə məxsus olan hüquqi şəxsin, onun strukturuna daxil olan qurumların və tabeliyindəki digər qurumların, o cümlədən publik hüquqi şəxslərin, qeyri-kommersiya hüquqi şəxslərinin, paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşaya dolayısı ilə həmin hüquqi şəxsə məxsus olan kommersiya hüquqi şəxslərinin qərarlarından, digər hərəkət və ya hərəkətsizliyindən verdikləri şikayətlərə baxan, ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən kollegial orqan olduğu əksini tapıb. Həmçinin Apellyasiya Şurasının öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “İnzibati icraat haqqında” Qanunu, Azərbaycan Respublikasının digər qanunlarını, Prezidentin aktlarını, bu Əsasnaməni və digər normativ hüquqi aktları rəhbər tutduğu təsbit olunub.

Əsasnamədə Apellyasiya Şurasının vəzifələri, hüquqları, fəaliyyətinin təşkili, eləcə də şikayətlərə dair tələblər, həmçinin Şuranın iclasının keçirilməsi qaydası, iclasın protokollarına və qəbul etdiyi qərarlara dair tələblər və s. məsələlər əksini tapıb.

Fərmana əsasən, dövlətə məxsus hüquqi şəxslərdə Apellyasiya şuralarının yaradılması təmin edilir. Bu hüquqi şəxslərin dairəsi kifayət qədər genişdir. Buraya həm dövlətin yaratdığı şirkətlər, səhmdar cəmiyyətləri, kommersiyaqeyri-kommersiya hüquqi şəxsləri, o cümlədən publik hüquqi şəxslər daxildir. Bu qurumlarda Apellyasiya şuralarının yaradılması dövlətimizin başçısının sahibkarlara, sahibkarlıq fəaliyyətinə göstərdiyi diqqətin təzahürüdür. Bu, eyni zamanda, onların hüquqlarının qorunması, qanuni mənafelərinin müdafiə olunması üçün əlavə təminatdır. Apellyasiya şuraları yeni iqtisadi şəraitdə dövlət siyasətinə uyğun olaraq, çox vacib funksiyaları, sahibkarlığa dövlət dəstəyinin göstərilməsini həyata keçirən qurumlardır.

Şuraların yaradılmasında məqsədin adamlarının müraciətlərinə operativ reaksiya verməkdən, onların şikayətlərini tam, hərtərəfli, obyektiv araşdırmaqdan, ədalətli və qanuni qərarlar çıxarmaqdan ibarətdir. Dövlətimizin başçısının tapşırıqlarının yerinə yetirilməsi üçün təşkilati-texniki tədbirlərin icrasına başlanılıb, işlərin sistemli, ardıcıl aparılması üçün zəruri addımlar atılıb, tədbirlər planı hazırlanıb. Dövlətə məxsus hüquqi şəxslərdə qısa müddətdə Apellyasiya şuraları formalaşdırılıb, onların katibliyinin üzvləri müəyyən edilib.

Xatırlatmaq lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin hələ 2016-cı il 3 fevral tarixli sərəncamı ilə mərkəzi və yerli icra hakimiyyətlərində Apellyasiya şuralarının yaradılması bu istiqamətdə çox mühüm addımlardan biri olub. Apellyasiya Şuraları ölkə başçısının yeni iqtisadi şəraitdə həyata keçirdiyi inkişaf strategiyasına uyğun olaraq, sahibkarlığın stimullaşdırılması, təşviqi, adamlarının hüquqlarının etibarlı müdafiəsi, sahibkarlıq fəaliyyəti göstərən fizikihüquqi şəxslərin müraciətlərinə baxılması, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı orqana şikayət verilməsi mexanizminin təkmilləşdirilməsi məqsədilə yaradılıb. Şuraya çox vacib funksiyaların yerinə yetirilməsi, adamlarının fəaliyyətinə mane olan, onların işini əngəlləyən amillərin aradan qaldırılması, şikayətlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi, əsaslı müraciətlərin təmin edilməsi, korrupsiya, sui-istifadə, digər neqativ hallar müəyyən edildikdə tədbir görülməsi üçün prokurorluq orqanlarına müraciət edilməsi həvalə olunub.

Həmin funksiyaların icrası ölkədə sistemli şəkildə həyata keçirilən iqtisadi islahatların, aparılan antikorrupsiya siyasətinin ayrılmaz tərkib hissəsi olmaqla yanaşı, sahibkarlıq sahəsində ciddi qayda yaradılmasına, sivil biznes mühitinin formalaşmasına, qanun pozuntularının, mənfi təzahürlərin aradan qaldırılmasına, sahibkarlığın və iqtisadiyyatın davamlı inkişafına töhfəsini verir. Şura sahibkarlıq sahəsində fəaliyyət göstərən fizikihüquqi şəxslərlə dövlət qurumları, daha dəqiq desək, sahibkarlarla mərkəzi və yerli icra hakimiyyəti orqanları arasında yaranmış mübahisələrin səlahiyyətləri çərçivəsində tam, hərtərəfli və obyektiv araşdırılmasını, qanuni və ədalətli qərarların qəbul olunmasını təmin edən kollegial orqandır.

Apellyasiya Şurasının yaradılması özəl sektorda çalışan adamlarının hüquqlarının müdafiəsinə, geniş mənada ölkədə sahibkarlığın inkişafına əlavə təminatdır. Belə ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin icra strukturlarına etdikləri şikayətlərə baxılmadıqda və ya qəbul edilmiş qərarlar mübahisə doğurduqda onlar birbaşa mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya şuralarına, onların qərarından narazı qaldıqları təqdirdə Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına şikayət vermək imkanı əldə ediblər.

Sahibkarlar Şuraya müraciət etdiyi gündən mübahisənin həlli prosesində iştirak imkanı qazanırlar. Bu mexanizm, öz növbəsində, şikayətlərə və qaldırılan məsələlərə aşkarlıq şəraitində, şəffaf prosedurlar əsasında baxılmasına, sahibkarlığın inkişafına mane olan bürokratik əngəllərin aradan qaldırılmasına, korrupsiya və sui-istifadə hallarına qarşı daha səmərəli mübarizə aparılmasına, fəaliyyət prosesində yaranan problemlərin operativobyektiv həllinə, sahibkarların normal işləməsinə, onların dövlətə inamının artmasına imkan yaradır. Apellyasiya şuralarına şikayətləri yalnız sahibkarlar, onların qanuni nümayəndələri verə bilərlər və bu şikayətlər yalnız sahibkarlıq fəaliyyəti ilə, eləcə də onların özlərinə aid sahibkarlıq fəaliyyəti ilə bağlı olmalıdır. Bundan əlavə, sahibkarlar şikayətin verilməsinin prosedur qaydalarına, şikayətin forma və məzmununa, digər tələblərə əməl etməlidirlər. Əks təqdirdə, qanunvericiliyə müvafiq olaraq, onların şikayətlərini həll etmək imkan xaricindədir.

Dövlət başçısının sahibkarların problemlərinin həllinə qayğı ilə yanaşılması, şikayətlərinə dərhal reaksiya verilməsi, obyektiv araşdırma aparılması barədə tələblərinin yerinə yetirilməsi son illər şikayətlərin azalmasına səbəb olub. Qeyd edilən amillərin rəhbər tutulması bu təsisatın sahibkarlıq sahəsində yaranan maneələrin qarşısının alınmasında çevik, təsirli mexanizmə çevrilməsinə, adamlarının hüquqlarının müdafiəsinə, müsbət göstəricilərin əldə olunmasına, qanun pozuntularının sayının kəskin azalmasına gətirib çıxarır.

Şikayətlərin bir qismi sahibkarların əsassız tələblər irəli sürməsi, qanunsuz imtiyazlar, əlavə mənfəət əldə etməsi səbəbindən yaranır. Bununla belə, şikayətlərin digər qismi onların icra orqanlarında tam, hərtərəfli araşdırılmaması, maddiprosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, əsassız qərarların qəbul olunması nəticəsində meydana çıxır. Qanunvericiliyin tələblərini pozmuş, şikayətlərin həllində nöqsanlara yol vermiş, səthi araşdırma aparmış dövlət qurumlarının əməkdaşları intizam məsuliyyətinə cəlb edilirlər. Eyni zamanda, Apellyasiya Şuralarına müraciət edən adamları sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğıya, sahibkarların hüquqlarının və qanuni mənafelərinin tutarlı müdafiəsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürlərini bildirirlər.

 

S.Elmanoğlu

Mövqe.- 2020.- 7 may. S. 10.