Dövlət proqramları aqrar sektorun
inkişafını sürətləndirir
Rəqabət
qabiliyyətli kənd təsərrüfatı məhsulları
istehsal etməklə daxili bazarı qorumaq, ekoloji təmiz məhsullarla
xarici bazarlara çıxış imkanları əldə etmək,
kənd yerlərinin tarazlaşdırılmış inkişafına
nail olmaq bu sahədə yürüdülən siyasətin əsas
hədəfləridir. Göstərilən
hədəflərə çatmaq məqsədilə
islahatların davam etdirilməsi
respublikanın uzunmüddətli inkişafının strateji istiqamətlərini özündə ehtiva edən "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf
Konsepsiyasında da dolğun
əksini tapıb. Sənəddə qeyri-neft
sənayesinin inkişafı baxımından xüsusi
əhəmiyyət kəsb edən sahələr kimi kənd təsərrüfatı məhsullarının
emalına xüsusi diqqət yetirilməsi;
mövcud aqroemal müəssisələrinin
müasir texnologiyaların tətbiqi nəticəsində
istehsal güclərinin
artırılması və yeni müəssisələrin
yaradılması istiqamətində kompleks
tədbirlərin həyata keçirilməsi; aqrar
sektora kreditlərin verilməsi mexanizmlərinin
sadələşdirilməsi; özəl aqroservis
xidmətləri şəbəkəsinin genişləndirilməsi;
kənd təsərrüfatının sığortalanması
mexanizminin təkmilləşdirilməsi nəzərdə
tutulub. Son illər regionlarda aqrar sektorun
inkişafının stimullaşdırılmasına xidmət
edən tədbirlər daha da intensivləşib. Ölkə
başçısının qanunvericilik
təşəbbüsü əsasında kənd təsərrüfatı
məhsulları istehsalçılarına tətbiq olunan vergi güzəştlərinin
müddətinin 2014-cü il
yanvarın 1-dən daha beş
il müddətində uzadılması
deyilənləri əyani təsdiq edir. Xatırladaq ki, 2001-ci il yanvar ayının 1-dən
qüvvədə olan qanuna
əsasən, kənd təsərrüfatı məhsullarının
istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu
ilə) hüquqi şəxslər Vergi Məcəlləsi ilə müəyyən
edilmiş hüquqi
şəxslərin mənfəət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini və
həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən, fiziki şəxslər isə əlavə dəyər
vergisini və həmin fəaliyyət
prosesində istifadə olunan obyektlərdən
əmlak vergisini ödəməkdən
azaddırlar. Ölkə
başçısının 2014-cü il
16 yanvar tarixli "Kənd
təsərrüfatı və ərzaq məhsulları
bazarının fəaliyyətinin təkmilləşdirilməsi
sahəsində əlavə tədbirlər haqqında" sərəncamında
kənd təsərrüfatında yüksək məhsuldarlığın
təmin edilməsinin, yerli məhsulların
rəqabət qabiliyyətinin artırılmasının,
fermerlərə dövlət dəstəyinin daha
səmərəli təşkili və ərzaq təhlükəsizliyinə
nail olunmasının zəruriliyi bir daha önə çəkilib.
Son illər ölkədə aqrar-sənaye
komplekslərinin yaradılması istiqamətində də tədbirlər
həyata keçirilir. Xüsusən də
regionlarda aqrar sənayenin
inkişaf etdirilməsi məqsədilə
potensial imkanlardan daha səmərəli istifadə edilməsi, yerli xammala əsaslanan kənd
təsərrüfatı məhsulları emalı məsələləri
xüsusi diqqət mərkəzindədir.
"Kənd təsərrüfatı və ərzaq
məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi
sahəsində əlavə tədbirlər haqqında" sərəncamda
göstərildiyi kimi, kənd təsərrüfatında
yüksək məhsuldarlığın təmini, yerli məhsulların rəqabət qabiliyyətinin
artırılması, fermerlərə dövlət dəstəyinin
daha səmərəli təşkili, ərzaq
təhlükəsizliyinə nail
olunması hazırda aqrar sahədə
dövlət siyasətinin mühüm
istiqamətlərini təşkil edir. Sərəncamla kənd təsərrüfatı məhsulları
ixracının artırılması, istehsalçı və
istehlakçıların maraqlarının qorunması, ərzaq
bazasının səmərəli fəaliyyətinin təmini
məqsədi ilə əlavə tədbirlər müəyyənləşdirilib.
Sərəncam əsasında kənd təsərrüfatının
inkişafında strateji hədəfləri
və prioritet istiqamətləri
özündə əks etdirən "Azərbaycan
Respublikasında aqrar-sənaye kompleksinin
inkişafı strategiyası" hazırlanaraq hökumətə
təqdim edilib. Yeni strategiyaya
əsasən, məhsulun istehsalçıdan
istehlakçıya çatdırılması mərhələsində
mövcud maneələrin aradan
qaldırılması, ərzaq bazarında süni
qiymət artımının qarşısının
alınması, kənd təsərrüfatı və ərzaq
məhsullarının qəbulu üzrə ixtisaslaşmış
terminalların və onların
saxlanılması üçün
anbarların yaradılması, həmin məhsulların
daşınmasına xidmət edən nəqliyyat infrastrukturunun təşkili, xüsusi
ərzaq mağazaları şəbəkəsinin genişləndirilməsi
ilə bağlı layihələr də mühüm
yer tutur. Həmçinin,
Azərbaycanda taxılçılığın
inkişafı üçün iri aqrar komplekslərin
yaradılması da diqqət mərkəzindədir.
Son illər regionlarda
kənd təsərrüfatı üzrə ənənəvi
məşğulluq sahələrinin inkişafı da diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidentinin
13 iyul 2017-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında
pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün
Dövlət Proqramı"nın məqsədi ölkədə
pambıqçılıq məhsullarına tələbatın
ödənilməsi, pambıq emalı
müəssisələrinin xammal təminatının
yaxşılaşdırılması, emal
sənayesinin inkişaf etdirilməsi,
pambıq məhsullarının ixracının
artırılması, kənd yerlərində əhalinin məşğulluq
səviyyəsinin yüksəldilməsi üçün
pambıqçılığa dövlət dəstəyinin
gücləndirilməsindən və bu
sahənin inkişafının stimullaşdırılmasından
ibarətdir. Dövlət başçısının 14 iyul 2017-ci il tarixli sərəncamı ilə "Azərbaycan
Respublikasında kənd təsərrüfatı
kooperasiyasının inkişafına dair
2017-2022-ci illər üçün
Dövlət Proqramı" təsdiq edilib.
Dövlət Proqramının məqsədi kənd
təsərrüfatı məhsulları
istehsalçılarının birgə təsərrüfatçılıq
fəaliyyətini təşviq etmək, könüllülük
əsasında kənd təsərrüfatı kooperativlərinin
təşkilinə əlverişli şərait yaratmaq, kooperativlərin dayanıqlı fəaliyyətini
təmin etmək, həmçinin aqrar sahədə
kooperasiyanın formalaşmasına və inkişafına dəstək
verməkdir. Azərbaycan Respublikasının Prezidentinin 10 avqust 2017-ci il tarixli sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında tütünçülüyün
inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı"nın
məqsədi tütün və tütün məmulatına olan
tələbatın ödənilməsi, tütün emalı müəssisələrinin
fəaliyyətinin genişləndirilməsi və müasir texnologiyalar əsasında
yeni müəssisələrin
yaradılması, xammal təminatının
yaxşılaşdırılması, tütünçülük
məhsullarının ixracının artırılması və
kənd əhalisinin məşğulluq səviyyəsinin
yüksəldilməsi üçün
ölkədə tütünçülüyün
inkişafını stimullaşdırmaqdan ibarətdir. 27 noyabr 2017-ci il tarixli sərəncamla təsdiq edilmiş "Azərbaycan Respublikasında
baramaçılığın və ipəkçiliyin
inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı"
ipəkçiliyin dayanıqlı əsaslarla
inkişafına nail olmaq,
ipək emalı sənayesinin xammal təminatını
yüksəltmək, istehsal edilən məhsulun
keyfiyyətini və həcmini artırmaq, yeni
təsərrüfat subyektləri yaratmaq,
ipək məhsullarının ixrac
potensialını gücləndirmək və məşğulluğu artırmaqdan məqsədini önə çəkir.
9 fevral 2018-ci il tarixli "Azərbaycan Respublikasında çəltikçiliyin
inkişafına dair 2018-2025-ci illər üçün Dövlət
Proqramı"nın məqsədi isə ölkə əhalisinin
düyüyə olan tələbatının
daha dolğun ödənilməsi,
idxalın əvəzlənməsi, çəltik emalı sənayesinin inkişaf
etdirilməsi və kənd əhalisinin məşğulluq səviyyəsinin
yüksəldilməsi üçün
ölkədə çəltikçilik sahəsinin
inkişafını stimullaşdırmaqdır. Ölkə
başçısının 12 fevral
2018-ci il tarixli Sərəncamı
ilə təsdiq olunmuş "Azərbaycan
Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət
Proqramı"ının məqsədi ölkədə quru çaya olan tələbatın əsasən yerli məhsul hesabına ödənilməsi, çay emalı müəssisələrinin xammal təminatının
yaxşılaşdırılması, emal
sənayesinin inkişaf etdirilməsi, çay məhsullarının
ixracının artırılması və kənd əhalisinin
məşğulluq səviyyəsinin yüksəldilməsidir.
13 fevral 2018-ci il tarixli Sərəncamla təsdiq edilmiş "Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018-2025-ci illər üçün
Dövlət Proqramı"ının məqsədi ölkədə
sitrus meyvələrinə
olan tələbatın daha
dolğun ödənilməsi, istehsal edilmiş məhsulların
ixracının artırılması və kənd əhalisinin
məşğulluq səviyyəsinin və maddi
rifahının yüksəldilməsi üçün
sitrus meyvəçiliyinin
inkişafıdır. Bunlardan əlavə, bölgələrdə müasir texnologiyalar əsasında
anbar komplekslərinin yaradılması kənd
təsərrüfatının intensiv
inkişafı, mövsümi qiymətlərin
tənzimlənməsi, məhsul itkisinin
qarşısının alınması, daxili
bazarın qorunması və ixrac
potensialının artırılması üçün
həyata keçirilən ardıcıl tədbirlər davam etdirilir. Bu sahədə
beynəlxalq təcrübə, xarici
ölkələrin iri fermer
təsərrüfatları ilə qarşılıqlı əməkdaşlıq,
eləcə də modelləşdirmə seqmentləri nəzərə
alınır, Avropa İttifaqı ölkələrinin
qabaqcıl təcrübəsinə, Dünya
Bankının tövsiyələrinə istinad
olunur.
S.Elmanoğlu
Mövqe.- 2020.- 6 may.
S. 10.