Mövcud
miqrasiya sistemi sahibkarlığın inkişafına təkan
verir
Azərbaycanın
sürətli iqtisadi inkişafı, əmək
bazarının canlanması, habelə turizm infrastrukturunun
müasirləşdirilməsi respublikada miqrasiya proseslərinin
idarə olunmasında çevik üsul və vasitələrin
tətbiqini, habelə bu sahədə qanunvericiliyin təkmilləşdirilməsini
obyektiv zərurətə çevirib. Xatırlatmaq yerinə
düşər ki, regionların sosial-iqtisadi inkişafına
xidmət edən dövlət proqramlarında hazırkı
iqtisadi inkişaf mərhələsi üçün aktual bir
mühüm məsələyə – miqrasiya proseslərinin tənzimlənməsinə,
sosial-iqtisadi amillərlə bağlı daxili miqrasiyanın fəsadlarının
aradan qaldırılmasına geniş yer ayrılıb.
Regional
inkişaf proqramlarında miqrasiya proseslərindən ölkənin
inkişafı üçün səmərəli istifadə
olunması; miqrasiya proqramlarının və tədbirlərinin
həyata keçirilməsində dövlətin, cəmiyyətin
mənafelərinin nəzərə alınması;
miqrantların mövcud sosial-iqtisadi vəziyyətə
adaptasiyasını sürətləndirən şəraitin
yaradılması; miqrantların hüquqlarının
müdafiəsi; qeyri-qanuni miqrasiyanın
qarşısının alınması kimi vacib məsələlər
yer alıb. Ötən illərdə dövlət
proqramının uğurla icrası nəticəsində
bölgələrin proporsional inkişafı təmin olunub,
iri şəhərlərə kütləvi axının –
urbanizasiya proseslərinin qarşısı, demək olar ki,
alınıb, daxili və xarici miqrasiyanın tənzimlənməsi
sahəsində müsbət nəticələr əldə
edilib.
Xatırlatmaq
lazımdır ki, Azərbaycan dövlət müstəqilliyini
qazandıqdan sonra miqrasiya proseslərinin tənzimlənməsi
məsələsi yeni ictimai-iqtisadi formasiyanın ən aktual
problemlərindən biri kimi gündəliyə gəlsə də,
bu istiqamətdə ilk praktiki addımlar yalnız ulu öndər
Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi
ilə hakimiyyətə gəlişindən sonra
atılıb. Azərbaycanın müharibə şəraitində
yaşamasını, 1 milyondan artıq qaçqın və məcburi
köçkünün doğma torpaqlarından digərgin
düşməsini, o cümlədən respublikanın əlverişli
coğrafi-siyasi məkanda yerləşməsini, əhəmiyyətli
tranzit-kommunikasiya imkanlarını nəzərə alan
böyük strateq Heydər Əliyev daxili və xarici miqrasiya
proseslərinin tənzimlənməsi istiqamətində əməli
tədbirlər həyata keçirib. Bu mərhələdən
ölkənin gələcəyi ilə bağlı ziddiyyətli
fikirlərin, narahatlıqların və təhlükələrin
aradan qalxması, yaşayış üçün yeni
perspektivlərin açılması xarici ölkələrə
miqrasiya prosesinin qarşısını alıb, eyni zamanda əvvəlki
illərdə Azərbaycandan köçüb getməyə məcbur
olan vətəndaşlar, o cümlədən milli
azlıqların nümayəndələri tədricən geriyə
qayıdıblar.
Son
illərdə Azərbaycanda sürətli sosial-iqtisadi
inkişafın təmin edilməsi, enerji-nəqliyyat sahələrində
beynəlxalq kommunikasiyaların genişlənməsi, eyni
zamanda ölkəmizin geosiyasi mövqeyi Azərbaycan
Respublikasında miqrasiya proseslərinin intensivləşməsinə
gətirib çıxarıb. Eyni zamanda ölkəmizin bir
sıra dövlətlərlə vizasız gediş-gəliş
rejiminin mövcud olması nəticəsində respublikamızın
ərazisindən tranzit qaydasında keçən və ya
qısa müddətə gələn, üçüncü
dövlətlərə getməyə cəhd edən, yaxud
qanuni əsaslar olmadan daimi yaşamağa cəhd göstərən
əcnəbilərin sayı getdikcə artır. Bütün
bunlar ölkənin inkişafı və təhlükəsizliyinin
təmini baxımından milli maraqlara uyğun miqrasiya siyasətinin
həyata keçirilməsini, miqrasiya proseslərinin tənzimlənməsi
sisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsini,
dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini,
habelə bu sahədə beynəlxalq əməkdaşlığı
obyektiv zərurətə çevirib.
Bütün
bu reallıqları nəzərə alan Prezident İlham
Əliyev miqrasiya proseslərinin vahid dövlət siyasəti
ilə tənzimlənməsi sahəsində kompleks tədbirlərin
həyata keçirilməsini təmin edib. Dövlət
başçısının bu istiqamətdə ilk
mühüm addımlarından biri kimi hələ 2006-cı
il 25 iyul tarixdə «Azərbaycan Respublikasının Dövlət
Miqrasiya Proqramının (2006-2008-ci illər) təsdiq edilməsı
haqqında» sərəncam imzalamışdır. Kompleks tədbirlər
sistemini əks etdirən Dövlət Proqramında miqrasiya
idarəetmə sisteminin inkişaf etdirilməsi, miqrasiya proseslərinin
tənzimlənməsi və proqnozlaşdırılması,
bu sahədə qanunvericiliyin beynəlxalq normalara və
müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi,
qanunların tətbiqinin effektivliyinin təmin edilməsi,
miqrasiya sahəsində vahid məlumat bankının,
müasir avtomatlaşdırılmış nəzarət
sisteminin yaradılması, qeyri-qanuni miqrasiyanın
qarşısının alınması, miqrantlarla bağlı
sosial müdafiə tədbirlərinin həyata keçirilməsi
və digər mühüm məsələlər yer alıb.
Azərbaycanda
miqrantların rahatlıqlarını təmin etmək
üçün Prezident İlham Əliyevin
imzaladığı fərmana əsasən, 2009-cu il iyulun 1-dən
miqrasiya proseslərinin idarəolunmasında «bir pəncərə»
prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini
Dövlət Miqrasiya Xidməti həyata keçirir.
Respublikada əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin olduğu yer üzrə
qeydiyyatı, müvəqqətiolma, müvəqqəti və
daimiyaşama, iş icazələrinin verilməsi və
müddətlərinin uzadılması, qaçqın
statusunun müəyyənləşdirilməsi, vətəndaşlığa
qəbul, xitam, bərpa, vətəndaşlıq mənsubiyyətinin
müəyyən olunması, eləcə də vətəndaşlıq
məsələlərinin həlli ilə məşğul
olan hüquq-mühafizə orqanı statusunu daşıyan Xidmət
həm də miqrasiya qanunvericiliyinin tətbiqində yol verilə
biləcək nöqsan və sui-istifadələrin, miqrasiya
proseslərinin neqativ təsirinin aradan
qaldırılmasını, qeyri-qanuni miqrasiyaya qarşı
effektiv mübarizə tədbirlərini həyata keçirir.
Əcnəbi
və vətəndaşlığı olmayan şəxs əvvəllər
Azərbaycan Respublikasında olarkən ölkəyə gəlişinin
bəyan edilmiş məqsədlərini pozduqda, Azərbaycan
Respublikasına gəlməsi haqqında vəsatət
qaldırarkən, özü və ya səfərinin məqsədi
haqqında yalan məlumat verdikdə, yaxud miqrasiya
qanunvericiliyini pozduğuna görə son üç il ərzində
iki dəfə və ya daha çox inzibati məsuliyyətə
cəlb olunduqda onların Azərbaycan Respublikasına gəlişinə
5 il müddətinə qadağa qoyulur.
Azərbaycan
Respublikasının ərazisində müvəqqəti
yaşamağa icazə alınması üçün əsas
olmuş hal aradan qalxdıqda və icazə alınması ilə
bağlı digər əsaslar olmadıqda əcnəbilərə
və vətəndaşlığı olmayan şəxslərə
ölkəmizin ərazisində müvəqqəti yaşamaq
üçün icazə verilmir, əvvəl verilmiş icazə
isə ləğv edilir. Həmçinin Miqrasiya Məcəlləsinin
tələbinə görə əcnəbi 180 gün ərzində
90 gündən çox Azərbaycan Respublikasının ərazisindən
kənarda olduqda, yaxud ölkəmizdə müvəqqəti
yaşadığı dövrdə gəlişinin bəyan
edilmiş məqsədini pozduqda da ona müvəqqəti
yaşamaq üçün icazə verilmir, yaxud əvvəl
verilmiş icazə ləğv edilir.
Bundan
əlavə ölkə ərazisində qanunsuz yaşayan, eləcə
də qaçqın statusu almaq niyyətində olan şəxslər
hüquqi statusları müəyyənləşənədək
qanunda göstərilən müddətə kimi Dövlət
Miqrasiya Xidmətinin Bakı və Yevlax şəhərlərində
beynəlxalq standartlara uyğun olan Qanunsuz Miqrantların
Saxlanılması Mərkəzlərində yerləşdirilir,
qanunamüvafiq tədbirlər görülür, müvafiq qərarlar
qəbul olunur.
Dövlət
Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun bildirir ki,
qurum özəl sektorla əlaqələrin inkişafına
öz töhfəsini verərək, ölkəmizdə fəaliyyət
göstərən sahibkarlarla mütəmadi görüşlər
keçirir, eləcə də iş adamlarına münbit
şəraitin yaradılmasını daim diqqət mərkəzində
saxlayır. Çoxsaylı görüşlərin nəticəsi
olaraq, iş icazələrinin verilməsi prosesini təkmilləşdirmək,
şəffaflığı artırmaq və sahibkarların müraciətlərinə
operativ baxılmanı təmin etmək məqsədi ilə
birbaşa Dövlət Miqrasiya Xidmətinin rəhbərliyinə
müraciət imkanı verən qaynar xətt yaradılıb.
Yaradılmış qaynar xətt vasitəsilə daxil
olmuş müraciətlər Xidmət tərəfindən
operativ qaydada cavablandırılır. Bununla yanaşı,
işəgötürənlərin rastlaşdıqları
çətinliklərin təhlili, miqrasiya qanunvericiliyinin tələblərinin
ölkədə biznes mühitinə təsirinin qiymətləndirilməsi
və sahibkarlığın dəstəklənməsinə
yönəlmiş təkliflərin hazırlanması məqsədilə
Dövlət Miqrasiya Xidməti yanında Məşvərət
Şurası yaradılıb. Tərkibinə Dövlət
Miqrasiya Xidmətinin, qeyri-hökumət təşkilatlarının,
habelə əcnəbi işçi qüvvəsini cəlb edən
sahibkarlıq fəaliyyəti ilə məşğul olan
fiziki və hüquqi şəxslərin nümayəndələri
də daxil olan Şuranın mütəmadi olaraq iclasları
keçirilib. Bununla yanaşı, Caspian European Clubun, Amerika
Ticarət Palatası (AMCHAM), AlmanAzərbaycan Xarici Ticarət
Palatası, Türkiyə və Azərbaycan İş
Adamları və Sənayeçilər İctimai Birliyinin
üzvləri ilə də ayrı-ayrılıqda
görüşlər keçirilib, görüşlər
zamanı miqrasiya qanunvericiliyində həyata
keçirilimiş dəyişikliklər, yeniliklərin tətbiqi,
innovativ yanaşmalar, perspektivdə duran istiqamətlər barədə
məlumat verilmiş və çoxsaylı suallar
cavablandırılıb.
Biznes
dairələrindən gələn təkliflər nəzərə
alınmaqla, Azərbaycanda haqqı ödənilən əmək
fəaliyyəti ilə məşğul olmaq üçün
ölkəmizə gələn şəxslərin
rahatlığının təmin edilməsi üçün
“ASAN viza” sistemi vasitəsilə verilən elektron viza növləri
sırasına əmək məqsədli giriş vizaları
daxil edilib.
Miqrasiya
Məcəlləsində Azərbaycan Respublikasının ərazisində
olmalarının arzuolunmaz hesab edilməsi proseduru müəyyən
edilib. Bir daha qeyd edək ki, əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin arzuolunmaz hesab edilməsinin 5 il
müddətinə müəyyən edilməsi, müvafiq əsaslar
aradan qalxmadıqda eyni müddətə uzadıla bilməsi və
həmin şəxslər barəsində Azərbaycan
Respublikasının hüdudlarından kənara
çıxarılması haqqında qərar qəbul edilməsi
miqrasiya orqanları tərəfindən həyata
keçirilir. Dünyanın bütün ölkələrində
qanunsuz miqrasiya halları var. Əsas məsələ bu
arzuolunmaz halın qarşısını almaq və qanunsuz
miqrasiyaya qarşı ciddi mübarizə aparmaqdır. Dövlət
Miqrasiya Xidməti bu işin öhdəsindən uğurla gəlir
və bu barədə məlumatlar mütəmadi olaraq ictimaiyyətə
açıqlanır.
S.Elmanoğlu
Mövqe.- 2020.- 8 may.
S. 10.