Sənayeləşmə qeyri-neft sektorunun aparıcı sahəsinə çevrilir

 

Müasir dövrdə iqtisadi inkişafda, yeni iş yerlərinin yaradılmasında, ölkənin ixrac potensialının gücləndirilməsi və idxaldan asılılığın azaldılmasında sənaye potensialının əhəmiyyəti müstəsnadır. Yalnız sənayenin inkişaf etdirilməsi yolu ilə neftin qiymətlərinin aşağı düşməsi ilə əlaqədar Azərbaycanın üzləşə biləcəyi maddi itkiləri kompensasiya etmək mümkündür.

Sənaye potensialının gücləndirilməsi dedikdə, söhbət əsla keçmiş ittifaq dövründə olduğu kimi, dövlət nəzarətində olan strateji müəssisələrin yaradılmasından getmir. Dövlətin bu sahədəki siyasəti, sadəcə, sahibkarlığa kömək tədbirlərinin davamıdır və perspektivli, iqtisadi nöqteyi-nəzərdən səmərəli sənaye kompleksinin formalaşmasına xidmət edir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 10 yanvar tarixli «2014-cü ilin Azərbaycan Respublikasında «Sənaye ili elan edilməsi haqqında» sərəncamında haqlı olaraq vurğulanırdı ki, hazırkı mərhələdə müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədi ilə bir sıra tədbirlərin həyata keçirilməsi, o cümlədən mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılması zəruridir.

Sənayenin inkişafının müasir innovasiyalar əsasında təmin olunması, texnoparkların sənayeləşmədə əsas strateji layihələr kimi yer alması «Azərbaycan - 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasında da öz əksini tapıb. Sənəddə 2020-ci ilədək respublikanın tarixi ənənələri olan iri şəhər və rayonlarında yeni sənaye istehsalı müəssisələrinin yaradılması və həmin müəssisələrdə innovasiya yönümlü texnologiyaların tətbiqinin stimullaşdırılması, ixtisaslaşmış və ümumi təyinatlı sənaye şəhərciklərinin yaradılması qarşıya məqsəd qoyulub.

Konsepsiyanın icrası ilə əlaqədar xüsusi iqtisadi zonaların yaradılması və iqtisadi potensial nəzərə alınmaqla Sumqayıtda neft-kimya, Balaxanıda məişət tullantılarının emalı, Gəncədə metal (alüminium) məmulatların istehsalı üzrə sənaye şəhərciklərinin qurulması təmin edilib. Qeyri-neft sənayesinin ənənəvi istehsal sahələrinin - kimya, metallurgiya, maşınqayırma, elektrotexnika, elektronika, yüngül sənaye, yeyintiaqroemal sənayesinin və s. inkişafı və ixrac imkanlarının artırılması ilə yanaşı, rəqabətqabiliyyətli yeni istehsal sahələrinin yaradılması da dəstəklənir.

Dövlət başçısı İlham Əliyevin 2014-cü il 12 mart tarixli sərəncamı isə «2014-cü ilin «Sənaye ili» elan edilməsi ilə bağlı Tədbirlər Planı»na əsasən, yerli təbii və iqtisadi resurslara əsaslanan müəssisələrin yaradılması, mövcud müəssisələrin modernləşdirilməsi, ənənəvi istehsal sahələri ilə yanaşı, yeni istehsal sahələrinin fəaliyyətə başlaması, sənaye parklarının yaradılması, bu sahədə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulub.

Ortamüddətli perspektivdə sənaye sahəsində dövlət siyasətinin əsas məqsədləri sənaye istehsalının dayanıqlı və yüksək artım templərinin təmin edilməsi, strukturunun təkmilləşdirilməsi və səmərəliyinin artırılmasıdır. Bu sahədə əsas tədbirlər istehsal avadanlığının yüksək mənəvi və fiziki aşınmasının aradan qaldırılmasından, milli məhsulun rəqabət qabiliyyətliyinin, sənayedə investisiyainnovasiya fəallığının artırılmasından, qeyri-neft sektorunun daha sürətli inkişafının və emal fəaliyyət növlərinin stimullaşdırılmasından ibarətdir.

Sənayenin qeyri-neft sektorunda səmərəli nəticələrin əldə olunması üçün aşağıdakı tədbirlərin reallaşdırılması məqsədəuyğun müvafiq hesab edilir: sənayenin qeyri-neft sektorunun inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi; sənaye strukturunun seçilmiş inkişaf istiqamətlərinə uyğun olaraq yenidən qurulması və onun investisiya tələblərinə uyğunlaşdırılması; dövlət mülkiyyətində olanya səhmlərin nəzarət zərfi dövlətə məxsus olan sənaye müəssisələrinin sağlamlaşdırılması; istehsalın texnoloji cəhətdən yenidən qurulması; investisiya mənbələrinin və resurslarının müəyyənləşdirilməsi və artırılması; güzəştli büdcə vəsaiti hesabına sənayenin inkişafının dəstəklənməsi;vergi və gömrük siyasətinin təkmilləşdirilməsi, ixracın dəstəklənməsi və daxili bazarın qorunması; ixtisaslı işçi qüvvəsinin hazırlanması; sənaye şəhərciyinin yaradılması ilə rəqabətə davamlı sənaye məhsullarının istehsalının dəstəklənməsi və ixracyönümlü istehsalların yaradılmasının təşviqi və bu sahədə regionaldünya iqtisadiyyatına inteqrasiyanın gücləndirilməsi və dünyada mövcud olan elmi texniki innovasiya proseslərinə qatılması.

Ölkə iqtisadiyyatına, qeyri-neft sektorunun inkişafına xarici kapitalı daha dolğun cəlb etmək və beynəlxalq inteqrasiyanı sürətləndirmək üçün xüsusi zonaların yaradılması zəruri hesab edilir. Müasir texnologiyaların tətbiqi əsasında xüsusi hüquqi rejimin mövcud olduğu belə iqtisadi zonanın yaradılması ölkənin istehsal gücününixrac potensialının yüksəldilməsi, ixrac məhsullarının həcminin artırılması və strukturunun yaxşılaşdırılması, idxal məhsullarını əvəz edə biləcək əmtəələrin istehsalının genişləndirilməsi, maliyyə və xidmət bazarlarının inkişafı, investisiyaların respublikaya yönəldilməsi, yeni texnologiyaların tətbiqi, yeni yerlərinin açılması, dövlət büdcəsinin gəlirlərinin artırılması məqsədi ilə təşkil olunur.

Ölkəmizdə belə zonaların yaradılması istiqamətində hüquqi baza yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il aprelin 14-də imzaladığı «Xüsusi iqtisadi zonalar haqqında» Azərbaycan Respublikasının Qanunu ölkəmizdə xüsusi iqtisadi zonaların yaradılması və idarə edilməsi ilə bağlı hüquqiiqtisadi münasibətləri tənzimləyir, həmin zonalarda sahibkarlıq fəaliyyətinin təşkili qaydalarını müəyyənləşdirir. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq dövlət qeydiyyatına alınmış, xüsusi iqtisadi zona ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün bu qanunla müəyyən edilmiş qaydada xüsusi iqtisadi zonanın qeydiyyat şəhadətnaməsini almış hüquqifiziki şəxslər isə xüsusi iqtisadi zonanın rezidentləri sayılırlar.

DSK-nın məlumatına görə, 2020-ci ilim yanvar-mart aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 10,6 milyard manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 23,0 faiz artıb. Sənaye məhsulunun 65,5 faizi mədənçıxarma sektorunda, 28,4 faizi emal sektorunda, 5,4 faizi elektrik enerjisi, qazbuxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 7,3 dəfə, kompüter, elektronoptik məhsulların istehsalı 3,9 dəfə, metallurgiya sənayesi məhsullarının istehsalı 2,1 dəfə, içkilərin istehsalı 2,1 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 66,7 faiz, əczaçılıq məhsullarının istehsalı 36,7 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 28,0 faiz, tütün məmulatlarının istehsalı 28,0 faiz, kimya sənayesi məhsullarının istehsalı 25,7 faiz, rezinplastik kütlə məmulatlarının istehsalı 25,0 faiz, poliqrafiya məhsullarının istehsalı 20,2 faiz, kağız və karton istehsalı 20,2 faiz, elektrik avadanlıqlarının istehsalı 18,3 faiz, mebel istehsalı 14,1 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 10,5 faiz, geyim istehsalı 10,0 faiz, neft məhsullarının istehsalı 9,6 faiz, qida məhsullarının istehsalı 5,3 faiz, hazır metal məmulatlarının istehsalı 2,7 faiz artıb.

Bütün bunlarla yanaşı, son illər sənaye və texnologiyalar parklarının, sənaye məhəllələrinin yaradılması istiqamətində ciddi addımlar atılıb, kimya, təkrar emal, gəmiqayırma, yüksək texnologiyalar, yüngül sənaye, əczaçılıq sahələrində ixtisaslaşmış sənaye və texnologiyalar parkları - Sumqayıt Kimya Sənaye, Balaxanı, Qaradağ, Mingəçevir, Pirallahı, Neftçala sənaye parkları, habelə 3 Yüksək Texnologiyalar Parkı yaradılıb. Müasir tələblərə cavab verən və rəqabətqabiliyyətli istehsal infrastrukturuna malik bu sənaye parkları ölkə iqtisadiyyatının tarazlı inkişafının təmin edilməsi, innovativ idarəetmə və qabaqcıl texnologiyaların tətbiqi, yeni istehsal sahələrinin yaradılması və məşğulluğun təmin olunmasında əhəmiyyətli rol oynayır.

 

S.Elmanoğlu

Mövqe.- 2020.- 9 may. S. 10.