“Mən də istərdim ki, məni
oğluma görə tanısınlar”
Azərbaycanın
tanınmış dirijoru, Bakı Musiqi Akademiyasının
dirijorluq kafedrasının professoru, Azərbaycan
Respublikasının Xalq artisti, "Şöhrət"
ordenli Yalçın Adıgözəlovun doğum günüdür.
Təbrik edir, can sağlığı, həmişə
üzü gülər, qəlbi sevincli olmağı
arzulayır, gələcək fəaliyyətində yeni-yeni
nailiyyətlər diləyirik!
Ad
gününüz mübarək, Maestro!
Sizinlə
qürur duyuruq!
Bu gün Yalçın Adıgözəlov Azərbaycan
musiqisini dünyanın bütün ölkələrində ləyaqətlə
təmsil edir, sevdirir.
Yalçın Adıgözəlov Azərbaycan musiqi mədəniyyətinə
böyük töhfələr vermiş Adıgözəlovlar
nəslinin istedadlı nümayəndələrindəndir. Zəngin
musiqimizi dünyaya tanıtmaq üçün böyük
xidmətlər göstərmiş, Rusiya, ABŞ, İspaniya,
Avstriya, Belçika, Rumıniya, Türkiyə, Macarıstan və
digər ölkələrin aparıcı simfonik orkestrləri
ilə əməkdaşlıq etmiş sənətkardır.
Müsbət aurası, yüksək mədəniyyəti,
geniş dünyagörüşü, intellekti ilə
seçilən ziyalı, Əməkdar incəsənət
xadimi, Bakı Musiqi Akademiyasının Dirijorluq
kafedrasının professoru, həm də Prezident
Mükafatına layiq görülmüşdür.
Yalçın
müəllim Azərbaycanı, onun musiqi mədəniyyətini
Vətənin hüdudlarından kənarda ən yüksək
səviyyədə təqdim etmək üçün sənətindən
silah kimi istifadə edən və bu işdə hədəfi dəqiq
nişan almağı bacaran vətəndaşdır.
Böyük
sənətkarımızın Azərbaycan musiqisinə,
doğulub böya-başa çatdığı ailəyə, doğma
yurd-yuvasına sevgisi, yaxınlarına,
görüb-götürdüklərinə münasibəti maraqlıdır. Bu
baxımdan biz dirijorumuzu sizə öz söhbətləri,
fikirləri, düşüncələri ilə birgə təqdim
etmək istəyirik.
Yalçın
Adıgözəlov: “Mənim silahım o nazik dirijor
çubuğudur”
- Sənət
silahdır. Mənim silahım o nazik dirijor
çubuğudur. Azərbaycanı
dünyaya mən belə tanıtdıra bilirəm. Azərbaycanı dünyaya yalnız mədəniyyətlə
tanıtdıra bilərik. Bir xalqın mədəniyyəti
varsa, onunla dünyaya çıxa bilər.
Verdinin
“Rekviyem” əsəri
- Mən
bu əsəri 1990-cı ilin payızında Bakıda
Filarmoniyada ifa etmişəm. Bayırda
rusların tankları dayanmışdı. Bu ifa ilə bütün aqressiyamızı,
işğalçıya qarşı nifrətimizi, etirazı
bəyan edirdik. “Rekviem” müqəddəs
ruhlar üçün duadır. Filarmoniyada
tamaşaçılar az qala
çilçıraqdan asılmışdılar. Polad
Bülbüloğlu ayaq üstündə
qalmışdı...
Uşaqlığı:
- Mən Bakıda babamın evində anadan olmuşam,
1959-cu ildə.
Atam Vasif Adıgözəlov da Bakıda anadan
olub. Babam Ağcabədinin Qaradolaq kəndində
anadan olub, Üzeyir bəyin kəndində. Zülfi Adıgözəlovun Bakıya köçməsinin
səbəbkarı da Üzeyir bəy olub. Zülfi Adıgözəlovu Şuşada toylardan
birində 1925-ci ildə, babamın onda 27 yaşı
varmış, Cabbar Qaryağdıoğlu dinləyib. Həmin toyda Fikrət Əmirovun atası Məşədi
Cəmil də olub. İkisi babamı
Bakıya dəvət edirlər. Babam gəlir
Bakıya, Üzeyir bəy onu dinləyir və Filarmoniyaya
solist götürür.
Gözümü açıb evimizdə rəssamları,
yazıçıları, musiqiçiləri
görmüşəm. Bəstəkarlar evində
böyümüşəm, qonşumuz Niyazi olub.
Yaşadığımız həyətdə Süleyman
Ələsgərov, Arif Məlikov, Tofiq Quliyev, Ramiz Mustafayev,
Oqtay Zülfüqarov, Əşrəf Abbasov
yaşayırdılar. Üzümü hansı
tərəfə tuturdumsa, musiqiçi görürdüm,
başqa seçim istəmirdim də. Ən
böyük həzz musiqidən gəlir. Atam
gecə-gündüz musiqi ilə
çalışırdı. Çox məsuliyyətli adam idi. Gündüzlər Bəstəkarlar
İttifaqındakı işləri vardı, Asəf
Zeynallı adına Musiqi məktəbinin
uzun illər direktoru oldu, Radio və Televiziyada məsuliyyətli
vəzifələrdə çalışırdı. Yaradıcılığa yalnız gecələr,
yuxusunun hesabına vaxt tapırdı. Yaşadığım
mühit, gözümün qarşısında atam, təbii
ki, yetişməyimdə, şəxsiyyətə çevrilməkdə
rol oynadı. Musiqidən qeyri heç nə ilə məşğul
ola bilməzdim. Həyatda məni
ən çox həyəcanlandıran, yaşadan musiqidir.
Hüsü Hacıyevdə yaşayan o
böyük insanlar həm də bizim müəllimlərimiz
idilər.
Zülfi Adıgözəlov rəhmətə gedəndə
mənim üç yaşım vardı. Dəfni
yaxşı yadımda qalıb. Filarmoniyadan
onu son mənzilə yola salırdılar. Çoxlu
qara geyimli insan vardı. Qadınlar
ağlayırdı, kişilər məyus görkəmdə.
Atam gənc idi, 30 yaşı vardı, siması
yadımdadır, necə tutqun idi. Bir nəfər
oturub kamançada ifa edirdi, sonralar tanıdım ki, bu Habil
Əliyevdir. Şəkillərdə Xan
Şuşunski, Əbülfət Əliyev, Sara Qədimova,
Şövkət Ələkbərova fəxri qarovulda
dayanıblar. Babam 62 yaşında
dünyasını dəyişib. Adlarını
sadaladıqlarım mənim mühitimi təşkil edən
adamlardı. Mənim başqa seçimim
olmamalı idi.
Əlbəttə, Maestro Niyazi ilə qonşu olmaq, onun
mühitində yetişmək bu deməkdir. Onun
xarizmasının təsiri altında idim. Onun
əllərinin vurğunu idik. Niyazi olmasa,
bizim heç birimiz olmazdıq. Azərbaycan
dirijorluq məktəbi olmazdı. Kim deyirsə,
Niyazinin bu sahədə təsiri yoxdur, çox haqsız və
insafsız danışır. Niyazi ilk idi.
Üzeyir bəyin nəslinin nümayəndəsi
olmaqla bərabər, yəni o genin
daşıyıcısı olduğu kimi, həm də
musiqimizin şahı idi. Üzeyir bəyin
ardınca Maestro Niyazi, Fikrət Əmirov və Qara Qarayev Azərbaycan
musiqisini dünyaya tanıtdıran isimlərdir.
O gün
Moskva Konservatoriyasının böyük zalında Azərbaycan
və İtalyan musiqilərini ifa edirdik. İlk
növbədə Üzeyir bəyin, Fikrət Əmirovun,
Qarayevin musiqiləri çalınırdı.
"Üzeyir
bəy Azərbaycana Allahın lütfüdür"
-
Üzeyir bəy Hacıbəyli təkbaşına Azərbaycan
musiqisinin səviyyəsini qısa müddətdə göylərə
qaldırdı. Biz hamımız onun məzarı
qarşısında baş əyməyə borcluyuq.
Mənim nəslimin qoyduğu bir səviyyə var ki, onu
qorumaq borcumdu.
Zülfi Adıgözəlov muğam sənətinin
ən sevimli isimlərindən biridir. Ona
müğənni yox, rəssam deyirdilər. “Segah”da, “Rast”da onun dərinliklərinə çatan
olmayıb. Atam Vasif Adıgözəlovun həyatına
baxıram, ən ali mükafatları
alıb.
Əcəl imkan vermədi,
cavan köçdü dünyadan, 62 yaşında. Əmim Rauf Adıgözəlov da 62 yaşında vəfat
etdi. Atam Xalq artisti oldu, “Şöhrət”
ordeni, “İstiqlal” ordeni, Dövlət Mükafatı
Laureatı oldu. Yaşayan əsərləri
var.
Atam Vasif Adıgözəlov xoşbəxt bəstəkardır,
heç bir əsəri masanın üzərində
qalmadı. Bəstələnən kimi ifa edildi, səhnəyə
qoyuldu. O yüksəkliyi saxlamaq mənim müqəddəs
borcumdu.
Azərbaycan bəstəkarlıq məktəbi ilə
heç bir postsovet ölkəsinin musiqi mədəniyyəti
müqayisə oluna bilməz. Onların heç
birinin Üzeyir Hacıbəyovu, Fikrət Əmirovu, Qara
Qarayevi, Niyazisi, Soltanı, Cövdəti olmayıb. Hətta Türkiyə kimi böyük bir ölkənin
2-3 bəstəkarı var. Hər dəfə bu ölkədən
qonaqlarımız gələndə onları Fəxri Xiyabana
Üzeyir bəyin qəbrini ziyarət etməyə
aparıram. Onlar da Türkiyədə
Üzeyir Hacıbəyov kimi dahi yetişmədiyini etiraf edirlər,
deyirlər ki, belə musiqi mədəniyyətiniz olduğu
üçün çox xoşbəxtsiniz.
Azərbaycan
bəstəkarlıq məktəbinin 60-70-ci illərdə
qazandığı uğurlar, eləcə də bu gün
ölkəmizdə Üzeyir bəyin, Rostropoviçin
adına, həmçinin Qəbələ, Caz, Muğam kimi
beynəlxalq festivalların keçirilməsi Üzeyir
Hacıbəyovun özülünü qoyduğu ənənələrin
davamıdır.
Mədəniyyətimiz, musiqimiz bizim ən önəmli
silahımızdır.
Bizim borcumuz Azərbaycan simfonik muğamını
bütün dünyaya tanıtmaqdır.
Çünki bu janr bizim ölkəmizdə
yaranıb. «Şur», «Gülüstani Bayatı-Şiraz»,
«Kürd Ovşarı», «Rast», «Segah» simfonik muğamları
ölkəmizin vizit kartıdır.
Onu da qeyd edim ki, hansı ölkəyə getsəm,
konsertə ilk olaraq Fikrət Əmirovun «Azərbaycan
kapriççiosu» ilə başlayıram. Hesab edirəm
ki, 8 dəqiqəlik bu möhtəşəm əsərdə
Azərbaycanın bütün tarixi yazılıb.
“Qarabağ şikəstəsi"...
-
Artıq 20 ildir ki, Qarabağ ağrısı ilə,
Qarabağ həsrəti ilə yaşayırıq. Bu dövrdə yeni bir nəsil böyüyüb.
Qarabağın ən köklü-əsilli,
tanınmış nəsillərindən birinin nümayəndəsi
kimi, Qarabağsız qarabağlı olmaq, Şuşanı
görmədən Cıdır düzünü sevmək
mümkündürmü?
-
Qarabağsız yaşamaq, əlbəttə ki, bizim hər
birimiz üçün çox çətindir. Xüsusilə də yaşlı və orta nəsil
üçün. Çünki bizlər
Qarabağın havasını udmuşuq, oradakı mühiti
görmüşük.
Bizdən yaşlı nəslin əksəriyyətinin
dünyasını dəyişməsinə Qarabağ dərdi
səbəb olub. Atamın son 20 ildə bütün
yaradıcılığı Qarabağla bağlı idi.
Onun «Qarabağ
şikəstəsi» oratoriyası təkcə Azərbaycanda
deyil, bir çox başqa ölkələrdə də
çox tanınmış əsərdir. Biz həmin
əsəri 1991-ci ildə, 20 Yanvar günü Moskva
Konservatoriyasının böyük zalında ifa etdik. Aparıcı əsəri “Vasif Adıgözəlov.
«Şikəstə» oratoriyası” - deyə təqdim etdi.
Elə bir dövr idi ki, ona “Qarabağ”
sözünü səsləndirməyə icazə vermədilər.
Sonra biz bu oratoriyanı Avropanın bir çox
ölkələrində ifa etdik, eyni zamanda, diskə
yazdırdıq.
Atamın
«Qəm karvanı», «Şuşam laylay» kimi xırda həcmli əsərləri
də Qarabağ həsrətindən yaranıb, üzərində
11 il işlədiyi «Natəvan» operası
da.
Qarabağın havasını udmuş, suyunu
içmiş bizlər üçün də
Qarabağsızlıq böyük ağrıdır.
Bizim Şuşada evimiz yox idi. Babam Zülfü
Adıgözəlov ağcabədili olub və 30-cu illərin əvvəllərində
Bakıya köçüb. Buna baxmayaraq, mən
hər yay 15-20 günlük Şuşaya, ailəvi yaxın
olduğumuz Süleyman Ələsgərovun evinə qonaq
gedirdim. Vətən sevgisinin nə demək
olduğunu da ilk dəfə orada - Şuşada
anlamışam.
Şuşada Cıdır düzünün təpəsinə
qalxıb ətrafı seyr etdiyim zaman keçirdiyim şahanə
hisslərin mənim hafizəmdən silinməsi mümkün
deyil.
Ümid edirəm ki, tezlikə böyük Ali Baş
komandanımız İlham Əliyevin rəhbərliyi və
igid oğullarımın qəhrəmanlığı ilə
bu yerləri yenidən seyr edib, havasını içimizə
çəkəcəyik.
O ki
qaldı Qarabağı görməyən qarabağlı
övladlarımıza, əminəm ki, lap tezliklə onlar da
Şuşanı, Laçını, Ağcabədini...
görəcək,
sevəcək.
Mənim sonbeşik övladım Tamerlan 3 yaşından
deyir ki, “Qarabağ bizimdir”. Hiss edirəm ki, Vətən sevgisi,
bayraq sevgisi övladlarımızda çox
böyükdür. onun içindən gələn
hissdir.
Mənə xüsusi təsir edən bir hadisəni də
danışmaq istəyirəm. Ötən il
böyük bəstəkarımız Süleyman Ələsgərovun
anadan olduğu gün onun adını daşıyan fond tərəfindən
istedadlı şagirdlərə, tələbələrə
mükafatlar verilirdi. Bu məqsədlə təşkil
edilən tədbirdə gənc bir qız “KƏSMƏ
ŞİKƏSTƏ" oxudu. Mən heyrətdən
donmuşdum. O, “Kəsmə şikəstə”ni elə oxudu ki, sanki Şuşadan bu gün gəlib,
sanki bu günə qədər Qarabağda böyüyüb. Zalda hər kəs kövrəlmişdi. Həmin
tədbirdən çıxanda bir daha anladım ki,
muğamatı heç vaxt heç kim azərbaycanlılar
kimi oxuya bilməz. Anladım ki, xalqımızı nə qədər
əzsələr də, nə qədər müvəqqəti
uğursuzluqlarımız olsa da, onun qan yaddaşını
silmək, bizim Vətən sevgimizi, Qarabağ sevgimizi azaltmaq
mümkün deyil...
"Mənim
əsərlərimi Yalçın qədər heç kim hiss edə bilməz. Bu, qan məsələsidir"
- Ailədə
iki uşağıq. Mən və qardaşım
Toğrul. Toğrul həkimdi.
Ana tərəfimizin
yarısı dilçidir, anam, xalam, anamın dayısı
akademik Orucov. Nəzakət xanım - Həsən
bəy Ağayevin qızı, Sevda xanım Pepinova. Hamısı dilçilərdi. Anamın
ata qohumları hamısı həkimdir. Anam 50 il Tibb Universitetində fransız dilindən dərs
deyib. Toğrul indi Azərbaycanda
tanınmış həkimdir. Bacardığı
qədər atamın ömrünü uzatdı.
Mən isə atama mənəvi qida verirdim. Bütün əsərlərini
mənə həvalə edirdi. Deyirdi, “mənim əsərlərimi
Yalçın qədər heç kim hiss
edə bilməz”. Bu, qan məsələsidir.
“Natəvan”ı yazanda hətta mənimlə məsləhətləşirdi
və hesablaşırdı fikrimlə.
Üç övladımız var - Zülfüqar ulu
babasının adını daşıyır, atamın arzusu
idi. Atamın adını Toğrulun oğlu
daşıyır.
Son ümidimiz kiçik oğlum Tamerlandır. İlk dəfə
Filarmoniyanın səhnəsində mənimlə birlikdə
çıxış etdi. Şopenin və
babasının əsərini çaldı. Çox həyəcanlandı, amma xoşuna gəldi.
Moskvada da konsert verdik. Ordakı
uğur, güllər onu yaman cəlb edib. Filarmoniyadakı
çıxışını vəkil dostum var, o çəkib
sosial şəbəkədə paylaşmışdı.
Tamerlan səhər gözünü açıb
görüb ki, bir gecədə altı min “like” edən var
onun çıxışını. Deyir, ata, bir gecədə məşhur
oldum, dedim, bu başlanğıcdı,
oğlum, məşhur olmaq olar, onu uğurla davam etdirmək
kimi məsuliyyət düşdü boynuna.
"Sən
ikinci olmamalısan, həmişə birinci olasan gərək..."
- Bunu həmişə
belə bilmişəm. Atam açıq deməmişdi,
amma anlamışdım. 15-16
yaşımda yeniyetməliyə qədəm qoyanda saatlarla
fortepiano arxasında ifa edirdim. Heç kimin məni
ötməsinə razı ola bilmirdim. Atam deyirdi, Yalçın, yat artıq, deyirdim yox, məşq
etməliyəm. Gecə qonşulara maneə olmayım
deyə Bülbül adına musiqi məktəbində
qalıb səhərə qədər çalırdım. Zatən,
bizim məhəllədən hamının evindən musiqi səsi
gəlirdi səhərə qədər...
Mən də
istərdim ki, məni oğluma görə tanısınlar...
Qısa
arayış:
Yalçın Vasif oğlu Adıgözəlov 4 noyabr
1959-cu ildə Bakı şəhərində bəstəkar
Vasif Adıgözəlovun ailəsində anadan olmuşdur. Tanınmış
musiqi sülaləsinin üçüncü nəsil nümayəndəsidir.
8
yaşında Konservatoriyanın nəzdində fəaliyyət
göstərən Bülbül adına
Orta İxtisas Musiqi Məktəbində fortepiano
ifaçılığı üzrə A.Y. Kopeleviç və
B.L. Qusliserin sinfində təhsil almağa
başlamışdır. 1982-ci ildə Üzeyir Hacıbəyov
adına Azərbaycan Dövlət
Konservatoriyasının fortepiano fakültəsini bitirmişdir
(professor R. Atakişiyevin sinfi).
O,
1983–1984-cü illərdə Daşkənd Dövlət
Konservatoriyasında "opera-simfonik dirijorluğu"
fakültəsində təhsil almışdır (professor
K.M.Usmanovun sinfi).
1984-cü ildən 1989-cu ilədək Leninqrad
Konservatoriyasının "opera-simfonik dirijorluğu"
fakültəsində tanınmış professor İlya Musinin
sinfində təhsil almışdır.
1990–1992-ci illərdə Vyana Musiqi və
İfaçılıq Sənəti Akademiyasında (alm. Wien –
Musikhochschule) Azərbaycanı təmsil edən ilk
musiqiçi kimi professor Karl Esterrayxerin sinfində təcrübə
keçmişdir.
O, 1989-cu
ildən Üzeyir Hacıbəyov adına
Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, 1991–1998-ci
illərdə isə bədii rəhbəri və baş
dirijoru olmuşdur. Ölkədə iqtisadi
böhranla müşayiət olunan ağır ictimai-siyasi illərdə
gənc dirijor respublikanın aparıcı musiqi kollektivlərinin
qorunub saxlanılması işində əvəzsiz xidmətlər
göstərmişdir.
Yalçın Adıgözəlov klassik repertuara malik
çoxsaylı Bakı premyeralarının təşkilini və
Azərbaycan bəstəkarlarının əsərlərinin
dünyada aktiv təbliğatını həyata keçirərək,
ölkədə və onun hüdudlarından kənarda
geniş konsert fəaliyyəti göstərmişdir.
20 yanvar
1991-ci ildə Bakıda baş vermiş faciənin
ildönümü münasibətilə Ü.Hacıbəyov
adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan
Dövlət Xor Kapellası Yalçın Adıgözəlovun
dirijorluğu və müəlliflərin iştirakı ilə
Moskva Konservatoriyasının Böyük Zalında Vasif
Adıgözəlovun "Qarabağ şikəstəsi"
oratoriyası və Ə.Karamanovun "Stabat Mater"
vokal-simfonik əsərini ifa etmişdir.
1991-ci ilin martında orkestrin Uzaq Şərq şəhərlərində
(Yujno-Saxalinsk, Petropavlovsk-Kamçatski, Maqadan) və 1992-ci ildə
Orta Asiyada qastrolları baş tutmuşdur.
Yalçın
Adıgözəlov 1991–1993-cü illərdə Avstriya
hökuməti ilə birlikdə keçirilən "MOSART-festivalları"nın bədii rəhbəri olmuşdur. Keçirilən festivalların üçündə
Azərbaycan və Avstriya bəstəkarlarının əsərlərinin
dünya premyeraları baş tutmuşdur.
1993-cü ildə "İlin ən yaxşı
dirijoru" nominasiyasında "Humay"
mükafatının ilk laureatı olmuşdur.
1994-cü ildə ADSO-nun xarici ölkələrə ilk
müstəqil qastrollarını həyata keçirmişdir. Orkestr
İstanbulun "Camal Rəşid Rey" salonunda iki konsertlə
mövsümün açılışını etmiş və
7 min tamaşaçının iştirakı ilə
Antalyanın "Aspendos" antik amfiteatrında
çıxış etmişdir. Orkestrə
rəhbərlik etdiyi dövrdə Azərbaycan bəstəkarlarının
əsərlərinin 40-dan artıq dünya premyerasını
və 50-dən artıq müəllif konsertlərini
reallaşdırmışdır.
16 oktyabr
1998-ci ildə Türkiyə Cümhuriyyətinin
yaranmasının 75 illiyi münasibətilə Ankarada Prezident
Simfonik Orkestrinin ifasında prezident S.Dəmirəlin
iştirakı ilə V. Adıgözəlovun
"Çanaqqala 1915" oratoriyasının dünya
premyerası olmuş və bu hadisə türk
dünyasının mədəni həyatında hadisəyə
çevrilmişdir.
1998–2000-ci illərdə Rusiya Dövlət Simfonik
Radio-Televiziya Orkestrinin dirijor kimi fəaliyyət göstərmişdir.
2000-ci ildən Azərbaycan Dövlət Akademik Opera və
Balet Teatrının dirijorudur.
2001–2004-cü illərdə İstanbul Dövlət Opera
Teatrının dirijoru kimi fəaliyyət göstərmişdir.
Borodinin "Knyaz İqor" operasının quruluşu
(rejissor D. Bertmanla birlikdə) böyük müvəffəqiyyətlə
qarşılanmışdır. 2003-cü ildə
Aspendos amfiteatrında gerçəkləşən Beynəlxalq
Opera Festivalının açılışı məhz bu
tamaşa ilə baş tutmuşdur.
2002-ci ildən Yalçın Adıgözəlov
Moskvanın "Gelikon-opera" teatrı ilə sıx əməkdaşlıq
edir.
2007-ci ildə "Azərbaycan simfo-muğamı"
layihəsi həyata keçirilmişdir.
2011-ci ildə Siciliyada Covanni Paçininin
"Rekviyem"inin dünya premyerası baş tutmuşdur. Bu hadisə bəstəkarın
irsinin təbliğində mühüm nailiyyət kimi tarixə
düşdü.
1983–1984-cü illərdə
Daşkənd Dövlət Konservatoriyasında
"opera-simfonik dirijorluğu" fakültəsində təhsil
almışdır (professor K.M.Usmanovun sinfi).
1984-cü ildən 1989-cu ilədək Leninqrad
Konservatoriyasının "opera-simfonik dirijorluğu"
fakültəsində tanınmış professor İlya Musinin
sinfində təhsil almışdır.
1990–1992-ci illərdə Vyana Musiqi və
İfaçılıq Sənəti Akademiyasında (alm. Wien –
Musikhochschule) Azərbaycanı təmsil edən ilk
musiqiçi kimi professor Karl Esterrayxerin sinfində təcrübə
keçmişdir.
O, 1989-cu
ildən Üzeyir Hacıbəyov adına
Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, 1991–1998-ci
illərdə isə bədii rəhbəri və baş
dirijoru olmuşdur. Ölkədə iqtisadi
böhranla müşayiət olunan ağır ictimai-siyasi illərdə
gənc dirijor respublikanın aparıcı musiqi kollektivlərinin
qorunub saxlanılması işində əvəzsiz xidmətlər
göstərmişdir.
Y.Adıgözəlov klassik repertuara malik
çoxsaylı Bakı premyeralarının təşkilini və
Azərbaycan bəstəkarlarının əsərlərinin
dünyada aktiv təbliğatını həyata keçirərək,
ölkədə və onun hüdudlarından kənarda
geniş konsert fəaliyyəti göstərmişdir.
20 yanvar
1991-ci ildə Bakıda baş vermiş faciənin
ildönümü münasibətilə Ü.Hacıbəyov
adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan
Dövlət Xor Kapellası Yalçın Adıgözəlovun
dirijorluğu və müəlliflərin iştirakı ilə
Moskva Konservatoriyasının Böyük Zalında V.
Adıgözəlovun "Qarabağ şikəstəsi"
oratoriyası və Ə. Karamanovun "Stabat Mater"
vokal-simfonik əsərini ifa etmişdir.
1991-ci ilin martında orkestrin Uzaq Şərq şəhərlərində
(Yujno-Saxalinsk, Petropavlovsk-Kamçatski, Maqadan) və 1992-ci ildə
Orta Asiyada qastrolları baş tutmuşdur.
Yalçın
Adıgözəlov 1991–1993-cü illərdə Avstriya
hökuməti ilə birlikdə keçirilən
"MOSART-festivalları"nın bədii
rəhbəri olmuşdur. Keçirilən
festivalların üçündə Azərbaycan və
Avstriya bəstəkarlarının əsərlərinin
dünya premyeraları baş tutmuşdur.
1993-cü ildə "İlin ən yaxşı
dirijoru" nominasiyasında "Humay"
mükafatının ilk laureatı olmuşdur.
1994-cü ildə ADSO-nun xarici ölkələrə ilk
müstəqil qastrollarını həyata keçirmişdir. Orkestr
İstanbulun "Camal Rəşid Rey" salonunda iki konsertlə
mövsümün açılışını etmiş və
7 min tamaşaçının iştirakı ilə Antalyanın
"Aspendos" antik amfiteatrında çıxış
etmişdir. Orkestrə rəhbərlik
etdiyi dövrdə Azərbaycan bəstəkarlarının əsərlərinin
40-dan artıq dünya premyerasını və 50-dən
artıq müəllif konsertlərini
reallaşdırmışdır.
16 oktyabr
1998-ci ildə Türkiyə Cümhuriyyətinin
yaranmasının 75 illiyi münasibətilə Ankarada Prezident
Simfonik Orkestrinin ifasında Prezident S.Dəmirəlin
iştirakı ilə V.Adıgözəlovun
"Çanaqqala 1915" oratoriyasının dünya
premyerası olmuş və bu hadisə türk
dünyasının mədəni həyatında hadisəyə
çevrilmişdir.
1998–2000-ci illərdə Rusiya Dövlət Simfonik
Radio-Televiziya Orkestrinin dirijoru kimi fəaliyyət göstərmişdir.
2000-ci ildən Azərbaycan Dövlət Akademik Opera və
Balet Teatrının dirijorudur.
2001–2004-cü illərdə İstanbul Dövlət Opera
Teatrının dirijoru kimi fəaliyyət göstərmişdir.
Borodinin "Knyaz İqor" operasının quruluşu
(rejissor D. Bertmanla birlikdə) böyük müvəffəqiyyətlə
qarşılanmışdır. 2003-cü ildə
Aspendos amfiteatrında gerçəkləşən Beynəlxalq
Opera Festivalının açılışı məhz bu
tamaşa ilə baş tutmuşdur.
2002-ci ildən Yalçın Adıgözəlov
Moskvanın "Gelikon-opera" teatrı ilə sıx əməkdaşlıq
edir.
2007-ci ildə "Azərbaycan simfo-muğamı"
layihəsi həyata keçirilmişdir.
2011-ci ildə Siciliyada Covanni Paçininin
"Rekviyem"inin dünya premyerası baş tutmuşdur. Bu hadisə bəstəkarın
irsinin təbliğində mühüm nailiyyət kimi tarixə
düşdü.
2019-cu ildə "Şöhrət" ordeni ilə təltif
edilmişdir.
Və nə
yaxşı ki, biz də Yalçın Adıgözəlovu
tanıdıq! Nə yaxşı ki, Yalçın
Adıgözəlov bizimlədir!
Nurlanə
Əliyeva,
Azərbaycan
Jurnalistlər Birliyinin üzvü
Mövqe.- 2020.- 6 noyabr.- S.10.