Dünyadan köçdüyü
gün balışının altına məktub
yazıb qoyan
ELDƏNİZ ZEYNALOV
Azərbaycanın Xalq artisti, teatr və kinoda, televiziya tamaşalarında yaddaqalan obrazlar yaratmış ELDƏNİZ ZEYNALOV-un xatirə günüdür.
Bu gün onun vəfatından 19 il keçir
Hörmətlə xatırlayaq.
Onun adını böyük şairimiz Səməd Vurğun qoymuşdu. Səməd Vurğun onlara qonşu olan dostu Abdulla Şaiqgilə tez-tez gəlib-gedərmiş. Yeni il qabağı yenə yığışıblar. Həmin vaxt xəbər gəlib ki, qonşu Məmməd kişinin oğlu olub. Səməd Vurğun deyib ki, mən onun adını Eldəniz qoyuram.
O məşhur aktyor Həsənağa Salayevin bacısı oğlu idi və onun aktyor olmasında dayısının da təsiri vardı.
Eldəniz Zeynalov 1937-ci il, yanvarın 1-də
anadan olub. Hələ məktəbli ikən dayısı Həsənağa
Salayevin tövsiyəsi
ilə Azərbaycan Dövlət Dram Tеatrında uşaq
rоllarında
çıхış
еdib. Teatr İnstitutunda aktyorluq təhsili alıb
(1956-1962).
Tələbəlik illərində Eldar Quliyevin "Bir Cənub Şəhərində"
filmində baş rollardan birinə çəkilib.
Bakıda ziyalı ailəsində anadan olan Eldəniz
Zeynalovun sənətə
gəlməsi bəlkə
də təsadüfi deyildi. Çünki hələ orta
məktəbdə oxuyarkən
dayısı tanınmış
sənətkar Həsənağa
Salayev bacısı oğlunda teatra, kinoya maraq yaranmasına
səbəb olub.
Orta məktəbdə oxuyanda dayısı Həsənağa
Salayevin tövsiyəsi
ilə dram teatrında
uşaq rollarında çıxış edib.
Daha sonra marağını peşəkar səviyyədə
inkişaf etdirmək üçün İncəsənət
İnstitutunda aktyorluq
təhsili alıb.
Tələbə ikən Eldar
Quliyev onu özünün çəkdiyi
"Bir cənub şəhərin"də filminə
baş rola dəvət edir. Bu filmlə də aktyorun sənət yolu
başlayıb.İnstitutu bitirib Akademik Milli Dram Teatrına təyinat
alır. İlk dəfə "Sevil"
tamaşasında Gündüz rolunu oynayıb.
Akademik Dram Teatrında
işə başlayan gənc aktyora burada
müxtəlif səpkili rollar həvalə edirdilər. Bu teatrda qoyulan "Ah Paris,
Paris", "Dəlilər və ağıllılar",
"Köhnə ev" və başqa onlarca tamaşadakı
rolları ilə səhnədən də sözünü deməyi
bacardı.
Eldəniz Zeynalov yaradıcılığını
iki istiqamətdə davam etdirib.
O, həm də "Azərbaycanfilm" kinostudiyasında paralel fəaliyyət
göstərib.
Tez-tez filmlərdə
çəkilirdi. Eldəniz Zeynalov "Yeddi oğul
istərəm", "Rəqiblər", "Yol əhvalatı",
"Bəyin oğurlanması", "Hər şey
yaxşılığa doğru" "Babamızın
babasının babası", "Bizim Cəbiş müəllim",
"O qızı tapın", "Mən mahnı
qoşuram", ""Yerlə göy arasında" və
digər filmlərdə, "Qonşu qonşu olsa"
teletamaşasında maraqlı, yaddaqalan obrazlar
canlandırıb. Xarici film istehsalçılarının
"Dulsineya Tobosskaya" ("Mosfilm"), "Təyyarələr
enmədi" ("Özbəkfilm") filmlərində də
çəkilib.
"Mozalan" satirik
kinojurnalının neçə-neçə
süjetində onun maraqlı, ifşa və islahedici
rolları var. Bu kiçik rolları ilə o, dövrün bəzi
qaranlıq məqamlarına aydınlıq gətirirdi.
Eldəniz Zeynalov bir müddət
teatrdan ayrılsa da, səhnənin cazibəsi yenidən onu
Milli Dram Teatrına qaytarır. Xalq artisti ömrünün sonunadək
burada çalışıb. "777 nömrəli
iş", "Babamızın babasının babası",
"Bağ mövsümü", "Dörd bazar
günü", "Əhməd haradadır?",
"Qızıl uçurum", "Qonşu qonşu
olsa", "O qızı tapın", "Yol əhvalatı",
"Yeddi oğul istərəm" filmlərində müxtəlif
rollarda olub. Teatr və kino ilə bərabər,
Eldəniz Zeynalov televiziya və radio tamaşalarında, "Mozalan"
satirik kinojurnalının bir çox süjetlərində
yaddaqalan obrazlar yaradıb.
Aktyor Rusiya və özbək
kinomatoqrafçılarının istehsal etdiyi bir neçə
xarici filmlərdə də rol alıb.
Xarici film istehsalçılarının
"Dulsineya Tobosskaya" (Mosfilm), "Təyyarələr
Enmədi" (Özbəkfilm) filmlərində çəkilib.
Tamaşaçılar onu əvvəlcə yalnız komik obrazların yaradıcısı
kimi qəbul edirdi. Lakin aktyorun imkanlarını üzə
çıxarmağı bacaran rejissorlar onu
tamaşaçıya hər tərəfdən tanıdıb.
Eldəniz Zeynalov rollarında həm
başqalaşırdı, həm də özü kimi
tanınırdı - komik, xarakterik, dramatik obrazlarının
hamısında. "Bir cənub şəhərində"
filmində tipik bakılı gəncin, "Rəqiblər"
kinonovellasında maraqlı psixologiyası olan ticarətçi,
"Əhməd haradadır?" komediyasında şən fəhlə,
"Yeddi oğul istərəm"də iki siyasi quruluş
arasında çaşbaş qalmış kəndli, "Bəyin
oğurlanması"ndakı mükəmməl epizodik rolu Eldəniz
Zeynalovun yüksək istedad sahibi olmasının nəticəsi
idi. Aktyorun özünün səhnədən, kamera
qarşısından kənardakı
davranışındakı səmimiliyinin dərəcəsi,
rolun ifa tərzinin səmimiliyində də aydın
görünürdü. Eldəniz Zeynalov insanlarla adi ünsiyyətdəki
təbii səmimiliyini özündən asılı olmadan,
aktyorluğuna da köçürürdü...
Tofiq Tağızadə
"Yeddi oğul istərəm"
filmini çəkəndə, ona Mirpaşa obrazını təklif
eləmişdi. Amma o, atdan qorxduğu üçün bu roldan imtina
etdi. Ona görə də Tofiq Tağızadə onu kəndli
rolunda çəkdi. Çəkilişlərdə məzəli
bir hadisə olmuşdu - qəhrəmanını güllə
ilə vurub öldürürlər. O da deyir ki, nahaq yerə məni
öldürdün. Bax, həmin epizod çəkiləndə
kadr arxasında üzünü Tofiq Tağızadəyə
tutub deyib ki, gərək filmin axırında öldürəydin,
qonorarım yaxşı çıxaydı.
Onun haqqında
maraqlı xatirələr
çoxdur.
Hamısı da xoş, ürəyəyatan xatirələr.
Eldəniz Zeynalov həm də ailəcanlı insan idi. Onun dəyərli
övladları var. Oğlanlarından biri - Elbrus Zeynalov televiziya rejissorudur, digəri -Məmməd Zeynalov isə atasının yolunu davam etdirir.
Qızı isə iqtisadçıdır.
Eldəniz Zeynalov "Humay" mükafatına, Əməkdar artist, Xalq
artisti fəxri adlarına layiq görülmüşdür.
2002-ci il noyabrın
5-də amansız ölüm onu aramızdan apardı.
O, Yasamal qəbiristanlığında
dəfn edilib.
Oğlu
Elbrus Zeynalovun xatirələrindən:
- O filmlərdəki obrazlarının
dili ilə danışmağı xoşlayırdı.
Dostları ilə çox vaxt zarafatyana, obrazların dili ilə
"qədeş" kimi danışırdı.
Tək özünə
qarşı yox, ətrafdakı
insanlara qarşı da bir haqsızlıq görəndə əsəbiləşirdi,
dərhal onun müdafiəsinə qalxırdı.
Deyilənə görə, dünyadan
köçdüyü gün
balışının altına məktub yazıb
qoyubmuş...
Bir kağız
parçasına yazmışdı
ki, mən həyatda olmayanda uşaqlarımı sizə əmanət
edirəm.
O, yaxın dostları Telman Adıgözəlov və Mikayıl Mirzəni
nəzərdə tutmuşdu...
Yazırlar ki, guya atamın
qaraciyərində sirroz olub, ürək və şəkər
xəstəliyindən dünyasını dəyişib. Əslində, atamın
ölüm səbəbi başqa idi. Atam həkimlərin
günahı üzündən öldü. Yıxılanda
budu sınmışdı. Əməliyyat zamanı etdikləri
səhv ayağında damar problemləri yaratmışdı.
Drellə ayağını deşmişdilər, bu
ağrını gözümün önündə
yaşadı. Hətta huşumu da itirdim.
Dünyasını dəyişən ərəfədə
çox fikir edirdim, yuxuma da tez-tez girirdi.
Mənə deyirdi ki, narahat
olma, hər şey yaxşı olacaq.
Arzuları bizimlə bağlı idi. İstəyirdi bizi evləndirsin, toyumuzu görsün. Hətta
nişanlı olmaya-olmaya bizim toy dəvətnamələrimiz
barədə düşünürdü, siyahı tuturdu ki,
filankəsləri toya çağıracam. Qismət
olmadı...
Əlbəttə, dünyasını dıyişəndən
sonra olsa da, arzuları reallaşdı.
İki qardaşıq,
bir bacımız var.
Mən də, qardaşım da artıq ailə qurmuşuq...
Azərbaycanın Xalq artisti Eldəniz
Zeynalov dünyasını dəyişdi. Bizə isə onun
yaratdığı gözəl obrazları, heç vaxt unutmayacağımız
şirin zarafatları, bir də əziz xatirələri qaldı..
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin
üzvü
Mövqe.- 2020.- 11 noyabr.- S.13.