Qələbən mübarək, Azərbaycan!

 

Qarabağ Azərbaycandır!

 

Yaşadığımız 2020-ci il yer kürəsi planetini cənginə almış, iqtisadi, siyasi və ictimai münasibətlərdə bütün dünya ölkələrinə olduğu kimi, Azərbaycan respublikasına da yeni həyat tərzi və fərqli davranış qaydalarını diktə edən yeni koronavirus “COVID-19” pandemiyası ilə mücadilə ili kimi daxil olmaqla yanaşı, həmçinin doğma torpaqlarımızın 20 faizini işğal altında saxlayan, 28 il ərzində ATƏT-in Minsk qrupunun, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin tələblərinə məhəl qoymayan Ermənistanın silahlı qüvvələrinə qarşı Böyük Vətən savaşında Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı Cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun yağı düşmən üzərində zəfər ili kimi Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunacaqdır.

Belə ki, 2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutması yekunda dinc vətəndaşlarımız və hərbçilərimiz arasında çoxsaylı ölüm və yaralanma halları ilə müşayiət olundu ki, nəticədə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı Cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu bu hücumların qarşısının alınması məqsədi ilə əks-hücum əməliyyatlarına başladı. Bu müharibədə Azərbaycan xalqı ön cəbhədə mənfur düşmən qüvvələrinə, arxa cəbhədə isə gözəgörünməz düşmənə qarşı bir yumruq kimi birləşdi.

Ordumuzun 43 gün davam edən zəfər yürüşü barədə aldığımız hər uğurlu xəbər, xalqımıza yeni oyanış, böyük qələbəyə inam hissi bəxş etdi. Bu günlərin hər saatında qəlbimiz Azərbaycan əsgərinin qəlbi ilə bir vurur, dualarımız onun qoluna qüvvət verirdi. Və nəhayət, bu böyük qələbəyə nail olduq. Azərbaycan bayrağı doğma düşmənin işğal etdiyi ərazilərdə, əsarət altından xilas olan bütün şəhər, qəsəbə və kəndlərimizdə, zirvələrdə ucaldılır.

Dövlət başçısının hələ bu müqəddəs Vətən savaşına qədər bəyan etdiyiQarabağ Azərbaycandır və nida” ifadəsi öz gerçəkliyi ilə qarşımızda yeni bir dünya açaraq, artıq bugündən gerçəkləşən Böyük Qələbəmizin rəmzinə çevrilməklə yanaşı, Müzəffər Ali Baş Komandanımızın bu gecə xalqa müraciət edərək şanlı qələbəmizin – işğalçı Ermənistanın təslim olmasının müjdəsini verməsi hər bir soydaşımızın qəlbində uzun illərdən bəri kök salmış doğma yurd həsrətinə son qoydu. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu gecə xalqa müraciət edərək şanlı qələbəmizin - Ermənistanın təslim olmasının müjdəsini şəxsən özü verdi: “Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir! Zəngilan bizimdir! Qubadlı bizimdir! Ağdam bizimdir! Laçın bizimdir! Kəlbəcər bizimdir! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”, - deyə dövlətimizin başçısı, Ali Baş Komandan qeyd edib.

Post-Sovet məkanında metropolitenlə bağlı ən müasir texnoloji yeniliklərin ilk dəfə həyata keçirildiyi Bakı metropoliteni Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük diqqət və qayğısı nəticəsində metro şəbəkəsi genişləndirilir və perspektivdə inkişaf etdirilməsi nəzərdə tutulub. Metropoliten kollektivi həm iqtisadi, həm siyasi və həm də mənəvi bir vəzifə olaraq bu yönümdə layihələrin həyata keçirilməsini öz qarşısına məqsəd qoymuşdur. Bununla dünyaya bir daha nümayiş etdiriləcək ki, Azərbaycan Müzəffər Ali Baş Komandanı başda olmaqla Azərbaycan xalqı həm işğal olunmuş torpaqlarının azad olunması uğrunda ağır müharibədə zəfər çalmağa qadir olmaqla yanaşı, həm də irihəcmli sosialyönlü layihələrin həyata keçirilməsini də uğurla gerçəkləşdirmək iqtidarındadır.

Daim sərnişinlərinə nümunəvi xidmət göstərməyə çalışan, peşə bayramını tarixi böyük əmək zəfərləri, yenilikləri ilə alnıaçıq qarşılayan metropolitençilər bu ili ikiqat sevinclə qarşıladı. Azərbaycanın zəngin mədəni-tarixi irsinin ən qədim mərkəzlərindən olan Şuşa şəhərinin mənfur düşmən tapdağından azad olunması məhz bu tarixə təsadüf elədi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edən müzəffər ordumuz qələbə marşının sədaları altında ən yeni tariximizin səhifələrini yazdı. “Bakı MetropoliteniQSC-nin kollektivi bu tarixi günlərdə Ali Baş Komandanımızın başçılığı ilə birlik nümayiş etdirən zəfərlərə addımlayan xalqın bir parçası, ordunun dəstəkçisi olmaqdan qürur hissi keçirir.

Beləliklə, 30 il davam edən işğala son qoyuldu. Müraciətdən sonra insanlar bu tarixi zəfərin sevincini paylaşmaq üçün paytaxtın küçələrinə axışdılar. Ümumxalq şənliyi hazırda da böyük coşqu ilə davam etməkdədir. Əllərində ay-ulduzlu bayraqlar dalğalandıran, müzəffər Ali Baş Komandanımızın portretlərini tutan milyonlarla Azərbaycan insanı ölkəmizin hər bir guşəsində bu qələbənin memarı olan dövlət başçısına, onun əmrlərini layiqincə yerinə yetirən rəşadətli Ordumuza, Qalib əsgərimizə minnətdarlıqlarını ifadə edirlər.

Gözün aydın Vətən, gözün aydın Azərbaycan!

Yaşa, Ali Baş Komandan!

Var ol, Azərbaycan Ordusu!

Qələbə bizimdir!

Qarabağ Azərbaycandır!

 

Mehriban Fərəcova

 

Mövqe.- 2020.- 12 noyabr.- S.13.