Davos
Forumundan sonra Azərbaycanla işbirliyinə can atanların
sayı artır
Dünyanın
ən sanballı beynəlxalq əlaqələndirici təşkilatları
ölkəmizdə öz mərkəzlərini açmağa
xüsusi diqqət yetirirlər
Dünya
İqtisadi Forumlarının ən məşhuru olan Davos
Forumunun builki toplantısının respublikamız
üçün xüsusi özəlliyi ilə yadda qalıb.
Prezident İlham Əliyevin bütün görüşlərində
əsas diqqət ölkəmizdə həyata keçirilən
islahatlara yönəlirdi. Son bir neçə ildə baş
vermiş dəyişikliklər öz miqyası və dərinliyi
etibarı ilə regionumuzda və ümumiyyətlə, Avrasiya
məkanında işbirliyi olan dövlətlərin və
şitkətlərin marağını özünə cəlb
edib.
Bu
diqqətin arxasında duran səbəblər isə
islahatların xarakteri və ölkəmizdə, belə demək
mümkünsə, baş vermiş iqtisadi və sosial
inqilabın nəticələridir. İqtisadi uğurlarına
görə Azərbaycan indi inkişaf etmiş dövlətlərlə
ayaqlaşmaq iqtidarındadır. Ölkəmizin maliyyə
imkanları hər hansı bir layihədə bərabər əsaslarla
iştirak etməyə şərait yaradıb. Əhalinin
rifah halının yaxşılaşması elə bir sürətlə
gedir ki, beynəlxalq ictimai birliklərin hrsabatlarında
nümunə kimi göstəriıir. Bu iki güclü cəhət
cəmiyyətdə sabitliyi tam bərqərar edib ki, bu da əməkdaşlığın
bütün parametrlər üzrə genişləndirilməsi
üçün yeganə davamlı amil sayılır. Yəni,
xarici tərəfdaşlarımız yaxşı anlayırlar
ki, Azərbaycanda təhlükəsiz və gəlirli iş
qurmaq üçün ən əlverişli situasiya
mövcuddur.
Təsadüfi
deyil ki, Davos Dünya İqtisadi Forumunun Azərbaycanda regional mərkəzinin
açılması üçün tərəflər
arasında niyyət protokolu imzalanıb. Belə bir niyyətin
meydana gəlməsi Azərbaycanın reegional liderliyinin bir
daha təsdiqi və gələcəkdə daha da möhkəmləndirilməsi
deməkdir.
Respublikamızın
əsas makroiqtisadi göstəriciləri liderlik
missiyasının başlıca atributlarəıdır. Məsələn, ötən il Azərbaycanın
ümumi daxili məhsulu dollar ekvivalentində 47,6 milyard dollara
çatıb. Ölkəmizin alıcılıq qabiliyyətinə
görə 187 milyard dollar daxili məhsulu var. Adambaşına düşən
ümumi daxili məhsul 4800 dollar, alıcılıq qabiliyyətinə
görə isə 18 min 600 dollardır. Azərbaycanın valyuta
ehtiyatları Azərbaycanda 51 milyard dollara çatıb. Xarici
ticarət dövriyyəsi 33,6 milyard, ixrac 19,6 milyard, müsbət
saldo 6 milyard dollardır. Təkcə
keçən il ölkəmizə sərmayə qoyuluşu
13,5 milyard dollar olub. Xarici dövlət borcu ümumi daxili məhsulun
17 faizini təşkil edir ki, bu da valyuta ehtiyatlarından 6,4 dəfə
azdır. Faktlar möhtəşəmdir və iqtisadi
inkişafın miqyasını güzgü kimi əks etdirir.
Bu səbəblər eyni zamanda xaricdən göstərilən
marağın əsas stimuludur.
Davos
görüşlərində bu forumun regional mərkəzi ilə
yanaşı daha bir transmilli şirkət öz regional ofisini
Azərbaycanda açmaq barədə dövlət
başçımıza məqsədini bildirib. Bu məqsədi
“Procter and Gamble Europe” şirkətinin prezidenti Loik Tassel bəyan
edib. Görüşə görə Prezident İlham
Əliyevə minnətdarlığını bildirən Loik
Tassel son illərdə Azərbaycanda həyata keçirilən
islahatları, xüsusilə biznes sahəsində
mühasibatlılığın və şəffaflığın
artırılması, vergi və gömrük sahələrində
islahatların ümumi rəqabət mühitinə verdiyi
müsbət töhfəni yüksək qiymətləndirdiyini
qeyd edib. O, bildirib ki, bütün bunlar “Procter and Gamble Europe”
şirkətinin ölkəmizdəki fəaliyyətinin
inkişafı üçün çox önəmli amillərdir.
Azərbaycanın bugünkü biznes mühitinin bütün
xarici investorların öz fəaliyyətlərini genişləndirmələri
üçün çox əlverişli imkan yaratdığını
deyən Loik Tassel rəhbəri olduğu şirkətin
ölkəmizdəki biznes və sosial fəaliyyəti barədə
danışmaqla yanaşı “Procter and Gamble Europe” şirkətinin
fəaliyyətini Orta Asiya və Uzaq Şərqə doğru
genişləndirmək niyyətini və regional mərkəz
olaraq məhz Bakı şəhərinin seçilməsini bəyan
edib.
Hazırda
Azərbaycanın dünyanın 50 ən inkişaf etmiş
iqtisadiyyatı arasında 46-cı yeri tutması da belə niyyətlərin mənbəyini
təşkil edir. Davos səfəri zamanı Prezident İlham
Əliyevin keçirdiyi
çoxsaylı səmərəli görüşlərdə
Xəzərdə yeni kəşfiyyat işlərinin
aparılması, eləcə də TAP layihəsinin
icrasının daha da sürətləndirilməsi, Azərbaycan
qazının Avropa bazarlarına çıxarılması
haqda maraqlı mülahizələrlə zəngin idi.
İlham Əliyevin Davos Forumunda iqtisadi problemlərlə
yanaşı, siyasi problemləri də gündəmə gətirməsi,
daha doğrusu, qarşı tərəfin Azərbaycanın
mövqeyinə hörmət və ehtiram göstərməsi
dövlət başçısının şəxsi nailiyyəti
və ümumiyyətlə,
Bakının regionda söz sahibi olmasının təsdiqi
idi.
N.NOVRUZ
Mövqe.- 2020.- 25 yanvar. S. 7.