“ASAN
Xidmət” ölkələri asanlıqla fəth edir
Xalqa xidmətin
Azərbaycan nümunəsi mükəmməlliyi və
müasirliyi ilə geniş tanınıb
Azərbaycanın
məşhur “ASAN xidmət” mərkəzinin işi şəffaflıq,
vətəndaşlarla nəzakətli davranış və məsuliyyət
prinsipləri əsasında
qurulub. Bu gün “ASAN xidmət” mərkəzlərində vətəndaşlara
10 dövlət orqanı, həmçinin özəl şirkət
və müəssisələr tərəfindən
ümumilikdə 250-dən çox müxtəlif xidmət
göstərilir. Prezident İlham Əliyevin
tapşırığına əsasən, qısa müddətdə
“ASAN xidmət” ölkənin böyük ərazisini əhatə
edib. Hazırda ölkədə 20-ə yaxın “ASAN xidmət”
mərkəzi fəaliyyət göstərir. Əslində isə
səyyar xidmət sayəsində bütün əhali bu xidmətdən
yararlanır. Bütün bunlar dövlət qulluqçusu-vətəndaş
münasibətlərində yeni yanaşmanın
formalaşmasında Azərbaycan dövlətinin həyata
keçirdiyi siyasətin mühüm tərkib hissəsidir.
Bundan başqa, Azərbaycan nümunəsi əsasında
Əfqanıstanda “ASAN xidmət” adlı qurum yaradılıb.
Azərbaycanda
“ASAN xidmət”in yaradılmasının əsas
üstünlüyü bir neçə dövlət qurumunu
bir orqanda cəmləşdirilməsidir: Bu xidmət ilk dəfə
ölkəmizdə tətbiq olunub. Qısa müddətdə
səmərəliliyi sayəsində böyük şöhrət
qazandığından bir çox ölkə “ASAN xidmət”lə
maraqlanıb və üstün cəhətlərinə
görə ondan faydalanmaq arzusunu bildirib. Həmin ölkələr
bu xidmətin öz ərazilərində də tətbiq
olunmasını istəyiblər. Çünki, “ASAN xidmət”
yarandığı gündən etibarən hər kəsin
sevdiyi quruma çevrilib.
Məsələ
burasındadır ki, hər bir ölkənin müvafiq idarəetmə
forması var. “ASAN xidmət” modeli isə bütün dövlətlərin
istəyinə uyğundur. Çünki, xidmət vətəndaşların
istəyini qısa müddətdə həyata keçirir. Bu
da bir sıra ölkələrdə böyük marağa səbəb
olub. Onların “ASAN xidmət” modelindən istifadəyə can
atmaları, bu metodu tətbiq etmələri sevindiricidir. Ona
görə ki, “ASAN xidmət” Azərbaycana
məxsus innovasiyalı müasir idarəetmə
texnologiyası kimi xarici ölkələrə ixrac edilir. Məhz,
ixrac məhsulu kimi “ASAN xidmətin” beynəlxalq arenada təbliğatını
aparmaq və daha çox ölkəyə ixrac etmək
başlıca məqsədlərdəndir. Hazırda ASAN Beynəlxalq
Assosiasiyasının formalaşdırılması prosesi gedir.
Ötən ilin dekabrında 8 ölkə ilə birgə
nizamnamə layihəsi razılaşdırılıb və
hazırda həmin dövlətlər sənədi öz
ölkələrində ratifikasiya etməlidir. Bu proses ilin
2020-ci ilin birinci yarısında yekunlaşmalıdır.
Assosiasiya layihəsini imzalayan dövlətlər Azərbaycan,
Mərakeş, Monteneqro, İndoneziya, Əfqanıstan,
Türkiyə, Uqanda və Birləşmiş Ərəb
Əmirlikləridir. Ümumilikdə isə bu istiqamətdə
13 ölkə ilə iş aparılır.
“ASAN
xidmət”ə marağın belə böyük olması
onunla əaslandırılır ki, müasirlik
baxımından əvəzedilməzdir və mənfi
halların aradan qaldırılması istiqamətində
olduqca böyük səmərə verir. Düzdür, bu
cür xidmətlərin tətbiqi dərhal baş vermir. Bunun
üçün müvafiq hüquqi və qanunverici baza
yaradılmalı, dövlət qurumlarının fəaliyyətində
informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində
əhəmiyyətli işlər görülməlidir.
Bugün Azərbaycanın əksər dövlət
orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi
təmin edilib. Bu xidmətlər bürokratik əngəlləri
və mümkün korrupsiya hallarını aradan
qaldırır. Xidmətin tətbiqində maraqlı olan
dövlətlərin kontingentinə diqqət edəndə
görünür ki, mənfi vərdişlərin daha
çox olduğu dövlətlər bu işdə daha
israrlıdırlar. Çünki, ehtiyacları
böyükdür.
“ASAN
xidmət” təkcə ətalərə, bürokratiyaya,
korrupsiyaya və digər bu kimi hallara qarşı mübarizədə
100 faizli nəticəyə nail olmaqla yanaşı ədalət
məhkəməsindən gizlənən cinayətkarların
tapılıb üzə çıxarılmasında və
aidiyyatı orqanlara təhvil verilməsində də ciddi nəticələr
əldə edir. Çünki, xidmətin hüquq – mühafizə
orqanları ilə birgə müəyyən etdiyi konkret
prosedurlar var. Azərbaycandakı
hər “ASAN xidmət” mərkəzinə gündəlik
2000–2500 şəxs daxil olur. Onlardan bəzən gün ərzində
3 və ya 4 nəfər axtarışda olan şəxs
saxlanılaraq hüquq –mühafizə orqanlarının əməkdaşlarına
təhvil verilib. Hətta İnterpol xətti ilə
axtarışda olan şəxslər də mərkəzlərdə
xidmətdən yararlanarkən aidiyyəti orqanlar tərəfindən
saxlanılıblar. Bu isə terrorçuların tüğyan
etdiyi Yaxın və Orta Şərq ölkələrində tətbiq
etmək üçün gözəl və səmərəli
fürsətdir. Heç şübhəsiz, yaxın bir
neçə ildə “ASAN xidmət” daha geniş ərazilərdə
beynəlxalq şəbəkəyə malik olacaqdır.
N.NOVRUZ
Mövqe.- 2020.- 30
yanvar. S. 5.