Nazim İbrahimov: "Ümummilli lider Heydər Əliyevin atdığı müdrik addımlardan biri Diasporla İş üzrə Dövlət Komitəsinin yaranması idi"

 

Diasporla üzrə Dövlət Komitəsinin yaradılmasının 7-ci ildönümü münasibətilə qurumun rəhbərliyi kollektivi Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin onun həyat yoldaşı, görkəmli oftalmoloq, alim Zərifə Əliyevanın məzarını ziyarət edib. Bu münasibətlə keçirilən tədbirdə komitənin sədri Nazim İbrahimov bildirib ki, ümummilli lider Heydər Əliyevin atdığı dahi, müdrik çoxsaylı addımlardan biri Diasporla İş üzrə Dövlət Komitəsinin yaranması idi.

"Tarixin yazısı ilə xalqımız müxtəlif dünya ölkələrinə səpələnib. Öz doğma diyarlarından uzaq düşən milyonlarla azərbaycanlı var. Bu azərbaycanlıların dövlətimiz ətrafında birləşməsi üçün çox böyük işlər görülür. Ulu öndərin Azərbaycanda hakimiyyətə qayıdışının ilk illərində diaspor sahəsində mühüm işlər görüldü. Bu istiqamətdə görülən işlər ölkə başçısı İlham Əliyev tərəfindən davam etdirilir. Onun yüksək diqqəti, nəzarəti sayəsində diaspor işi Azərbaycanda, ümumiyyətlə bütün dünyada çox irəli gedib". N.İbrahimov deyib ki, dünya azərbaycanlıları Azərbaycan ətrafında sıx birləşiblər. "Azərbaycan son zamanlar iqtisadi inkişafına görə, dünyada ilk yeri tutur. Azərbaycanın bu geosiyasi məkanda öz xüsusi yeri, önəmi var. Ölkəmiz lider dövlət olub, mühüm beynəlxalq, qlobal siyasətdə iştirakçıya, həlledici səsə malik bir dövlətə çevrilib. Bütün bu həqiqətlərin, reallıqların dünyaya çatdırılmasında diasporumuzun xüsusi rolu var. Onların səsinə çox ehtiyacımız olduğu üçün Diasporla İş üzrə Dövlət Komitəsi ölkə başçısının siyasətini həyata keçirmək sahəsində müəyyən qədər işlər görə bilib." N.İbrahimov deyib ki, Komitənin gördüyü işlər, onun əldə etdiyi müvəffəqiyyət, yaxud nöqsanları hər zaman mətbuatda işıqlandırılır. Diasporla İş üzrə Dövlət Komitəsi dünyada az sayda olan təşkilatlardan biridir. Komitə sədrinin sözlərinə görə, son zamanlar dünyanın bir çox ölkələri Azərbaycanın təcrübəsindən faydalanaraq özlərində diasporla üzrə müxtəlif səviyyədə dövlət təşkilatları yaradırlar Azərbaycanın bu sahədə təcrübəsini öyrənirlər. "Əgər diasporla işi müxtəlif fazalara ayırsaq, hazırda yüksək bir fazaya çatmış olar. Hesab edirəm ki, son zamanlar özünü tanıtmaqdan daha çox, diasporumuz çox düzgün olaraq, yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsini ucaltmaqla məşğuldurlar. Yaşadıqları ölkələrin ictimai-siyasi həyatının bütün sahələrində daha fəal iştirak etməyə başlayıblar". N.İbrahimov əlavə edib ki, bu fəallıq artdıqca həqiqətən Azərbaycanda baş verən proseslərin reallıqları daha çox üzə çıxır, ölkədə gedən yüksək inkişaf daha çox dünya ictimaiyyətinə çatdırılır nəticə göz qabağındadır. "Son dövrlər dünyada gedən proseslər, ümumiyyətlə, Azərbaycanın tanıtımı sahəsində gördüklərimiz eşitdiklərimiz bizə deməyə əsas verir ki, diasporumuz doğru yoldadır ölkə başçısının onların qarşısında qoyduğu siyasəti çox düzgün həyata keçirirlər. Verilən tapşırıqları Dövlət Komitəsi bacardıqca, bütün səylərini qoymaqla həyata keçirir.

Əvvəllər hansısa diaspor təşkilatının hansısa tədbir keçirməsi buradan məsləhət görülür, istiqamət verilirdisə, indi diaspor təşkilatları artıq tam formalaşıblar. Əlbəttə, onların fəaliyyətində Dağlıq Qarabağ məsələsi, torpaqlarımızın işğalı, Xocalı faciəsi prioritet məsələlərdən biridir". Komitə sədri bildirib ki, bu haqda heç bir diaspor təşkilatına göstəriş verməyə, hansısa istiqamət verməyə ehtiyac var. Onlar hər zaman ən yüksək səviyyələrdə bu hadisələrin başvermə mexanizmini, Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırırlar. O ki qaldı erməni diasporuna, N.İbrahimov onların fəal olduqlarını nəzərə çatdırıb: "Amma bu o demək deyil ki, biz onların bu fəallığını özümüzə dərd etməliyik. Biz düşmənin fəallığını görərək özümüz daha da fəallaşmalıyıq. Son zamanlar da bizim diaspor təşkilatlarının fəallığı hiss olunur heç dünyanın başqa ölkələrində diasporumuz erməni diasporundan passiv deyil. İndi erməni diasporunun ətrafında dünyanın müxtəlif ölkələrində güclər var onlara xüsusi dayaq durulur bu, işin başqa tərəfidir. Ancaq Azərbaycan diasporu artıq, demək olar ki, dünyanın ən güclü diasporları sırasına daxil olub".

N.İbrahimov vurğulayıb ki, hər bir dövlət təşkilatının fəaliyyətində yenilik, irəlləyiş olduğu kimi, görülən işlər, inkişaf səviyyəsi göstərir ki, Diaspor Komitəsi verilən tapşırıqları yerinə yetirir çalışır ki, ölkə başçısının ümidlərini doğrultsun. İsrail dövlət başçısının Azərbaycana səfərinə münasibət bildirən komitə sədri deyib ki, adıçəkilən ölkədə Azərbaycanın çox böyük diasporu var 60 mindən artıq insan isə buradan köçüb gedənlərdir. Ümumiyyətlə, İsraildə 100 minə qədər özünü azərbaycanlı hesab edən diaspor mövcuddur. Orada artıq bir müddətdir ki, "Azİs" adlı təşkilat fəaliyyət göstərir Azərbaycandan köçüb gedən yəhudi, eləcə azərbaycanlıları birləşdirən, İsrail hökuməti tərəfindən dəstəklənən bir təşkilatdır. N.İbrahimov həmin təşkilatın çox böyük işlər gördüyünü vurğulayıb. "Bəzən İsrail parlamentində "erməni soyqırımı" ilə əlaqədar bu kimi məsələlər gündəmə gəldikdə "Azİs" təşkilatı sözünü deyir müvəffəqiyyətə nail olub. Son zamanlar İsrail prezidentinin Azərbaycana səfəri, ölkə başçısının Azərbaycan-İsrail münasibətlərinə verdiyi yüksək önəm oradakı diasporumuzu bir daha ruhlandıracaq. Onlar gələcəkdə dövlətimiz ətrafında sıx birləşərək dünyada olan yəhudi diasporunun Azərbaycan diasporuna olan yardımını daha da artıracaqlar. Bu işdə həqiqətən bizim bəzən onların yardımına ehtiyacımız olur".

Xaricdə yaşayan soydaşlarımızın sayına gəldikdə isə komitə sədrinin sözlərinə görə, əsas vəzifə say yox, keyfiyyətə nail olmaqdır. "Yəni hər hansı bir azərbaycanlı dövlətimiz ətrafında sıx birləşirsə, onun işinə dəstək verirsə, o təşkilatın işini gücləndirməliyik belə davam edərsə, dünyada yaşayan azərbaycanlıların hər biri o təşkilatlara gəlib sıx birləşməyi özünə borc hesab edəcəklər".

Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı məsələyə münasibət bildirən komitə sədri deyib ki, Komitə yarandığı gündən Gürcüstanda yaşayan azərbaycanlıların problemi ən prioritet məsələlərdən, gündəlik məşğul olduğu sahələrdən biri olub. "Gürcüstan azərbaycanlılarının problemlərinin həlli, daha rahat yaşayışı həmin ölkənin cəmiyyətinə inteqrasiyası üçün biz çox işlər görürük, bu işlərin nəticələri mövcuddur. Gürcüstan iqtisadi baxımdan geri qalmış bir dövlətdir bu sahədə problemlər var. Bu baxımdan oradakı azərbaycanlıların da həyatına sirayət edir. Biz çalışırıq ki, orada yaşayan azərbaycanlılar Azərbaycanın iqtisadi gücündən bəhrələnərək sosial problemlərinin kəskinliyinin daha da azalmasına nail olsunlar orada olan təhsil, torpaq digər problemlərin həlli üçün Azərbaycan dövləti əlindən gələni edir".

 

 

Ağanisə

 

Mövqe.- 2009.- 9-10 iyul.- S. 4.