Aydın Mirzəzadə: "Danışıqların intensivləşməsi hiss olunur"

 

Sarkisyanın İrana səfəri regionda hər hansı bir ciddi dəyişikliyə gətirməyəcək

 

- Qarabağ danışıqlarının intensivləşməsi hiss olunur. Əgər əvvəllər Minsk qrupunun həmsədrləri ildə bir-iki dəfə sadəcə olaraq hesabat xatirinə səfərlər edirdilərsə, indi bir-birinin ardınca səfərlərin olması, bu məsələyə həmsədr ölkələrin dövlət başçılarının münasibət bildirməsi göstərir ki, problem üzərində ciddi şəkildə işlənilir. Çünki problem ümumilikdə dünyanı narahat edən bir məsələyə çevrilib. Regionun əhəmiyyəti getdikcə artır. Azərbaycanın apardığı siyasət regionun inkişafında, enerji təhlükəsizliyinin təmin edilməsində çox böyük rol oynayır. Həmçinin ölkəmizin apardığı prinsipial siyasət məsələnin mahiyyəti barədə dünya ictimaiyyətinin geniş məlumatlandırılmasına gətirib çıxarıb. Bu baxımdan problemin həlli üzərində ciddi hərtərəfli gedir. Həmçinin Ermənistan onu müdafiə edən qüvvələr bu dövlətin qonşu ölkənin torpaqlarını işğal etməsinin heç bir müsbət nəticəyə gətirib çıxarmadığına əmindirlər. Bu baxımdan problemin həllində ciddi irəliləyişin olduğu göz önündədir onun çox uzaq olmayan bir zamanda həllinin yaxınlaşacağını gözləməyinə dəyər. Amma problemin mərhələli, yaxud da hər hansı ilkin prinsiplərin razılaşdırılması ilə həllini demək bir qədər çətindir. Çünki danışıqlar gedir. Bununla belə məsələnin məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində getməsinə heç bir şübhə yoxdur. Problemin həllinə dair Azərbaycan variantlarını verir. Amma problemin həlli qətiyyən Azərbaycanın ərazi bütövlüyünün pozulması hesabına olmayacaq.

- Rusiya-Ermənistan münasibətlərini nəzərə alsaq, birincinin münaqişənin həllində dərəcədə ədalətli olacağını gözləmək mümkündür?

- Cəmiyyətimizdə tez-tez səslənən stereotiplərdən uzaq olmaq lazımdır. Bizim belə təəssüratımız olmamalıdır ki, Rusiya Ermənistanla yaxşı münasibətdədirsə, onun bütün şıltaqlıqları artıq Rusiyanın siyasətində öz əksini tapacaq. Rusiyanın milli maraqları, özünün apardığı dövlət siyasəti var. Rusiya çalışacaq ki, cənub sərhədində olan ölkələrlə yaxşı münasibətdə olsun. Azərbaycanın əhəmiyyəti günü-gündən artmaqdadır. Azərbaycan Rusiya ilə münasibətlərə çox ciddi fikir verir. Bu zaman Rusiya Ermənistana görə Azərbaycanla münasibətləri pozmaq fikrində olmayacaq. Azərbaycan prezidentinin Moskvaya səfəri zamanı rusiyalı həmkarı ilə danışıqların nəticələrinə dair bəyanatları da bunu bir daha göstərdi. Rusiya Azərbaycanla münasibətləri yüksək qiymətlədirir bunu hərtərəfli genişləndirmək istəyir. O cümlədən Dağlıq Qarabağ probleminin həlli istiqamətində əməkdaşlığı genişləndirməyə hazırdır.

- Rusiya Amerika münaqişənin həlli istiqamətində səylərini artırıb. Bu iki dövlətin arasında olan rəqabət, regiondakı maraqlar özünü münaqişəyə yanaşmada da göstərə bilərmi?

- Hansısa bir rəqabətin, mübarizənin olmasını onların öz öhdəsinə buraxıram. Hesab edirəm ki, bu iki ölkə rəhbərliyi aralarındakı məsələni özləri həll edə biləcəklər. Əgər bunların rəqabəti Dağlıq Qarabağ probleminin həlli üzərindədirsə, bunu ancaq alqışlamaq olar. Deməli, hər iki ölkənin göstərdiyi səylər sonda problemin tezliklə həll edilməsinə gətirib çıxaracaq. Həmçinin Azərbaycan üçün bu gün problemin həllinin haradan gəlməsinin bir əhəmiyyəti yoxdur. Azərbaycan bu gün ərazi bütövlüyünü təmin etməyə çalışır bu baxımdan böyük ölkələrin bu məsələdə səyləri ancaq alqışlanmalıdır. Prinsipcə, bu gün həm ABŞ-ın, həm Rusiyanın məsələ barəsində göstərdiyi təşəbbüslərin mahiyyətinin üst-üstə düşdüyünü kənardan açıq görmək olar. Azərbaycan problemin həllində maraqlıdır. Çünki Azərbaycan özünü Şərqdə Avropanın timsalı kimi göstərir. Azərbaycan demokratik hüquqi dövlət qurur. Bu mürəkkəb regionda bir sabitlik adası kimi artıq özünü tanıda bilib.

- Rusiya ABŞ-ın cəhdlərinə rəğmən İran Ermənistanla əlaqələrini genişləndirməkdədir. İki dövlət arasında dəmiryolunun çəkilməsi razılığa gəlinib. Bir müsəlman dövlətinin işğalçıya bu cür dəstək verməsini necə qiymətləndirirsiniz?

- Azərbaycana dost olan, islami dəyərlərlə birləşən bir ölkənin işğalçı Ermənistanla sıx münasibətləri ancaq təəssüf doğurur. Əgər İran Ermənistana qarşı sərt mövqe tutsaydı, hesab edirəm ki, problemin həlli xeyli yaxınlaşa bilərdi. Ancaq bununla belə İranın öz maraqları var bu maraqlarda o, Ermənistan faktorundan yararlanmağa, həmçinin regionda öz mövqeyini möhkəmləndirməyə çalışır. Ancaq qeyd edim ki, Ermənistan elə bir güclü nüfuza, resursa malik deyil ki, onunla münasibətləri möhkəmləndirməklə hansısa bir dövlət özünün mövqelərini möhkəmləndirmiş olsun. Dəmiryol xəttinin çəkilişi regionda elə bir iqtisadi inkişafa gətirib çıxarmayacaq. Ermənistana hər hansı bir yardımın edilməsi isə onsuz da pis vəziyyətdə olan bu dövlət üçün dost ölkələrdən növbəti xahişlərindən biridir. Təbliğat kampaniyasına baxmayaraq, bu iki ölkənin münasibətlərinin yaxşılaşdırılması, Sarkisyanın İrana səfəri regionda hər hansı bir ciddi dəyişikliyə gətirməyəcək.

 

 

A.Mənsumə

 

Movqe.- 2009.- 2-4 may.- S. 4.