Bələdiyyə-mətbuat əlaqələri

 

Müasir dövrdə beynəlxalq səviyyədəki əlaqələrin vacib ünsürlərindən sayılan ünsiyyət ölçüləri günbəgün genişlənir. Ünsiyyət - həmişə gərəklidir. İstər fərdlər, istərsə də idarə və təşkilatlar arasında. Bu mənada azad sözün, müstəqil mətbuatın son nəticədə cəmiyyətə verdiyi fayda ölçüyə gəlməzdir. Kütləvi informasiya vasitələrinin funksiyalarından biri ən səciyyəvisi informasiya vermək maarifləndirməkdirsə, digər tərəfdən, cəmiyyətin ayrı-ayrı qrup zümrələri arasında əlaqə, ünsiyyət yaratmaqdır. Hər hansı sahədə idarəçiliyin və konkret siyasətin həyata keçirilməsi, qərarlar çıxarmaqdan ötrü dəqiq, operativ və qərəzsiz informasiyanın əhəmiyyəti əvəzsizdir. Cəmiyyətdəki rəylərin ən geniş spektrləri ilə tanış olmaq hər hansı məsələdə düzgün addım atmağın, cəmiyyətdə hakimiyyətin və onun müxtəlif qurumlarının fəaliyyətini müşahidə etmək və onların üzərində ictimai nəzarəti həyata keçirməkdir.

KİV-in məqsədi obyektivlik və müstəqillik standartlarına riayət edərək hökumətin, rəsmi şəxslərin fəaliyyətindəki nöqsanları, neqativ cəhətləri üzə çıxararaq ictimai rəy yaratmaqdır.

İndiki zamanda KİV-in cəmiyyətdə artan bir rolu da günün mövzusunu müəyyən edir. Nəyin yenilik, nəyin təzə xəbər, aktual mövzu olduğunu mətbuat işçisi özü müəyyənləşdirir. Deməli, media işçiləri mövzu və problemləri, bir növ, cəmiyyətə diktə etmiş olurlar.

Yeni qurum kimi respublikamızda bələdiyyələrlə medianın qarşılıqlı əlaqə formalarından söhbət açmazdan əvvəl, ümumiyyətlə mətbuat cəmiyyət arasında əlaqəyə toxunmaq yerinə düşər. Təkrar da olsa, mətbuatın ictimai rəy yaratmasını xatırlatmaq vacibdir. Müxtəlif informasiyanı əhaliyə çatdırmaq vəzifəsindən sonra bütün "Kütləvi İnformasiya Vasitələrinin (medianın) bir nömrəli vəzifəsi ictimai rəy yaratmaqdır" - desək, səhv etmərik. Elə mətbuatın tutumlu yığcam klassik tərifi belə deməyə əsas verir: mətbuat təbliğatçı, təşviqatçı həm də təşkilatçıdır.

Bəli, ictimai rəyi formalaşdıran mətbuatın bu sahədəki təsir gücünün əhəmiyyəti inkaredilməzdir.

Hazırda ABŞ-da beş mindən çox şirkətin ictimaiyyətlə əlaqələr üzrə şöbəsi, iki minə qədər ixtisaslaşmış Public Relations müəssisəsi fəaliyyət göstərir. Son illər Rusiyada da belə müəssisələrin yaradılmasına başlanıb.

Bizə elə gəlir ki, bələdiyyələrin ictimaiyyətlə yeni əlaqələrindən ən önəmlisi elə haqqında söhbət gedən Public Relations adı ilə tanınan əlaqə formasıdır. Public Relationsun bir idarəçilik sənəti baxımından, xeyli yaşı olsa da, bir elm sahəsi kimi çox təzədir. İctimaiyyətlə əlaqələr şöbəsi indi bütün dünyada idarəetmənin bir hissəsi kimi qəbul edilmşdir. Azərbaycanda yaradılmış bələdiyyələrin inkişafında və möhkəmlənməsində də bu mütərəqqi əlaqə mexanizmi böyük səmərə verə bilər. Şöbənin strukturu bələdiyyələrin maliyyə gücü artdıqca strukturu da ümumi işin xeyrinə şaxələnər. İndi dövlət qeyri-dövlət qurumlarının inkişaf etməsi, genişlənməsi, ölkə daxili xaricindəki oxşar qurumlarla əlaqələrin yaradılması nəticəsində bu sahəyə olan ehtiyac da gündən-günə artır.

Bəli, yeni qurum olan bələdiyyələrin əlaqə formaları da yeniləşməli və bu əlaqələr müasir tələblərə cavab verməlidir.

Bu, yazarlar qarşısında da yeni vəzifələr qoyur. Bələdiyyələrdən yazmağa hazırlaşarkən, ilk növbədə, bələdiyyələrlə bağlı qəbul olunmuş normativ-hüquqi aktları yaxşı öyrənməliyik. Mövzu ətrafında verilə biləcək sualları təxminən nəzərə almalıyıq.

Etiraf edək ki, medianın bu sahədəki fəaliyyəti hələlik lazımi səviyyədə deyil. Əlbəttə, bu işdə təkcə KİV nümayəndələrini günahlandırmaq insafdan olmazdı. Yerlərdə, bələdiyyə qurumlarında mətbuat nümayəndələrinə qarşı qısqanclıq, bir az da sərt desək, ögey münasibət meylləri maarifləndirmə işini yenə ləngitməkdədir. Belə ki, görülmüş işlər barədə məlumat verməkdən yayınma halları az deyil. Ancaq istər bələdiyyə olsun, istərsə başqa qurumlar, əgər həyata keçirilmiş tədbir barədə ictimaiyyət məlumatlandırılmırsa, hər şeydən öncə, bu işin görən adamların zəhməti kölgədə qalır. Digər tərəfdən, KİV haqqında qanunun bələdiyyələrdə çalışan ayrı-ayrı adamlar tərəfindən pozulması halları da normal sayıla bilməz. Başa düşürük, tənqid-şokalad deyil, "məni tənqid eləyəndə xoşum gəlir" deyən adamın səmimiyyətinə inanmaq çətindir. Çünki hər kəs öz fəaliyyəti ilə əlaqədar iradlar, tənqidi sözlər deyil, zəhmətin müqabilində xoş sözlər eşitmək istərdi. Bu, psixoloji məqamdır. Lakin " olan yerdə nöqsan da olar" fikri göydən düşməyib. Axı, ideallıq şərti, həm də nisbi anlayışdır. İdeal , yaxud işçi axtarmaq cəhdi əbəsdir. İstəyimizdən asılı olmayaraq nöqsan qüsurlara yol veririk. Ona görə fəaliyyət dairəsində rast gəldiymiz qüsurnöqsanlardan yazarkən ehtiyatlı və həssas olmalıyıq, özümüzü həmin adamın yerinə qoyub özümüzdən soruşmalıyıq: "Bu məsələni mən necə icra edərdim?". Ən əsası, jurnalist yazılarında işlətdiyi ifadələri seçməli, saf-çürük etməli, qarşısındakı adam haqqında kobud, təhqiramiz ifadələr işlətməkdən çəkinməlidir.

Tənqidi yazılarda xüsusilə ehtiyatlı olmaq, təhrifə xüsusilə təhqirə yol verilməməlidir.

Faktları öyrənərkən, ilk baxışda ən xırda görünən məsələnin belə mahiyyətini öyrənmək vacibdir.

Bəli, mətbuatda dərc edilən, eləcə ekran efirdən səslənən müxtəlif janrlı yazılar hələ işin yarısıdır. Adamlarla ünsiyyət, onlarla davranmaq bacarığı - peşəkarlıq, obyektivlik, səriştə nəhayət, müəllifin mənəvi mövqeyidir.

Faktlara hadisələrə ayıq gözlə baxmaq jurnalistin peşə borcudur. Təkrar olsa da, qeyd etmək istərdik ki, istər məqalə olsun, istərsə kiçik xəbər, faktın mahiyyəti ətraflı öyrənilməlidir. Onsuz da jurnalistin mövzuya bələdçiliyi onun söhbətindən, faktlara yanaşmasından bilinir. Bunu anlayan qarşı tərəf dərhal həmsöhbətlə laqeyd danışır, suallara başdan- sovdu cavab verir. Belə yerdə ataların bir hikməti yada düşür: "Adamı geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar". Axı, heç tam mənimsənilməmiş mövzu mətbu materialı da ola bilməz. Bu, həm oxucuya, həm də peşəyə hörmətsizlikdir. Jurnalist A. Aqronovski yazır ki, mən dünya şöhrətli alim Fyodorovla görüşüb onun tibb elmi sahəsindəki fəaliyyətindən geniş söhbətindən sonra belə heç yaza bilmədim. Çünki elmi nəticələr rəsmiləşdirilməmişdi. Jurnalist böyük alim haqqında ilk görüşündən, düz, beş il sonra yaza bilib. Bəli, əsil jurnalist qələmindən çıxan yazı (janrından asılı olmayaraq) məhz belə olmalıdır.

   Bələdiyyələrlə mətubatın digər əlaqə formaları da mövcuddur. Bələdiyyələr öz fəaliyyətləri barədə redaksiyaya vaxtaşarı məlumat verməklə, dərc edilmiş məqalənin təsiri, doğurduğu əks - səda barədə müəlliflə fikir mübadiləsi aparmaqla, mətbuat konfransları keçirməklə də media ilə sıx əlaqə saxlaya bilər. Qərəz heç vaxt, heç kəsə xeyir gətirməyib. Çünki qərəz - bir qayda olaraq - intriqa mənbəyidir. Müdrik adamlardan biri intriqanı "əxlaqın iflici" adlandırıb. Əlbəttə, qərəzli, iftira böhtanlı yazılar barədə mətbuat haqqındakı qanuna əsaslanaraq müəllifi, yaxud redaksiyanı məhkəməyə verməkdə olar. Sensasiya xatirinə verilmiş yalançı informasiyaya, qəsdən şişirdilmiş fakta görə münasibətinizi bildirməkdən çəkinmək lazım da deyil. Amma məqalədəki texniki səhvə görə jurnalistlə, yaxud redaksiya kollektivi ilə münasibətləri korlamağa dəyməz.

Lakin qəzet işçisinin səmimi qəbul edilməmələri faktı da sirr deyil. Bu isə mətbuat haqqındakı qanunla bir araya sıxmır, ən azı, etik normalara ziddir. 

 

 

Mövqe.- 2009.- 10-11 noyabr.- S. 9.