Yoxsulluğun azaldılmasında bələdiyyələrin rolu

 

Artıq hər kəsə aydındır ki, hər hansı bir ölkədə yoxsulluğun azaldılması təkcə həmin ölkə hökumətinin məşğul olmalı olduğu bir problem deyil. Yoxsulluq çoxşaxəli bir problem olduğu kimi, onun həlli ilə də cəmiyyətin müxtəlif təbəqələri məşğul olmalıdır.

Sivill cəmiyyət təşkilatları kimi bələdiyyələrin yoxsulluğun azaldılmasında çox böyük əhəmiyyəti vardır. Bələdiyyələrə bu aspektdən baxarkən ilk növbədə onların hakimiyyətin əks-mərkəzləşdirməsində əsas vasitə olmaları göz önünə gəlir.

Yoxsulluğun azaldılması iqtisadi inkişafı özünün prioritet sahəsi kimi götürmüş Azərbaycan hökuməti çox yaxşı başa düşür ki, bu hədəfə yerlərdə iştirakçılığı təmin etmədən nail olmaq mümkün deyil. Ölkəmizdə isə yerlərdə iştirakçılığı ən uğurlu şəkildə bələdiyyələr həyata keçirə bilərlər.

Azərbaycanda seçkili orqan olan bələdiyyələr idarəetmə sistemində yeni tətbiq olunmaqlarına baxmayaraq, həm əhali, həm beynəlxalq ictimaiyyət onların demokratikləşmə prosesində daha fəal iştirak etmələrini istəyir. Bu mənada bələdiyyələr iştirakçılığı təmin etməklə öz ərazilərində yoxsulluğun azaldılması iqtisadi inkişafa nail olunması sahəsində çox böyük işlər görə bilərlər.

Yoxsulluğun azaldılması iqtisadi inkişaf sadəcə, Azərbaycan hökumətinin fəaliyyət istiqaməti olduğundan ölkənin bələdiyyələrlə bağlı qanunları bu barədə konkret heç bir şey demir. Amma Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsində deyilir: "Bələdiyyələrin səlahiyyətləri:...8) Yerli sosial müdafiəsosial inkişaf proqramlarının qəbul və icra edilməsi; 9) Yerli iqtisadi inkişaf proqramlarının qəbul və icra edilməsi; 10) Yerli ekoloji proqramlarının qəbul və icra edilməsi". Bundan başqa, bir sıra başqa qanun normativ aktlarda da bələdiyyələrin öz ərazilərində səlahiyyətləri müəyyənləşdirilir ki, bu da onlara yoxsulluğun azaldılmasıiqtisadi inkişafa nail olunması sahəsində müəyyən imkanlar yaradır.

Bələdiyyələrin fəaliyyətini tənzimləyən mövcud qanunlar mükəmməl qanunvericilik aktı olmasa da, onlar bələdiyyələrin təşkilati idarəetməsi haqqında ümumi müddəaları özündə əks etdirir. Bələdiyyələrin statusu digər qanunvericilik aktlarına əsasən bələdiyyələr təşkilati cəhətdən strukturlaşdırma məsələlərini sərbəst şəkildə təşkil edə bilərlər. Bu struktura daxil olan sahələrdən biri də bələdiyyələrin məhəllə komitələrinin yaradılmasıdır. Bələdiyyələrin məhəllə komitələri iştirakçılığın daha effektiv təmin edilməsində xüsusi rol oynaya bilər. Məhəllə komitələrinin yaradılması çox mütərəqqi bir addım olub insanların öz problemlərinin həllinə cəlb edilməsi, onların qərar qəbuletmə prosesinə cəlb olunması və sadə insanların rəy və təkliflərinin, yerli səviyyədə olsa belə, daha yaxşı instansiyalara çatdırılması işini yaxşılaşdırır insanlarda sovet vaxtlarında itirilmiş ictimai sahiblik hissələrinin yaradılmasına kömək edir. Məhəllə komitələri daha az ərazini əhatə etsə də, inkişaf layihələri həyata keçirə, ehtiyacı olan insanlara müəyyən yardımlar göstərə, eyni zamanda yerli əhəmiyyətli məsələlərin həllində əhalinin təşəbbüskarlığının artırılmasına şərait yarada bilər. Məhəllə komitələrinin qanunla nəzərdə tutulduğu kimi, ianələr toplamaq və onları ehtiyacı olanlara çatdırmaq hüququ imkan verir ki, yerlərdə ünvanlı yardımlar paylansın. Bu Azərbaycan hökumətinin çoxdan reallaşdırmaq istədiyi ünvanlı sosial yardımların həyata keçirilməsinə hansısa formada kömək edə bilər və nəticə etibarilə ölkədə sosial müdafiə sahəsinə çox böyük töhfə verə bilər.

Bələdiyyələr yoxsulluğun azaldılması iqtisadi inkişafa dəstək vermək işində bir neçə sahə üzrə fəaliyyət göstərə bilərlər. "Bələdiyyə statusu haqqında Azərbaycan Respublikası Qanunu"nda bələdiyyələrin müəyyən iqtisadi fəaliyyətlərlə məşğul olmasına dair konkret maddələr (maddə 37. Bələdiyyə sifarişi maddə 38. Bələdiyyələrin xarici iqtisadi fəaliyyəti) mövcuddur. Bu maddələrdə bələdiyyələrin "öz maddi maliyyə vəsaitlərində istifadə etməklə bələdiyyə ərazisinin abadlaşdırılması, əhaliyə kommunal xidmətlər göstərilməsi, sosial infrastruktur obyektlərinin tikintisi təmiri, müvafiq ərazi əhalisinin məişət və sosial-mədəni tələbatının ödənilməsi üçün zəruri məhsulların istehsalı, xidmətlərin göstərilməsi və digər işlərin görülməsi üçün sifarişçi kimi" çıxış etməsinə icazə verilir göstərilir ki, onlar "yerli əhalinin mənafeyi üçün qanunla müəyyənləşdirilmiş qaydada xarici iqtisadi fəaliyyətlə məşğul ola bilər". Lakin bütün bunlarla yanaşı, bələdiyyələr infrastruktur, kredit, investisiya və məşğulluq, informasiya hüquq, sosial monitorinq, təhsil və peşə təlimi, ekoloji təhlükəsizlik (torpaqların mühafizəsi), turizm, mədəniyyət, səhiyyə, qaçqın və məcburi köçkünlərlə bağlı sahələrdə öz təşəbbüsləri ilə layihələr həyata keçirə bilərlər. Bu zaman onların mütləq sifarişçi kimi çıxış etməsi zəruri deyil Azərbaycan qanunvericiliyi bələdiyyələrin belə bir fəaliyyətlə məşğul olmalarına qarşı heç bir maneə qoymur.

Yuxarıda adları çəkilən sahələri bir-bir nəzərdən keçirməzdən öncə onu qeyd etmək yerinə düşər ki, bələdiyyələr xüsusilə inkişaf layihələri, o cümlədən, gəlir əmələgətirən sahələrin yaradılması ilə bağlı fəaliyyətlərə cəlb olunduqları hallarda mütləq həmin fəaliyyətlərin şəffaflıq və hesabatlığını təmin etməlidirlər. Bunun üçün bələdiyyələr nəzdində monitorinq qruplarının yaradılması çox effektiv təsirə malik ola bilər. Bələdiyyə ərazisində yaşayan insanların monitorinqdə iştirakını təmin etmək üçün həmin monitorinq qrupuna bələdiyyə üzvü, yaxud qulluqçusu olmayan şəxslərin cəlb olunması tamamilə məqsədəuyğun olardı. Bununla belə qanunvericiliklə nəzərdə tutulan hesabat görüşlərinin də əhəmiyyəti çox böyükdür. Bələdiyyələrin əhali ilə ünsiyyətinin və bələdiyyənin yaratdığı gəlir əmələgətirən sahələrin vəziyyətindən məlumatlı olmaqda, əhali arasında məlumat vərəqələrinin paylanmasının və yaxud buna bənzər başqa ünsiyyət vasitələrininçox böyük əhəmiyyəti ola bilər. Bələdiyyələrin yoxsulluğun azaldılması sahəsindəki fəaliyyətlərində şəffaflıq və hesabatlıq təmin edilməzsə, ciddi korrupsiya əmələ gələ bilər ki, bu da həm əhalinin maddi rifahının yaxşılaşdırılmasına, həm də bələdiyyənin özünün inkişafına ciddi mənfi təsir göstərə bilər.

Yuxarıda adları qeyd olunan konkret sahələrə keçdikdə isə, deyə bilərik ki, bu gün Azərbaycan bələdiyyələrinin ən çox cəlb olunduqları sahə ifrastrukturdur. İfrastruktur dedikdə ilk növbədə bələdiyyə ərazisində mövcud olan yolların, körpülərin, su-kanalizasiya, kanal başqa infrastruktur obyeklərinin təmiri, yaxud yenilərinin tikilməsi nəzərdə tutulur. İfrastrukturun bərpası və inkişafı əhalinin müxtəlif növ xidmətlərə çatmasına effektiv şəkildə kömək edir insanların lüzumsuz qayğılardan azad olmasına gətirib çıxarır.

Bu gün Azərbaycanda hələ elə ərazilər mövcuddur ki, orada tibb məntəqəsinə, məktəbə, yaxud başqa həyati əhəmiyyətli müəssisəyə çatmaq üçün lazım olan yollar, yaxud başqa ifrastruktur obyektləri ya yoxdur, ya da çox bərbad vəziyyətdədir. Bələdiyyələr yoxsulluğun azaldılmasına birbaşa cəlb olunmaqla bu problemlərinin həllinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərə bilər. Çox maliyyə tələb etməsinə rəğmən, ifrastruktur hələ tamamilə püxtələşməmiş və kifayət qədər təcrübə toplaya bilməmiş bələdiyyələr işin sadələyinə görə daha çox cəlbedicidir.

Bələdiyyələrin yoxsulluğun azaldılması iqtisadi inkişafa nail olunması sahəsində məşğul ola biləcəkləri sahələrdən biri kreditlərin paylanmasıdır. Azərbaycan qanunları bələdiyyələrin kredit ittifaqları başqa bank olmayan kredit qurumları, o cümlədən hətta bələdiyyə bankı da yaratmasına heç bir məhdudiyyət qoymur. 

 

 

Mövqe.- 2009.- 14-16 noyabr.- S. 9.