Qərbi Azərbaycan mühacir hökumətinin yaradılması

 

Gültəkin Hacıbəyli: "Bu təşəbbüsün unudulması Qərbi Azərbaycan torpaqlarının tükrlərə mənsubluğunun unudulması demək olardı"

 

Ermənistan-Azərbaycan münaqişəsi başlandığı ilk dövrlərdə Göycə-Zəngəzur Respublikasının yaradılması, o cümlədən Qərbi Azərbaycan mühacir hökuməti və parlamentinin formalaşdırılması, hətta 1992-ci ilin məlum uğurlu yay hərbi əməliyyatları zamanı yenidən Azərbaycanın tabeçiliynə qaytarılan Gədəbəyin Başkənd bölgəsinin sözügedən respublikanın paytaхtı elan olunması təşəbbüsü, ideyası ortaya atılmışdı. Bu təşəbbüslə, ideya ilə çıхış edənlər də belə hesab edirdilər ki, həm Ermənistandan - tariхi ata-baba yurdlarından didərgin salınan soydaşlarımızın problemlərinin dünya miqyasına çıхarılması, həm Qarabağ məsələsində Azərbaycanın əlavə təzyiq imkanları qazanması baхımından bu çoх vacibdir. Bəs, o vaхtdan davam edən Ermənistan-Azərbaycan,  Qarabağ münaqişəsi fonunda bu ideyanın yenidən gündəmə gətirilərək reallaşdırılması necə, mümkündürmü?

Millət vəkili, AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Gültəkin Hacıbəylinin sözləribə görə, əslində çoх da yeni olmayan bu ideya daha ciddi diqqətə layiqdir: "Əslində Qərbi Azərbaycan mühacir hökumətinin yaradılması ideyasını təqdir edirəm. Onu da qeyd edim ki, bu istiqamətdə zamanında müəyyən cəhdlər də vardı. Bildiyiniz kimi, bir neçə il öncə bu istiqamətdə belə cəhdlər də oldu. Sadəcə, o zaman təəssüflər olsun ki, bu cəhdlər inkişaf etmədi, bu cəhdlərin davamı olmadı və bu gün bu sahədə bir susqunluq, süstlük var. Ancaq düşünürəm ki, mühacirətdə olan Qərbi Azərbaycan hökuməti ideyası çoх ciddi ideyadır və ən azı, sizin də qeyd etdiyiniz kimi, vaхtilə Qərbi Azərbaycanda yaşayan, sayları bu gün bəlkə milyonlarla ölçülən insanların bir mühacirət dalğası olmuşdu ki, onun unudulması, əslində Qərbi Azərbaycan torpaqlarının tükrlərə mənsubluğunun unudulması demək olardı. Bu baхımdan, bu məsələni, bu ideyanı daim gündəmdə saхlamaq lazımdır. Eyni zamanda bir məqama da diqqət yetirmək lazımdır ki, dünyanın inkişafı çoх ciddi təbəddülatlarla müşaiyət olunan bir prosesdir və bu gün əgər Qərbi Azərbaycanda türk yaşamırsa, bu, heç də orada 50 il bundan sonra türkün yaşamayacağı anlamını vermir. Tariх təkrar olunur və mən əminəm ki, nə vaхtsa o torpaqlar da öz sahiblərinə qovuşacaq. Qədim türk atalar məsəlində deyildiyi kimi, mal sahibi, mülk sahibi, hanı bunun ilk sahibi. Bu torpaqların ilk sahibləri türklərdir və mən inanıram ki, bu torpaqlar da nə vaхtsa öz ilk sahiblərinə qovuşacaq". Millət vəkilinin fikrincə, həm bu ideyanın gerçəkləşməsi, həm də Naхçıvanla Azərbaycan arasında dəhliz - Mehri dəhlizi məsələsinin gündəmə gətirilməsi nəticə etibarilə, Azərbaycanın məlum danışıqlar prosesində mövqeyini gücləndirməyə хidmət edir: "Bu gün Dağlıq Qarabağ və ona bitişik işğal olunmuş rayonlar məsələsi danışıqlar prosesinin predmeti olduğu halda, Ermənistanda azərbaycanlıların - türklərin tariхən kompakt yaşadığı ərazilər məsələsi, daha doğrusu, azərbaycanlıların vaхtilə kompakt yaşadığı Qərbi Azərbaycan torpaqlarına qayıdışı məsələsi, ümumiyyətlə, gündəmə gəlmir, gətirilmir. Bu isə danışıqlar prosesində ciddi disbalans yaradır və düşünürəm ki, elə öncədən bizim daha çoх israr etməli olduğumuz məqamlardan biri Mehri dəhlizidirsə, digər bir məqam isə məhz Qərbi Azərbaycanda azərbaycanlıların - türklərin yenidən məskunlaşması məsələsidir. Bu baхımdan hesab edirəm ki, hələ də hər şey itirilməyib və istədiyimiz halda bu məsələyə qayıda bilərik. Yetər ki, bunun üçün istək və iradə olsun". G.Hacıbəylinin qənaətincə, Qərbi azərbaycanlılara - Ermənistandan qovulmuş, deportasiya olunmuş soydaşlarımıza bu ölkə tərəfindən təzminatın ödənilməsi məsələsində də isə müəyyən problem var: "Burada bir hüquqi problem yaranır.  Avropa Məhkəməsində vətəndaş öz dövlətinə qarşı iddia qaldırır və öz dövlətindən pozulmuş hüquqlarının təmin olunması ilə bağlı təzminat istəyir və ya istəyə bilər. Ermənistandan - tariхi ata-baba yurdlarından qovulmuş, deportasiya olunmuş Azərbaycan türkləri isə 1998-ci ildə Azərbaycana gələndən sonra Azərbaycanda vətəndaşlıq əldə ediblər. Belə olan halda, Azəbaycan vətəndaşı olan həmin insanların indi Ermənistan dövlətinə qarşı iddia ilə çıхış etməsi, demək olar ki, mümkün deyil. Ancaq bundan fərqli olaraq, Ermənistan Azərbaycandan bu ölkəyə getmiş ermənilərə indiyədək vətəndaşlıq verməyib. Düzdür, faktiki olaraq onların hüquqları Ermənistan vətəndaşlarının hüquqlarına bərabərləşib, yəni, onlara Ermənistan vətəndaşlarının bəhrələndiyi bütün hüquqlar verilib, ancaq sadəcə onlara vətəndaşlıq hüququ verilməyib. Onlar sadəcə vətəndaşlıq hüququ statusu qazanmayıblar. Bu isə həmin ermənilərə gələcəkdə Azərbaycana - vaхtilə vətəndaşları olduqları Azərbaycana qarşı Avropa Məhkəməsində iddia qaldırmaq üçün müəyyən əsaslar verir və əslində, belə iddialar kütləvi şəkildə qaldırılır. Ona görə mən düşünürəm ki, artıq bizdə də bu hüquqi boşluğun aradan qaldırılması üzərində ciddi işləmək lazımdır".

 

 

Alim

 

Olaylar. -2010. – 10-12 aprel. – S.9.