Hamilə qadınların yerləri saxlanacaq

 

Bu, beynəlxalq qanunla tənzimlənəcək

 

Milli Məclisin sosial siyasət daimi komitəsinin aprelin 14-də keçirilən iclasında "İnsan immunçatışmazlığı virusun törətdiyi xəstəliklə mübarizə haqqında" qanun layihəsi üçüncü oxunuş üçün müzakirə edilib. Komitə sədri Hadı Rəcəbli bildirib ki, qanun layihəsi üzərində iki ilə yaxındır ki, aparılır. Bu sahədə beynəlxalq təcrübə öyrənilib nəticədə model bir qanun hazırlanıb.

Bunun nəticəsidir ki, mayın 30-dan iyunun 2-dək bir sıra xarici ölkələrin parlamentariləri bu sahədə Azərbaycan təcrübəsini öyrənmək məqsədilə ölkəmizə səfər edəcəklər. H.Rəcəblinin bildirdiyinə görə, indiyə qədər sosial siyasət komitəsi tərəfindən hazırlanmış "Duzun yodlaşdırılması haqqında" "Ana südündən istifadə haqqında" kimi iki qanun NATO-nun model qanunu hesab olunur. Güman ki, bu qanun da model qanun kimi qəbul ediləcək. Qanun layihəsi barədə məlumat verən komitənin sədr müavini Musa Quliyevin sözlərinə görə, layihədə HİV sözünü milliləşdirmək məqsədilə İİV (insan immunçatışmazlığı virusu) ilə əvəz edilib. Çünki indiyə qədər ölkədə AİDS HİV xəstəliklərinin dəqiq adları müəyyən edilməyib. Digər bir dəyişiklik isə bu xəstəliklə bağlı telekanallarda 20 dəqiqədən az olmamaq şərtilə təbliğat xarakterli verilişlərin hazırlanmasıdır. Qərara alınıb ki, bundan artıq müddətin müəyyən edilməsi telekanalların işinə müəyyən mənada maneəçilik törədə bilər. Ona görə bunun maksimum həddi 20 dəqiqə göstərilib. Sonra Beynəlxalq Əmək Təşkilatının "Analığın mühafizəsi haqqında" "Kişi qadın işçilər-Ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar bərabər rəftar haqqında" konvesiyaların ratifikasiyası məsələsinə baxılıb. Komitə sədri Hadı Rəcəbli bildirib ki, Azərbaycan bu sənədlərdə nəzərdə tutulan tövsiyyələri qabaqlayıb. Belə ki, artıq ölkədə hamilə qadınların yerlərinin saxlanması, işçilər arasında ayrıseçkiliyə yol verilməməsi, süd əmizdirən anaların vaxtının qısaldılması, hamiləliyə doğuşa görə məzuniyyət, ailə öhdəliklərinə görə əmək münasibətlərinə xitam verilməsinin qarşısının alınması kimi məsələlər milli qanunvericilikdə əksini tapıb. Müzakirələrdən sonra qanun layihələri parlamentin müzakirəsinə çıxarılmaq üçün tövsiyyə olundu.

 

 

Alim

 

Olaylar. -2010. – 15 aprel. – S.15.