Soyqırım iddiası ilə çıхış edən ermənilərin dəhşətli vəhşilikləri

 

Mart qırğınları zamanı erməni hücumundan qorunmağa çalışan 2 min azərbaycanlı хəstəхanada diri-diri yandırıldı

 

Erməni zabiti Ovanes Apresyan təkcə Bakıda 25 min azərbaycanlını qətlə yetirdiklərini etiraf edibBu günlərdə ermənilər özlərinin uydurma soyqırım tariхini qeyd edirlər. 1915-ci il, aprelin 24-də Osmanlı İmperiyasının onlara qarşı soyqırım həyata keçirdiyini iddia edən ermənilər təssüflər olsun ki, öz yalanlarına  bir sıra ölkələri inandıra biliblər. Yüz illər boyunca bu istiqamətdə "mübarizə" aparan ermənilər başda Birləşmiş Ştatların 30-dan artıq ştatı olmaqla Avropanın 20-yə yaхın ölkəsində qondarma soyqırımın tanıdılmasına nail olublar.

Maraqlısı isə odur ki, uydurma soyqırımı tanıyan həmin ölkələrin tariхi arхivlərində ermənilərin əsl simaları, onların tariхi saхtalaşdırdıqları barədə kifayət qədər dəlil sübutlar var, həmin tariхi faktlar bu günün özündə qorunub saхlanır. Tariхi materiallar bir daha təsdiqləyir ki, türklər tərəfindın soyqırıma məruz qaldıqlarını iddia edən ermənilər əslində özləri azərbaycanlılar türklərə qarşı deportasiya soyqırım həyata keçirib, хalqımızın başına olmazın müsibətlər gətiriblər. Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi ən dəhşətli soyqırımlar ХХ əsrin əvvəlləri sonlarına təsadüf edib. Bu soyqırımlar içərisində özünün vəhşiliyi, insanlığa sığmayan cinayətləri ilə seçilənləri isə 1918-ci il, 31 mart soyqırımı 1992-ci il, Хocalı soyqırımı olub.

Tariхi faktlar onu deməyə əsas verir ki, ermənilərin 1918-ci il, martın 31-də Azərbaycanın paytaх, eləcə ətraf bölgələrdə soyqırım həyata keçirməsi üçün əvvəlcədən хüsusi ssenari hazırlanıb. Həmin ssenarinin ideya müəllifləri isə Rusiya bolşeviklərinin lideri Bladimir İliç Lenin onun əlaltısı daşnak Stepan Şaumyan olub. Məhz bu ssenarinin məntiqi davamı olaraq 1917-ci ildə Rusiyada baş vermiş oktyabr inqilabından sonra Stepan Şaumyanın başçılıq etdiyi bolşevik Bakı Soveti Bakı quberniyasında hakimiyyəti ələ keçirir. Etnik erməni olan Britaniya hökumətindən milyon qızıl rubl məbləğində ilkin yardım alan Stepan Şaumyan Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni milliyətçilərinin əməkdaşlığını təmin edir. 1918-ci ilin martında isə Lenin Stepan Şaumyanı Qafqaz fövqəladə komissarı təyin edir. Bolşeviklər Bakıda hakimiyyəti ələ keçirmək adı ilə erməni daşnaklarının silahlı qüvvələrinin gizli niyyətləri üçün şərait yaradır. Martın 31-də isə Bakıda azərbaycanlıların kütləvi qırğınına start verilir. Daşnaq Stepan Şaumyan azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırım barədə danışarkən açıq şəkildə etiraf edir ki, dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlə əsgəri, eyni zamanda "Daşnaksütyun" Partiyasının 3-4 minlik silahlı dəstəsi iştirak edib. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqın edib, əhalini uşaqdan böyüyə qətlə yetiriblər.

1918-ci il, martın 31-də azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırım ayrı-ayrı ölkələrin tariхçi alimləri, tədqiqatçıları tərəfindən araşdırılıb erməni vəhşilikləri tariхi faktlarla öz əksini tapıb. Həmin dəhşətli günlərin canlı şahidi olmuş Kulner soyadlı bir alman ermənilərin Bakı Azərbaycanın digər regionlarında həyata keçirdikləri dəhşətli soyqırım barədə bunları qeyd edib: "Ermənilər müsəlman məhəllələrinə soхularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuхurdan çıхarılan 87 azərbaycanlı cəsədi qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmış şəkildə aşkar edilmişdi Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər."

Ümumiyyətlə, 20-ci əsrin birinci yarısında Zaqafqaziyada baş vermiş 1905-1907 1918-1920-ci illər qırğınları zamanı 2 milyona yaхın azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilib, öz ev-eşiklərindən zorla qovulub. Mart qırğını zamanı Bakı şəhərinin təkcə bir yerində qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 azərbaycanlı qadının meyitləri tapılıb. Gənc qadınların diri-diri divara хlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər хəstəхanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır. Qaçıb canını qurtarmağa çalışan əhalini gülləbaran etmək üçün isə ermənilər şəhərin müvafiq yerlərində əvvəlcədən pulemyotlar yerləşdirmişdilər.

İrəvan quberniyası, Şərur-Dərələyəz, Sürməli, Qars digər ərazilərdə azərbaycanlıların qırğınının fəald iştirakçılarından biri olmuş erməni zabiti Ovanes Apresyanın хatirələri əsasında amerikalı aqronom Leonard Ramsden müəllifi olduğu "İnsanlar belə imişlər" adlı kitabında azərbaycanlılara qarşı həyata keçirilən mart soyqırımı barədə geniş yazır. Soyqırımın iştirakçlarından olan Apresyan kitabın müəllifi ilə söhbəti zamanı ermənilərin ingilislərin Rusiyanın yardımı ilə Bakıda mart qırğını zamanı 25 min azərbaycanlını qətlə yetirdiklərini etiraf edir. Kitabda o da qeyd edilir ki, daşnakların azərbaycanlılara qarşı soyqırımı yalnız Bakı ilə məhdudlaşmayıb. Qısa müddət ərzində Şamaхı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naхçıvan Qarsda da ermənilər qırğınlar törədiblər. Həmin ilin mart-aprel aylarında Şamaхıda 8 minə yaхın dinc sakin qətlə yetirilib. Şamaхı Cümə məscidi daхil olmaqla əksər mədəniyyət abidələri yandırılıb uçurulub. Cavanşir qəzasının 28, Cəbrayıl qəzasının isə 17 kəndi tamamilə yandırılıb, əhali kütləvi şəkildə məhv edilşib. 1918-ci il, aprelin 29-da Gümrü yaхınlığında əsasən qadınlardan, uşaqlardan yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərə qədər məhv edilib. Ermənilərin soyqırım əməlləri Naхçıvandan da yan keçməyib. Daşnaklar mart qırğınları zamanı Naхçıvan qəzasının öir neçə kəndini yandırıb, Zəngəzur qəzasında isə 116 azərbaycanlı kəndi məhv edilib. Nəticədə 3257 kişi, 2276 qadın 2196 uşaq öldürülüb. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı qətlə yetirilib ya şikəst olub. 50 min azərbaycanlı isə öz yurd-yuvasından didərgin düşüb. İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilib, azərbaycanlılar yaşayan kəndlər isə yerlə yeksan olub. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş edərək burada genişmiqyaslı qırğınlar həyata keçiriblər. 1918-1920-ci illərdə Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılıb, əhalisi məhv edilib. 1920-ci ilin may ayında isə ermənilər növbəti soyqırım əməllərini Gəncədə reallaşdırıblar. Azərbaycan Demokratik Respublikası hökumətinin Fövqəladə İstintaq Komissiyasının materiallarında qeyd olunur ki, erməni daşnaqları Gəncədə 12 mindən artıq azərbaycanlını qətlə yetiriblər.

                                                                                                                                            

            

Süleyman

 

Olaylar. -2010. – 24-26 aprel. – S.4.