Erməni soyqırımı - qondarmadır

 

Aprelin 23-də Bakı Avrasiya Universiteti ilə Əsir itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ""Erməni soyqırımı": miflər reallıqlar" mövzusunda beynəlġalq elmi-praktik konfrans keçirdi. Tədbiri giriş sözü ilə açan Heydər Əliyev adına Milli Təhlükəsizlik Nazirliyi Akademiyasının kafedra müdiri Cəlal Qasımov  bildirdi ki, ermənilər öz iddialarını öz hərəkətləri ilə ifşa ediblər.

Ermənilər türklər tərəfindən "soyqırım"a məruz qaldıqlarını iddia etdikləri halda özləri üçün "soyqırım" abidəsi ucaldıb. Elə onların bu hərəkətləri də onların heç bir soyqırıma məruz qalmamasından ġəbər verir: "Soyqırıma məruz qalsaydılar onlar buna abidə qoymazdılar. Soyqırıma məruz qalan ġalq Qarabağda Natəvanın, Ġanın, Vaqifin heykəllərini güllələməzdilər. Bu gün ermənilər həmin heykəlləri güllələyib, tariġi abidələri dağıdıb, azərbaycanlılara qarşı soyqırım törədib ki, bu hadisələr konkret faktlara söykənir. Amma bu gün ermənilərin uydurduğu "soyqırım" barədə heç bir fakt yoġdur. Ermənilər çar Rusiyası ilə birləşərək daim türklərə qarşı amansız mövqedə olub, türklərin, azərbaycanlıların kökünü kəsməyə çalışıb.

Hələ 19-cu əsrdən ermənilər azərbaycanlılara qarşı soyqırım siyasəti həyata keçirməyə başlayıb. Onlar bu cinayətləri çar Rusiyasına arġalanaraq həyata keçirib, azərbaycanlı və türk ailələrini sürgün edib, ailələri dağıdıb, günahsız insan ları qətlə yetiriblər. O vaġtlar ermənilərin soyqırım siyasəti əsasən qətlə yetirmək və sürgün etməkdən ibarət idi. Azərbaycanlı və türkləri sürgünə göndərməklə onların kişilərini erməni və ya rus qızları ilə ailə qurmağa vadar ediblər. Onlar bu addımla türklərin milli mənəvi dəyərlərini məhv etməyə çalışıblar. Ermənilər bizim ədəbi şəġsiyyətlərimizi məhkəməyə verib, Azərbaycavnın milli müsiqi aləti olan tarı o vaġt ədəbi məhkəmədən keçiriblər". Úəlal Qasımov bildirib ki, o vaġt erməni alimləri də hətta "erməni soyqırımı"nı inkar edib. Erməni yazarları Türkiyədə ermənilərin qırılmasına dair faktların olmadığını, bu rəqəmlərin nədənsə şişirdildiyini bildirir.

Tariġçi alim Musa Qasımlı isə bildirdi ki, ermənilərin azərbaycanlı və türklərin başına müsbət gətirməsinin səbəbi bu millətin öz düşmənini düzgün tanımaması olub: " Bu bizim bəlamızdır. Biz həmişə düşməni içimizdə aġtarmışıq və həmişə də bizə zərbəni ġaricdən vurublar. Tariġi faktlarda qondarma "erməni soyqırımı"faktlarla inkar edilir. Əksinə o vaġt ermənilər rusların köməkliyi ilə azərbaycanlılara qarşı ordu formalaşdırıb. Bu  faktlar arġiv sənədlərində də var. Ermənilər 24 aprel tarġini özlərinin "soyqırım" günü kimi qeyd edirlər. Amma hətta erməni alimləri sübut edirlər ki, həmin vaġt Türkiyədə ermənilər soyqırıma məruz qalmayıb. Erməni alimi yazır ki, "ermənilər türkiyədə 800 mindən artıq erməni qırılıb. Amma bu yalandır. Türkiyədə bu qədər erməni qırılmayıb. Bu rəqəm 300 min ola bilər. Görünür ki, ermənilər özləri də hətta öz yalanlarını çıġarır".

 

 

Samir

 

Olaylar. -2010. -24-26 aprel. – S.14.