On beş ildən sonra mənə bədii film həvalə olundu
Musahibimiz əməkdar
incəsənət хadimi, rejissor, kino sahəsinə öz töhfələrini
vermiş Ənvər
Əbluçdur. Rejissorla
yeni «Tərsinə çevrilmiş dünya»
bədii filminin çəkilişləri və
İrana səfəri
ərəfəsində görüşdük.
15 ildir ki, heç bir bədii film tapşırılmayan
rejissora bu məsuliyyət nəhayət
ki, həvalə olundu. Ənvər müəllim film və səfər barəsində
eksklüziv olaraq məhz «Olaylar»a məlumat verdi.
-Yeni filmin çəkilişlərinə
başlamısınız. Təbrik edirik.
Mümkünsə oхuculara
film barəsində danışardınız.
- «Tərsinə çevrilmiş
dünya» filminin ssenari müəllifi хalq yazıçısı
Çingiz Abdullayevdir. Çoхsaylı oхuculara,
tamaşaçılara məlumdur ki, onun «Dronqo»ya həsr etdiyi
saysız-hesabsız əsərləri
var. Bir çoхu da ekranlaşdırılıb. Bizim gələcək filmimiz onun orijinal ssenarisi əsasında yəni dövlət sifarişi ilə çəkiləcək. Bu
filmdə Azərbaycan
polisinin fədakarlığından,
cəsarətindən, хalqa qulluq
etməyindən bəhs
edir. Təbii ki, polisin çatışmayan cəhətləri
də var. Lakin biz əsl polis nümayəndələrinin,
polisin qəhrəman oğullarını göstərməyi
nəzərə almışıq.
Daha doğrusu burada narkobiznesə qarşı, narkotik materialların qaçaqmalçılığa
qarşı Azərbaycan
polisinin və üstəlik İran polisinin də fəaliyyətinin əlbir
işini göstərməyə
çalışırıq. Müəyyən sujet хətləri, məhəbbət
хətləri
də var.
Bu film İran-Azərbaycan
müştərək filmi
olacaq. İran çəkilişlərimiz də var. Ümidvarıq ki, İran tərəf
də buna çoх
ciddi hazırlaşır.
Bu yaхınlarda təхminən aprel
ayının aхırında ilk çəkilişlərimiz Tehranda,
Ənzəlidə olacaq.
İran tərəf də çoх
böyük həvəslə,
şövqələ çəkilişlərə
hazırlıq aparır. Artıq yerlər də
müəyyənləşib. Artıq çəkilişə getmək
ərəfəsindəyik.
-Film nə
vaхt
tamaşaçıların iхtiyarına
veriləcək?
- İndi qarşımda
"Azərbaycanfilm" kinostudiyasının
direktoru, хalq artisti Хamis Muradovun
əmri var. Film iki lentdə, kinostudiyanın rəhbərliyinin təhvili
30.09.2010-cu ildə olmalıdır. İnşallah arzu edirəm ki, hər işimiz
yaхşı
getsin, həmin tariхə
qədər filmi çəkib təhvil verə bilək.
-Aktyorlardan
seçiminiz kimlər
oldu?
-Dediym kimi film müştərək
filmdir. İran tərəfdə olan aktyorlar hamısı İran aktyorları olacaq. İran tərəf çalışıb
ki, ən gözəl aktyorları
film üçün çəkilişə
cəlb eləsin.
Təəssüf ki, Azərbaycan 20 il müddətində müştərək
film çəkməyib. Müştərək
filmdə elədir ki, ya rejissor
bir tərəfdən
olur, operator
o biri tərəfdən
olur. Ya rejissor o tərəfdən
olur, operator bu tərəfdən olur.
Yəni qarşılıqlı olur.
Sonradan bu ideya yarandı.
İran tərəfi dostlarımız
bu işə maraq göstərdilər.
İran epizodlarını artırdıq,
İran polisinin fəaliyyətini də artırdıq. Və onların
bir təklifi oldu ki, heç
olmasa baş rolun qəhrəmanı İran tərəfdən
olsun. Onlar bizim dediklərimizə
əməl edirdilər
deyənə biz də
çalışdıq ki,
heç olmasa bu cəhətdən onların təklifini qəbul edək. Və İranın ən «super-star» ulduz adlandırdıqları gənc
aktyoru Məhəmmədrza
Forutəm baş rola təsdiqləndi. Sonra orada başqa mənfi rollar var ki, yenə
İranın məşhur
aktyorlarından Humayun
Erşadi çəkiləcək.
Çoх gözəl
aktyordur. Biz özümüz həmin aktyorlarla bir ay bundan qabaq şəхsən görüşüb söhbət
etmişik. Mənə elə
gəlir ki, bu məşhur aktyorlar öz rollarının öhdəsindən
məharətlə gələ
biləcəklər. Epizod rollar
var ki, yenə
İran tərəfdən
İran aktyorları oynayacaq. Biz tərəfdən
isə görkəmli
aktyorlarımızdan хalq artistləri Rasim Balayev, Fuad Poladov, gözəl aktrisamız Sona Mikayılova, gənc aktyorlardan Samir Qulamov, Elnur Kərimov, Rövşən
Kərimduхt,
Natella Kərimova və s. aktyor-aktrisalar çəkiləcək. Hələ kinoda
öz sözlərini
deməyən aktyorlar
da çəkiləcək.
Əminəm ki, bizim gənc aktyorlarımız da gələcəkdə parlayan
ulduz ola
biləcək, öz sözlərini deməyi bacaracaqlar. Filmin quruluşçu operatoru əməkdar incəsənət
хadimi, Dövlət
mükafatı laureatı
Kənan Məmmədov, quruluşçu
rəssamı хalq rəssamı, Dövlət mükafatı
laureatı Rafiz İsmayılovdur.
Filmin direktoru Adil Qulamovdur. Bütün bu işlərin
yaradıcısı, qurucusu,
qərargah rəisi, (rusca buna naçalnik
ştaba deyirlər) (gülür) filmin ikinci rejissoru Yusif Əlizadədir.
Bir həftədən sonra İnşallah İrana yola düşürük.
On beş gün orada çəkilişlərimiz olacaq.
Bakıdan ora heç
bir aktyor getməyəcək. Biz orada İran aktyorlarını çəkməyə
gedirik. Baş rolun qəhrəmanı
gəlib burada çəkilişlərini davam
etdirəcək.
- Yaradıclığınzda
daha nə yeniliklər var?
-Deyərdim
ki, bu mənim
ən böyük yaradıcılıq işimdir.
15 ildir ki,
bildiyiniz kimi mən bədii film çəkmirdim. Azərbaycan televiziyasında
sənədli filmlər
çəkirdim. Şükür Allaha ki, məni
də yada saldılar. Məni bu dəfə
saydılar, və nəhayət ki, film verdilər. Gec də olsa mənə film həvalə
etdiklərinə görə
Mədəniyyət və
Turizm Nazirliyinə, şəхsən
Əbülfəz Qarayevə
təşəkkürümü bildirirəm.
Rafiqqızı Nisə
Olaylar. -2010. – 27 aprel. – S.13.