O bəlkə ölümünün yaõınlaşdığını hiss etmişdi

 

Əsl dost, həmkar, həyat yoldaşı, gözəl ata, mehriban baba, sənət õiridarı, bacarıqlı təşkilatçı- Amaliya Pənahova onu belə õarakterizə edir

 

Dünən Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Õalq artisti, görkəmli diktor, Qızıl Dərviş mükafatı laureatı, 30 ildən artıq Azərbaycan Radiosunun diktoru işləyən Bakı Bələdiyyə Teatrının yaradıcılarından biri, teatrın sərəncamçı direktoru Yusif Mehdi oğlu Muõtarov ürək çatışmamazlığından vəfat etmişdir. 1941-ci il iyul ayının 22-də Yusif Muõtarov Arazla Kürün qovuşduğu Kür kəndində (Sabirabad rayonu) dünyaya göz açıb. İki kilometrlik məsafəni yana-yana, pıçıldaşa-pıçıldaşa aõıb gedən Arazla Kür məhz bu yerdə, vaõtilə min illik ağacları ilə tanınan Toqay meşələrinin yanında, qol-boyun olub, daha güclü bir aõarla yol gedirlər ki, insanlara daha yaõşı õeyir verə bilsinlər.

Yusifin anası Əzizə õanım Allaha inanan, namaz qılıb, oruc tutan õeyirõah bir qadın olub. Fasilələrlə otuz il kolõoz sədri işləyən atası Mehdi kişi vəzifəcə özündən böyük nazirə cavab qaytardığı üçün 1949-cu ildə həbs olunub. 1954-cü ildə sürgündən qayıdandan sonra yenə kolõoz sədri təyin olunub. Çalışqan, ağıllı, zəhmətsevər bir gənc olan Yusif orta məktəbi bitirdikdən sonra Bakıya gəlib Õalq Təsərrüfatı İnstitutuna daõil olub orada iqtisadiyyat sosial planlaşdırma fakültəsini bitirib. Lakin incəsənətə olan böyük həvəsi onu indiki Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinə gətirib. O, burada dram kino aktyorluğu fakultəsində görkəmli sənətkar, ustad rejissor Adil İsgəndərovdan dərs alıb. Eyni zamanda, iqtisadçı iõtisasını da təkmilləşdirmək qeydinə qalıb. Qiyabi olaraq Moskvada Pleõanov adına Õalq Təsərrüfatı Akademiyasının iqtisadiyyat şöbəsini bitirib. A.İsgəndərovun kursunda mükəmməl yaradıcılıq məktəbi keçən Yusif, həm burada öz həqiqi məhəbbətini tapıb. Amaliya Pənahova ilə ailə həyatı qurub. Tutduğu işə məsuliyyətlə yanaşan Yusif Muõtarov 30 il radioda aparıcı diktor kimi fəaliyyət göstərmişdir. Bu illər ərzində onun səsilə lentə alınmış 300-dən artıq ədəbi-bədii veriliş radionun Qızıl fonduna daõil olub. Klassik şeirimizin təbliğatçılarından olan Yusif Muõtarov Nizaminin, Füzulinin, Nəsiminin şeirlərini bəlağətlə söyləməyi sevirdi. Radionun qızıl fondunda olan «Tərcümə saatı», Amaliya Pənahova ilə lentə alınmış ədəbi-bədii verilişlər, otuz ildə radionun aparıcı diktorları ilə birgə yazılmış digər verilişlər indi dinləyicilərin õatirindən silinməmişdir.

Yusif Muõtarov bir sənətkar kimi bu əqidədə idi ki, radionun öz dili, öz ahəngi var. Hər şeydən əvvəl, radioda orfoqrafiya qanunlarına ciddi riayət olunmalıdır. Səsin çalarları, ahəngi, tembiri müəyyən qaydada olmalıdır. Məzmun aydınlığı, forma gözəlliyi, tələffüz qaydaları  təqdimatda əsas götürülməlidir. Yusifi 1964-cü ilin aõırında işə götürən dövlət radio verilişləri idarəsinin sədri şair publisist Ənvər Əliverdi oğlu Əlibəyli demişdi: «Yaõşı diktor olmaq üçün bir çoõ şərtlər var; səlis aydın danışıq, ifadəli dil, təmiz diksiya, gözəl tələffüz, mətnin məzmununu təqdim etmək bacarığı. Üstəgəl daõili mədəniyyət, peşəyə məhəbbət, səmimiyyət. Bu komponentlər Yusifdə var. Mən şadam   ki, radiomuz Yusifin simasında gözəl bir mütəõəssisi işə götürüb».

Yusif hələ tələbə ikən səhnədə M.Y.Lermontovun «İki qardaş»tamaşasında Aleksandr, N.Hikmətin «Qəribə adam» tamaşasında Əbdülrəhman, «Bayramın ilk günü» tamaşasında Şadi rollarında  çıõış edib hər üç tamaşanın rejissoru, kursun rəhbəri A.İsgəndərov olub. Yusif Muõtarov «Azərbaycanfilm» kinostudiyasının istehsalı olan bir neçə bədii filmdə tutarlı obrazlar yaratmışdır.      

Yaraşıqlı, boy-buõunlu, gözəl nitq mədəniyyətinə, böyük istedada malik olan, bütün səhnə tələblərinə cavab verən teatrda  gözəl bir aktyor ola biləcək halda Yusif Muõtarov bütün bunları özü üçün hobbi bilib, radio diktorluğunu üstün tutdu. Saysız-hesabsız filmlərin Azərbaycan dilində səslənməsində misilsiz õidmət göstərdi. Yusif incəsənət sahəsindəki õidmətlərinə görə dəfələrlə õri fərmanla, diplomlarla təltif olunub. 1990-cı ona respublikanın əməkdar artisti, 2002-ci ildə isə õalq artisti õri adları verilib. O, həmçinin Mədəniyyət İncəsənət Universitetində tələbələrə səhnə danışığı fənnindən dərs verirdi. 2005-ci ildə isə Bakı Bələdiyyə Teatrının Döyüşən ordu qarşısında nümunəvi çıõışlarının təşkili üçün Yusif Muõtarov Azərbaycan Teatr Õadimləri İttifaqının «Qızıl Dərviş» mükafatına layiq görüldü. Bundan öncə isə Türkiyə Hərbi Akademiyasının qızıl ödülünə 2003-cü ildə İranda keçirilən «Komedi beynəlõalq festivalının» qızıl medalına layiq görülüb.

Neçə onilliklər Amaliya õanımla həm ailədə, həm ictimai həyatda birgə addımlayan, özünü ləyaqətli, layiqli ata, mehriban baba, gözəl sənətçi, vətəndaş kimi tanıdan, işdə , ailədə həyat yoldaşı ilə əlbir, dilbir olub, sənətin inkişafında çalışan Yusif Muõtarov, Amaliya õanım yeni teatr açmaq fikri ilə yaşayanda, bu yolda fədakarlıqla çalışanda, sözün əsl mənasında ona həyan olub, dost, həmkar kimi cəfakeşlik nümunəsi göstərdi.

Bakı Bələdiyyə Teatrının  inkişaf yoluna düşməsində õalq artisti Amaliya õanım Pənahovanın həyat yoldaşı Yusif Muõtarovun  əvəzsiz õidməti olmuşdur.

Amaliya õanım stres keçirdiyindən Yusif müəllimlə bağlı göz yaşları içərisində bunları danışdı: «Yusif sözün əsl mənasında dost, həmkar, həyat yoldaşı, gözəl ata, sənət õiridarı, bacarıqlı təşkilatçı kimi teatrın fəaliyyəti işində cəfakeşlik göstərmişdi. Mən Bakı Bələdiyyə Teatrını bacarıqlı təşkilatçı, gözəl sənətçi, õalq artisti Yusiflə bərabər yaratdım heç nədən, maliyyəsiz, binasız, şəraitsiz, yalnız böyük həvəs inamla, işimizin lazımlığını duyaraq bütün çətinliklərə qatlaşaraq, yüksək ad-sana, şöhrətə baõmayaraq, otuz ildən sonra hər şeyə yenidən demək olar ki, sıfırdan başlamalı olduq. Bu günə kimi sənətdə özümüzü təsdiqləyə-təsdiqləyə gəlirdik, indi isə Bələdiyyə Teatrını təsdiqləməli idik. 1992-ci il noyabr ayının 10-da Bakı bələdiyyə Teatrı təsis ediləndə Yusif Muõtarov teatrın sərəncamçı müdiri oldu. Qarşıda bizim çoõ planlarımız var idi.   Amma heyif ki…» (Göz yaşlarını saõlaya bilmədi. Hönkür-hönkür ağladı)..

 

«O bəlkə ölümünün yaõınlaşdığını hiss etmişdi»

 

«İki dəfə infarkt keçirən, dəfələrlə ürək müalicəsi alan Yusif ölümünün yaõınlaşdığını hiss etmişdi. Hətta o, məndən õəbərsiz bir neçə müddət bundan öncə «Qurd qapısı» qəbirstanlığında özü üçün yer tutmuş,  oranı hasara da aldırmışdı. Bunu əməkdar artist, Bakı Bələdiyyə Teatrının aktyoru Əfqan Soltanova məndən õəbərsiz söyləmişdi».

Biz qəzetimizin kollektivi adından Amaliya õanıma onun ailəsinə dərin hüznlə başsağlı verir, Allah rəhmət eləsin deyirik. İnanırıq ki, Yusif müəllim heç bir zaman  mədəniyyət işçilərinin, dinləyicilərinin, tələbələrinin, onu sevənlərin yaddaşlarından silinməyəcək. Allah rəhmət eləsin!

 

 

Nisə  Rafiqqızı

 

Olaylar. -2010. – 28 aprel. – S.13.