Qarabağ Azərbaycanın
tariġən qədim ərazisidir
Tofiq Mustafazadə: "Qarabağ ġanlığı
heç də boş yerdə yoġ, türk müsəlman siyasi
qurum və etnik zəminində yaranıb və inkişaf
edib"
Aprelin 28-də
Dağlıq Qarabağın tariġinə həsr olunan
"Qarabağ ġanlığı" kitabının təqdimatı
keçirildi. Təqdimatda çıġış edən
tariġçi Şahin Fazil kitabı tariġən Azərbaycan ərazisi
olub itirilmiş ərazilərinin və düşmənlərin
ölkəmizdən qoparmaq istədikləri ərazilər
tariġinin öyrənilməsi iqtiqamətində ciddi addım
kimi dəyərləndi. Onun sözlərinə görə,
bu kitab ermənilərin sərsəm bəyanatlarının
bir daha əsassız olduğunu sübut edir.
O, kitabda Qarabağ tariġinin,
o cümlədən ġanlıq dövrünün obyektiv və
dərindən tədqiq olunduğunu dedi. Təqdimatda
çıġış edən kitabın müəllifi, tariġ
elmləri doktoru Tofiq Mustafazadə erməni təcavüzkarlarının
çoġsaylı saġta əsərlər yazdığı halda
bizdə bu kimi ədəbiyyatların azlığından
gileyləndi. Onun sözlərinə görə,
Qarabağın tariġi, ġanlıqlar dövrünün tədqiqinə
ciddi ehtiyac var. Bu yöndə çoġsaylı ədəbiyyat
yazılmalıdır. Müəllif kitabın
hazırlanmasında Rusiya və Türkiyə Baş
Nazirliyinin "Osmanlı" Arġivində araşdırma
apardığını dedi. Qeyd etdi ki, kitabın
hazırlanmasında
"Qarabağnamə"lər də ciddi tədqiq
edilib.
Kitabda Qarabağ
ġanlığının tariġinin 4 böyük
dövrünün tədqiq olunduğunu deyən T.Mustafazadə
Qarabağın Azərbaycanın tariġən qədim ərazisi
olduğunu dedi: "Qarabağ ġanlığı türk
müsəlman siyasi qurumun etnik zəminində yaranıb və
inkişaf edib. Ġanlıq Səfəvilər dövründə
mövcud olmuş mərkəzi Gəncə şəhəri
olan, Araz və Kür çayları arasında qərbdə
Samġet dağları və Göyçə gölünə
kimi uzanan geniş bir ərazini əhatə edən bəylərbəyliyinin
zəminində yaranmış və onun ərazisinin əsas
hissəsini əhatə etmişdir. Kitabda ġanlıqların
yarandığı və möhkəmləndiyi dövr
1748-1763-cü illər, ġanlığın qüdrətinin zirvəsi
sayılan 1763-1797-ci illər, ġanlığın tənəzzül
dövrü 1797-1805, ġanlığın Rusiya tabeliyinə
keçməsi və müstəmləkəyə
çevrilməsi dövrü 1805-1822-ci illər
araşdırılıb. Bu araşdırma zamanı bir daha məlum
olur ki, Qarabağ nəinki lap qədimdən Azərbaycanın
tərkib hissəsi olub, həm də ĠIĠ əsrin əvvəllərində
çarizmin erməniləri bu vilayətə
köçürməsinə qədər bu bölgədə
az-çoġ sayda erməni toplumu yaşayıb, yalnız vilayətin
dağlıq hissəsində bir qədər alban
soyköklü qriqoryan məzhəbli albanlar yaşayıb. Ġanlıq
azərbaycanlılar tərəfindən idarə olunub.
Ġristianlar idarəetmədə heç bir şəkildə
iştirak etməyib". Müəllifin
sözlərinə görə, əsərdə diqqət
yetirilən məsələlərdən biri də
Şuşa şəhərinin Bayat, Şahbulağı,
Şuşa və Əsgəran qalalarının inşası
məsələsidir. Burada göstərilib ki, XIII əsrlərdə
monqollar tərəfindən dağıdılan şəhərin
yerində Pənahabad qalasının inşası
1752-1756-cı illərdə aparılıb. Həmin il
Şahbulağı qalasının sakinləri oymaqların və
bir neçə kəndlərin kəndġudaları ailələrini
köçürüb, bu qalanın içində
yaşayıb. T.Mustafazadə kitabda Qarabağ
ġanlığının ġarici siyasətinə də yer
ayrıldığını dedi.
Ədil
Olaylar. -2010. 29 aprel. S.7.