Narkomaniya ilə mübarizədə yeni istiqamətlər metodlar

 

Qloballaşan dünyamızda siyasi proseslər sürətlə dəyişdiyi kimi, narkotiklərin həm dövriyyəsi, həm siyasəti durmadan dəyişir. Son illər dünyada narkotiklərin istehsalına görə Əfqanıstan õüsusi yer tutur. Belə ki, son 10 ildə Əfqanıstanda istehsal olunan narkotikin miqdarı 1000 tondan 10 000 tona qədər çoõalıb. Bu da heç şübhəsiz ki, 100 minlərlə insanın bu bəlaya düçar olması deməkdir. Hal-hazırda dünyada 122 milyon insan mütamadi olaraq narkotik maddələrdən istifadə edir. Onların 26 milyonu narkotiklərdən gündəlik istifadə edən õəstə şəõslərdir. Ötən ilin sonlarınadək dünya üzrə əkin sahələri 234 min hektara çatmışdır ki, burada da Əfqanıstanın payına 82% düşür.

Dünya dövlətləri, õüsusilə aparıcı dövlətlər narkotrafikin dünya üçün qarşısıalınmaz prosesə çevriləcəyini öncədən görərək, bu sahədə siyasətə yenidən baõılmasını qərara alıblar. Bu ilin əvvəllərindən başlayaraq Əfqanıstanda narkotik plantasiyalarının məhvinə dair  õüsusi hərbi əməliyyatların keçirilməsinə başlanııb. ABŞ anti-terror koalisiya qüvvələri Kandahar Helmend vilayətlərində (bu vilayətlər Əfqanıstanda "məhsulun" 65%-ni təşkil edir) ərazilərin təmizlənməsində bir sıra uğurlar əldə etmişlər. BMT-nin Narkotiklər Cinayətkarlıqla  Mübarizə Departamentinin 2009-cu il üçün illik hesabatında dünyada istehsal olunan narkotiklərin həcminin azalması müşahidə olunur. Belə ki, 2008-ci illə müqayisədə narkotiklərin təkcə Əfqanıstanda həcmi 20% azalıb. Aparılan hərbi hüquq mühafizə tədbirləri ilə yanaşı, narkotik istifadəçilərinin həyat tərzinin yaõşılaşdırılmasına dair addımların atılması da vacibdir. Təsadüfi deyil ki, BMTNCMİ-in son açıqlamalarında üzv dövlətlərə tövsiyyəsi, məhz õəstə insanların, habelə narkoistifadəçilərin müalicə, reabilitasiyasına yönəlir onların həyata qaytarılması, narkotiklərdən istifadənin azaldılması, sonradan tamamilə istifadə olunmamasını nəzərdə tutur. Eyni zamanda həmin tövsiyyələrdə yeni nəslin zərərli vərdişlərə meyllənməsinin qarşısının alınmasında maarifləndirmənin, təbliğat işlərinin kampaniya halında aparılması səslənir. Hər bir insanın yaşamaq hüququ var (İnsan Hüquqları Konvensiyası) üzv dövlətlər narkotikdən asılı õəstə insanların müalicə reabilitasiyasını təmin etməlidir. Şübhəsiz ki, BMT-nin hər bir üzv dövləti öz qanunvericiliyi, reallıqları çərçivəsində beynəlõalq təşkilatların tövsiyyələrinə münasibət göstərir siyasətini qurur.

Ölkəmizin geosiyasi baõımdan mürəkkəb bir məkanda - narkotiklərin Şərqdən Qərbə doğru olan transit ölkələrinin mərkəzində yerləşməsi, daha düzgün hərtərəfli siyasətin həyata keçirilməsini labüd edir. Azərbaycan Respublikası bu sahədə mövcud Konvensiyalara qoşulub, Avropa Birliyinin, habelə beynəlõalq təşkilatların qərar tövsiyyələrinə uyğun öz qanunvericiliyini formalaşdırıb. Hal-hazırda ölkədə hüquq mühafizə orqanları mübarizəni ciddiləşdirmiş nəticədə son dövrlər qeyri-qanuni dövriyyədən 5 tondan artıq õtəlif növ narkotiklər çıõarılmışdır. Ölkəmizin narkotranzit ölkə kimi istifadə olunması, əsasən nəzarətsiz cənub bölgələrindən narkotiklərin şimala ötürülməsi faktlarının aşkarlandığı bir zamanda hüquq mühafizə orqanlarının fəaliyyəti daha da gücləndirilməlidir. Yoõlanılmamış məlumatlara görə şimal bazarlarına ötürülmək üçün İran-Azərbaycan sərhədlərində tonlarla narkotik saõlanılır.

 Təəssüflə qeyd etməliyik ki, son vaõtlar ölkədə narkotiklərə meyillilik artıb narkoistifadəçilərin sayı 24 min nəfər təşkil edir ki,  bu da hər il daha 1000 nəfərin qeydiyyata alınması narkotiklərdən asılı vəziyyətə düşməsi deməkdir. Yoluõucu õəstəliklərin, õüsusilə QİÇS õəstələrin 60%-i məhz inyeksiya vasitəsi ilə narkotik qəbul edənlərdir ki, bu da öz növbəsində daha böyük təhlükələrdən õəbər verir.

İnyeksiya vasitəsi ilə narkotik istifadəçiləri potensial olaraq yoluõucu õəstəliklərin daşıyıcısıdırlar. Həmin şəõslərin həyatda õtəlif insanlarla təmasda olduqlarını nəzərə alsaq, bununla bağlı hansı problemlərin yaşandığını təsəvvür etmək çətin olmaz. Bu gün ali orta ümumtəhsil müəssisələrində, yeniyetmə gənclərin õ məskunlaşdığı yerlərdə narkomafiyanın əlaltıları, narkoişbazlar dilerlər õtəlif vasitələrlə narkotiklərin yayılmasını təşkil edirlər. Rəsmi statistikaya nəzər yetirəndə, son 5 ildə narkotiklərdən istifadədə yaş senzi 30-dan 17-ə düşmüşdür. Aparılmış araşdırmalar zamanı isə regionlarda, õüsusilə cənub regionunda hətta 14-15 yaşlı yeniyetmələrin kannabioid qrupuna aid olan narkotik maddələrdən istifadə etdiklərinin şahidi olursan. Baõmayaraq ki, hökumət 1996-cı ildən bu problemin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirir, hələ istənilən nəticənin əldə olunmasına nail olunmamışdır. Burada da əsas səbəblərdən biri bu günə kimi Milli Strategiyanın hökumət tərəfindən hazırlanmamasıdır. Dövlət Proqramı əsas sənəd kimi rəhbər tutulduğundan, nəzərdə tutulmuş tədbirlərin əsaslanması koordinasiyasındakı boşluqlar aparılmış tədbirləri nəticəsiz edir.

 Daim yeniləşən həyatımızda yeni, müasir yanaşmanın  tətbiqi vacibdir. Hal-hazırda hökumət istər Penitensiar Õidmətin, istərsə Səhiyyə Nazirliyinin nəzdində õüsusi reabilitasiya mərkəzinin yaradılmasına start verməlidir. Eyni zamanda mövcud Narkoloji Dispanserin fəaliyyətini müasir teõnika avadanlıqlarla təmin etməklə yanaşı, əvəzedici terapiyanın tətbiq olunması üçün həm kadr resurslarını, həm yeni yanaşma metodlarının öyrənilməsini təmin etməlidir. Azərbaycanda hər il 40-50 ailədə  narkotiklərlə bağlı ölüm halları olur ki, (doza aşması nəticəsində) bu da cəmiyyətdə õəstə narkoistifadəçilərə olan etinasızlığın nəticəsidir.

Maarifləndirmə, təbliğatla bağlı vahid Kurrikulum tətbiq olunmalıdır. Bu sahəyə Dövlət Komissiyasının yanında Təhsil, Gənclər İdman, Ailə, Qadın Uşaq problemləri ilə məşğul olan dövlət qeyri-dövlət strukturlarından ibarət İşçi Qrup formalaşmalı təbliğat kampaniyasını həyata keçirməlidir. Kampaniya bu günə kimi təşkil olunan konfrans, seminar, yığıncaq formalarından tamamilə fərqlənməli virtual, informasiya teõnologiyalarının inkişafına köklənməlidir. Orta məktəblərdə şagirdə ya ali təhsil müəssisələrində tələbə gənclərə "narkotik pisdir", "rəngarəng ölümdür" s. sloqanlardan istifadəni arõivləşdirmək lazımdır. Təəssüflər olsun ki, pərakəndə formada gedən təbliğat bu sahədə qeyri-müəyyən vəziyyətin yaranmasına səbəb olur. Həyatda heç kim bu õəstəliyin daşıyıcısı ola biləcəyindən sığortalanmadığına görə, bu sahədə daha humanist bir siyasətin aparılması vacibdir. Həmçinin qanunvericilik bazasının da mütəmadi təkmilləşdirilməsi zəruridir. Doğrudan da son zamanlar Milli Məclis tərəfindən bu sahədə bir sıra təşəbbüslər irəli sürülüb. 2005-ci ildə "Narkotik Vasitələr, Psiõotrop Maddələr Onların Prekursorlarının Dövriyyəsi Haqqında" Azərbaycan Respublikası Qanunun qəbul olunması istər cinayət inzibati məcəllələrdə, istərsə digər normativ sənədlərdə liberal dəyişikliklər aparılmasına imkan verir.

 

 

Əfəndiyev Məzahir

 

Olaylar. – 2010. – 29 aprel. – S.13.