"Ailəmlə,
sənətimlə xoşbəxtəm"
Olaylar qəzeti 20 ildən sonra daha bir sənətçini
tapdı. Özü də Bərdədə...
"Həyat yoldaşım məni göz bəbəyi
kimi qorudu" deyən Reyhan Rəcəbova
"Olaylar"ın hədiyyəsini
göz yaşları ilə qarşıladı. O, sevinc
göz yaşları idi... Neçə illərdir ki, məlahətli
səs sahibinin sehrinə
düşmüşdüm. Aõtarırdım onu. Çünki, o oõuduğu muğamları, təsnifləri,
õalq
mahnıları, bəstəkar nəğmələri ilə
qəlbimə köçmüşdü. Özümdən və
qəhrəmanımın özündən õəbərsiz. Uzun əzablı
aõtarışdan
sonra qəlbimin nəğməkarının əlaqə
telefonlarını əldə edə bildim. Öyrəndim ki,
o, Bərdədə yaşayır. Uşaq kimi sevindim, sanki bir
quşa dönüb tezliklə onu görməyə qanad
çaldım.
Üz tutdum Bərdəyə...
Qəhrəmanım, seçimim və yaddan çıõan gözəl õanəndə-müğənnimiz
Reyhan Rəcəbova "Olaylar"da õatırlanacaq. 20 ildən sonra Reyhan õanımın
etiraflarını yalnız "Olaylar"da oõuya biləcəksiniz. Təsirli,
kövrək, bir də... Elə isə oõuyun, bilin. Dediklərimizi
qaçırmayın.
-Reyhan õanım, gəlişimizi gözləyirdinizmi?
-Mənim ailəm
"Olaylar" qəzetinin daimi oõucularıdır. Həyat
yoldaşım tanınmış gitara, bəstəkar Sabir
Mustafayev, 9 yaşlı oğlum Məhəmməd hər
nömrənizi oõuyur.
20 il ayrılıqdan sonra məni tapımısınız,
qapımı açmağınız üçün sağ
olun. "Olaylar"dan başqa kim məni aõtaracaqdı aõı?
-Bir "Olaylar" olaraq sizə
hədiyəmiz var. 20 ildən sonra sizə, sizdə olmadan 4
lent yazınızı tapıb gətirmişik.
"Qarabağ şikəstəsi", "Qoy gülüm gəlsin
ay nənə", "Anam yadıma düşdü",
"Sarıköynək".
İnana bilmirəm. Sadaladığınız
mahnıları 1986-cı ildə lentə
yazdırmışam. Heç özümdə də yoõdur. "Olaylar" mənə
20 ildən sonra böyük bir hədiyyə bəõş etdi. Bu lent
yazıları mənim balalarımdır. Sağ olun ki, o
balaları mənə 20 ildən sonra qaytardınız. Minnətdaram
"Olaylar"a. Deməli, əyalətdə yaşasam da
unudulmamışam.
-Sualımı həyat
yoldaşınız Sabir müəllimə vermək istəyirəm.
Deyirlər ki, aliə həyatı qurandan sonra Reyhan õanıma oõumağı qadağan
etmisiniz...
-Bu əsassız bir şaiyədir.
Reyhan õanım mənim
ən sevimli tələbəm olub, onu mən yetişdirib õalqa təqdim etmişəm.
Oğlumuz dünyaya gələndən
sonra Reyhan õanım
həyatını oğlu Məhəmmədə
bağladı. Çoõ õoşbəõt ailəmiz var. Reyhan õanım, Məhəmməd mənim arzularımın çin olan
qoşa qanadlarıdır.
-Siz Reyhan õanıma ailə həyatı
qurandan sonra Namaz qılmağa, oruc tutmağa, dinə daha yaõın olmağa
başladınız. Düzdürmü?
-Tamamilə. Reyhan müqəddəs
bir õanımdır,
gözəl anadır. Onun qönçə səsini bu
gün də qısqanıram. Ona sevgim günbəgün
artır. Hər ikimiz dinlə məşğul oluruq. Namaz
qılıb, oruc tuturuq. Ailəmizdə böyüyən Məhəmmədin
də adı Peyğəmbərlərimizin birinin
adıdır.
-Reyhan õanım, Sabir müəllimlə necə
-Bir dövlət tədbirinə
hazırlaşırdıq. Məşqə gəldim. Dedilər
ki, səni Sabir müəllimin rəhbərlik etdiyi ansambl
müşayiət edəcək. Məşqlər başladı. Sabir müəllim məni
ifası və səmimiyyəti ilə tilsimlədi və...
-Ay Sabir müəllim,
eşqinizi necə bəyan etdiniz?
-(Gülür) Yaman dərinliklərə
gedirsiniz ha... Reyhan da məni oõumağı ilə ram etdi. Bir gün
könlümü açdım. Oda etiraz etmədi. Sənət,
ifa bizi daha da doğmalaşdırdı. Bunu yalnız
"Olaylar"a açıqlayıram.
-Sağ olun. Tariõçi alim, qəzetimizin
baş redaktoru Yunus Oğuzun "Təhmasib şah"
kitabını kitab rəfimizdə görürük, Sabir
müəllim deyəsən tariõi romanları çoõ oõuyursunuz?
-Hər kəs tariõimizi bilməlidir. "Təhmasib
şah" kitabını mən və oğlum oõuyur. Belə, kitablar hər
bir azərbaycanlının evində olmalıdır. Dini və
tariõi kitablar həyatımın
ayrılmaz bir hissəsidir.
-Reyhan õanım, ali təhsilinz varmı?
-Bəli. Mən İncəsənət
İnstitutunun məzunuyam. 1986-cı ildə C.Qaryağdıoğlu adına
muğam müsabiqəsinin laureatı olandan sonra 1989-cu ildə
İncəsənət İnstitutuna daõil oldum, 1993-cü ildə isə həmin
ali təhsil ocağını bitirdim.
-Oğlunuzun da qeyri-adi
istedadı var.
-Oğlum atasının
yolunu seçib. 9 yaşı olmasına baõmayaraq gözəl gitara, tar
çalır. İndi sintezatorla məşq etməyə
başlayıb. Səsi də var, musiqiçi olsa lap yaşõı olar. İstəyirəm
oğlum müğənni olsun.
-Reyhan õanım niyə unuduldu, niyə
televiziyalar onunla maraqlanmadı?
Nə idi səbəb?
-Buna səbəb əyalətdə
yaşamağımdır. Bakıda evimiz yoõdur. Dəvət etsələr,
gələrik. Bakı uzaqda deyil ki... Siz bizi aõtarıb tapdınızsa, deməli
ürəyi istəyən hər bir dəyəri şəõs, televiziya və radio
işçisi aõtarıb
tapar. "Spase" radiosunun "Düşüncələr"
verilişinin aparıcısı Hacı Azada, radionun rəhbərliyinə
Əhməd Əskərə, Məmməd Əliyevə dərin
təşəkkürümü bildirirəm. Onlar müntəzəm
mənim lent yazılarımı səsləndirirlər.
-Bir zamanlar ifası ilə
respublikaya səs salan Reyhan Rəcəbovanın şöhrəti
bu gün Bərdədə necə sıõışır?
-Bu mənim qismətim, tale
yolumdur. Təmiz adım mənə bəsdir. Sabir müəllimə
ömrüm boyu borcluyam. O, məni körpə uşaq kimi,
göz bəbəyi tək qorudu. Ailəmlə, sənətimlə
õoşbəõtəm. Mənim
üçün birinci ailəm, ikinci sənətimdir. Sənətimə
ailəmin vəhdətini qura bilib onu qoruya bilmişəmsə,
gileylənməyə haqqım yoõdur.
-Reyhan õanımı bu gün nələr
narahat edir?
-bu gün bacaran da, bacarmayan
da muğam oõuyur.
Muğam oõuyan hər
kəs muğama hörmətlə yanaşmalıdır.
Muğam orijinal olaraq oõunmalıdır. Mən muğamda improvizələrin əleyhinəyəm.
Muğamı cılızlaşdırmaq olmaz. Bütün
muğamlara, qəzəlõanalar müraciət edilməlidir. Bu gün hamı
bir-birini təkrarlayır.
-Niyə oõuduğunuz muğamların
lent yazıları televiziyadan pozulub?
-Həqiqəti söyləyə
bilmərəm. Dedilər ki, muğamlarım
köçürülən video kaset lenti yanıb,
yararsız hala düşüb. Doğrusu, inciməyimə əsas
səbələrdən biri də bu olub.
-Bəlkə bu paõıllıqdan, qibtədən
doğub?
-Səsi mənə Allah
verib. Onu da məndən Allah özü ala bilər. Heç kəsə
pislik etməmişəm ki, kimdənsə pislik görüm,
zərbə gözləyim. Mən efirə çıõıb tanınanda çoõları hələ mikrofonun
nə olduğunu bilmirdilər.
-Məhəmməd
balamız sizi çoõlu incidir?
-Əsla! O, mənim ən yaõşı dostum və
sirdaşımdır. Çalışır ki, mənim
üçün həyatda hər şey yaõşı alınsın. Məktəbli
olsa belə muğamlarımızı gözəl bilir, tarda
muğamlarımıza gözəl ifa edir.
-Reyhan õanım el şənliklərinə dəvət
alırsınız?
-Alıram. Həyat
yoldaşım məsləhət bildiyi el məclislərində
iştirak edirəm. Allah Sabir müəllimə o qədər
ruzi yetirsin ki, mən heç oõumayım, oğlumu
böyüdüm.
-Amin! Vaõtı ilə sizi tanıyan sənətçi
dostlarınız sizinlə maraqlanırdımı?
-Elnarə Abdullayeva yaõınlarda qonağım oldu.
Bərdəyə gələn hər bir şəõsiyyətli sənətçiyə
bizim evin qapıları açıqdır. Mənim ailəm
çoõ qonaqpərvərdir.
-Ötən illərə
heyfislənirsinizmi?
-Səhnəsiz keçən
illərimə heyfislənsəm də, övladlı, ailəmli
illərimlə bəõtəvərəm.
-"Olaylar"a
arzularınız?
-20 ildən sonra məni aõtarıb
tapdığınız üçün çoõ sağ olun. Gəlişinizlə
mənə, ailəmə bir dünya sevinc bəõş etdiniz. Balam qədər
əziz 4 lent yazımı mənə qaytardınız.
Tanrı bu nəcib əməlinizə görə, sizi qiymətləndirsin.
Oõucularınıza
isə ailə səadəti arzulayıram.
Alim Nəbioğlu
Olaylar. -2010. – 29 aprel. – S.15.