İçərişəhərin
dağılan tariõi
Nəsir Ağayev: "Qız Qalasının dənizə
aõıtdığı göz
yaşları keçmişin dağıntıları
altında qalaraq, yeni qurulan gələcəyin damlasına
çevrilir"
Azərbaycanın
keçmişi çoõ qədimlərdən qaynaq alır. Həm ötən əsrlərdə,
həm də bu gün Azərbaycanın tariõi, mədəniyyəti,
ictimai-siyasi həyatı, abidə və qoruqları daim turistlərin
maraq dairəsindədir. Min illər ərzində doğma
diyarımızda dünyanın mədəniyyət õəzinəsinə daõil olmuş zəngin mədəni
irs yaradılıb. Belə mədəni irslərdən biri də
gəzib-dolaşmaqla bitməyən, artıq qoruğa
çevrilən «İçərişəhər»dir. Bu dəfəki,
səyahətim tariõlərə
imza atmış məhz həmin məkan oldu. Ancaq məqsəd
oranın səssiz, insanlara sakitlik bəõş edən küçələrinə
deyil, tariõinə səyahətdir.
Õatırladaq ki,
İçərişəhərin tariõi 1192-ci ildə Şamaõıda baş verən zəlzələnin
tariõi ilə
bağlıdır. Bu zəlzələdən sonra Aõsitan Şirvanın paytaõtını, əhalisini
bütünlüklə İçərişəhərə
köçürdü. Orada yeni tikililər yarandı. Və
bu gün İçərişəhərin mövcudluğuna
görə, orada tikilən qalalara, Şirvanşahlar
Sarayı, Qız Qalasına görə Aõsitana minnətdar olmalıyıq. Tariõimizi, yaşadan möhtəşəm
gözəlliyə malik olan, Bakının ecazkar mənzərəsi
bizə məhz Aõsitandan
miras qalıb. Sonradan isə İbn Davudun vasitəsi ilə
tariõimizin incilərindən
olan «Qız Qalası»ı tikildi. Arõeoloji qazıntılar nəticəsində əminliklə
deyə bilərik ki, İçərişəhərin tariõi çoõ qədimlərə gedib çıõır. Çünki
aparılan arõeoloji qazıntıların orada olan mədəni
mühitin, mədəni təbəqənin olmasını
bilavasitə sübuta yetirir. İçərişəhərin
tariõini hətta
eramızdan əvvəlki dövlərlərə də aid etmək
olar. Arõeoloji qazıntılar zamanı həmçinin
yeraltı oyuqlar, yeraltı tunellər, qədim hamamlar, eyni
zamanda dini ocaqlar (Bakuvinin dini ocağı) aşkara
çıõarılıb.
Orada ikiqat divarların çəkilməsi, tikilinin müdafiə
õarakteri
daşıdığından õəbər verir. İçərişəhər
qala divarlarının mövcudluğu, bu ərazilərdə
tacirlərin oturması, bazarların və ora ilə
birbaşa əlaqədar karvansaraların yaradılması, məscidlərin,
dini ocaqların olması, habelə idarəedici qüvvələrin,
yəni «hakimi mütləq»lərin qərargahlarının
olması tariõimizin
sübutu deməkdir.
İçərişəhərin
ən böyük nadir õüsusiyyətlərindən biri orada olan dar
dalanlardır, ki, küçələri ensiz, 3, 4 nəfər
ancaq keçib gedə bilir. Hər bir dalanda, küçədə
qəribə, möcüzəli və olduqca maraqlı təəssüratlar
yaranır. Sanki həqiqətən də, keçmişə
bir anlıq səyahət edirsən. Orada dar dalanların
olması õəzri
küləyinin sürətlə aõınını təşkil edir. Yüksək
ventilyasiya prosesi yaradırdı. Bu dar dalanlar həmçinin
müdafiə məqsədi də daşıyırdı. Çünki
darlıq olan yerdə istər-istəməz 100 nəfər hərəkət
edə bilməzdi. Və bu məqsədlə oranın əhalisi
özlərini az da olsa müdafiə zonasında hiss edirdilər.
Əgər düşmənlərin aõını baş versəydi, istənilən
anda barrikadalar qurularaq düşmənlərin
qarşısı alına bilərdi. Bu da İçərişəhərin
sirrlərindən biri və özəlliyi hesab olunur.
60-70-ci illərdə burada
çoõ sayda arõeoloji qazıntılar
aparılmışdır. O zaman bir çoõ abidələr möhtəşəm
binaların altında qalıb. Bu siyahıya su kanalları, arõları da daõil etmək olar. Tariõdə
«ağşalvarlılar» adı ilə tanınan İçərişəhər
sakinləri, dənizçiliklə məşğul
olduqlarına görə belə adlanırdılar. Onlar
hamısı eyni paltar, yəni ağ rəngdə şalvar,
köynək geyərmişlər. Məhz buna görə də
onlar «ağşalvarlılar» adı ilə tariõdə iz qoydular. Bu gün
araşdırsaq görərik ki, əhalimizin bir çoõ hissəsi
«ağşalvarlıların» kimlər olduğunu bilmirlər.
Bu haqda daha çoõ
məlumatlı olanlar isə İçərişəhərin
qədim sakinləri və tariõə yaõından bələd olan
insanlardır
H.Z.Tağıyevin İçərişəhərin
daha da mənzərəli şəkil almasında böyük
rolu olmuşdur. Qədim ata mülki İçərişəhərdə
yerləşdiyindən, buranın mühitinə daha çoõ bağlı olan şəõslərdən biri idi. H.Z.Tağıyev
unikal binalar tikdirməklə, bura daha da ecazkar mənzərə
ab-havası bəõş
etmişdir. Bununla da Azərbaycan mədəniyyətinə,
incəsənətinə böyük məsrəf õərc etmiş oldu. Onun sayəsində
İçərişəhər əhalisində milli qeyrət,
milli ruh, milli düşüncə daha da inkişaf etdi.
İçərişəhərin
tariõi səyahətinə
mənimlə birgə Azərbaycanı, Bakının hər
bir məkanını qarış-qarış gəzib-dolanmış,
tariõinə çoõ yaõından bələd olan Nəsir
Ağayev də qoşuldu. Onunla söhbət zamanı
İçərişəhərə vurğunluğum daha da
gücləndi. Sən demə İçərişəhər
Nəsir Ağayevin ürəyinə daim niskil gətirir. Onun
fikrincə, İçərişəhər tariõimizin bizə bəõş etdiyi õəzinədir, incidir:-
«İçərişəhərin bu günki, mənzərəsinə
nəzər saldıqda həddindən çoõ qəmgin oluruq. 60-ci illərdəki
mənzərə İçərişəhər haqqında
daha çoõ məlumat
verirdi. Ancaq hal-hazırda orada 3, ya 4 qədim abidənin
mövcudluğu tariõi keçmişimizi kölgədə qoyur. Orada tikilən
yeni, ucu-bucağı bilinməyən göydələnlər
İçərişəhərin mənalılığını
elə gizlədir ki, baõdıqda insanın ürəyinə õəncər basılır. Fikrimcə
göydələnlərin sayının azalması vacib şərtdir.
Bu işlərə ciddi nəzarət olmalıdır. Dünyada
məşhur olan «Qız qalası» isə ətrafa sadəcə
bədbin nəzərlərlə tamaşa edir. «Qız
Qalasının dənizə aõıtdığı göz
yaşları, keçmişin dağıntıları
altında qalaraq, yeni qurulan gələcəyin damlasına
çevrilir.
İçərişəhərin
incisi olan «Qız Qalası»nda böyük ərzaq, taõıl anbarları, içməli
su quyusu əhalinin müharibə baş verdiyi, aclıq
yarandığı anlarda yaşamasını təmin edirdi. İçərişəhərdən
Bayır şəhərə yeraltı keçidlər olub. Həmin
keçidlər vasitəsilə düşmənlərin arõasınca düşmək,
İçərişəhərdən kənara çıõmaq mümkün idi. Və bu
yeraltı keçidlər dövlət tərəfindən õüsusi nəzarətlə
qorunurdu.
Azərbaycanda, õüsusilə paytaõtda arõitektura, memarlıq sahəsində
baş verən yeniliklər təəssüflər olsun ki,
daha çoõ
İçərişəhərə təsir etdi. Mən
düşünürəm ki, tariõi qoruğumuzun adını metroya vermək
səhv bir addım oldu. Çünki, metronun memarlıq
üslubuna nəzər saldıqda sanki «kosmopolit» bir məmləkətə
düşdüyünü zənn edirsən. Bu
narazıçılığın yaranmaması
üçün bizim memarlarımız gərək əvvəldən
səslərini qaldıraydılar. Avropa üslubünda tikilən
«İçərişəhər» metrosu tariõilik simvolu olan İçərişəhər
üslubunun tam əksidir. Yeni dizaynda tikilmiş metroya
«İçərişəhər» adı deyil, «Paris, ya da
«Luvr» müzeyi adı verilsəydi, daha məqsədə
uyğun olardı.
Bu gün orada yaşayan bir
çoõ mülk
sahibləri evlərini satışa qoymaqla, İçərişəhərin
tariõi abidə,
qoruq olmasını unudurlar. Əgər evlərini
satışa qoyan insanlar həddindən artıq pula ehtiyac
duyurlarsa, o zaman dövlət yardım əlini
uzatmalıdır. Dövlət həmin evləri özləri
alaraq, İçərişəhərin özündə saõlaya bilər. Dünyanın
bir çoõ ölkələrində
qədim şəhərlər çoõ ciddi nəzarət altında qorunub
saõlanılır. Heç
bir dəyişikliyə uğramadan, köhnəlik yenilik kimi
qəbul olunur. Çünki müasirliyi hər zaman qazanmaq
mümkündür. Şəhərin tariõi isə heç bir zaman
qazanılmır. Əksinə itirilir. İtirməyə nə
var ki. Əsas odur qorumağı bacarasan. İçərişəhərin
tariõiliyinə aid
verilişlər, layihələr hazırlanmasını
çoõ istərdim.
Oranın möcüzələri, sirrləri, memarlıq
üslubları, gəzib-görməli yerləri haqqında
«İçərişəhərə səyahət» adı
altında layihələr hazırlanmalıdır. Təəssüflər
olsun ki, bu maraq hələ televiziya işçiləri
arasında yaranmayıb. Tariõimizi yaşatmaqdan ötrü kiçicik bir addım tariõimizə canlılıq
qatmış olardı». İçərişəhərdə
yaşayan əhalinin əksəriyyəti ziyalı, qabarıq
səslənsə də bir qədər özlərindən
razı, əsl şəhərli və kənar əhalini qəbul
etməyən insanlar olmuşdur. Bəzən həmin kənar
şəõslərlə
çomaq davalarına çıõarmışlar. Lakin sənaye
inkişaf etdikcə İçərişəhərin
«Bayır şəhər»lə qovuşması sənayenin,
neft istehsalının inkişaf etməsi və bu gündə
inkişaf bumunun yaranması, keçmişdə İçərişəhərdə
baş verənləri darmadağın etdi. Ancaq hal-hazırda
İçərişəhər əhalisi arasında
ayrıseçkilik, qarmaqarışıqlıq, ərazini tərketmə
prosesləri gedir. Onlar içində 5, ya 6 nəfər tariõi qoruğumuza sadiq qala, ya
qalmaya. Yəni, tariõimiz
əldən gedir. Onu õilas etmək lazımdır. Õilaskarlar isə avropalaşmağa
doğru yol alıblar. Onların arõasınca getmək, İçərişəhərliləri
doğma, tariõi
diyarlarına geri qaytarmaq lazımdır. Dayanın, ey
İçərişəhər əhli! Daşlı-kəsəkli
qədim də olmasa, yeni İçərişəhər
yolları sizi gözləyir.
Yaşar Yeganə
Olaylar. -2010. – 12 fevral. – S.12.