ABŞ Konqresinə
etiraz müraciəti ünvanlanmalıdır
Qənirə Paşayeva: "Bu müraciət
24 apreldən õeyli əvvəl olmalıdır"
Parlamentin sonuncu iclasında birinci vitse-spiker, Milli Məclisin (MM) Təhlükəsizlik
və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov 24
aprel uydurma erməni "soyqırımı"
ilə bağlı
ABŞ Konqresinə müraciət
edərək, bu məsələnin sözügedən
qurumda müzakirəsinin
yolverilməz olduğunu
bəyan edib. Qeyd edək ki, birinci vitse-spikerin
bu təklif õarakterli müraciəti
həmin vaõt bitərəf
millət vəkili Qənirə Paşayeva tərəfindən də
dəstəklənib.
Millət vəkili
daha irəli gedərək bu yöndə müraciətin
bütövlükdə parlament
və parlamentarilər
adından ABŞ Konqresinə
ünvanlanmasının vacibliyini
dilə gətirib. Q.Paşayeva bir daha məlum təklifi üzərində
qaldığını və
israr etdiyini bildirib. Onun sözlərinə görə,
uydurma erməni soyqırımı ilə
bağlı ABŞ Konqresində
hər hansı bir müzakirə yolverilməz və qəbul edilməzdir. Eyni zamanda bunun
yolverilməzliyi ilə
bağlı mütləq
MM və deputatlar adından ABŞ Konqresinə
etiraz õarakterli müraciət ünvanlanmalıdır: "Ümumiyyətlə,
uydurma erməni soyqırımı ilə
bağlı təzyiqləri,
təhdidləri tək
Türkiyəyə yönələn
təzyiqlər, təhdidlər
kimi qəbul etməməliyik. Bu, elə
bizə qarşı
da yönələn təzyiqlər və təhdidlərdir. Çünki
bizim vətəndaşımız
da - Azərbaycan vətəndaşı olan
hər hansı bir insan da
heç cür razılaşa bilməz ki, yalan-yanlış iddialarla onun millətinin-türklərin ünvanına
õoşagəlməz ifadələr
işlədilsin və
onu olmayan hadisələrdə günahlandırsınlar...
Parlamentdə də birinci vitse-spiker tərəfindən ABŞ Konqresində
uydurma "erməni soyqırımı"nın müzakirəsinin
qəbuledilməzliyi ilə
bağlı həmin quruma ünvanlanmış
müraciət dilə
gətirildi. Eyni zamanda, mən də həmin iclasda çıõışım zamanı bu müraciəti dəstəkləməklə
yanaşı, parlamentarilər
və MM adından ABŞ
Konqresinə ayrıca
müraciətin ünvanlanmasının
vacibliyini dilə gətirdim. O zaman da, indi də
hesab edirəm ki, biz - millət vəkilləri olaraq hamımız birlikdə
ABŞ Konqresinə belə
bir müraciəti aprelin 24-dən õeyli əvvəl etsək, bu, çoõ
məqsədəmüvafiq olar. Müraciət etməliyik ki, bunlar yalan iddialardır
və siz bu yalan iddiaları
dəstəkləməklə ədalətsizlik edirsiniz,
həm də ATƏT-in
Minsk Qrupunun həmsədri
kimi Ermənistan-Azərbaycan
münaqişəsinin tənzimlənməsi
məsələsində özünüzün
obyektivliyinizi bəri başdan kölgə altına salmış olursunuz. Artıq siz bununla göstərirsiniz
ki, hansısa tərəfin mövqeyini tutursunuz. Bu baõımdan çoõ önəmli
olardı ki, aprelin 24-dən əvvəl
biz bu müraciəti çoõ əsaslandırılmış şəkildə ABŞ Konqresinə ünvanlayaq və göndərək. Onu da nəzərinizə
çatdırmaq istəyirəm
ki, bir müddət
əvvəl bir qrup millət vəkili ABŞ-da səfərdə olduq. Biz
o səfər zamanı
görüşlərimizdə də bir çoõ məsələləri
Amerika ictimaiyyətinin
və onun təmsilçilərinin nəzərinə
çatdırdıq. Mən
eyni zamanda istəyirəm, Azərbaycanın
õarici ölkələrdəki, õüsusilə ABŞ-dakı
diasporuna, diaspor təşkilatlarına səslənim.
Onlara səslənərək
demək istəyirəm
ki, õarici ölkələrdə,
õüsusilə ABŞ-da
yaşayan həmvətənlərimiz,
insanlarımız, vətəndaşlarımız
öz yaşadıqları,
fəaliyyət göstərdikləri
bölgələrdə, ştatlarda
fəal, aktiv olsunlar. Öz bölgələrinin konqresmenlərinə
müraciət etsinlər,
getsinlər, görüşsünlər,
bu məsələ ilə bağlı fikirlərini çatdırsınlar.
Bu məsələdə nə
qədər böyük
ədalətsizliyə yol
verə biləcəklərini
və verdiklərini onların nəzərlərinə
çatdırsınlar, bildirsinlər,
vurğulasınlar. Bunun
ümumiyyətlə, bölgədəki
vəziyyətə, Qarabağ
münaqişəsinin sülh,
danışıqlar yolu
ilə tənzimlənməsi
prosesinə nə qədər böyük bir mənfi təsir göstərəcəyini
və göstərdiyini
ABŞ konqresmenlərinin üzlərinə
söyləsinlər. Elə
bilirəm ki, bu məsələdə
ABŞ-dakı diasporumuzun
və diaspor təşkilatlarımızın daha çoõ aktiv, fəal olmasına ehtiyac var. Düzdür, bizim də müraciətimiz
önəmlidir, ancaq bizim õarici ölkələrdə,
o cümlədən ABŞ-da vətəndaş olan insanlarımızın
çəkisi, mövqeyi,
rolu daha önəmlidir. Ən əsası, onlar öz ölkələrində
səsvermə, seçib-seçmək
hüququna malikdirlər.
Ona görə mən onlara da səslənirəm ki, aprel ayının
24-dən əvvəl öz
aktivliklərini, fəallıqlarını
artırsınlar. Bu yerdə
qeyd edim ki, bir sıra
supergüclər və
beynəlõalq
dairələr Türkiyə
ilə Ermənistan arasında imzalanan məlum protokolların parlamentdən də keçməsini istəyirlər
və bunun üçün hər cür imkanlardan, vasitələrdən yararlanmağa,
təzyiq rıçaqlarını
işə salmağa çalışırlar. Bütün
bunlara rəğmən,
şəõsən
mən ümid edirəm və inanıram ki, ən azı, qardaş Türkiyə dövləti, onun parlamenti buna razı olamayacaq, amma təbii ki, bu təzyiqlərin
azaldılması istiqamətində
öz dəstəyimizi,
əlimizdən gələni
də əsirgəməməliyik.
Odur ki, bir daha aprelin
24-nə kimi uydurma erməni soyqırımının
müzakirəsinin yolverilməzliyi
ilə bağlı parlament adından ABŞ Konqresinə müraciət
ünvanlanmasını məqsədəuyğun
sayıam və bunun üzərində təkid, israr edirəm".
Alim
Olaylar. -2010. -17 fevral. – S.7.