Azərbaycan kinosunda yad simalar - Sergey Yurski

 

"Kamera qarşısında tamaşa göstərmək yoõ, çəkilməyi öyrənirəm"

 

Sənət zirvəsinə cəsarətlə addımlayan sənətkar.

 

Rusiyanın tanınmış, çoõ sevilən aktyor və rejissoru Sergey Yuryeviç Yurski teatr, kino və estradada məhsuldar və uğurlu işləri ilə şöhrət tapmış sənətkarlardan biridir. S.Yurski Azərbaycan incəsənətində də unudulmaz obrazlar yaradıb. O, kinorejissor Şamil Mahmudbəyovun «Dərviş Parisi partladır» (1978) filmində fransız təbiətşünası Müsyö Jordan rolunu ifa etməklə bərabər, həm də personajın nitqinin səsləndirilməsini də məharətlə yerinə yetirib.

Bu isə obrazın daha koloritli və təbii çıõmasına kömək edib. Bundan əlavə Yurski Qorki adına Leninqrad Dram Teatrında yazıçı Rüstəm İbrahimbəyovun «Kaliforniyada dəfn mərasimi» (1982) pyesinin də quruluşçu rejissoru olmaqla bərabər, həm də tamaşada yadda qalan obraz yaradıb. Sergey Yuryeviç Yurski 1935-ci ildə Leninqrada doğulub. Atası Yuri Sergeyeviç əvvəlcə aktyor, sonra isə teatrın bədii rəhbəri işləyib və bir neçə tamaşaya quruluş verib. Anası Yevgeniya Miõaylovna Romanova Yurskaya musiqi müəlliməsi olub. Poeziyada musiqi duyumunu gözəl bilən anası balaca Sergeyə nitqdə və hərəkətdə ritmi hiss etməyi öyrədirdi. Yeniyetmə yaşlarından gimnaziyada qoyulan tamaşalarda iştirak etdiyi vaõtdan Yurski təõəllüsünü qəbul edən Sergey sonralar belə oldu ki, əsl familiyası-Jiõorevdən imtina etdi. Onun uşaqlıq illəri müharibə dövrünə təsadüf edib. Bir çoõ yaşıdları kimi altı yaşlı Sergey də müharibə dəhşətlərinin şahidi olub. Doğrudur, müharibə başlananda Yurskilər ailəsi Soçidə istirahətdə idilər. Sonralar Sergey Yurski yazmış olduğu «Kto derjit pauzu» adlı kitabında həmin günləri belə təsvir edib: «Qızmar günəş, dəniz dalğaları, şimalda -doğma evdə isə müharibə. Hər şey qeyri-təbii və kontrastlı görünürdü. Dayım, palkovnik Kulşev müharibənin ilk günlərində həlak oldu. Digər qohumlar isə Leninqradda blokadaya düşdülər. Arõada qalmış yaşıdlarım kimi, mən də düşmənə qəzəb və nifrət hissi ilə alışıb-yanırdım. Cəbhəyə gedib, qisas almaq arzusu məni rahat qoymurdu. Dəfələrlə õəlvəti kinoteatrın hündür hasarını aşıb, hərbi õronikaya və hərbi filmlərə baõırdım. Ekranda gördüyüm müharibə alovu, ölümlə nəticələnən döyüş səhnələri gecələr yuõuma da girirdi».

Sergey Yurskinin aktyor olmaq istəyi təõminən on dörd yaşında baş qaldırmışdı. Atası ona bütün məsələlərdə tam sərbəstlik versə də, amma oğlunun aktyorluq taleyinə inanmırdı. Bununla belə, gənc Sergey müõtəlif rollar aõtarışı ilə gah pioner sarayına, gah da pedaqoji məktəbin dram dərnəyinə üz tuturdu. Atası onun səhnədə ilk addımlarının şahidi idi. Sergey «Müfəttiş»də Dobçinski, «Bayram yuõusunda nahara az qalmış»da Balzaminov, «Ağ mələk»də zənci rollarını ifa edirdi. Bu tamaşalarda yaõşı ifaya görə Sergey mükafatlara layiq görülürdü. Buna baõmayaraq, böyük Yurski fikrindən dönmək istəmirdi. Atası oğlunun kütləviliyə meylini görüb, ona vəkillik peşəsində özünü sınamağı məsləhət gördü. Ancaq bu peşə Sergeyin ürəyincə deyildi. Məktəbdə o, teatrdan sonra riyaziyyatı sevirdi. Atasının böyük nüfuz sahibi olmasına baõmayaraq, Sergey MÕAT-in aktyor studiyasına qəbul olunmağından, hüquq fakultəsinə qəbul olunmağı qərara alır. Məktəbi qızıl medalla bitirdiyinə görə universitetə imtahansız qəbul olunur. S.Yurski hüquq elmini öyrənməklə yanaşı universitetin dram dərnəyində də məşğul olmağa vaõt tapırdı. Atası bir tərəfdən onu teatr səhnəsindən uzaqlaşdırmağa çalışsa da, eyni zamanda evdə onunla məşqlər keçirir və faydalı məsləhətlər verirdi. Dram dərnəyinə düşmək üçün Sergey qəbul imtahanında Qoqolun «Şinel» əsərindən bir parça söyləməli oldu. On namizəddən beş nəfəri qəbul olundu. Onların arasında Sergey Yurski də var idi. Universitetdə qoyulan tamaşalarda Sergeyə bir-birinin ardınca müõtəlif rollar verildi. Üç il ərzində özfəaliyyət dərnəyində səhnələşdirilən Nekrasovun «Payız sıõıntısın»da Aptin və Lasukov, Malyuginin «Köhnə dostlar»ında Qorin, Trenyovun «Lyubov Yarovaya»sında Şvandya, Qaldoninin «İki oğlanın nökəri»ndə Truffaldino, Çeõovun «Təklif»ində Lomov və «Həyat yoldaşı»nda Ər, Leonovun «Adi insan»da Aleksey Ladikin, Qoqolun «Müfəttiş»ində Õlestakov, Molyerin «Tartyüf»ində Orqan və Qusevin «Şöhrət»ində Motılkov obrazları ilə çıõış edirdi. Bütün truppanın məşğul olduğu tamaşalar təkcə Leninqradda deyil, habelə Moskvada və vilayətlərdə göstərilirdi. Qeyd etmək lazımdır ki, kollektiv bir çoõ çətinliklərlə üzləşirdi. S.Yurski uzun müddət işlədiyi Qorki adına Leninqrad dram teatrında bəzi tamaşaların quruluşçu rejissoru da olub. Onun səhnələşdirdiyi əsərlərdən biri yazıçı Rüstəm İbrahimbəyovun «Koliforniyada dəfn mərasimi» adlı pyesdir. Təəccüb ediləsi odur ki, pyesdə kəskin şəkildə hakimiyyət problemi qoyulmasına baõmayaraq, əsər nazirliyin õüsusi tövsiyyəsi ilə hazırlanmışdı. Pyes dövlət komissiyası tərəfindən qəbul olunduqdan sonra ilk dəfə Riqa şəhərində qastrolda olarkən göstərilib. Birdən nə oldusa, bilinmədi.. Çoõsaylı təbriklərdən və təəccüblərdən sonra hər şey dəyişdi. «Buna necə icazə veriblər Yoõsa zaldakıların gülüşündən sonra. Təcili olaraq pyesdə siyahı üzrə qırõdan artıq dəyişiklik etməyi tələb etdilər. Bunan sonra ikinci premyera Moskvada göstərildi. Belə oldu ki, birinci tamaşadan sonra aktrisanın ayağı sındı. Õeyli müddət keçəndən sonra dedilər ki, daha oynamaq lazım deyil. Bir ildən artıq S.Yurski və R.İbrahimbəyov müõtəlif instansiyalara müraciət etslər də, heç bir əmr, qərar olmadan sadəcə tamaşa dayandırıldı. Əvvəlcə dekorasiyalar yoõa çıõdı, sonra isə tamamilə izi itirildi. Amma teatr həmin əsərə görə pul mükafatı aldı.

Sergey Yurski peşəkar teatra gəlişindən iki il sonra filmlərə dəvət almağa başlayıb. On il ərzində ardıcıl olaraq ildə bir filmə çəkilib. Müõtəlif janrda olan filmlərə dəvət olunub-operetta, dedektiv, komediya, õronika, hətta nağıl filmlərdə də rollar alıb: «Naməlum adam»da Qəribə adam, «Əyalət aktrisası»nda Nikita Baturin, «Şkid Respublikası»nda Viktor Sorokin, «Sınmış nal»da Yül Ardan, «Qızıl dana»da Ostap Bender və «Dərviş Parisi partladır» filmində Müsyö Jordan. Bəzi filmlərin taleyi uğurlu alınsa da, özünün dediyi kimi, o, əsl kinoaktyor da ola bilməyib. Kinoaktyor sənətinin qanunlarını bilməməsini Yurski personajının artistlik bacarığı ilə gizlətməyə çalışırdı. Sergey Yuryeviç bu barədə kitabında belə yazıb: «Teatr aktyoru və kino aktyoru arasında olan fərq haqqında danışanda, mən heç vəchlə bir sənəti o birindən yüksək tutmuram. Mən kinonu sevirəm, aktyorların çəkiliş proseslərində iştirakını yüksək dəyərləndirirəm və hesab edirəm ki, bu ilahidən verilən istedaddır». Şukşinin, Smoktunovskinin, Tereõovanın, Savvinanın, Leonovun, õaricilərdən-Cirottinin, Qabennin, Monika Vittinin, Mastroyaninin, və Marlen Brandonun əsl kinomatoqrafiyaçı bacarığına qibtə edirəm. Mən bütün varlığımla kinoaktyor peşəsinə yiyələnməyə çalışmışam. Kamera qarşısında tamaşa göstərmək yoõ, çəkilməyi öyrənirəm. Elə düşünürəm ki, «Zaman, irəli!» filmində mühəndis Marqulyesin rolunda və bir də «su üzərində çörək» televiziya tamaşasında (rejissor V.Geller) kapitan Basazginin rolunda istədiyimə nail ola bilmişəm. Bəlkə də iki sənət arasındakı fərqi aydın hiss etdiyim üçün, kinoaktyor peşəsi mənə çətinliklə başa gəlir.

1987-ci ildə teatr həyatının otuzuncu mövsümünü yaşayan Sergey Yurski Leninqraddan Movkvaya köçməyi qərara alır. Bu ərəfədə isə o, Ernest Heminqueyin «Fiyesta» əsərini səhnələşdirir. Ümumi rəyə görə, altı aylıq zəhmət tələb edən mürəkkəb əsərin səhnə həlli müsbət qarşılansa da ömrü az oldu. Bu azmış kimi Eldar Ryazanovun «Naməlum adam» filmində baş rola çəkiləndən təõminən beş-altı il sonra o, reklamsız və mətbuatsız ekranlara buraõıldı. Kitabını nəşr əhazırlayarkən doğma şəhərində televiziya, radio, kino və qəzet qapıları Yurskinin üzünə tamamilə bağlandı. Səbəbini aydınlaşdırmaq olmadı. Hətta çəkildiyi verilişlərdən də onun yerlərini kəsib götürdülər. Bir neçə cəhddən sonra televiziyanın yüksək rütbəli məmurunun aktyora cavabı  belə oldu: Şəõsən mən, Sizi başa düşürəm, ancaq məndən heç nə asılı deyil. Gözləmək lazımdır. Bizim söhbəti də unutsaz yaõşıdır. Mən sizə heç nə deməmişəm. Özünüz başa düşürsünüz də...

Həmin günləri Yurski belə õatırlayır: «Nəşriyyatdan kitabımın ilk nüsõələrini alan kimi mən doğma teatrla vidalaşdım. Demək olar, beş il mən bağlı qapılar arõasında yaşadım. Nəhayət, Moskvaya köçməyi qərara aldım. Moskva teatrı məni və õanımım Natalya Tenyakovanı qəbul edirdilər, ancaq sonra nazirlik səviyyəsində deyirdilər: «Belə fikir var ki, sizin gəlişiniz arzuolunmazdır. Yəqin ki, hər şeyi başa düşürsüz». Bu söhbətən sonra Yurski ona əziz olan rolları və tamaşaları buraõıb, bir estrada proqramı hazırladı. Bir qədər qorõu və risk qarşısında qalan aktyor tək-tənha Maqnitoqrsk, Kamçatka, Çukotka və Sarapulyevə «səyahətə» çıõdı. Babel, Pasternak, Mandelştam, Bunin, Şukşin və Şekspirin əsərlərindən ibarət proqram hazırlayıb zəhmətkeşlər qarşısında çıõış edirdi. Özünün yazdığı kimi, müõtəlif şəhərlərdə olmasına baõmayaraq, qorõu onu tərk etmirdi. O. yalnız səhnədə bu qorõunu unudurdu. Həmin günlərdə aktyor bir povest də yazmışdı. Özu haqda yoõ, başqa bir insan barədə. Yurski təkcə fantaziyasını deyil, həm də öz təcrübəsini onun üzərinə götürmüşdü.

Ümumiyyətlə, S.Yurskinin keçdiyi yaradıcılıq yolunu izləyərkən, əmin oluruq ki, õalq tərəfindən sevilən aktyorun səhnə həyatı dumansız, çiskinsiz olmayıb. Bütün çətinliklərə və maneələrə baõmayaraq, o, Rusiyanın qabaqcıl teatr və kino õadimlərindən biri kimi sənət zirvəsinə cəsarətlə addımlayan sənətkarlardan biridir. Azərbaycan sənətsevərləri də dəfələrlə onun aktyorluq məharətinin şahidi olublar.

 

 

Nisə Rafiqqızı

 

Olaylar. – 2010. – 3 iyun. – S.10.