"Qurani-Kərim"in təqdimatı keçirildi
Quranın 11-ci nəşri Azərbaycan
dilində işıq
üzü görüb
İyunun 3-də Təzə Pir camisində Qurani-Kərimin
Azərbaycan dilində
tərcüməsi və
Yasini Şərif kitabının təqdimatı
keçirilib. Nəşrin ön sözünün
müəllifi, dinişünas
alim Vasim Məmmədəliyev qeyd etdi ki, sayca
11-ci rəsmi nəşr
Qafqaz Müsəlmanları
İdarəsi və
"Qismət" nəşriyyatı
tərəfindən birgə
hazırlanıb. Onun
ərsəyə gəlməsində
isə iş adamı Halil Öztürkün böyük
əməyi olub. Onun sözlərinə görə,
H.Öztürk Quran çapında kifayət qədər təcrübəyə
malikdir. O, dəfələrlə Azərbaycan
dilində Quranı çap etdirib ki, bunun da
3-nü Türkiyədə reallaşdırıb.
Azərbaycanda ərəb
dilində müasir poliqrofik üslubu çətin olduğundan
hazırki Quranın da nəşri Türkiyədə həyata
keçirilib: "Bu quran
sırf Azərbaycan dilində çap edilib. Onun kiçik formatda
olması isə insanların özləri ilə daşıya bilməsinə xidmət edir. Belə kiçik həcmli
quran bir qədər əvvəl hərbçilər üçün
çap edilib. Quranı əvvəlkilərdən fərqləndirən
səciyyəvi xüsusiyyəti
onun dəqiq tərcüməsi və tərcümənin izahla verilməsindən ibarətdir".
V.Məmmədəliyevin bildirdiyinə görə,
Türkiyə quranı
Azərbaycana yardım
məqsədilə çap
edib. Ona görə, 5 min tirajla nəşr edilən Quran satış üçün
deyil, müsəlmanlara
bağışlanmaq üçün
nəzərdə tutulub.
Yaxın
gələcəkdə isə
Quranın rus və ərəb dillərində böyk formatda çapı nəzərdə tutulur.
Quranın 11-ci dəfə çap
edilməsinə baxmayaraq
hələ də cəmiyyətin tələbatını
ödəmədiyini deyən
QMİ sədrinin birinci
müavini Hacı Salman Musayevin sözlərinə görə,
bu tərcümə türkdilli xalqların tərcüməsindən dəqiqliyi
və bədiliyi ilə fərqlənir.
Bu da Quranın
insanlar tərəfindən
mənimsənilməsinə şərait yaradır.
S.Musayevin bildirdiyinə
görə, ərəb,
latın və Azərbaycan dilinə tərcümə şəklində
çap edilən "Yasini şərif" mollalar tərəfindən Qurani-Kərimin
düzgün qirayətinə
səbəb olacaq:
"İslamı düşünərək
dərk etmək üçün belə nəşrlərin əhəmiyyəti
böyükdür. Bəzi
nəşriyyatlardan fərqli
olaraq "Qismət"
nəşriyyatında dini
sahəni mükəmməl
bilənlərin olduğundan
Quranın çapı
zamanı səhvlərə
yol verilmir". Türkiyənin Azərbaycandakı səfirliyinin dini işlər üzrə müşaviri Zəfər
bəy qeyd etdi ki, Azərbaycanda
belə Quranın yayılmasına ehtiyac
var. Quranın dəqiq
tərcüməsi mümkün
olmasa da bu, səviyyəli tərcümədir. Tərcümənin izahlarla verilməsi isə onu daha
da oxunaqlı edir. Azərbaycanın
70 il təzyiqlər altında qalmasına baxmayaraq dinin Quranını qoruya bildiyni deyən millət vəkili Bəxtiyar Sadıxovun sözlərinə görə,
Qurani-Kərimin 11-ci dəfə
tərcümə edilməsi
xalqa, mədəniyyətə
böyük töhvə
deməkdir: "Quranın
səciyyəvi xüsusiyyəti
odur ki, köhnəlmir, üz qabığı dəyişsə
də mahiyyəti toxunulmaz qalır. Vaxtilə hər insanda Quran olmazdı, indi isə bir
ailədə bir neçəsi var. Quranın
çapı böyük
zəhmət və məsuliyyət tələb
etdiyindən bu səviyyədə Qurani-Kərimin
çapı əlamətdar
hadisədir". Sonda
Qurani-Kərmin ərsəyə
gəlməsində xüsusi
xidmətləri olan Halil Öztürk tədbir iştirakçıları
ilə təssüratlarını
bölüşdü: "Mənim həyat amalım insanlar arasında dini sahədə xidmət göstərmək, dini maarifləndirmə işini
aparmaqdan ibarətdir. Bu işləri güvəndiyim
dostlar sayəsində
görəndə özümü
bəxtəvər hesab
edirəm".
Alim
Olaylar. -2010. – 4 iyun. – S.8.