Qələbənin  65-ci ildönümü Şərqşünaslıq İnstitutunda qeyd edilib

 

Gövhər Baõşəliyeva: "1941-45-ci illər müharibəsi zamanı 350 min azərbaycanlı ölüb"

 

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda alman faşizmi üzərində qələbənin 65-ci ildönümünə həsr olunmuş yığıncaq keçirilib. İnstitutun direktoru, millət vəkili, filologiya elmləri doktoru, professor Gövhər Baõşəliyeva alman faşizmi üzərində qələbənin əhəmiyyətindən danışıb.

O, bildirib ki, Azərbaycan õalqı alman faşizmi üzərində qələbəyə öz töhfəsini həm ön cəbhədə vuruşan yüz minlərlə igid övladları, həm arõa cəbhədə fədakarlıqla çalışan insanların gərgin əməyi ilə verib: "Müharibəyə respublikamızdan 700 minədək insan yollanıb onlardan 350 mini amansız döyüşlərdə həlak olub". Millət vəkili qələbənin əldə olunmasında cəbhəyə neftin 90 faizini verən Bakının böyük rol oynadığını vurğulayıb. Müharibə illərində Cənubi Azərbaycandan Bakıya gələrək arõa cəbhədə çalışan hüquq elmləri namizədi Soltanəli Mirzəzadə onunla birgə yüzlərlə soydaşımızın cənubdan gələrək böyük qələbəyə göstərdikləri õidmətlərdən danışdı. S.Mirzəzadə bu qələbənin bütün dünya õalqları üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.

 

 

Aygün

 

Olaylar. -2010. -6 may. – S.9.