Bizim burnumuzdan qan açılırdı, konsertlər verirdik

 

Yalçın Rzazadə: "İndi fəxri ad alanların arxasında imkanlı insanlar durur"

 

Bu gün Azərbaycanda xalq əməkdar artistlərin sayı artıb. Bu da boş yerə deyil. qədər əməkdar xalq artistləri olar? Sənətə gələn hər bir kəs bu adı almağa iddialıdı. Fərqi yoxdu oxuya bildi bilmədi, sənət göstərdi-göstərmədi. Eləsi var ki, hələ heç mikrofonu əlində əməlli başlı tuta bilmir, amma fəxri adlardan danışır. İnsaflı olaraq deməliyik ki, həmin kəslər mikrofonu əlində tutmağı öyrənməmişdən əvvəl fəxri ad alırlar. bununla da fəxr edirlər.

Bu adların müntəzəm olaraq alınması sənət əhli arasında çaxnaşmalara səbəb olur. Bir il sənətdə olaraq fəxri ad alanları görən bir neçə il sənət stajı olmasına baxmayaraq fəxri adlardan məhrum olanlar mübarizəyə qalxır, od püskürürlər. Niyə o aldı, mən almadım.

Elə sənət adamları var ki, illərlə təqaüd, xalq artisti adını gözləyir düşünür ki, sənətə qoyduğu illərin əvəzində bu ada mütləq təklif olunmasıdı. Onlar arasında bu vasitələrlə maddi vəziyyətini normallaşdıracağına ümid edənlər az deyil. Bu bir həqiqətdir ki, sənətçilər, aktyorlar arasında çox bahalı maşın evə sahib olanlarla yanaşı, böyük ailə ilə bir otaqlı mənzilə sığınanlar da var. Amma onlara ömürlərinin sonuna qədər diqqət yetirilmir. Bütün bunların nəticəsində müəyyən fikirlər dolaşır-sənətçilər əyri yollarda əməkdar xalq artisti adını əldə edirlər. Bu fikirləri səsləndirənlər bildirirlər ki, buna əmin olmaq üçün araşdırma da aparıb bunun şahidi olublar. Bu sözlərə inanmaq üçün fəxri adlar alanlara diqqət yetirmək lazımdı. Onlarla adını üzünü ilk dəfə gördüyümüz fəxri ad sahibləri görürük. Bunu görəndə onların tanışlıq ya dediyimiz kimi əyri yollarla fəxri adlara layiq görüldüklərinə əmin oluruq.

İllər əvvəl  böyük çətinliklərlə, pambıq çöllərində, Müttəfiq Sovet respublikalarında verdiyi çoxsaylı konsertlərdən sonra əməkdar fəxri ada layiq görülən müğənni Yalçın Rzazadə bu fikirləri dolayısıyla təsdiq etdi. Müğənni illər əvvələ qayıdaraq, onun zamanında müğənnilərin böyük çətinliklərdən sonra fəxri adlara layiq görülmələrindən danışdı: "Mən özümdən danışmaq istəyirəm. Bununla da hər şey aydın olacaq. Mən 1970-ci ildə sənətə gəlmişəm. Kanservatoriyanın üçüncü kursundan Mərkəzi Komitə tərəfindən  AzTv-nin orksetrinə solist göndərilmişəm. Son günlərə qədər ordaydım. 1979-cu ildə əməkdar artist adını aldım. Bunu deməyimin bəbi var. 1980-cı ildə Dövlət mükafatı laureatı oldum. Sonralar bir qədər yaddan çıxdım. Sonra isə Gülüstan Sarayında konsertdə prezidentlə görüş oldu. Prezident görüşdə bildi ki, mən hələ əməkdar artistəm, xalq artisti adını almamışam. Görüşdən bir həftə sonra xalq aritsti oldum.

 

Xalq artisti olana qədər Azərbaycanı qarış-qarış gəzdim

 

Bu adı alana qədər Azərbaycanı qarış-qarış gəzmişəm. Burnumuzdan qan açılıb, konsertlər vermişik. Cəbhə bölgələrində konsertlərimiz olurdu. O vaxt biz bölgələri reklam üçün gəzmirdik. Dünyanın böyük səhnələrini görüb bu adı almışam. Çox əziyyət çətinliklərdən sonra bu mənə qismət olub".

 

"Biz uğurları dişimizlə, dırnağımızla qazanmışıq"

 

Y.Rzazadə bu gün müğənnilərin bir mahnını oxuya bilmədikləri halda fəxri adlar aldıqlarını deyib. Deyir ki, əksəriyyət canlı oxumağın olduğunu belə bilmir: "İndi görürəm ki, canlı oxuma bilməyənlər xalq artisti olurlar. Heç olmasa mikrafonu əllərinə alıb, iki mahnı canlı oxusunlar, sonra ad alsınlar. Bu yaxınlarda AzTV-də bir veriliş çəkilirdi. Orda məndən soruşdular ki, "Yalçın müəllim, titullarınızı yazaq?" Mən cavab verdim ki, xahiş edirəm yazmayın. Sadəcə qeyd edin Yalçın Rzazadə, vəssalam. Aparıcı redaktor mənə baxdılar dedilər ki, "Tofiq Quliyev haqqında veriliş hazırladıq altında xalq artisti yazmadıq". Təsəvvür edin , o boyda dahi insan. Belə baxanda hər yerindən duranın adının altında xalq artisti yazılır. Mən özüm xalq artisti kimi elan olunanada diksinirəm. İstəmirəm məni belə elan etsinlər. Prezident mənə təqaüd verib, zəhmətimi qiymətləndirib. Bu mənim üçün ən vacib şeydi. Bu gün xalqın, dövlətin mənə olan münasibətindən çox razıyam. Amma istəyirəm hamı bilsin ki, biz bu uğurları dişimizlə-dırnaqla qazanmışıq". 

 

Toylarda oxuyur olurlar əməkdar, sonra da xalq artisti

 

Sənətkarın sözlərinə görə, xalq artisti adını toylarda oxumaqla almaq olmaz. Amma bu gün bu ada layiq olanların fəaliyyəti yalnız toylarla məhdudlaşır: "Əksəriyyət bir-iki mahnı yazdırır, toylarda oxuyur olurlar əməkdar, sonra da  xalq artisti. Bəzi hallarda görürük ki, bir çoxlarının  arxasında imkanlı insanlar durur. Bunu sizdə bilirsiniz. Müəyyən şərait yaradılır ki, bu belə olsun. Dövlətin o qədər problemi var ki. Hər şeyi dövlətin üstünə yıxmaq olmaz. Günahı siyahını tərtib edənlərdə axtarmaq lazımdı".

 

 

Nizamiqızı  Gülər

 

Olaylar. -2010. – 7 may. – S.13.