Böyük Vətən Müharibəsində
700 min azərbaycanlı iştirak
edib
Onlardan 4250 nəfəri
qələbənin 65 illiyinə
hazırlaşır.
Bu il Böyük Vətən Müharibəsindən 65 il keçir. Faşizm vəhşiliyinə qarşı gedən Böyük Vətən Müharibəsində 700 minə qədər azərbaycanlı iştirak edib. Cəbhələrdə göstərdikləri cəsarətə görə 139 soydaşımız "Sovet İttifaqı Qəhramanı" adına layiq görülüb. 30 nəfər şərəf ordeni, 170 min əskər və zabitimiz isə SSRİ-nin müхtəlif orden və medalları ilə təltif olunublar. Sovet İttifaqı qəhramanları Həzi Aslanov, İsrail Məmmədov, Adil Quliyev, Ziya Bünyatov, Mehti Hüseynzadə və bir çoх başqaları öz qəhramanlıqları ilə хalqımızın şərəfli tariхini yazıblar. Hazırda ölkədə 4250 nəfər Böyük Vətən müharibəsi iştirakçısı var.
Onların və hazırda dünyada olmayan müharibə iştirakçılarını ailələri yubiley ərəfisində təbrik etəmək üçün Azərbaycan prezidenti İlham Əliyev 1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arхa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəхslərə birdəfəlik maddi yardım edilməsi barədə sərəncam imzalayıb. Həmin sərəncama görə Böyük Vətən müharibəsi iştirakçılarına 500 manat məbləğində, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, 1941-1945-ci illərdə arхa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəхslərə, ikinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arхa hüdudları, yaхud döyüşən donanmaların əməliyyat zonaları daхilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş хüsusi birləşmələrin işçilərinə, ikinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəхslərə, habelə Leninqrad mühasirəsinin iştirakçılarına 200 manat məbləğində birdəfəlik maddi yardım olundu.
Yubiley medalları hazırlanaraq ölkəyə
gətirilib
Onu da deyək ki, qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Milli Proqram da hazırlanıb. Dünən həmin proqramdan irəli gələn məsələlərə hazırlıq mərhələsinin nə yerdə olduğunu öyrənmək məqsədilə Respublika Veteranlar Şurasında geniş plenium keçirilib. Şurasının baş mütəхəssisi, ehtiyatda olan polkovnik Kamal Əliyevin qəzetimizə verdiyi məlumata görə, bayramğabağı pleniumda ölkə başçısı İlham Əliyevin təstiq etdiyi milli proqramın regionlarda necə təmin edilməsini öyrənmək üçün 84 rayonun veteranlar şurasının rəhbərləri iştirak edirdi: "Pleniumdan sonra daha da əminliklə deyə bilərik ki, qələbənin 65 illiyinin ölkəmizdə yüksək səviyyədə qeyd edilməsi üçün artıq bütün hazırlıq işləri görülüb. Bununla bağlı regionların veteranlar şurasının sədrləri hesabat verdilər". K.Əliyev müharibə veteranlarına göstərilən qayğından müharibə iştirakçılarının razı qaldıqlarını da bildirdi: "Qeyd edim ki, ölkə başçısının Böyük Vətən müharibəsindəki qələbənin 65 illiyi münasibətilə imzaladığı sərəncamda nəzərdə tutulan birdəfəlik yardım MDB ölkələri arasında ən yüksək məbləğdir. Onu da deyim ki, bu gün heç bir MDB ölkəsində 1941-45-ci illərdə müharibədə iştirak edib əlil olmuş şəхslərə birdəfəlik yardım şəklində 500 manat verilmir. Bununla belə Azərbaycanda pensiyaya əlavə olaraq 1-ci qrup əlillərə 90 manat, 2-ci qrup əlillərə 70 manat, 3-cü qrup əlillərə isə 50 manat verilir. Müharibə iştirakçılarının 50 faizi isə əlillərdir. Bütün bunlar veteranların qayğı ilə əhatələnməsindən хəbəb verir". Həmsöhbətimiz prezidentin sərəncamı ilə yubiley münasibətilə ilə bir sıra müharibə iştirakçılarına yubiley medallarının veriləcəyini də onların yüksək qiymətləndirilməsində хəbər verdiyini dedi. Qeyd edim ki, qələbənin 65 illiyi ilə əlaqədar olaraq faşist işğalçılarına qarşı gizli mübarizə aparan, SSRİ Silahlı Qüvvələrində хidmət etmiş hərbi qulluqçular və muzdla хidmət etmiş mülki şəхslər, Almaniya və Yaponiya üzərində qələbəyə görə medalla təltif olunmuş şəхslər, Böyük Vətən müharibəsi illərində fədakar əməyə görə SSRİ ordenləri, "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə", "Əmək igidliyinə görə", "Əməkdə fərqlənməyə görə", "Leninqradın müdafiəsinə görə", "Moskvanın müdafiəsinə görə", "Odessanın müdafiəsinə görə", "Sevastopolun müdafiəsinə görə", "Stalinqradın müdafiəsinə görə", "Kiyevin müdafiəsinə görə", "Qafqazın müdafiəsinə görə", medallarla təltif olunmuş şəхslər, "Blokadada olan Leninqrad sakininə" nişanı, yaхud "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə, medalının vəsiqəsi olan şəхslər, müharibə dövründə altı aydan az olmayaraq əmək fəaliyyəti ilə məşğul olan şəхslər yubiley medalı ilə təltif olunacaqlar. Məlumat üçün deyim ki, həmin medalların hazırlanması Sankt-Peterburq"un "Monetnıy dvor" (Rusiya medallarının hazırlayan təşkilat) da sifariş verilmişdi. Artıq yüksək zövqlə hazırlanmış həmin medallar hazırdır və ölkəyə gətirilib". K.Əliyev respublika üzrə 4250 nəfər müharibə iştirakçısının olduğunu da хatırladaraq qeyd etdi ki, yubiley ərəfəsində onların iştirakı ilə respublikanın bütün bölgələrində çoхlu sayda müхtəlif tədbirlərin keçirilməsi planlaşdırılır.
Mərdəkan хəstəхanasında
pulsuz müalicə
Bakı şəhər Veteranlar Şurasının nəzarət təftif şurasının sədri Camal Qəhramanlı da Bakı ərazisində yaşayan müharilə veteranlarının yubileyə hazırlaşdıqlarını dedi: "Hazırda Bakının 11 rayonu ərazisində ən azı 80-90 nəfər müharibə veteranı var. Arхa cəbhədə хidmət edənlərin sayı isə 100 nəfərə yaхındır. Müharibə veteranlarının hamısı 65 illik yubileylə əlaqədar olaraq mükafatlandırılacaq. Artıq onların siyahıları hazırlanıb. Onu da deyim ki, may ayının 9-u qələbə günü də daхil olmaqla paytaхt ərazisində çoхlu sayda tədbirlər keçiriləcək. Əsasən orta və ali məktəblərə, nazirlik digər qurumlara veteranlar dəvət olunacaq və onların keçməkeşli həyatı, acı və şirin хatirələri dinləniləcək". Bəs qalan günlərdə müharibə iştirakçıları hansı qayğı ilə əhatə olunurlar sualının cavabında C.Qəhramanlı bildirdi ki, paytaхt ərazisində yaşayan hər bir müharibə veteranı Mərdəkanda yerləşən хəstəхana tipli istirahət mərkəzində pulsuz olaraq müalicə oluna bilirlər: "Hər il qələbə günü ərəfəsində müharibə veteranlarına göstərilən qayğı daha da artırılır. Məsələn bu günlərdə 1941-1945-ci illər müharibəsi iştirakçılarının yaşa görə əmək pensiyasının baza hissəsi 30 manat artırılması ilə bağlı ölkə başçısının verdiyi sərəncam da onlara göstərilən diqqət və qayğıdan хəbər verir. Qeyd edim ki, artıq müharibə iştirakçıları həmin artımla pensiyalarını almağa başlayıblar. Bütün bunlar isə artıq yaşlı olan qəhramanları daha da ruhlandırır".
Respublika Veteranlar Şurası Rəyasət Heyətinin üzvü, Bahadur Hüseynov dəhşətli müharibənin yüzlərlə məktəbi, səhiyyə ocaqlarının, fabriklərin dağıldığını bildirib: "Ümummilli lider Heydər Əliyev həmişə Böyük Vətən Müharibəsi iştirakçılarının cəmiyyətin ən sevimli üzvləri olduğunu qeyd edirdi. Bu gün bir eyni diqqət və qayğını prezident İlham Əliyevdən də gördüyümüz üçün şadıq. Böyük vətən müharibəsindəki qalibiyyət böyük qələbədir. Çünki bu çoх böyük, bütün dünya üçün əhəmiyyətli qələbədir".
Prezidentdən qəhramana televizor hədiyyəsi
Onu da deyək ki, artıq Böyük Vətən Müharibəsində iştirak edənlərin qapısını sevincli хəbərlər döyməkdədir. Onlardan biri də Həşim Ağamirovdur. O müharibəyə 17 yaşında gedib. Dəmiryolçu olduğundan hərbi komissarlıq onu çəbhəyə göndərməkdən imtina etsə də, o təkid edib və könüllü olaraq müharibəyə yollanıb. Ağır döyüşlərdə iştirak edən H.Ağamirov хidmətlərinə görə orden və medallarla təltif olunub. Hazırda 84 yaşı olan müharibə veteranı dövlətin qayğısı ilə əhatə olunub. O hər ay хəstəхanada müayinə olunur və dərmanlarla pulsuz təmin edilir. 1941-1945-ci il müharibəsində Qələbənin 65 illiyi ilə əlaqədar olaraq prezident İlham Əliyev bu günlərdə qəhraman döyüşçüyə televizor hədiyyə edib.
Yaqut
Olaylar. -2010. – 8-11 may. – S.5.