Dəli Kür nələri üzə çıõartdı

 

Respublika ərazisində baş verən təbii fəlakət bir sıra dövlət strukturunun yol verdiyi qanun pozuntularını üzə çıõart. Kür Arazın hər il daşma ehtimalı olduğunu yaõşı bilən ayrı-ayrı strukturlar təəssüf ki, vaõtında lazımi tədbirlər görməməklə vətəndaşları təhlükə ilə üz-üzə qoyublar. Aran rayonları üçün õarakterik olan daşqınlar aidiyyati qurumlar tərəfindən lazımi işlərin vaõtında görülməsini tələb edir. Çoõ təəssüf ki, müõtəlif dövlət qurumlarının bu istiqamətdə "fəaliyyəti" heç bir nəticə vermədi. Salyan, Neftçala, Sabirabad, Zərdab digər Kürətrafı rayonlarda görülən sahilbərkitmə bəndatma işləri keyfiyyətsiz olduğundan daşqınlara tab gətirə bilmədi.

Nəticədə onlarla rayon və şəhər su altında qaldı, insan tələfatı baş verdi, yol infrastrukturu dağıldı. Təbii fəlakətin miqyası o dərəcədə böyükdür ki, dövlət başçısı onun nəticələrinin aradan qaldırılması məqsədilə iki dəfə müşavirə keçirərək tapşırıqlar verib. Hazırda baş nazinin müavini Abid Şərifov, daõili işlər naziri Ramil Usubov, Daõili Qoşunların Komandanı Zakir Həsənov, Meliorasiya su təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə, eləcə fövqəladə hallar naziri Kəmaləddin Heydərov müavinlərinin fəlakət zonasında olduqları bildirilir. Ancaq təəssüf ki, dövlət strukturlarının bütün qüvvələri səfərbər edilsə , daşqınların qarşısını almaq mümkünsüz olub. Belə ki, son məlumata görə, artıq "Sarısu" gölünün daşması nəticəsində İmişli Saatlı rayonlarının kəndləri su altında qalıb. Bütün sadalanan faktlar deməyə əsas verir ki, ayrı-ayrı təşkilatlar üzərlərinə düşən vəzifələri vaõtında icra etmədiklərindən fəlakətin miqyası bu qədər böyük olub.   

 Məlumata görə, Salyan rayonunun daha çoõ daşqınlara məruz qalması nəzərə alınaraq hələ iki il öncə rayonu sel sularından mühafizə etmək məqsədilə Kür çayının istiqamətinin dəyişdirilməsi layihəsi hazırlanıb. Ancaq ötən müddət ərzində nəinki çayın istiqaməti dəyişdirilməyib, hətta Kürün deltası belə təmizlənməyib. Bunu təbii fəlakət zamanı görülən tədbirlər bir daha sübut etdi. Belə ki, son məlumatlara görə, Kürün deltasının 40 santimetr dərinləşdirilməsi nəticəsində çayın Õəzərə aõını sürətlənib nəticədə suyun səviyyəsi 20 santimetr (dünənə olan məlumata görə 80 sm) aşağı düşüb. Deməli, vaõtında təkcə Kürün deltası təmizlənsəydi, fəlakətin miqayası bu qədər böyük olmazdı. Digər bir problem inşaa edilən bəndlərin keyfiyyətsiz standartlara uyğun olmamasıdır ki, bunun da nəticəsində sel sularının kəndlərə yayılmasının qarşısını almaq mümkün olmayıb. Meliorasiya Su Təsərrüfatı Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə prezidentin keçirdiyi müşavirədə qeyd etdi ki, Kür boyu atılan bəndlər keyfiyətsiz olub, bəndlər əsasən torpaqdan tikildiyindən daşqınlar zamanı onun bünövrəsi horraya çevrilib. Məlumata görə, Kür boyu bəndlərin salınması məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitin õeyli hissəsi  mənimsənilib. Nəticədə bəndlərin aşağı hissəsi 80 santimetr olduğu halda getdikcə onun qalınlığı õeyli azaldılıb ki, bu da bəndin tikintisi zamanı dəmir-beton konstruksiyadan istifadə edilməməsinə dəlalət edir. Sırf torpaqdan heç bir müdafiə ehkamından istifadə edilməyən bənd dərəcədə "Dəli Kürün" qarşısını ala bilərdi? Məhz belə məsuliyyətsizliyin nəticəsidir ki, respublikanın aran rayonları bütövlükdə su altında qalıb. Hazırda Sabirabad rayonuna giriş-çıõış bağlanıb, rayonda 30 nəfər itkin düşüb. Təbii fəlakətin miqyasının bu qədər böyük olmasında Meliorasiya Su Təsərrüfatı ASC-nin günahı danılmazdır. Məlumata görə Kürətrafı rayonlarda ümumiyyətlə, kanalizasiya kollektor sistemi olmadığından qurunt sularının həcmi artır. Çünki bu rayonların heç birində sel sularının aõıdılması üçün şərait yoõdur. Bu səbəbdən fəlakətdən ziyan çəkmiş rayonlarda leysan yağışları nəticəsində yaranan selin Kürə aõması mümkün olmur. Hətta Regionların İnkişafına dair Dövlət Proqramı çərçivəsində sözügedən rayonlarda kanalizasiya sistemi nasasõanalar quraşdırılmayıb. Baõmayaraq ki, sözügedən proqramda bu kimi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Məlumata görə, təkcə Meliorasiya Su Təsərrüfatı ASC-yə daşqınların sel sularının qarşısını almaq məqsədilə 70 milyon manat vəsait ayrılıb. Lakin həmin vəsaitin təyinatı üzrə õərclənmədiyi bildirilir. Təbii fəlakətin miqyasının artmasında "Azərkörpü", "Azərenerji" şirkətlərinin məsuliyyətinin olduğu göz qabağındadır. Bu kimi şirkətlərin üzərinə düşən vəzifələri icra etməməsi nəticəsində rayon kəndlərlə əlaqə tam kəsilib, əhali uzun müddət işıqsız qalıb. Yalnız dövlət başçısının göstərişindən sonra ayrı-ayrı strukturların fəaliyyətində canlanma müşahidə olunur. Belə çıõır ki, ölkə prezidenti göstəriş verməsəydi, baş verən hadisələrdən sonra da  bu qurumlar öz səlahiyyətləri çərçivəsində vəzifələrini icra etməycəkdi. Bütün sadalanan faktlar bir sıra strukturların fəaliyyətində qanunsuzluqların korrupsiya hallarının mövcudluğunu təsdiq edir.

 

 

Alim

 

Olaylar. -2010. -15 - 17 may. –S.4.