Erməni hərbçiləri Qubada 16 min insanı qətlə yetiriblər
"Daşnak-bolşevik birləşmələri 162 kəndi,
26 məscidi, yüzlərlə
ev və tikilini məhv ediblər"
"Ermənilər
3 minə yaxın yəhudini öldürüblər".
Prezident yanında
Kütləvi İnformasiya Vasitələrinə Dövlət
Dəstəyi Şurasının maliyyə dəstəyi ilə
"Olaylar" qəzetinin həyata keçirdiyi "Erməni
terroru və separatizmi bəşəriyyətə təhlükədir"
layihəsi çərçivəsində tədbirlər
davam edir. Qəzet növbəti tədbirini mayın 15-də
Qubada keçirib. Bir qrup jurnalistin Quba şəhərində
yerləşən Soyqırım muzeyinə səfəri təşkil
edilib. Qeyd edək ki, məzarlıq 2007-ci ildə ərazidə
stadion tikintisi zamanı aşkarlanıb. Sonradan AMEA Arxeologiya və
Etnorqafiya İnstitutunun əməkdaşı, "Quba
Soyqırımı" Ekspedisiyasının rəhbəri,
arxeoloq Qəhrəman Ağayevin rəhbərlik etdiyi
ekspedisiya qrupu ərazidə arxeoloji qazıntılar aparıb
və dəhşətli faktlar meydana çıxıb. Qəhrəman
Ağayev Quba məzarlığının yaranma tarixi
haqqında jurnalistlərə məlumat verib. O, qeyd edib ki, məzarlığın
yaranması ötən əsrə təsadüf edir. Belə
ki, 1918-ci ilin mart-aprel aylarında Şimali Azərbaycanın
bir neçə şəhər və rayonunda erməni və
bolşevik terror birləşmələri qanlı
qırğınlar törədiblər: "1918-ci ili
mayın 1-də Qubaya daxil olan 5 mindən artıq
daşnak-bolşevik birləşmələri 16 min dinc əhalini
öldürüb, 162 kəndi, 26 məscidi, yüzlərlə
ev və tikilini, 1300-ə yaxın kitabı yandıraraq məhv
ediblər. Həmin vaxt Azərbaycanda yaşayan digər millətlərin
nümayəndələri də öldürülüb. Ermənilər
3 minə yaxın yəhudini qətlə yetiriblər". Q.Ağayev
bildirib ki, Qubada aşkarlanan kütləvi məzarlıqda
1918-ci ildə ermənilər tərəfindən qətlə
yetirilən azərbaycanlılar dəfn olunub. Kütləvi məzarlıqda
dəfn olunanları yalnız kəllə sümüklərinə
görə müəyyənləşdirmək mümkün
olub: "Qazıntılar zamanı 400-dən yuxarı kəllə
sümüyü aşkarlanıb. Qeyd edk ki, qazıntılar
zamanı onların bir qismi dağılıb və 400 kəllə
sümüyü qalıb. Kəllə sümüklərinin
50-dən çoxu uşaqlara, 100-ü qadınlara,
qalanları isə kişilərə məxsusdur. Məzarlıqda
aşkar olunan kişilərə məxsus kəllə sümüklərinin
demək olar ki, 95 faizi yaşlı insanlara məxsusdur. Sümüklər
üzərində aparılan araşdırmalar zamanı
sümüklərdə güllə izləri
aşkarlanmayıb. Belə ki, vəhşi ermənilər
insanları əsasən küt alətlərdən istifadə
etməklə öldürüblər. Sümüklərdən
mismar, bıçaq kimi alətlər tapılıb ki, bu da
ermənilərin insanları bu alətlərdən istifadə
edərək öldürdüyünü göstərir.
İbrahimova Aygün
Olaylar. -2010. – 18 may. – S.11.