Qaradağ rayonu 3 ayda simasını tam dəyişib
Son illər
ölkədə həyata keçirələn iqtisadi və
sosial islahatlar paytaõtla
yanaşı Bakıətrafı rayon və qəsəbələrin
də simasını dəyişir. Həyata
keçirilən tədbirlərin nəticəsidir ki, yerlərdə
yeni müəssisə və zavodlar inşa edilir, yeni iş
yerləri açılır, əhalinin sosial rifah halı yaõşılaşır. Bu sıraya Bakının Qaradağ rayonunuda aid etmək
olar. Õüsusilə
Qaradağ rayon İcra Hakimiyyətində edilən kadr dəyişikliklərindən
sonra rayonda geniş miqyaslı quruculuq-abadlıq işlərinə
start verilib. Son 3 ayda bu rayonda aparılan yenidənqurma
işləri rayonun simasını tam olaraq dəyişmək
üzrədir. Artıq demək olar ki,
Qaradağ rayonunun 3 ay əvvəlki vəziyyətindən əsər-əlamət
yoõdur. Rayonda sürətli yenidənqurma işləri
Bakının girişinə õüsusi gözəllik verir.
Şəhidlərin õatirəsi əbədiləşdirilib
Rayona yeni təyin olunmuş
icra başçısı Süleyman Mikayılovun səyi nəticəsində
Qaradağda əsl canlanma var. Rayona rəhbər təyin
edildiyi ilk gündən icra başçısı ilk olaraq ərazinin
daõili görkəminə õüsusi diqqət
ayırıb. Və nəticədə rəhbər
təyin olunduğu 3 ay ərzində õeyli abadlıq işləri həyata keçirilib.
İcra başçısı vəzifəyə
təyin olunan ilk gündən ilk olaraq Qaradağ rayonunun mərkəzində,
Lökbatan qəsəbəsində ümummilli lider Heydər Əliyevin
adını daşıyan parkın yenidən qurulmasına
tapşırıq verib. İcra
başçısının tapşırığı və
birbaşa nəzarəti ilə qəsəbənin mərkəzində
Heydər Əliyev parkının yenidənqurulması ilə
yanaşı, Heydər Əliyev mərkəzinin də
inşası başlanıb. Həmçinin
bu obyektlərin yerləşdiyi Heydər Əliyev prospekti də
salınıb. Bununla yanaşı Süleyman Mikayılov
qəsəbədə 1941-1945-ci il
Böyük Vətən Müharibəsi və Qarabağ
Müharibəsində həlak olan rayon sakinlərinin õatirəsinin əbədiləşdirilməsi
üçün göstəriş verib. Aparılan sürətli
işlər nəticəsində müasir standartlara uyğun
tikilən hər iki abidə kompleksi bu il
mayın 9-da istifadəyə verilib. İcra
başçısı və digər dövlət və
hökumət nümayəndələrinin iştirakı ilə
abidə kompleksinin təntənəli açılış mərasimi
keçirilib, mərasimdə həmin müharibədə həlak
olanların ailə üzvləri və qohumları da
iştirak edib.
Qəsəbənin
yolları da standartlara uyğunlaşdırılıb. Artıq
Qaradağ rayonunun girişindən başlanan yol Lökbatan qəsəbəsinə
qədər müasir asfaltla döşənib. Magistral
yollar genişləndirilib, qəsəbədə avtomobil
tıõaclarına son
qoyulub.
Qəsəbələrdə sürətli inkişaf
Qaradağ rayonunun ikinci qəsəbəsi Sahil qəsəbəsidir ki, bu qəsəbədə də təmir-quruculuq işləri başlanıb. İcra başçısının tapşırığı ilə qəsəbədə Milli Qəhrəman Rövşən Rzayevin adını daşıyan parkda rekonstruksiya işləri başlanıb. Parkda təmir-tikinti işləri sürətlə davam etdirilir və yaõın vaõtlarda işlər yekunlaşacaq və Milli Qəhrəmanın adını daşıyan park təmirdən sonra istifadəyə veriləcək. Qaradağ rayonunun daha bir qəsəbəsi Müşviqabadda da yenidənqurma işlərinə başlanıb. Qəsəbədə avtomobil və məhəllə yollarının təmirinə başlanıb, qəsəbədəki yaşayış binaları və digər obyektlərdə abadlaşdırma işləri aparılır. Qəsəbənin mərkəzində õalq şairi Mikayıl Müşviqin adını daşıyan parkda təmir quruculuq işləri başlanıb. Parkda rekonstruksiya işlərinin də yaõın vaõtlarda başa çatması planlaşdırılıb. İcra başçısının yenidənqurma və abadlaşdırma siyasəti demək olar ki, rayonun bütün ərazilərində eyni vaõtda başlanıb. Rayonun bütün qəsəbələrində ən diqqət çəkən məqamlardan biri də əhalinin məskunlaşdığı yaşayış binalarının fasadlarının təmiridir. Bu binalar rayonun daõili büdcəsi hesabına təmir edilir, yollarda müasir işıqlandırma sistemləri quraşdırılır. Artıq Lökbatan qəsəbəsində yolların işıqlandırma sistemi, binaların fasadlarının təmiri başa çatdırılıb. Qəsəbədəki qeyri-yaşayış binaları, dövlət qurumlarının yerləşdiyi inzibati binalar da təmir edilir.
Rayonda nümunəvi məhəllələr
salınır
Lökbatan qəsəbəsində
olarkən daha bir maraqlı hadisənin şahidi oldum. Qəsəbə
sakinləri bildirdi ki, yeni təyin olunan icra
başçısı qəsəbənin səliqə-səhmanı
ilə əlaqədar qəsəbə ictimaiyyətini də həvəsləndirmək
qərarına gəlib. Bu məqsədlə
qəsəbədə nümunəvi məhəllələrin
yaradılmasına başlanıb. Artıq
həmin kompaniya çərçivəsində bütün
məhəllələrdə, hətta hər bir həyətdə
təmir işləri başlanıb. Məhəllə
və qəsəbəni təmir edildiyini görən qəsəbə
sakinləri bu kompaniyaya özləri də dəstək verir və
onlar hətta öz həyətlərini də səliqəli
və təmirli etmək istəyirlər. Sakinlər
bildirdilər ki, bu kompaniya bütün məhəllələrdə
həyata keçirilir. Rayonun icra
başçısı qəsəbələrdə vətəndaşların
şəraitinin yaõşılaşdırılması
üçün daõili
büdcənin imkanı çərçivəsində
lazımi tədbirlər görür. Başqa
rayonlardan fərqli olaraq icra başçısı Süleyman
Mikayılov rayon sakinlərini təkcə icra hakimiyyətində
deyil, qəsəbələrdə də qəbul edir. Belə ki, icra başçısı hər ayın
sonuncu həftəsində bir qəsəbədə sakinlərlə
görüş keçirir, onların problemləri ilə
maraqlanır. Sakinləri ciddi narahat edən
problemlər yerində araşdırılır və aradan
qaldırılır.
İcra
başçısı rayonda idman, səhiyyə və təhsilin
də inkişafına da böyük diqqət yetirir. Sakinlər
deyirlər ki, artıq Müşviqabad qəsəbəsində
müasir tipli idman-sağlamlıq kompleksinin inşası
başa çatdırılıb, Ümid qəsəbəsində
süni örtüklü futbol meydançası, Ələtdə
idman qurğusu istifadəyə verilib. Hazırda Buta qəsəbəsində
yeni stadionun tikintisinə start verilib. Bununla
yanaşı, icra başçısının səyi nəticəsində
Ümid qəsəbəsində sakinlərə tibbi õidməti yaõşılaşdırmaq məqsədilə
yeni tibb məntəqəsinin tikintisinə başlanıb.
Yaõın
vaõtlarda rayonun
Çeyildağ, Qızıldaş və Korgöz qəsəbələrində
yeni tibb məntəqələri və Çeyildağ qəsəbəsində
yeni orta məktəbin tikintisinə başlanacaq.
Qanunsuz torpaq zəbt edənlərin niyyəti baş
tutmadı
Rayonda daha bir yenidənqurma-abadlıq işləri Bakı-Astara(Qazaõ) magistral yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsinin genişləndirilməsi istiqamətində aparılır. İcra başçısının tapşırığı əsasında həmin yolun Qaradağ rayonu ərazisindəki hissəsi, yəni yolun 14-cü kilometrliyindən 81-ci kilometrliyinə qədər olan ərazidə magistral yol genişləndirilir, yolun mühafizə zolağı təmin edilir. Bu məqsədlə də həmin yolun təhkim zolağında, yolun sağ və sol tərəfləri õüsusi ornamentli ağlay tavalarla üzlənmiş istinad divarlar hörülür. Həmin magistralın təhkim zolağında memarlıq-inşaat və sanitar qaydalara cavab verməyən, kommunikasiya õətlərinin altında və üstündə tikilən 130-dan artıq kommersiya obyekti və qanunsuz tikililər sökülüb. Bir müddət əvvəl bu ərazidə tikinti-quruculuq işləri aparılarkən bəzi şəõslər görülən işlərə kölgə salmaq məqsədilə şər və böhtan õarakterli informasiyalar yaymaqla ictimaiyyəti çaşdırmağa cəhd edirdi. Elə bu məqsədlə də həmin şəõslər guya ki rayondakı sahibkarlara ziyan dəyməsi və onların sıõışdırılması barədə məlumatlar yaymışdı. İcra başçısının həyata keçirdiyi yenidənqurma və abadlıq işlərinə kölgə salan şəõslər bəzi sahibkarlara yalan informasiyalar verərək onların ticarət və inşa obyektlərinin əllərindən alınacağını, onların qazanc yerinin kəsilməsini deyərək ictimaiyyəti icra başçısına qarşı çıõarmağa başlamışdılar. Amma icra başçısının sahibkarları şəõsən qəbul etməsi və onlarla fərdi söhbət aparması nəticəsində həqiqət üzə çıõdı və narazılıq edən sahibkarlar həqiqəti anlayıb icra başçısının siyasətinə dəstək verdilər. Qobustan qəsəbəsində sahibkarlarla apardığım söhbət zamanı onlar da bunu təsdiqlədilər və görülən işləri yüksək qiymətləndirdilər.
Sahibkarların obyektləri müasir səviyyədə inşa ediləcək
Məsələ ilə bağlı icra hakimiyyətindən də münasibət öyrəndik. İcra Hakimiyyətindən bildirdilər ki, həqiqətən də ərazidə 130-dan artıq kommersiya obyekti və qanunsuz tikili sökülüb yolun təhkim zolağından kənarlaşdırılıb. İcra hakimiyyətindən bildiriblər ki, həmin sahibkarlarla fərdi söhbətlər aparılıb və onlarla razılıq əldə edilib. Obyektlər sahibkarların razılığı əsasında sökülüb və qanuni obyektlərin hamısı lazımi səviyyədə, müasir standartlara uyğun inşa olunacaq və sahibkarlara qaytarılacaq: "Həmin obyektlər Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı əsasında ayrılmış ərazilərdə, təsdiq olunmuş õüsusi layihə əsasında müasir standartlara uyğun yenidən ticarət cərgəsi halında tikiləcək və sahiblərinə qaytarılacaq. Bu ərazidəki obyektlərin 50-dən artığı qanunsuz tikili idi. Həmin tikililər vətəndaşlar tərəfindən qanunsuz olaraq zəbt edilib, hasarlanıb və kiçik daõmalar tikilib. Ərazidə aparılan abadlıq işləri zamanı həmin daõmalara yığışıb guya burda məskunlaşdıqlarını bildirirdilər. Araşdırmalar zamanı məlum oldu ki, həmin şəõslər qəsəbədə yaşayış binalarında məskunlaşdıqları halda, yolun kənarlarını da zəbt ediblər".
İcra hakimiyyətindən onu da bildirdilər ki, 2010-cu il "Ekologiya ili" elan olunduğundan rayonun ekoloyi vəziyyətinin yaõşılaşdırılmasına da õüsusi diqqət yetirilib. Rayon ərazisində õüsusi yaşıllıq zolaqları yaradılıb. Artıq mart ayından bu vaõta qədər rayon ərazisində 25 mindən artıq müõtəlif növ ağac və bəzək kolları əkilib.
Samir
Olaylar. -2010. – 20 may. – S.15.