İnsan alveri hansı formada həyata keçirilir?

 

Qadınları fahişəliyə cəlb etmə əxlaqsızlıq yuvalarının saxlanması geniş yayılıb

 

Azərbaycanda insan alverinin geniş yayılmış formalarından biri fahişəliyə cəlb etmə əxlaqsızlıq yuvalarının saxlanmasıdır. İctimai mənəviyyat əleyhinə olan bu cinayət növü ölkədə müxtəlif üsullarla həyata keçirilməkdədir. Belə ki, qadınların fahişəliyə cəlb edilməsi, onların bədənlərinin satılması ya güc yolu, ya da təhriketmə vasitəsilə həyata keçirilir. Hətta bu işi özlərinə peşə seçən şəxslər özlərindən asılı vəziyətdə olan qadınları satmaqdan belə çəkinmirlər. Bu növ hüquq pozuntusu o dərəcədə artıb ki, artıq respublikanın paytaxtı ya regionlarda çoxlu sayda pritonlara rast gəlmək mümkündür. Təəssüf ki, belə cinayətlər imkanlı şəxslər tərəfindən müdafiə olunduğundan onun kökünü tamamilə kəsmək qeyri-mümkündür. Çünki bir sıra səlahiyyətli şəxslər qadın alverindən biznes kimi istifadə edir kifayət qədər yüksək məbləğdə gəlir əldə edir. İndi istənilən restoran, kafe barda yüksək səviyyədə himayə olunan əxlaqsızlıq yuvasına rast gəlmək mümkündür. Qadın alveri eləcə şəxsi evlərdə, istirahət mərkəzlərində masajxanalarda tüğyan etməkdədir. 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bu ilin ilk yarısında insan alveri ilə bağlı qeydə alınan cinayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 dəfə artıb. 2008-ci ilin yanvar - iyun aylarında insan alveri ilə bağlı cinayətlərə görə 218 nəfər məsuliyyətə cəlb edilib. Bundan başqa, qadınlara qarşı törədilmiş belə cinayətlərin sayı 2,4 faiz artıb ki, onu edənlərin 51,8 faizi elə qadınlardır. Qeyd olunan dövr ərzində fahişəliyə cəlbetmə ya əxlaqsızlıq yuvalarının, saxlanması cinayətləri 83 fakt artıb.

  Bu ilin 9 ayında ictimai mənəviyyat əleyhinə olan hüquqazidd əməllərlə bağlı 115, o cümlədən fahişəliyə cəlb etmə ilə bağlı 52, əxlaqsızlıq yuvaları saxlamaqla bağlı 63 cinayət faktı aşkarlanıb, 71 nəfər məsuliyyətə cəlb olunub. Xatırladaq ki, göstərilən statistika yalnız istintaq işi başa çatmış cinayət hadisələridir.

Nazirlikdən konkret faktlarla bağlı məlumatlar da gündəlik yayılmaqdadır. Məlumata görə, Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosu DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai RPİ tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243-cü (Fahişəliyə cəlb etmə) maddəsi ilə axtarışda olan Səbuhi Axundov Birləşmiş Ərəb Əmirliklərində tutularaq respublikamıza gətirilib.

Suraxanı rayon Polis İdarəsinin reydləri nəticəsində Hövsan qəsəbəsinin F.Bayramov küçəsində yaşayan Könül adlı qadının yaşadığı ünvanda əxlaqsız yuva saxlaması müəyyən edilib.

 Şirvan şəhər polis rəisinin əməliyyat işi üzrə müavini İrşad Rzayevin verdiyi məlumata görə, rayonda əxlaqsızlıq yuvası aşkar edilib. Onun sözlərinə görə, Şirvan şəhəri, Neftçilər küçəsi 5 ünvanında yaşayan Əliyev Tofiq Müzəffər oğluna məxsus "Tonnel-Kafe" restoranında əxlaqsızlıq yuvası aşkar edilib. Tofiq Əliyev həbs olunub, faktla bağlı Şirvan şəhər Polis Şöbəsində cinayət işi başlanıb.

Lənkəran polisi tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində öz maddi marağını təmin etmək məqsədilə bir neçə qadını əxlaqsızlığa cəlb etməkdə təqsirləndirilən bir qadın onun dırnaqarası işçiləri saxlanılıb. Şəhərin Heydər Əliyev küçəsində yaşayan əvvəllər əxlaqsızlıq yuvası saxladığı üçün məsuliyyətə cəlb edilən Hüseynova Sevda saxlanılıb.Tutduğu əməllərdən əl çəkməyən Sevda Hüseynova Lənkəran şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində bir neçə qadınla birgə yaxalanıb.

Qaradağ Xətai rayon polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı-Astara yolunun kənarında yerləşən «Türk» kafesində əxlaqsızlıq yuvası aşkarlanıb. Araşdırma zamanı adıçəkilən kafedə işləyən Şirvan şəhərindən onlan Arzu Qeybullayevanın orada əxlaqsızlıq yuva saxlaması müəyyən edilib. Faktla bağlı Qaradağ rayon Polis İdarəsinin11-ci bölməsində təhqiqat aparılır. Həmin gün Xətai rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri reydlər nəticəsində Neapol küçəsi, ev 26, mənzil 15-də yaşayan Zinyət Şəmsiyevanın mənzilində əxlaqsızlıq yuvası saxlaması aşkar olunub. Faktla bağlı Xətai rayon Polis İdarəsində cinayət işi başlanılıb, istintaq aparılır.

DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl rayonunun Qırmızıkənd qəsəbəsi ərazisindəki "Şıx düzü" yeməkxanasında əxlaqsızlıq yuvasını təşkil edən, oranın işçisi, Gəncə şəhər sakini Dilarə Mehtili tutulub.

Bakının Suraxanı rayonu ərazisindəki "Altun" restoranında əxlaqsızlıq yuvası təşkil etdiyi üçün oranın icarədarı, Quba rayon sakini Mübariz Əhmədov tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, M.Əhmədov DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, İmişli RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayon sakini Ofeliya Şükürovanın evində əxlaqsızlıq yuvası saxlaması qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Digər bir məlumata görə, Yasamal rayonundakı «Qızıl Şərq» hərbi şəhərciyində yaşayan Mehriban İbrahimovanın evində əxlaqsızlıq yuvası təşkil etdiyi məlum olub. DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mehriban İbrahimova saxlanılıb.

Daha bir əxlaqsızlıq yuvası Şabran şəhərində ifşa edilib. Şabran RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Məlahət Qasımova evində əxlaqsızlıq yuvası təşkil etdiyi üçün tutulub.

Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbənin Ə.Məmmədəliyev küçəsində yerləşən və Bərdə rayonundan olan 1974-cü il təvəllüdlü Faiq Mahmudova məxsus «Beyləqan» kafesində əxlaqsızlıq yuvası aşkar edilib.

Bundan başqa orada xidmətçi kimi işləyən 25 yaşlı Röya Fətəliyevanın fahişəliklə məşğul olması da aşkarlanıb. Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanılıb, istintaq aparılır. DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Nərimanov rayonu ərazisindəki "Sabirabad" kafesində əxlaqsızlıq yuvası təşkil etdiyi üçün oranın işçisi, Tovuz rayon sakini Namiq Nağıyev həbs ediblər.

Göründüyü kimi qadınların fahişəliyə cəlb edilməsi müxtəlif bölgələrdə, müxtəlif üsullarla həyata keçirilir. Bunlar içərisində ən geniş yayılanı restoran və barlarda əxlaqsızlıq yuvalarının saxlanmasıdır ki, artıq bu heç kimə sirr deil. Əvvəllər qısa yubka geyinmiş, yaxaları açıq qadınlar yalnız müştərilərin yanında oturmaqla onların həddindən artıq spirtli içki içmələrinə nail olurdu ki, bununla da restoran sahibi qiymət oxuyurdu. İndi isə yeyib-içməyin öz qiyməti, təklif olunan qadınların öz qiyməti müəyyən edilib. O da qeyd edilməlidir ki, müştərilərə seksual xidmət göstərmək üçün restoran və kafelərdə hər cür şərait yaradılıb. Daha imkanlı restoran sahibləri buna biznes növü kimi yanaşdığından onların mühafizəsi də yüksək səviyyədə təşkil edilib.

Mənəviyyat əlehinə olan cinayətlərin digər forması şəxsi evlərdə əxlaqsızlıq yuvalarının saxlanması ilə həyata keçirilir. Belə ki, «mama roza» kimi tanınmış qadınlar bu işi olduqca ustalıqla başa çatdırırlar. Əksər hallarda sahə müvəkkilləri ilə əlbir olan «mama roza»lar müştəriləri açıq-aşkar, heç nədən çəkinmədən evlərinə dəvət edirlər. Şəxsi evlərdə saxlanılan əxlaqsızlıq yuvalarının fəaliyyəti ətraf sakinlərə mənəvi zərbə vurmasına baxmayaraq onların ifşa edilməsi bir o qədər də asan başa gəlmir. Adətən hüquq mühafizə orqanları bununla bağlı vətəndaşların şikayətlərinə etinasız yanaşırlar. Nəticədə bir məhəllənin sakinləri illərlə əxlaqsız hərəkətlərin təsiri altında yaşamalı olurlar.

Məlumat üçün qeyd edək ki, paytaxtın müxtəlif ərazilərində yerləşən masajxanalarda qadınlar müştərilərə seksual xidmətlər təklif edirlər. Bu hal Çin vətəndaşlarının çalışdıqları iaşə müəssisələrində daha geniş yayılıb. Daha dəhşətli məqam ondan ibarətdir ki, azyaşlı qızlar qadın alverinin qurbanına çevrilirlər. Xüsusən kimsəsiz və ya imkansız qızlar fahişəliyə cəlb edilir. Çünki onların faktı açıqlamağa və ya şikayət etməyə nə həvəsləri, nə də imkanları var. Təəssüf ki, bir çox hallarda hüquq-mühafizə orqanları belə əməllərin həyata keçirilməsində yardımçı olurlar.

 

 

Nurlan,

 

Azərbaycan Respublikası Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

 

Olaylar.- 2010.- 3 noyabr.- S. 13.