Tərcümə?!
– Hansı dilə?
(Xanəmir
Telmanoğlunun tərcümə etdiyi “ Öküz
arabasını satan dərviş “ ( Paulo
Koelho) romanı haqqında təcüməçi qeydləri)
Azərbaycan dilinə tərcümə
olunmuş hər bir əsərdə
dilimizin bütün qayda-qanunlarına riayət
olunmalıdır. Tərcümə olunmuş əsər elə
olmalıdır ki, onun tərcümə edildiyi hiss edilməsin.
Oxucu öz ana dilində əsər oxumaq istəyir, ana dilinin
həm qrammatik, həm də
leksik normalarına cavab verən bir əsər. Bu
mənada, tərcüməçilik
sənəti böyük məsuliyyət tələb edir. Əsərlərini
ingilis dilində oxuduğum Paulo Koelhonun Azərbaycan dilinə
tərcümə edilmiş “ Öküz arabasını satan
dərviş” romanını öz ana dilimdə oxumaq istədim. Əvvəla deyim ki, 87 səhifəlik
bir romandakı korrektə, redaktə səhvlərinin
sayı-hesabı yoxdur. Əslində peşəkar tərcüməçinin
tərcümə etdiyi əsərin redaktəyə çox
da ehtiyacı olmamalıdır. Kitabın titul vərəqində
tərcüməçi
kitabın çapına göstərdiyi köməklik
üçün Nadir Məmmədlinın adını çəkir.
Tərcüməçinin diqqət
yetirmədiyi səhvlərə Professor Nadir Məmmədli bir nəşriyyat
direktoru kimi fikir verməli idi. Kitabın redaktoru Alpər
Atilladır. Mənim fikrimcə,
Azərbaycan dilinə tərcümə edilmiş əsərin
redaktoru Türk yox, Azərbaycan
dilini yüksək səviyyədə bilən bir kəs
olmalıdır. Kitabın titul
səhifəsində redaktorun dilmizi hansı səviyyədə
bilməsi üzə çıxır:
“ Bu kitabın üzə
çıxmasında dəyərli ziyalımız Nadir Məmmədlinin təşəbbüsü və əvəzsiz
xidməti əvəzsızdir. “
Bir cümlədə iki “ əvəzsiz” sözü
işlətmək nə dərəcədə
doğrudur? Yaxud “ təşəbbüsü
və xidməti əvəzsizdir” – fikrini daha
anlaşıqlı bir birləşmə ilə ifadə etmək mümkün deyilmi? Hər
halda dilimizin leksikası buna imkan verir. Ikinci cümləyə
nəzər yetirək: “ Heç bir təmənna
ummadan belə bir ünlü
yazarın kitabının işıq üzü görməsi,
sözsüz ki, sözü duyan, anlayan unudulmaz əməyi, səyi
kimi qiymətləndirilməlidir.” Mən bu cümlənin
hansı budaq cümləyə aid olmasını anlaya bilmədim.
Bəlkə anlayan oxucu olub. Deyə bilmərəm.
Səhifə 3- də oxuyuruq. “
Bu yazarın ən maraqlı əsərlərindən biri olan
“
Kimyagər” romanını da bəndəniz baş redaktoru
olduğum “ Səhifələr” ədəbiyyat, sənət qəzetində
yayımladım.” Bu cümlədəki səhvin redaktə
yaxud korrektə səhvi olduğunu deyə bilmərəm.
Oxucu mübtəda ilə xəbərin
uzlaşdığı bir cümlə oxumaq istəyir,
baş-ayaq cümlə yox. “ Axı o da İspaniyalı bir
möhtəşəm mistiq yazar olaraq dünya tasaffuv
düşüncəsinə
öz pozulmaz imzasını müsəlmanca vurdu. “ Bu yerdə tərcüməçi
deyəsən vəsifəsini unudub. Əgər unutmasaydı
“ mistiq” və “ tasaffuv” sözlərini də dilimizə tərcümə
edərdi. Bəlkə də bu sözlərin mənasını
başa düşən oxucu tapılar. Amma unutmaq lazım
deyil ki, kitab geniş oxucu kütləsi
üçündür. Şəxsən mən hər iki sözün mənasını
anlaya bilmədim. “ Müsəlmanca” sözünün
altında hansı mənanın gizlənməsi də müəmmalıdır.
Məncə “ müsəlman” dili yoxdur. “ ....Osmanlı dövlətinin
mədəniyyətinin qokusunu
duyurdum”- Əgər dilimizdə “ qoxu “ sözü varsa həmin
sözü türk dilində olduğu kimi saxlamaq
lazımdırmı? “ Yenidən o topraqların
dilindən, təffəküründən bir Koelho adlı
yazar dünyanı əməlli-başlı
lərzəyə gətirməyi bacarır.” Bu cümlədəki
fikir bir az anlaşılır,
amma həmin fikri dilimizin leksikasından daha səmərəli
istifadə etməklə daha anlaşıqlı etmək
mümkündür. “ Maraqlı olan odur, elə bu
qaynaqların hamısından Osmanlı mədəniyyətinin
ecazı, həsrəti, istiliyi, doğmalığı
adamı yeddi yerindən vurur.” Dilimizdə “ yeddi qatından
keçmək” ifadəsi var, “ yeddi yerindən vurmaq” ifadəsinə
hələ rast gəlməmişəm. “ Oxuculara
təqdim olunan bu roman, mənə elə gəlir, yazarın ən
maraqlı, ciddi, üzərinə əyiləsi, oxunulub
düşünüləsi bir əsəridir. “ Öküz
arabasını satan dərviş”
romanı Şərq islam məsnəvi tipli hekayətlərindən
alıntı yapılaraq çox ustalıqla bir-birinə adapdə
edilərək, çalaqlanaraq çağdaş dünya
insanının real yaşamını ustalıqla
açıb ortaya qoya bilmiş bir əsərdir.” Həm tərcümə,
həm redaktə, həm də korrektə səhvləri
göz qabağındadır. “..... bu yanaşmanın
haqqını balaca bir
yazıyla ödəmək olmaz.” Burda da fikir aydındır,
amma cümlə necə deyərlər, Azərbaycan dilində deyil. “
“...dünyagörüşüylə heç bir çəlişkisi
olmayan əsərlərdir.” Mən
“ çəlişki” sözünü başa düşmədim.
Bəs siz necə?
Yuxarıdakı cümlələrin
“ tərcümə edilmiş” romana heç bir dəxli yoxdur.
Tərcüməçi müəllif və əsər
haqqında məlumat verir. Gəlin
Azərbaycan dilinə “tərcümə” edilmiş romanın
ilk cümlələrini oxuyaq. “ Dərviş bütün
dünyadan əlini-ətəyini çəkmiş, ( bəlkə “ əlini üzmüş”?) sadəcə özünü,
insanları aydınlatmaq
( ?) məqsədiylə günlərini
keçirməklə məşğul idi. Üzərindəki
( bəlkə “ əynindəki?) sadə qumaşdan tikilmiş
paltarla gecə-gündüz gəzib dolaşan dərviş dağları,
daşları, ( bəlkə “ dağı-daşı” ?) ovaları ( ova yoxsa oba?) gəzir, ( bir cümlədə bir “ gəzmək “ kifayət
deyilmi?) oradakı insanlara
Tanrıyı ( Gürcüstan ləhcəsində
olduğu kimi ) anladırdı.”
...” uzun sürən dərs oxumuşdu”, “mükəmməl
ustadlardan dərs almışdı. ”
Burda da fikir aydındır, amma mən həmin cümləni
ana dilimzdə oxumaq istərdim. “ Mükəmməl “
sözünün yerində “ kamil “ sözü işlənsəydi
daha yaxşı olmazdımı?
6 -cı səhifədə
oxuyuruq: “ Əgər istəsəydi, böyük şəhərə qayıdıb
orada nəhəng şirkətləri yönəldərdi.
“ Sonuncu iki sözlə görəsən
müəllif nə demək istəyib
və tərcüməçi onu oxucuya necə
çatdırıb? Yenə də fikir mənə qaranlıq
qaldı. “ ...öz mütəvazı dünyasına
qapılaraq...” Tərcüməçi bu yerdə də vəzifəsini
unudub sözü Türk dilində olduğu kimi yazmaqla oxucuya
mənanı çatdıra bilməyib.
“ Xəbərçiyə
atasının vəsiyyətinin nədən ibarət
olduğunu soruşdu.”
“
Xəbərçiyə soruşdu” yoxsa “ xəbərçidən
soruşdu” ? Aydındır ki, “ xəbərçi”
sözü ismin yönlük halının yox, çıxışlıq
halının şəkilçısını qəbul etməliydi.
7-ci səhifəyə keçək.
“ Atanız özünə məxsus olan tək mülkiyyətindən
öküz arabasını sizin almağınızı istədi.”
“ Tək “ sözünün hansı sözə aid olması
bir az aydın olmur. Bəlkə “ tək “ sözü
öküz arabasına aiddir? Əslində elə belədir.
“ Mən öküz
arabasıyla nə iş görə bilərəm? Nə tarla
işlərindən, nə də
daşımaçılıqdan ( axı
dilimizdə bu sözü ifadə etmək üçün
söz var) anlamıram, deyərək
, - soruşdu Xəbərçiyə. Əgər yuxarıda
“ Xəbərçiyə ....soruşdu” cümləsindəki
səhvi redaktə yaxud korrektə
səhvi güman edirdimsə həmin səhvin yenidən təkrarlandığını
görüb artıq bunun tərcüməçinin kobud səhvi
olduğunu anladım.
Əsəri oxuduqca yeni-yeni səhvlərlə
üzbəüz qaldım. “
O zaman gəlin, meşədən ağac kəsib sadə bir külubə düzəldək.
“ Bu yerdə “ külubə” sözünün nə
olduğunu yalnız təxmin edə
bildim. Daha dəqiq öyrənmək üçünsə gərək
Türkcə-Azərbaycanca lüğətə müraciət
edəm. Eləcə də 9 –cu səhifədə işlənmiş “ əmniyyətli” sözünü
də Azərbaycan dilinə tərcümə etmək
lazım idi. “ Onların arasındakı mübahisə
zamanının qazısına kimi uzanar. Sonda qazıya baş vurub,
( bəlkə baş çəkib?) hadisəni ona danışarlar.”
11 –ci səhifədə oxuyuruq:
“ Dərviş həmişəki kimi dağlarda, çöllərdə,
bayırlarda dolaşır.....” Bu cümlədə “
bayırlarda” sözünü işlətmək
artıqdır. Səhifə 12-də “ Həmişə
özünüzə bu üç şeyi soruşun ”
cümləsini oxuyub qəti qərara gəlirəm ki, tərcüməçi
ismin çıxışlıq halını ismin
yönlük halı ilə sinonim hesab edir.
Kitabdakı səhvlərin çoxluğunu nəzərə
alıb Azərbaycan dilində anlaşılmayan sözləri
və cümlələri oxucuların nəzərinə
çatdırıram.
1.Doğru olan şeyi
gördüyü halda yapmamaq cəsarətsizlikdir. ( məna qaranlıqdır) ( səh.13)
2.Hansı ki, məbədgahın
qonqlama müddəti otuz gündür. ( “
qonqlama” sözünün mənasını başa
düşmək üçün lüğətə
baxmağa ehtiyac vardır.) ( səh.13)
3.Bir aya yaxınlaşmasına
baxmayaraq, nə Xəbərçidə,
nə də öküzdə bir hərəkətlilik gözə
dəymirdi. ( səh.13)
4.Dərviş artıq sualdan
qaçamayacağını başa düşürdü. ( səh.13)
5.Ancaq bilirsən ki, qəribanın
birisiyəm. ( səh.14)
6.Bu səbəbdən
haqqımda bəslədiyiniz bütün gözəl
duyğuların yerini pis düşüncələr əvəz
edəcəkdir. ( səh.14)
7.Kəndlilər qocaya
başlayıb gülmüşlər. ( səh.15)
8.“ bu hərif əməlli-başlı
doğruyu söyləyir.” ( yenə Gürcüstan ləhcəsi?)
(
səh.16)
9.Evin keçimini sağlayan
oğul indi uzun müddət yataq xəstəsi olacaqdı.
( səh.16)
10.Yaxşı, nədən sən
də hər kəs kimi onu adi kirasından deyil, sədəcə
iki yemək qarşılığı olaraq verdin? ( səh.18)
11.Ətrafdakı tələbələri
onun dodaqlarında azacıq bir gülünmsəmənin bəlirdiğini fərq etdilər.
( səh.19)
12. Tələbələr
bir-birinə zidd gələn hər iki vəziyyətdə
müəllimlərinin eyni tavrı geyindiyinə dözə
bilməyib bu sualı soruşdular. ( səh.19)
13. Bu tavrıyla, hərəkətləri
ilə insanların könül dünyasına girməyə çalışır,
verdiyi vaazlarının təsirli olmasına səy göstərirdi.
( səh.21)
14. Bu sənin səmimiyyətinin
adına mənfi bir hal deyilmi? ( səh. 22)
15. “ Bir zamanlar bütün
duyğular bir adada
yaşarmış. Xoşbəxtlik, Səbir, Öfkə,
Qorxu, Kibir, Müdriklik, Sevgi. (səh.23)
16. Əvvəlcə
böyük və gözəl yatın içərisində
Zənginliyi görür. ( səh.24)
17. əl
edərək yüksək səslə qışqırır.
( səh.24)
18. “ bir az dalğın
görünürsən, yelkənimin fiyakasını
dağıdacaqsan. ( səh.24)
19. Bu cavabı eşitdiyində dərdi başından
aşan Sevgi üzünü adanın o biri
tərəfinə çevirdiyində bir mavnanın
üzərində nəşəylə
atılıb-düşən birini gördü. ( səh.25)
20. Sevgi çox sevinir, qaçaraq sahilə gəlib qoca
bir adamın özünə səsləndiyi qayığa adlayıb. ( səh.25)
21. Dərviş dağlara çixmağa, insanlar
arasına qarışmağa ara vermirdi. ( səh.26)
22. Bir axşam evə gəldiyində hava əməlli-başlı
pozulmuşdu, qış yağmurları göydən
sağanaq kimi tökürdü. ( səh.27)
23. Ama sabah ac qalsam, mədəm bu
işə yaman əsəbləşər. (
maraqlıdır, görəsən mədə də əsəbiləşə
bilərmi? ) ( səh.28)
24. Yanına yaxınlaşıb bu gecə vaxtı harda
qala biləcəyimi ondan soruşdum.
( səh.29)
24. ...Ama həyatımda heç bir şeyin dəyişmədiyini
görüb elə bir dərin ümidsizliyə,
qaramsarlığa qapıldım ki, bəzən hər
şeyi atıb qaçmaq istəyirdim.
( səh.30)
25. Dərviş dəyirmançıya getdiyində dəyirmanın
içindəki bir odada yuvarlaq bir yolda öküzlərin
gözləri qapalı şəkildə əkinlərin
üzərindən getdiyini gördü.
( səh.31)
26. Həm heyvanların evdə boş-boşuna
oturmasını istəmirdim, həm də müsafirimin heç
olmasa yemək xərcini qarşılayır, ödəyirdi. Istərsən öküzlərimi sənə
kiralığa verə bilərəm. Bunun
müqabilində iki adamlıq yemək verməyin yetərlidir.
( səh.32)
27. Yalnız sənin öküzün dəyirmanda
dönmək məqsədi ilə yüetişdirilmədiyi
üçün bir müddətdən sonra xəstələnər,
hətta ölə bilər. ( səh.32)
28. “ Bir gün aydınlanmış
bir müdrik xırqasını çıxararaq ona bir
yumurtanı bükdü. ( səh.33)
29. Sonra da qəsəbənin ana meydanına gələrək
insanların oraya toplaşmasını istədi. ( səh. 34)
30. Onlarla, yüzlərlə insan müdrük adamın ətrafını
sarmaladı. ( səh.34)
31. Ama kimsə bir təxmində bulunmaq istəmədi. ( səh.34)
32. Sizin bu halınız cəsarət edib itirməyi
gözə almayan risq etməyənlərin halına bənzəyir.
( səh.35)
33. Bu sadə çözümləri, cavabları
Tanrı ağıl gözümüzlə göstərir. ( səh.35)
34. Külək bütün var gücüylə evin sadə,
köhnəlmiş divarlarına vurmaqda davam edirdi. ( səh.35)
35. Bir tərəfdən özünü kamilləşdirməklə,
həyatı yorumlamayla məşğul olur, digər tərəfdən
də öküzlə, Xəbərçiylə
maraqlınırdı. ( səh. 35)
36. Bir axşam üstü Xəbərçi ilə birgə
oturarkən xəbərçi ona bir sual verdi.
37. Birisiylə oğlu meşədə gəzintiyə
çıxarmışlar. ( səh.36)
38. Sabaha doğru röyasında atasını
gördü. ( səh.40)
39. ..çoxu kralı yüksək səslə
tənqid etdi. ( səh. 40)
40. Sonunda qan-tər içində qalsa da, hər halda
qayanı yolun kənarına itdi. ( səh.40)
41. Kəndlilərə bir duyuru yapmaq üçün
onların yanına getmək məqsədi ilə yola
çıxdı. ( səh.41)
42. ...mükəmməl bir inək dili qoydu. ( səh.41)
43. Öfkə və yalan danışan dillər
insanları incik salır, onları səhv istiqamətə
göndərər. ( səh. 42)
44. Necə oldu anlaya bilmədim, hansı ki, mən tələyə
düşmək mövzusunda ustayam. (
səh.43)
45. Dağlarda, meşələrdə qurulmuş
bütün tələləri tanıyıram və bilirəm.
( səh.43)
46. Gül mövsümündə bağça adətən
özünü itirərdi. ( səh.44)
47. Bu il yeni bir gülün
aşısını yapmışdı, qəddələmişdi.
( səh.44)
48. Bağban gülü
titizlikə, əziyyətlə, üzərində əsərək
qoruyurdu. ( səh.44)
49. Bağbanın sevincdən içi içinə
sığmırdı. ( səh.44)
50. Sabahı ikigözlə açdı. (
səh.44)
51. Baxdı ki, nə görsə yaxşıdı, ( səh.45)
52. Bülbülü tutmaq üçün əməlli-başlı
vaxt xərclədı. ( səh.45)
53. Tuzağı ustalıqla hazırladı. ( səh.45)
54. Can qulağımla, könül pəncərəmi
açaraq dinləyirəm, əfəndim. ( səh.48)
55. Bir gün aqillərdən birinə soruşublar. ( səh. 48)
56. Nəyə görə kamilləşməyi, həyatın
mənasını bu qədər ciddiyə alırsan? ( səh.50)
57. İnsanların çoxunun bunu başa düşmək
gücünə sahib deyil. ( səh.51)
58. Onları öz həyat nizamından ayırmaq sədəcə
hüzursuzluqlar çixarar ortaya. ( səh.
51)
59. ..dünyada tayı-bərabəri
tapılmayacaq dərəcədə qiymətli və əmsalsız
idi. ( səh.52)
60. Apdallığın, savadsızlığın
yırtığı yamaq götürməz. (
səh.53)
61. Yazın ilk günəşi sadə evə
vurduğunda Dərviş Xəbərçiylə qucaqlaşırdı.
( səh. 53)
62. Ulduzların altında heç qıpırdamadan həyatı
sorğu-suala çəkdim. ( səh. 54)
63. Xeyir, Xəbərçi, boşlamaq deyil, əksinə
özümsəyib istəyirəm. ( səh.54)
64. Divarları göy kimi bərraq, saf, tərtəmiz
hala gətirdilər. ( səh.57)
65. ..rəsimlərin əksi göz
alır, adamı heyran qoyurdu. ( səh.57)
66. O aynanın saflığı, bərraqlığı
könlün saflığı deməkdir. ( səh.58)
67. Dərviş səssiz bir yerişlə evə
yaxınlaşdı. ( səh.60)
68. Biz belə mədənləri ölkə
çapında axtarırıq. ( səh.61)
69. Ona görə də, bu orqanizasiyonda sizin vəzifə
almağınızı istəyirik. ( səh.61)
70. Ölkəmizi idarə edənlər burdan gələn
karı sizinlə bərabər şəkildə
böləcəklər. ( səh.62)
71. Miras sahibinin azğınlığı getdi, gözlərindən
yaşlar boşaltdı. ( səh.64)
72. Göz yaşları din məhsuluna su verdi.
( səh.64)
73. Dudu quşları ilə bülbüllər, səslərinə
görə qəfəslərə salınırlar. ( səh.65)
74.Ona görə də möminlərin
anında muradlarına erə bilməmələrinin səbəbi,
yaxşı bil, bundandır. ( səh.65)
75.Oğru, zalım, ümumiyyətlə
deyiləm. ( səh.68)
76. Sənin mənimlə qalmağın, həyatımın
dəyişik boyutlara girdiyində ona uyğun hekyətlərin
hazır olmasına sözün nədi? ( səh.70)
77. Günlər bir tərəfdən axıb gedir, bir də
baxıb görürsən aradan qosqocaman bir il
keçdi. (səh.72)
78. Nyu-Yorka gedib şirkətin başına keçdi. ( səh.73)
79. Xəbərçi bu qədər gözəl
keçən günlərin bir gün başına corab
toxuyacağını bilirdi. ( səh.73)
80. Günlər keçdikcə Dərviş
bütün gücünü işinə verərək əvvəlcədən
başlatdığı şəxsı yolçuluğunu
unutduğunu gördü. ( səh.73)
81. Dərviş həmişəki kimi kimi telefonla danışır,
e-maillər atır, fakslar çəkirdi. ( səh.74)
82.Xəbərçi kədərli
bir səslə Dərvişə səsləndi. ( səh.74)
83. Har vurub xırman sovurmayın. ( səh.77)
84. Belə de, demək atamın qabaqcıl fikirləri
buraya qədərmiş ( səh.78)
85.Qurt da bir dəri, bir sümük
olaraq ayaqda zor dururmuş... ( səh.79)
86. Çünki, qaz, sandığı çıxart. ( səh.81)
87. Mənim yaddaşım qüvvətlidir, gənc adam. ( səh.82)
88. Elə isə, burdan almağım gərəkən dərsi
mənə bildirə bilərsənmi?( səh.83)
89. Bu qərarını verdiyi gün mühasıbəyə baş çəkdi.
Dönüş bileti üçün yetəcək pulu ala bilsəydi, kafi gələrdi. ( səh.84)
90. Hissə dəyərimizi də 2 qat artıra bilərdik.
( səh.85)
91.Az sonra Dərvişin apar-topar
yığmağa çalışdığı ağ
kağızlardan birisi
masanın üzərində qalmışdı.( səh.86)
92. Özümə təbəssüm edəcəyəm.
( səh.87)
93. Satın alma bədəli olaraq hər
axşam ulduzlara gülümsəyəcəyimi qəbul edirəm.
( səh.87)
....Əgər kitabdakı korrektə səhvlərini
də sadalasam yəqin ki, 10-15 səhifəlik bir siyahı
alınardı. Nədənsə
bu kitabı oxumağa başlayıb sona çatdırana qədər
“
başdansovdu” sözünü tez-tez xatırldım. Sanki bu roman başdansovdu tərcümə edilib,
başdansovdu kompüterdə yığılıb....və
başdansovdu çap edilib. Əgər tərcümə
ediləndən sonra barı bircə dəfə oxunsaydı
yaxud bircə dəfə korrektə olunsaydı bu qədər
səhvlər olmazdı ...Eyni səhifədə Nyu-York
sözü bir sətirdə “ Nyu-Yorq” o
biri sətirdə isə “ Nyu-York” yazlıb. “
Sabah” sözü “ saba”, “ sonra” sözü “ sanra” və
sair....və sair...
Tərcüməçi tərcümə
etdiyi əsərin ikinci müəllifi hesab edilir. Paulo Koelhonu oxuculara belə “
başdansovdu” təqdim etmək müəllifi biabır
etməkdir. Tərcüməçinin, yəni
ikinci müəllifin buna haqqı yoxdur.
Mən Xanəmir Telmanoğlunun şəxsiyyətinə,
imzasına hörmət edirəm. Tənqidi qeydlərim də elə onun
imzasına hörmətdən irəli gəlir. Bəlkə
bu qeydlərimi oxuyandan sonra Xanəmir Telmanoğlu tərcümə
ilə məşğul olarkən məsuliyyət hiss edə,
tərcümə etdiyini dönə-dönə oxuyandan sonra
çapa verə.
P.S. Görəsən Paulo Koelho Azərbaycan dilini bilsəydi
və öz əsərini Xanəmirin tərcüməsində
oxusaydı neyləyərdi?
P.S.
Mən bu qeydlərimi ötən gecə yazmışam.
Amma bu gün yazsaydım bəlkə də daha sərt
yazardım. Sübut edərdim ki, 87 səhifəlik kitabın
bircə səhifəsində tərcüməçi zəhməti
yoxdur. Bu səhər işə gələrkən Xanəmirə
zəng etdim. ( səbəb var idi) . Mənə
ilk sualı bu oldu: “ Sən kimsən?” Dedim ki, tərcüməçıyəm.
Ikinci cümləsi belə oldu: “ Sən tənqidçi deyilsən”.
Bunu mən də bilirəm. Amma
mənim 32 illik tərcüməçilk təcrübəm
imkan verir ki, tərcümə olunmuş bir əsər bərədə
tənqidi qeydlərimi yazım.
Qoy mənim qeydlərimi oxuyanlar desinlər ” kim kimdir?Xanəmir,
mən tərcüməçiyəm. Sənin “tərcümə”
etdiyin kitab barədə qeydlərimi oxuyanlar qoy desinlər mənim
sənin “tərcümə” n bərədə yazmağa
haqqım və bacarığım var ya yox?
Sevil
Gültən,
tərcüməçi
Olaylar.- 2010.- 20 oktyabr.- S. 12.