Ermənilər DQMV-də azərbaycanlıların
sayını süni şəkildə azaldırdılar
1826-cı ildə Qarabağ çar Rusiyasına birləşdirilmişdir. Sonralar indiki Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi Yelizavetpol quberniyasının Şuşa, Cavanşir, Qaryagin və Qubadlı qəzalarının tərkibində olmuşdur.
1918-1920-ci illərdə müsavatçıların Azərbaycanda və daşnakların Ermənistanda ağalığı dövründə müsavat hökuməti tərəfindən mərkəzi Şuşa (keçmiş Pənahabad) şəhəri olan general-qubernatorluq təşkil edilmişdir.
Müsavatçılar və daşnaklar tərəfindən təşkil olunmuş millətlərarası qırğının nəticəsində Azərbaycanın və ermənistanın bir çox şəhərləri kimi, Şuşa da dağıdılmış və xarabalığa çevrilmişdir. 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra ilk dövrlərdə bütün Qarabağın təsərrüfat-siyasi həyatına rəhbərlik vahid Vilayət İnqilab Komitəsi tərəfindən həyata keçirilirdi.
1923-cü ildə Qarabağın əsasən ermrənilərin məskunlaşdığı dağlıq hissəsinin ermənistan SSR-ə birləşdirilməsi məsələsi qaldırıldı. Lakin bu ərazinin Ermənistan SSR ilə ümumi sərhədldərinin olmaması və Ermənistandan yalnız azərbaycanlıların yaşadığı Qubadlı, Laçın, Kəlbəcər və Dəstəfur rayonları ilə ayrılması səbəbindən, partiya orqanlarının göstərişi əsasında Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 7 iyul 1923-cü il tarixlit dekreti ilə mərkəzi Xankəndi, indi Stepanakert adlanan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı.
Beləliklə, Dağlıq Qarabağ Muxtar Vilayəti ərazi cəhətdən heç vaxt Ermənistan SSR-ə bitişik olmamışlar və hazırda da bitişik deyildir.
Azərbaycanda Sovet hakimiyyəti illərində Dağlıq Qarabağda vilayətin təsərrüfat-siyasi və mədəni inkişafı sahəsində böyük işlər görülmüşdür. Bu inkişafın ən parlaq nümunələrindən biri - DQMV-nin hazırkı mərkəzi Stepanakert şəhərinin başlı-başına buraxılmış və dağdılmış bir kənddən Azərbaycanın ən gözəl, abad və mədəni şəhərlərindən birinə çevrilmişdir.
Azərbaycan SSR-in bütün ali təhsil məktəbləri və texnikumları tələblərinin 20,5%-ni, əksəriyyəti Dağlıq Qarabağ Muxtar Vilayətindən olan ermənilər təşkil edir.
Respublikanın partiya, sovet, təsərrüfat rəhbərləri - Azərbaycan K (b) PMK-nın katibləri, müavinləri, xalq komissarları, xalq komissarları müavinləri və s. arasında Dağlıq Qarabağdan olan yoldaşlar da az deyildir.
Bunula belə, biz Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə qatılmasına etiraz etmirik, lakin Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində olmasına baxmayaraq, hazırda da əsasən azərbaycanlıların yaşadığı Şuşa rayonunun Ermənistan SSR-ə verilməsinə razı deyilik.
Şuşa şəhəri bina edildiyi gündən Qarabağın inzibati-siyasi və mədəni mərkəzi olmaqla yanaşı, həm də Azərbaycan xalqının öz müstəqilliyi uğrunda İran işğalçıları ilə apardığı mübarizədə müstəsna rol oynamışdır.
Ən qaniçən fatehlərdən biri, Zaqafqaziya xalqlarının cəlladı Ağa Məhəmməd şah Qacar məhz Şuşada öldürülmüşdür.
Azərbaycan xalqının zəngin musiqi mədəniyyəti bu şəhərdə formalaşmışdır. İbrazim xan, Vaqif, Natəvan və digər bu kimi görkəmli siyasət və mədəniyyət xadimlərinin adları onunla bağlıdır.
Eyni zamanda, ÜİK (b) MK-nın nəzərinə çatdırdmağı zəruri hesab edirik ki, DQMV-nin Ermənistan SSR-in tərkibinə daxil edilməsi məsələsinə baxılarkən, Ermənistan SSR-in Azərbaycan Respublikasına bitişik olan və əsasən azərbaycanlıların yaşadığı Əzizbəyov, Vedi və Qarabağlar rayonlarının Azərbaycan SSR-in tərkibinə daxil edilməsi məsələsinə də baxılmalıdır. Bu rayonların mədəni və iqtisadi cəhətdən son dərəcədə geridə qalmasını nəzərə almaqla, bunların Azərbaycana verilməsi əhalinin maddi-məişət şəraitinin və ona mədəni-siyasi işini yaxşılaşdırmağa imkan yaradardı.
ÜİK (b) MK-dan yuxarıda göstərilənlərdən əlavə, aşağıdakı məsələlərə baxılmasını xahiş edirik.
Gürcüstanlı yoldaşlar Azərbaycan SSR-in Balakən, Zaqatala və Qax rayonlarının Gürcüstan SSR-in tərkibinə daxil edilməsi məsələsini qoyurlar. Göstərilən royonlarda əhalinin ümumi sayı 79.000 nəfər olduğu halda, cəmi 9.000 gürcü-inqiloyun yaşamasına baxmayaraq, biz bu məsələyə baxılmasına etiraz etmirik, lakin bu məsələ ilə bir zamanda, Gürcüstan SSR-in bitişik olan Borçalı rayonunun Azərbaycan SSR-in tərkibinə daxil edilməsi məsələsinə də baxılmalıdır.
Və nəhayət, biz, Dağıstan SSR-in keçmişdə Azərbaycanın bir hissəsi kimi Bakı quberniyası tərkibinə daxil olan və hazırda Azərbaycan SSR-ə bitişik olan Dərbənd və Qasımkənd rayonları ərazilərinin Azərbaycan SSR tərkibinə qatılması məsləsini nəzərdən keçirmənizi xahiş edirik. Bu rayonların əhalisi əsasən azərbaycanlılardan ibarətdir, özü də maldarlıqla məşğul olan bu əhalinin yarıdan çoxu ilin 9 ayını Azərbaycan ərazisində keçirir.
Qaldırılmış
bütün məsələlər üzrə təkliflərin
hazırlanması üçün tərkibinə
marağı olan hər bir respublikanın nümayəndələr
daxil edilməklə ÜİK (b) PMK komissiyasının
yaradılmasını məqsədəuyğun hesab edirik.
Azərbaycan K (b)PMK
katibi M.S.Bağırov
10 dekabr 1945-ci il
N=330, Bakı şəhəri 121.
Bu cavab bir sıra tədqiqatçıların diqqətini
cəlb etmiş və onun barəsində müəyyən
mülahizələr söylənmişdir. Lakin buna yenidən
qayıtmağa ehtiyac vardır. 1)O
zamankı partiya bürokratiyası şəraitində
Malenkovun təklifi kimi mürəkkəb məsələyə
qısa müddətdə cavab verilməsi diqqəti cəlb
edir. Bu göstərir ki, belə bir təklif Azərbaycan
Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi
üçün gözlənilməz olmamışdır.
2)Mətnin siyasi, elmi-tarixi və tekstoloji təhlili
də zəruridir. Bunların üzərində
ləngimədən bir vacib məqama diqqət yetirək.
Buradan aydın olur ki, bəzən iddia olduğunun əksinə
olaraq, Azərbaycan rəhbərliyi belə bir problemdən
heç zaman qaçmamış, əksinə, ən yüksək
səviyyədə onun müzakirəsinə və konkret təkliflərlə
çıxış etməyə hazır olmuşdur və
s. Məhz belə bir əsaslandırılmış mövqe
o zaman Moskvanı Azərbaycana təzyiqdən çəkindirmişdi.
Bununla belə, Ermənistan rəhbərliyi məqsədindən
əl çəkməmiş, 1948-1953-cü illərdə azərbaycanlıların
Ermənistan SSR-dən öz ata-baba torpaqlarından kütləvi
surətdə deportasiyasına nail ola
bilmişdi.
Lakin ermənilər bununla da Dağlıq Qarabağ ilə
bağlı separatçılıq fəaliyyətindən əl
çəkmədilər. 1960-cı illərdə SSRİ-də
antitürkiyə kampaniyasının gücləndiyi şəraitdə
(Ermənilər Azərbaycan xalqının tarix və mədəniyyətinə
dair fakt və həqiqətləri saxtalaşdırmaqla bərabər
abidələrin görünüş və
yazılarını da "erməniləşdirmişlər":
1.Əxi Təvəkkül zaviyəsi. XII-XIII əsrlər.
Ermənilər bu abidəyə süni şəkildə
xaç əlavə etmişlər. 2. Daş heykəl. Ağdamın Boyəhmədli kəndi. Heykəlin "erməniləşdirilmiş"
variantı; 3. Daş heykəl. Bərdə. Ermənilər bu heykəli də
saxtalaşdırmışlar) yenidən bu problemi ortaya
atdılar. 1965-ci ildə Dağlıq Qarabağın Ermənistana
ilhaq edilməsi barədə 45 min nəfərin
"imzaladığı" petisiya Moskvaya təqdim
edilmiş, bunun əsasında Sovet İttifaqı Kommunist
Partiyası Mərkəzi Komitəsi katibliyi Ermənistan və
Azərbaycana bu barədə məsələ
hazırlamağı tapşırmışdı. Erməni separatçıları belə hesab edirlər
ki, buna Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi
Komitəsi katibi M.Suslov mane olmuşdur. 1969-cu
ildə Heydər Əliyevin Azərbaycan rəhbərliyinə
gəlməsi ilə onun cəsarətli və qətiyyətli
mövqeyi sayəsində ermənilərin
separatçılıq təşəbbüsləri və bu
niyyətlə Mərkəzdə göstərdikləri fəaliyyət
uzun müddət heç bir nəticə vermədi.
SSRİ-nin 1977-ci il Kostitusiyasının qəbulu
zamanı da ermənilər eyni inadla bu problemi ortaya atmağa
çalışdılar. Lakin bu dəfə də heç nəyə
nail ola bilmədilər. H.Əliyevin
qətiyyəti sayəsində onun Azərbaycana rəhbərliyi
(1969-1982) və SSRİ rəhbərlərindən biri
olduğu dövrdə (1982-1987) erməni
separatçılarının niyətlərinin canlanmasına
yol verilmədi.
1984-cü ildə İrəvanda Z.Balayanın
"Oçaq" kitabının çap edilməsi, onun
Qarabağın tarixinə və müasir dövrünə
dair məqsədyönlü təhrifləri, millətçi-separatçı
çağırışları ehtirasları yenidən
qızışdırdı. Bu əhvali-ruhiyyə erməni millətçiləri
tərəfindən əhatə olunmuş M.S.Qorbaçovun
elan etdiyi aşkarlıq və yenidənqurma şəraitində
sovet rəhbərliyinə (M.S.Qorbaçovun timsalında!)
böyük dəstək qazandı və yeni
terrorçuları tərəfindən idarə olunan
Dağlıq Qarabağ, 1920-ci ildə Azərbaycan Xalq
Cümhuriyyəti dövründə olduğu kimi, yenə də
Azərbaycan xalqına qarşı xəyanət yolunu tutdu.
Dağlıq Qarabağ Muxtar Vilayəti
və Qarabağın aran (düzən) hissəsinin
inkişafına ümumi bir baxış
Qarabağ (onun həm aran, həm də dağlıq hissələri)
özünün bütün əvvəlki tarixi dövrlərində
Azərbaycanın vahid təbii-coğrafi regionu kimi iqtisadi və
siyasi inkişafına, oxşar adət-ənənələrinə,
həyat tərzinə və məişətinə görə
bir-birini tamalayan tarixi vilayət olmuşdur. Lakin
Qarabağın dağlıq hissəsinə Dağlıq
Qarabağa muxtariyyət verilməsi ilə vəziyyətdə
köklü dəyişiklik əmələ gəldi.
Dağlıq Qarabağ Muxtar Vilayəti onun
üçün yaradılmış müstəsna şərait
nəticəsində inkişaf etmiş aqrar-səaye bölgəsinə,
Qarabağın azərbaycanlılar yaşayan aran rayonları
və digər rayonlar isə onun xammal bazasına çevrilməyə
başladı.
Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı
azərbaycanlılar yaşayan rayonlar, əsasən pambıq
istehsalı ilə məşğul olmağa istiqamətləndirildi,
emaledici sənaye sahələrinin inkişafı geri
qalmağa başladı. Bütün bunlar
Dağlıq Qarabağ Muxtar Vilayətində həyat səviyyəsinin
Qarabağın digər rayonlarına nisbətən sürətlə
yüksəlməsinə səbəb oldu. Kurort-istirahət
mərkəzlərinin Dağlıq Qarabağ Muxtar Ailayətində
yerləşməsi də aran rayonların əhalisinin yay
dövründə buraya yönəlməsinə səbəb
oldu və Dağlıq (1.Xankəndinin Şuşa
şəhərinin görünüşü, 2.Xankəndi
Şəhər İcra Hakimiyyətinin binası), 1992-ci il
fevralın sonunda bütün Azərbaycanda olduğu kimi,
Qarabağda da milli Novruz bayramında hazırlıq
görülürdü. Erməni xəyanətkarları
isə Xocalıda soyqırımına
hazırlaşırdılar.) qarabağın
iqtisadiyyatını daha da inkişaf etdirdi. Bu da
külli miqdarda vəsaitin Dağlıq Qarabağ Muxtar Vilayəti
büdcəsinə daxil olmasına gətirib
çıxarırdı. Bütün regionda yeganə ali məktəb - Pedaqoji institut da dağlıq
Qarabağ Muxtar Vilayətinin mərkəzi Xankəndində
(Stepanakertdə) idi.
Tarixi Qarabağın başqa rayonlarından fərqli
olaraq, Dağlıq Qarabağ Muxtar Vilayətinin əldə etdiyi
iqtisadi üstünlük muxtar vilayət statusunun siyasi
üstünlüyünün artması ilə də
müşayiət olunurdu. Azərbaycanlı -
müsəlman əhalinin yaşadığı aran
rayonları, əsasən xristian - ermənilərin
yaşadığı Dağlıq Qarabağ Muxtar Vilayətinə
nisbətən sovet rejiminin təzyiqlərinə,
ayrı-seçkiliyə daha çox məruz qalırdı.
Bütün
bunlar Moskvadan və Ermənistan SSR-dən kömək alan Dağlıq Qarabağ ermənilərinin
etnik eqoizmini artırır, azərbaycanlılara qarşı
açıq həqarət mühiti yaradırdı. Beləliklə, 1905-1906 və 1918-1920-ci illərdə
olduğu kimi, xüsusi məkəzlərindən idarə edilən
ermənilər daha təşkil olunurdu. Əlaltdan
ermənilərin sürətlə silahlandırılması
da həyata keçirilirdi. Bu amillər
başqa şərtlərlə birlikdə, sonralar
Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı
digər rayonların Ermənistanın hərbi qüvvələri
və Dağlıq Qarabağın erməi
separatçı-terrorçuları tərəfindən
işğalında həlledici faktorlardan oldu.
Yaqub Mahmudov,
Kərim Şükürov
"Qarabağ" real tarixi faktlar-sənədlər"
kitabından
Olaylar.- 2010.- 21
oktyabr.- S. 15.