Dağlıq
Qarabağ işğaldan
əvvəl... və sonra
Erməni iddiaları sonsuzdur
Bəli, bir əsrdən
çoxdur ki, biz Şərqi Anadolu və Cənubi Qafqaz regionunda yaşayan insanlar erməni adlı bir mənfur düşmənlə üz-üzəyik. Bu düşmən
dünyanın müxtəlif
mərkəzlərindən sistemli şəkildə Türk Dünyasına qarşı təxribatlar aparmaqla, xalqı terror, ölüm, qanla təhdid etməkdədir.
Dünya erməniliyi bütün mümkün üsullardan istifadə edərək öz məqsədinə nail olmaq
istəyir. Avropanın, Amerikanın söz
sahibi olan ölkə və təşkilatları yüz
ildən çoxdur ki, bu başabəla
toplumu haqq-nahaqq müdafiə edir.
"Erməni
məsələsi" ortaya atılandan
günümüzə qədər bölgədə siyasi məqsədlərini həyata
keçirmək üçün erməni
faktoru bu dövlətlər
üçün ən yaxşı vasitə
olmuşdur. Və
şübhəsiz Türkiyə və Azərbaycana bağlı
bu dövlətlərin strateji
maraqlarını reallaşdırmaq üçün
tarixi Azərbaycan torpaqlarının
içərisində yaradılmış Ermənistan dövlətindən
istifadə edilməsi hədəflənmişdir. İndiki halda Ermənistan
Rusiyanın "forpostudur", sabah isə digər bir super gücün
dayaq məntəqəsi olması mümkün olan
ehtimaldır. Diqqət edin, ermənilər
Azərbaycanın torpaqlarının 20 faizini
işğal edib,
ölkəmizdə yerindən-yurdundan didərgin
salınmış bir milyon
nəfər qaçqın-köçkün var.
Ermənilər Azərbaycanın Dağlıq
Qarabağında separatçı rejim qurublar, bizə-300 milyonluq
Türk Dünyasına meydan
oxuyurlar. Dünya Birliyi onlara basqı, təzyiq
etmək əvəzinə ona hər səviyyədə
dəstək verir. Amerika
Birləşmiş Ştatlarının özü
Ermənistana və hətta DQ-dakı separatçı rejimə
yardım göstərir, özü də
bunu hər il edir, amma Azərbaycan uzun illər bu humanitar yardımlardan kənarda idi. Azadlığı Dəstək Aktına
907-ci düzəliş etməklə Azərbaycana humanitar yardımlar belə qadağan
edilmişdi. Bu gün də Azərbaycanın bir
milyon qaçqın ordusu
olmasına rəğmən ermənilərə yardımlar
ildən-ilə artırılır.
Ermrənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi
başlanandan bu
günə qədər işğalçı dövlətə
heç zaman təzyiq
olmaması bir gerçəkdir. Ermənistan
silahlı birləşmələrinin Azərbaycanın işğal olunan
torpaqlarından çıxarılması barədə BMT-nin çıxardığı 4 qətnamə
yerinə yetirilmir, həmin qətnamələrdə
işğalçı erməni ordusunun
Azərbaycan ərazilərindən çıxarılması
nəzərdə tutulurdu. BMT-nin
Baş Assambleyası yeni
bir sənəd də ortaya
qoymuşdur.İşğal edilmiş Azərbaycan əraziləri ilə
bağlı yeni sənəd ortadadır. Amma ermənilərin Qərbin hansısa təzyiqi
ilə yola gəlib Azərbaycanın işğal olunan
torpaqlarını azad edəcəyi bir xülyadır, bu
gerçəyi uca səslə söyləməliyik,
özümüz-özümüzü
aldatmamalıyıq. Bu ölkənin kütləvi informasiya
vasiətələrində Türkiyə-Azərbaycanla
bağlı məsələlərə münasibətin nə
yerdə olduğunu
aydınlaşdırmaq mənim üçün
çətin deyil, həm də ona görə çətin deyil
ki, ermənilərin bizlərə
münasibəti yüz illər boyunca eynidir, dəyişməsinə
də ehtimallar azdır. Bugünkü
Ermənistan cəmiyyəti bizlərə nifrət
ideologiyası üzərində köklənib. Dağlıq Qarabağla bağlı mövqeləri, məsələyə
ayrı-ayrı siyasi-ictimai qrupların,
Ermənistan politoloqlarının, alimlərinin,
ziyalılarının münasibətini təhlil edərək
ilginc bir nəticəyə
gəlmişik. Ermənilər heç vaxt Dağlıq Qarabağın Azərbaycanın
tərkibində olmasına razı olmayacaqlar.
Azərbaycanda da aparılan sorğular bu gerçəyi
ortaya qoyur ki, Dağlıq Qarabağın bir qarış torpağı belə ermənilərə
verilməyəcək. Bəs onda nə
etməli?
Bu durum yeni Qarabağ müharibəsinin
labüdlüyünü ortaya
qoyur. Dağlıq Qarabağla
bağlı Ermənistandakı rejimin
inadkarlığı da başqa
varianta yer qoymur. Dağlıq Qarabağ
ya Ermənistana birləşdirilməlidir,
ya da müstəqil
olmalıdır. Dağlıq Qarabağın Azərbaycanın
tərkibində ən yüksək statusla
qalması fikri qəbul edilmir.
Madrid prinsiplərində yer
alması ehtimal edilən referendumun
keçirilməsi (nə vaxt keçiriləcəyindən
asılı olmayaraq) Dağlıq
Qarabağı müstəqilləşdirəcək. Deməli,
bu referendum söhbəti
bizim dövlətin milli
maraqlarına ziddir. Ermrənistanın ən
yüksək təbəqəsində dayananlar
bu məsələni öz
xeyirlərinə həll edilmiş
sayırlar. Ermənistanın keçmiş
baş naziri Andranik Markaryanın bir fikrini nəzərə çatdırmaq yerinə
düşr: "Qarabağ hərəkatı (yəni
Qarabağın işğalı) xalqımızın əzmini,
iradəsini, qüdrətini və silahlı qüvvələrimizin
nələrə qadir olduğunu
bütün dünya
qarşısında nümayiş etdirib... İndi növbə
"erməni soyqırımı" faktını qəbul
etdirməkdir. Bu faktı inkar edənləri cinayətkar kimi məsuliyyətə cəlb etmək barəsində
qanun layihəsi hazırlamışıq
və tezliklə onu parlamentimizin
təsdiqinə təqdim edəcəyik". Xatırlatmaq gərəkdir
ki, bu layihə Ermənistandan
öncə Fransa parlamenti
tərəfindən qəbul edilmişdi.
İndi dünya
erməniliyi bütn gücünü
uydurma "erməni
soyqırımı"nı qəbul etdirmək işinə qoymuş durumdadır. Heç də təsadüfi
deyildir ki, artıq
dünyanın 20 ölkəsinin parlamenti bu erməni saxtakarlığına
inanmışdır. Ötən ilin sonunda ABŞ Konqresinin
Nümayəndələr Palatasına "erməni
soyqırımı" barədə qanun
layihəsinin çıxarılması ilə bağlı məsələlər
də göstərdi ki, Ermənistan
Rusiyanın ağuşunda olsa
belə, bölgədə onun forpostu hesab olunsa da, ABŞ bu ölkəni əldə etmək,
özününküləşdirmək üçün
nə vaxtsa onun
arzularını yerinə yetirəcəkdir. Ermənistanda
keçirilən seçkilərdə ABŞ öz
məqsədlərini açıq surətdə ortaya qoydu. Bu
isə həm o deməkdir ki,
ABŞ Ermənistanı əldə etsə gələcəkdə
Türkiyənin Avropa Birliyinə üzv olmaq istəyini də
erməni faktoru ilə bağlayacaqlar
və indidən müəyyən şərtlər irəli
sürüləcəyi şəksizdir. Bu
şərtlər hansılardır, hər halda
bu, təkcə Ermənistanla sərhədlərin
açılması olmayacaq, Avropa da, Amerikanın özü də bununla
kifayətlənməyəcəklər.
Ermənilərin,
erməni diasporunun, lobbisinin
isə nə istədiyi bəllidir. Ermənilər Şərqi
Anadolunun 6 vilayətini indiki
Ermənistana birləşdirmək kimi
uzunmüddətli strateji plan
üzərində işləyirlər. Bu fikri
də biz növbəti "erməni xəstəliyi"
hesab edə bilərik, amma
Ermənistan mətbuatında, ictimai
fikrində onun nə qədər aktual olduğunun fərqinə
varmalıyıq, diqqətə alıb ciddiliyini
dərk etməliyik, bu işin
demək olar ki, hər
zaman həm Ermənistanda, həm də xaricdə erməni təşkilatlarının
bir nömrəli işi
olduğunu da yaddan çıxarmamalıyıq. Əgər
bu gün Türkiyədən
alacaqları təzminatın qədəri barədə mətbuatda
diskussiya açılırsa, alınacaq pulun xərclənəcəyi sahələr
barədə söhbət edilirsə, buna
biz gülüb
keçməliyik.
Ermənilərin
torpaq tələbləri təkcə
Şərqi Anadolunun 6 vilayəti ilə bitmir. Mən sizin nəzərinizə
Ermənistandakı bir təşkilatın
bəyanatından örnək gətirmək istəyirmə:
"Biz tutduğumuz ərazilərlə
kifayətlənməməliyik. Mardakert
(Ağdərə) rayonunun işğal
altında qalan torpaqlarını, Şaumyan (Goranboy) rayonunu, tarixi Utik vilayətinin digər ərazilərini,
Naxçıvanı almalıyıq... "Bu
tələbləri irəli sürən təşkilatın
adı da belədir: "Ermənilərin
tarixi torpaqları uğrunda
vuruşan veteranlar birliyi". Naxçıvan torpaqlarının
Ermənistana birləşdirilməsi indi dünya erməniliyinin çox
ciddi məşğul olduğu
bir işdir. "Daşnaksutyun"
partiyasının liderlərindən biri,
Ermənistan MM-nin sədr müavini,
ötən prezident seçkilərində
iştirak etmiş Vahan Novhannisyanın təklifinə fikir verin: "16 mart 1921-ci ildə bağlanmış Qars və sonra
bağlanmış bütün müqavilələr
ləğv edilməli və Türkiyənin 300 min kvadratkilometrlik ərazisinin
Ermənistana birləşdirilməsi uğrunda
mübarizə edilməlidir".
O
deyir ki, bu müqavilələrin ləğvi ilə
Naxçıvanı əldə etmək, onu
da Ermənistana birləşdirmək
imkanları yaranacaq. Həmin müqaviləni
ləğv etdirmək üçün
Ermənistanda həm QHT-lər səviyyəsində, həm də
parlamentdə komissiyalar da
yaradılıb. Oraya ölkədə və
xaricdə tanınmış ermənilər, akademiklər daxil edilib. Akademiklər L.Xurşudyan, H.Simonyan, aktyor-rejissor Sos Sarkisyan da bu
komissiyanın tərkibindədir. Naxçıvanla
bağlı cəmiyyətlər, təşkilatlar fəaliyyət
göstərir. Moskvada tikilən kilsələrdən
birinə Nor Naxçıvan ("Yeni Naxçıvan") adı verilib. Kitablar buraxır, qəzet
nəşr olunur, internet
saytlarında ideoloji mübarizə
aparılır, Naxçıvanın erməni ərazisi
olması barədə rəy yaradılır. 1999-cu ildən başlayaraq İrəvanda
"Naxçıvan" adlı qəzet
çıxarılır. Onun redaktoru isə vaxtilə Bakıda ermənicə
çıxan "Kommunist" qəzetinin
müxbiri işləmiş Mels Mkrtçyandır. Burada
Naxçıvan ermənilərinin icması fəaliyyət
göstərir və bu təşkilat
dövlət tərəfindən maliyyələşir.
Xocalı soyqırımının
tanıdılmasına qarşı
erməni antitəbliğatı
Erməni ideoloqlar ən yaxşı müdafiənin
hücum olduğunu yaxşı bildiklərindən
daim bizi üstələməkdədirlər. Əlimizdə Xocalı faciəsi boyda dəlil-sübut, soyqırımı faktı
ola-ola bu illər ərzində heç bir iş görə bilməmişik. Hər il Xocalı faciəsinin ildönümü
yaxınlaşanda fəallaşırıq,
amma oların da heç bir
nəticəsi olmu. Erməni vəhşiliyinin
əyani sübutları
qətliamın görüntüləri
ortada ola-ola heç bir cinayət məsuliyyəti
daşıyan yoxdur.
Bu qətliamı törətdiyini
qəbul edib üzr istəmək əvəzinə Xocalı
faciəsinin özünü
bizim ayağımıza
yazmaq üçın
Avropa və Amerikada ermənilər öz fəaliyyətlərini
genişləndirirlər.
Xocalı faciəsinin videogörüntülərini hər
yerə yayıb onların ermənilər olduğu və azərbaycanlılar tərəfindən
törədildiyi təbliğatı
aparırlar. Təsəvvür
edin ki, hər hansı ölkədə ermənilər
bu görüntüləri
yayıblar, sonra biz gəlirik Xocalı faciəsini anlatmağa, bizə inanarlarmı?
Və yaxud biz nə qədər işləməliyik ki, dünyanın rəyini öz xeyrimizə dəyişdirə bilək.
Xocalı faciəsinin Azərbaycanın özü tərəfindən törədildiyi
barədə təbliğat aparılır. Çoxsaylı saytlarda həmin günlərdə, 1992-ci ilin əvvəllərində Azərbaycanda gedən
proseslər qəsdən saxlaşdırılır və
müxtəlif müəlliflərin ayrı-ayrı dövrlərdə
yazdıqları məqalələrdə gedən
yanlış fikirlərdən ustalıqla istifadə istifadə olunur. Məsələn,
çex jurnalisti Yana Mazalovanın dönəmin prezidenti
Ayaz Mütəllibovdan aldığı
müsahibəsinin bəzi hissələrindən istifadə olunur. Xocalı faciəsindən sonra istefa verməyə məcbur
olmuş Mütəllibov isti
başla ("Nezavisimaya
qəzeta", 02.04.1992) və düşünmədən deyir ki, Xocalı faciəsini
onu hakimiyyətdən uzaqlaşdırmaq üçün Xalq Cəbhəsi
törətmişdir. Ermənilər bu fikirin ucundan tutub sübut etməyə
çalışırlar ki, Xocalı faciəsini
törətdiklərini azərbaycanlıların özləri
təsdiq edirlər. Və yaxud Eynulla Fətullayevin "Gündəlik Azərbaycan"
qəzetində "Xocalı gündəliyi"
yazısında buraxdığı "səhvlər"dən
də ustalıqla istifadə edirlər. "Heyvanları
çıxarmağa nail oldular,
insanları yox" fikrini
başlığa çıxaran bir erməni
saytında özümüzün əli
ilə özümüzü vururlar. E.Fətullayev məqaləsində
qeyd edir ki, guya ermənilər faciədən
iki gün əvvəl
mülki əhalinin Xocalıdan
çıxması üçün dəhliz
verilməsi barədə əhalini xəbərdar ediblər, bu dəhlizlə hətta Kər-Kər
çayı tərəfdən bir çox xocalılar təhlükəsiz
şəkildə çıxıblar, amma
nədənsə Xalq Cəbhəsinin
silahlıları xalqı bu yoldan getməyə qoymayıblar, onları
Naxçıvanikdən Ağdam tərəfə
çıxmağa zorlayıblar. Nəticədə həmin müdhiş faciə vaş
verib.
Qafar Çaxmaqlının "Dağlıq Qarabağ işğalından əvvəl və
sonra" kitabından
Olaylar.- 2010.- 19
noyabr.- S. 15.